Çullu (Qafan)

Çullu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.[1]

Çullu
Ölkə  Ermənistan

Toponim qədim türk mənşəli çul (çol) türk etnoniminə[2] mənsubluq bildirən -lu şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir, «çul tayfasına mənsub yer» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Kənddə 1897-ci ildə 109 nəfər, 1904 - cü ildə 85 nəfər, 1914 - cü ildə 110 nəfər azərbaycanlı yaşamışdır[3]. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur[4]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 39 nəfər, 1926-cı ildə 56 nəfər, 1931-ci ildə 69 nəfər azərbaycanlı yaşamışdır[3]. 40-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.31
  3. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.60-61, 136-137
  4. История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.205