ÇUL

I
сущ.
1. попона (покрывало для лошади, а также для некоторых других домашних животных). At çulu конская попона, çulu atın belinə aşırmaq надеть на лошадь попону, çulu atın belindən götürmək (düşürmək) снять попону с лошади
2. чепрак (суконная или ковровая подстилка под седло лошади)
3. перен. ирон. об одежде, одеянии
II
прил. попонный, чепрачный (относящийся к чепраку, попоне); çul kimi yerə sərilmək упасть плашмя (навзничь или ничком)
◊ çulunu sudan çıxarmaq см. kürkünü sudan çıxarmaq
ÇUQUNTÖKMƏ
ÇUL-ÇUXA
OBASTAN VİKİ
Lyu Kvanq-çul
Lyu Kvanq Çul (kor. 류광철 / 柳光哲) - Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Lyu Kvanq Çul 1954-cü il iyunun 10-da anadan olmuşdur. 1978-ci ilin fevralında Seul Milli Universitetini Alman dili və ədəbiyyatı ixtisası üzrə (Koreya, Seul), 1987-ci ilin mayında İndiana Universitetini (ABŞ, İndiana, Bluminqton) bitirmişdir. 1981-ci ilin mayında Ali Diplomatiya Xidməti üzrə imtahandan keçmişdir. 1981-ci ilin dekabr ayından Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. 1987-ci ilin dekabrından Koreyanın Keniya Respublikasındakı Səfirliyində ikinci katib, 1990-cı ilin iyun ayından Koreyanın Avstriya Respublikasındakı Səfirliyində və Koreyanın Vyanadakı Beynəlxalq Təşkilatlar üzrə Daimi Nümayəndəliyində birinci katib, 1995-ci ilin dekabrından Koreyanın Almaniya Federativ Respublikasındakı Səfirliyində məsləhətçi, 1999-cu ilin iyulundan Koreyanın İraq Respublikasındakı Səfirliyində məsləhətçi, 2001-ci ilin yanvarından Xarici İşlər və Ticarət Nazirliyinin Siyasi Planlaşdırma və Beynəlxalq Təşkilatlar İdarəsində Tərk-silah və atom enerjisi şöbəsində direktor, 2002-ci ilin dekabrından Koreyanın BMT-dəki Daimi Nümayəndəliyində (Nyu-York, ABŞ) nazir-məsləhətçi, 2006-cı ilin martından Koreyanın Azərbaycan Respublikasındakı Səfirliyində müvəqqəti işlər vəkili vəzifələrində çalışmışdır. 2007-ci ilin yanvarından Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var.
Lyu Kvanq Çul

Kızıl Çulpan (Şaran)
Kızıl Çulpan (başq. Ҡыҙыл Сулпан, rus. Кызыл-Чулпан) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Nürəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 27 km, kənd sovetliyindən (Nürəy): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (66%), tatarlar (29%) üstünlük təşkil edir.
Varden Çulukidze
Varden Qriqoreviç Çulukidze (gürc. ვარდენ გრიგოლის ძე წულუკიძე; 8 noyabr 1865 – 1923) — Rusiya İmperator Ordusunun general-mayoru, Birinci Dünya müharibəsinin iştirakçısı. Müqəddəs Georgi ordeni Kavaleri (1917). 1918–1921-ci illərdə Gürcüstan Demokratik Respublikası ordusunda xidmət etmişdir. Gürcüstanda Sovet hakimiyyəti qurulandan sonra Gürcüstan Azadlıq Komitəsinin Hərbi Mərkəzinin üzvü olmuşdur. Lakin 19 may 1923-cü ildə hakimiyyət tərəfindən həbs olunub, sonra güllələnmışdır. Varden Qriqoreviç Çulukidze 8 Noyabr 1865-ci ildə Çulukidze knyaz ailəsində anadan olmuşdur. İlk hərbi təhsilini Tiflis Kadet Korpusunda almışdır. 26 avqust 1884-cü ildə Rusiya İmperator Ordusunda xidmətə qəbul edilmişdir. Hərbi təhsilini 3-cü Aleksandr Hərbi Məktəbində almış, oradan podporuçik (kiçik zabit) rütbəsi ilə məzun olmuşdur.
Çula xaqan
Çula xaqan (VI əsr – 620, Ordu-Balıq, Arxanqay) — Şərqi Göytürklərin üçüncü xaqanı. Çula xaqan qardaşından sonra taxta keçmişdi. Onun dövründə Çində vətəndaş müharibəsi davam edirdi. O son Suy imperatriçasına sadiq qüvvələri Tan sülaləsinə qarşı müdafiə edirdi. Nazirləri hər nə qədər ona müharibədən qaçınmalarını məsləhət görsə də xaqan bunu Suy sülaləsinə olan borcu kimi izah edirdi. Əslində isə Göytürklər Çini bacardıqları qədər qarışdırmaq istəyirdi. Xaqan elə bir il hakimiyyət edəndən sonra xəstəlikdən öldü. Şahzadə Yiçenqlə evlənmişdir. Oğulları: Aoşe şad (奧射設) Aşina Momo (阿史那摸末, 607 - 649) - Yuşe şad (郁射設) titulu almışdı. Li (李氏) klanından biri ilə evlənmişdi.
Çulalı (Sərab)
Çulalı (fars. چوللو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 352 nəfər yaşayır (85 ailə).
Çullu
Çullu (Ağdam) Çullu (İmamqulubəyli, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Maqsudlu, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Qafan) — Qafan rayonunda kənd.
Çullu (Ağdam)
Çullu (İmamqulubəyli, Ağdam)
Çullu (Cəbrayıl)
Çullu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qazanzəmi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Dağ Tumas kənd Sovetindən Çullu kəndi Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir. 23 avqust 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Çullu (Maqsudlu, Ağdam)
Çullu — Azərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
Çullu (Qafan)
Çullu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur. Toponim qədim türk mənşəli çul (çol) türk etnoniminə mənsubluq bildirən -lu şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir, «çul tayfasına mənsub yer» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 109 nəfər, 1904 - cü ildə 85 nəfər, 1914 - cü ildə 110 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 39 nəfər, 1926-cı ildə 56 nəfər, 1931-ci ildə 69 nəfər azərbaycanlı yaşamışdır. 40-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Çullu (Çaroymaq)
Çullu (fars. چوللو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (4 ailə).
Çullu (İmamqulubəyli, Ağdam)
Çullu — Azərbaycan Respublikasının Ağdam rayonunun İmamqulubəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 346-IIIQ saylı Qərarı ilə Ağdam rayonunun Çullu kəndi Quzanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, İmamqulubəyli kəndi mərkəz olmaqla, İmamqulubəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Çulpan
Çulpan (Ürşək) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Çulpan (Avurğazı) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kızıl Çulpan (Şaran) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd.
Çulpan (Avurğazı)
Çulpan (başq. Сулпан, rus. Чулпан) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 8 km, kənd sovetliyindən (Talbazı): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 38 km.
Çulpan (Ürşək)
Çulpan (başq. Сулпан, rus. Чулпан) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Ürşək kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Köhnə Əsmələm): 16 km. ən yaxın dəmiryol stansiyasından (Söngəkgöl stansiyası): 45 km.
Çulumlar
Çulumlar (çulımca Çulımnar (Чулымнар)) - Türk xalqlarından biri. Əsasən Rusiyanın Tomsk vilayəti və Krasnoyarsk diyarında yaşayırlar. Milli cəhətdən xakaslara yaxındırlar. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiyada 656 nəfər çulum türkü yaşayır. 2010-cu ilin siyahıyaalmasında isə yalnız 355 çulum qeyd olunub. "Çulum / Çulım" adını çox güman ki Çulım çayından alıblar. Özlərini Ös-kijiler (Öс кижилер) (ös kişilər (insanlar)), Pestın-kijiler (Пестын кижилер) (Bizim kişilər (insanlar)), və rusların tarix boyu türk xalqlarını "tatar" adlandırmalarına görə Tatarlar / Çulım tatar (Татарлар / Чулым татар) adlandırırlar. Ruslar vaxtı ilə təhqir, alçaltma üçün onları "isaşnıye" (исашные) (əslində "yasaçnıye" (ясачные) sözünün təhrifi), yəni "yasaq ödəyənlər", və ya "aborigenı", yəni "aborigenlər" olaraq adlandırırdılar; Sibirdə bəziləri hələ də belə ifadələrdən istifadə edirlər.
Çulundur mahalı
Çavundur mаhаlı — XIV əsr-1840 inzibati nahiyə. Qarabağ xanlığının bölgələrindən biri. İndiki Zəngilan rayonu ərazisi. Oğuzların 24 boyundan olan Çuvaldar boyu/Çavundur boyu adı ilə bağlıdır. Çavundur (çay) bu ərzidə yerləşir. Həmin sözün qədim şəkili ilə (yəni Çavuldur) dur. Sahəsi - Əhalisi - Türk Yaranması — XIII əsr Mərkəzi— Məlikli (Zəngilan) kəndi Sərhədləri — Çavundur nahiyəsi 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi 1. Sinalı erm. kəndi (12 ailə) 2. Kərin erm.
Çulundur nahiyəsi

Çuluq
Çulım
Çulım (qətim türkcə. «qaçan qar») — Rusiya ərazisindən axan çay Obun sağ qolunu təşkil edir. Xakasiya ərazisindən başlayan çay Krasnoyarsk diyarı və Tomsk vilayəti ərszisindən axaraq mənsəbinə tökülür. Çayın uzunluğu 1799 km, hövzəsinin sahəsi 134 min km² təşkil edir. Çulım çayı. Ağ İyos və Qara İyos çayalının birləşməsindən yaranır. Başlanğıcını Xakasiya ərazisindən Kuzneski Alatau silsiləsindən Malıy Syotik qəsəbəsindən 40 km cənubdan başlayır. Mənbədən Açinsk şəhərinə qədər çay dağlıq ərazilərdən axır. Leqostayevo qəsəbəsi yaxınlığında (Krasnoyarsk diyarı, Novoselskaya rayonu) Lena çayı ilə Çulım arasında məsafə cəmi 7,5 km təşkil edir. Yuxarı axarlarda çayın eni az olsa da, aşağı axarlarda onun eni 10 km-i keçir.
Çulım dili
Çulım dili (Çulım dilində: Ось тили, Ös tili ; rusca: Чулымский язык), Altay dil ailəsinin Türk dilləri qrupuna mənsub dildir. Çulım dili xakas, şor və sarı-yuğur dillərini də əhatə edən türk dillərinin Sibir türk qrupuna aid edilirr. Rusiyalı dilşünas Noqorodov Leypsiq-Cakarta siyahısına əsaslanaraq Çulımın qıpçaq mənşəli olduğunu iddia edir. Bu müqayisə göstərir ki, 100 əşyadan 87-si qıpçaq əşyalarına uyğundur, yalnız 67-si oğuz türkcəsi ilə qohumdur. Çulım dili bir vaxtlar Altay dağlarında çox geniş yayılmış bir dil olub, lakin müstəmləkəçilik və linqvistik assimilyasiya dalğalarına məruz qalan bu dilin daşıyıcıları zamanla ana dili kimi rus dilindən istifadə etməyə başlamışlar. Bu yerdəyişmə digər Sibir türk dillərindən fərqlənən dilin quruluşunu öyrəndikdə daha aydın görünür. İndi Orta Çulım XX əsrin ortalarında baş verən rus dilinin təsirləri səbəbindən təhlükə altındadır. Məhz 1940-cı illərdə, İosif Stalinin hakimiyyətdə olduğu dövrdə “ikinci ana dili siyasəti” adlı proqram yaradıldı. Bu, uşaqların bir yerə toplanması və onların rus dilini öyrəndikləri və öz ana dillərində danışmamağa məcbur olduqları internat məktəblərinə göndərilməsini əhatə edirdi. Proqram tez bir zamanda cəmiyyətin çulim dilini tərk etməsinə səbəb oldu.
Çuləndər livası
Çavundur sancağı — Liva-i Çuləndər (Çuləndər livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Məlikli kəndi 1728 ci ildə mövcud olmuş Çuləndər sancağını nahiyyəyələri göstərilmir/ Daha doğrusu Çavundur livası bir nahiyədən Çavundur nahiyəsi ibarət idi. Oğuzların 24 boyundan olan Cavuldur/Çavundur boyu adı ilə bağlıdır.
Çuləndər sancağı

Sebuh Çulcuyan
Başpiskopos Sebuh Çulcuyan (erm. Սեպուհ արքեպիսկոպոս Չուլճեան, türk. Başpiskopos Sebuh Çulcuyan, rus. Архиепископ Сепух Чулджян, həmçinin Sepuh, Çuljian, Çuljian, Çuljyan, Çulciyan; 24 mart 1959, Malatya – 19 noyabr 2020, İrəvan) — Müqəddəs Erməni Apostol Kilsəsinin Quqark yeparxiyasının mitropoliti. Haik Çulcuyan 24 mart 1959-cu ildə Türkiyənin Malatya şəhərində anadan olub. İbtidai təhsilini İstanbul Nersisian Kollecində alıb. 1969-cu ildə ailəsi Sovet Ermənistanı, Gümrü şəhərində məskunlaşıb, ibtidai təhsilini burada davam etdirib bitirib. 1978-ci ildə Müqəddəs Eçmiədzin Ana taxtında Gevorkyan İlahiyyat Seminariyasına daxil olub. O, 1985-ci ildə Müqəddəs Eçmiədzin Ana taxtının abbatı arxiyepiskop Hoosik Santuryan tərəfindən diakonat təyin edilib. 1986-cı ilin mart ayında “Lukanın Harputdan tərcümə edilmiş əsərləri” adlı diplom işini müvəffəqiyyətlə müdafiə edib.

Значение слова в других словарях