Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lutra lutra
Adi susamuru (lat. Lutra lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Qısa təsviri == Böyük fərdin bədəninin uzunluğu 60–90 sm, quyruğunun uzunluğu 50 sm, çəkisi isə 6–10 kq-dır. Dişi fərdlər erkəkdən daha kiçikdir. Bədənin quruluşu uzunsov, elastik və hərəkətlidir. Başı böyük deyil, yuxarıdan aşağıya doğru yastı formalı və yumrudur. Boyun hissəsi qısa, qulaqları girdə və zəif görünür. Gözləri iridir. İri olmayan dırnaqlara və barmaqlararası bağları sıx olan qısa ayaqlara malikdir. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır.
Lutra
Susamuru (lat. Lutra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Lüstr
Lüstr, çilçıraq , qəndil və ya avizə — şaxələnmiş, dekorativ tavandan quraşdırılmış işıq qurğu. Çilçıraqlar ümumiyyətlə təmtəraqlıdırlar və onlarla lampa, kompleks şüşə serialları və ya kristal prizmalardan istifadə edərək işığın sınması ilə otağı işıqlandırırlar.
Lutra lutra meridionalis
Qafqaz susamuru (lat. Lutra lutra meridionalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinin adi susamuru növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır. == Görünüşü == Bədənin uzunluğu 700 mm. Quyruğunun uzunluğu 470 mm. Zahiri görünüşü Afrika susamuru kimidir. Belinin və yanlarının rəngi açıq-qəhvəyidir. Qarın hissəsinin rəngi yetərincə açıqdır. Quyruğu üstən və altdan eyni rəngdədir. == Arealı == Şimali Qafqazda, Cənubi Qafqazda, Azərbaycanda, İranda, ola bilər İraqda, Suriyada, Fələstində və Türkiyədə yayılmışlar.
Lutra sumatrana
Sumatra susamuru (lat. Lutra sumatrana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin susamuru cinsinə aid heyvan növü. == Təsviri == Sumatra samurları 1,3 m uzunluğa və 7 kq çəkiyə sahib olurlar. Barmaqlar arasında üzmək üçün uyğunlaşmış pərdə vardır. Xəzi bel nahiyyəsində tünd-qəhvəyi, qarın nahiyyəsi isə bir az açıqdır. Alt çənə və dodaqları ağımtıl rəngdədir. Sifət ətrafı ərazilər tüklüdür. == Yayılması == Yayılma arealı Cənub-Şərqi Asiyadır. Ancaq arealın sərhədləri müəyyən edilməmişdir. Samurlar Tayland, Kamboca, Vyetnam, Malaziya, Bruney ərazisində yayılmışlar.
Aluşta
Aluşta (rus. Алу́шта, ukr. Алу́шта, krımtat. Aluşta) — Ukraynada, Krımın Cənub sahilində şəhər, Aluşta rayonunun mərkəzi. == Əhali == 1805-ci ildə — 208 nəfər (ümumi Krım tatarları) 1849-cu ildə — 429 nəf.. 1864-cü ildə — 763 nəf.. 1887-ci ildə — 1172 nəf.. 1897-ci ildə — 2182 nəf. (1 568 Krım tatarı) 1926-cı ildə — 4800 nəf. (2 070 Krım tatarı, 1 450 rus, 480 ukraynalı, 270 yəhudi, 250 yunan, 30 alman, 20 erməni, 10 bolqar) 1939-cu ildə — 9689 nəf.
Duşara
Duşara, Dusares olaraq da tərcümə olunur. İsalamdan öncə ərəblərin ibadət etdiyi tanrı həmçinin Nəbatilərin Petra və Mədain Saleh şəhərlərinin hamisi olan şərab tanrısıdır. == Etimologiya == Duşara, ilk olaraq dwsrʾ şəklində adını yazan epiqrafik Nəbati qaynaqlarından bəllidir , Nəbati yazısı yalnız samitləri ifadə edir. Klassik Yunan qaynaqlarında Δουσάρης ( Dousáres ) və Latın dilində Dusares olaraq qarşımıza çıxır . Əsil mənası mübahisəlidir, ancaq erkən dövr Müsəlman tarixçi İbn əl-Kəlbi , "Bütlər kitabı"ndaki adını Dhūl-Šarā ( ərəb. ذو الشرى‎) şəklində açıqlayır,ehtimal ki, "Şara"dan biri mənasını verir; Şara Ölü dənizin cənub-şərqində dağlıq bir ərazidir. Bu şərh doğrudursa Duşara adına uyğun bir çox müvafiq adlar olmalı idi, ancaq həm adın tam şəkli həm də şərhi mübahisəlidir. == İbadət == Yunanıstan dövründə Zeus ilə əlaqələndirilirdi, çünki həm Nəbati panteonunun baş tanrısı həm də Dionis idi . İtaliyanın qədim liman şəhəri olan Pozzuolidə Duşara üçün kilsə aşkar edilmişdir . Şəhər Yaxın Şərqlə ticarət üçün mühüm bir yerdə yerləşirdi və E.Ə. 1-ci əsrin ortalarında bir Nəbati varlığı olduğu bilinir.
Ekstra
Ekstra – [lat. extra – fövq, xarici, əlavə] 1)əla, xüsusi; 2)hər hansı bir şeyin ən yüksək dərəcəsini bildirən mürəkkəb sözlərin tərkib hissəsi; 3)ən yaxşı, ən yüksək. Ekstraordinat – [lat. extraordinarius, extra – xarici və ordo – sıra] qeyri-adi, həddən artıq fərqli. Ekstravaqant – qeyri-adi, hamı tərəfindən qəbul edilmiş norma və adətlərə uyğun olmayan. Ekstren – [lat. extra – xarici, başqa] 1)tələsik, təcili; 2)fövqəladə, əvvəllər olmayan. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Listera
Listera (lat. Listera) — səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Listera fugongensis X.H.Jin == Həmçinin bax == Listera caurina Listera convallarioides Listera ovata == İstinadlar == Listera:The Plant List saytında takson barədə məlumat.
Lontra
Amerika susamuru (lat. Lontra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. == Yayılması == Şimali və Cənubi Amerika ərazilərində yayılıb. == Növləri == Cinsə dörd növ daxildir: Kanada susamuru (Lontra canadensis) Cənub susamuru (Lontra provocax) Uzunquyruq susamuru (Lontra longicaudis) Pişik susamuru (Lontra felina)Əvvəllər Avropa növləri də bu cinsə daxil edilirdi. Hazırda isə müstəqil növdür.
Lusaka
Lusaka (ing. Lusaka) — Zambiyanın paytaxtı, onun siyasi, iqtisadi və mədəni mərkəzi. Əhalisi — 1 451 145 nəfər (2010-cu il). == Əhali, dil, din == Lusaka Zambiyanın ən iri şəhəridir. Etnik tərkibi müxtəlifdir, əsasən bantu dil qrupuna daxil olan xalqlar - bamba, tonqa, lozi, nyanca, malavi, nyandaka və s. xalqlar yaşayır. Az sayda Avropa xalqlarının nümayəndələri də yaşayır. Rəsmi dil ingilis dilidir. Məişət səviyyəsində bantu dillərində danışılır. Əhalinin böyük hissəsi ənənəvi dinlərə sitayiş edir, həmçinin katolik və protestant olan xristianlara da rast gəlinir.
Lüsern
Lütsern (alm. Luzern‎ [luˈtsɛɐn], fr. Lucerne [lyˈsɛʁn], it. Lucerna [luˈtʃerna], romanş Lucerna) — İsveçrədə şəhər, eyniadlı almandilli Lütsern kantonunun paytaxtı. Şəhər Lüsern gölü və Pilatus dağının ətəklərində yerləşir.
Astra
Çayırçiçəyi, aster (lat. Aster) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.Astranı çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik astraların Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp astrasının (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir. İtaliya astrası (A.amellus) — boruşəkilli, dilcikli çiçəkləri bənövşəyi, göy və sarı rəngdədir.
Auşra
Auşra (lit. Auszra - "Şəfəq"; orijinal yazılışı ilə - Auszra) — Litvanın ilk ictimai ədəbi qəzeti. == Tarixi == Qəzet əvvəlcə redaktoru olan Yonas Basanaviçiusun rəhbərlik etdiyi bir qrup litvalı məsləkdaşlar tərəfindən təsis edilmişdir. Qəzet 1883-cü ilin fevralından 1886-cı ilin iyun ayına kimi Raqnit və Tilzitdə (Prussiya) nəşr olunurdu, Rusiyada latın qrafikası ilə litva dilində çapa qadağa qoyulduğu üçün o, gizli şəkildə Litvaya aparılıb və qanunsuz olaraq yayılırdı. Qırx nömrəsi çap olunub. Aylıq formatına və dövriliyinə görə onu tez-tez jurnal adlandırırlar. Qəzetin redaktorları Yonas Basanaviçius (İvan Basanoviç), Yurgis Mikshas, ​​Yonas Şliupas, Martynas Jankus, Juozas Andziulaitis-Kalnenas idi. Nəşr litvalıların milli kimliyinin formalaşmasında, litva ədəbi dilinin təkmilləşdirilməsində və litva ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Auşra Litvanın tarixi taleləri mövzusunda vətənpərvər şeirlər dərc etdirmişdir: Mechislovas Davainis-Silvestraitis, Stanislovas Dagilis və digər müəlliflərin, eləcə də digər resenziyaların və digər müəlliflərin, Litva Maironis, Andrius Vishtelis, Xaveras Sakalauskas-Vanagelis, Petras Arminas-Trupinelis və s. ədəbi məqalələr, materiallar.
Büsra
Büsra (ərəb. بصرى‎) — Suriyanın cənubində yerləşən şəhər.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Koza Mostra
Koza Mostra — 2011-ci ildə qurulmuş Yunan musiqi qrupu. Koza Mostra Yunanıstanı 2013 Avroviziya Mahnı Müsabiqəsində Aqafon İakovidis ilə birlikdə "Alcohol Is Free" mahnısı ilə təmsil edib.
Koza Nostra
Koza nostra (it. Cosa nostra ) — Siciliyada yaranmış, 1930-cı illərdən Nyu-Yorkda iri İtaliyan-Amerikan mafiya qruplaşması. 1930-cu illərdən fəaliyyət göstərən Nyu-Yorkun 5 cinayət ailəsi Amerikada ən təhlükəli cinayət qruplaşması olmuşdur. Koza nostra yarandığı gündən Laki Luçianonun təsis etdiyi "Komissiya" tərəfindən idarə olunmuş və onilliklərlə toxunulmazlığını qorumuşdur. Ailələrə qarşı mübarizə göstərməkdə dövlət qurumları da gücsüz qalmış, hətta bəzən onlara kömək üçün müraciət etmişdir. İkinci dünya müharibəsində Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Strateji Xidmətlər Bürosu (OSS) Luçianodan qeyri-könüllü xidmət görür. 1960-cı ildə Mərkəzi Kəşfiyyat Agentliyi Kuba lideri Fidel Kastronun həyatına qəsd etmək üçün İtalyan mafiyasından kömək istəyir. Lakin onlar dövlətlə işləməkdən boyun qaçırırlar. 2007-ci ildə vəfat etmiş keçmiş MKİ agenti Edvard Hant isə ölümündən qabaq ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətlində agentlik və mafiyanın əlbir olduğunu etiraf etmişdir. Koza nostra 1980-cı illərin sonlarına kimi ən güclü mütəşəkkil cinayət forması qalmışdır, lakin son 20 ildə ailədaxili çəkişmələr və xəyanət nəticəsində qismən zəifləmişdir.
Listera caurina
Listera caurina (lat. Listera caurina) — səhləbkimilər fəsiləsinin listera cinsinə aid bitki növü.
Listera convallarioides
Listera convallarioides (lat. Listera convallarioides) — səhləbkimilər fəsiləsinin listera cinsinə aid bitki növü.
Listera cordata
Listera cordata (lat. Listera cordata) — səhləbkimilər fəsiləsinin listera cinsinə aid bitki növü.
Listera ovata
Listera ovata (lat. Listera ovata) — səhləbkimilər fəsiləsinin listera cinsinə aid bitki növü.
Lontra felina
Pişik susamuru (lat. Lontra felina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin amerika susamuru cinsinə aid heyvan növü. == Areal == Pişik susamurlarına əsasən Cənubi Amerikanın cənub-qərb litoral sahillərində (Çili, Peru, Argentina sahilləri) rast gəlinir. == Təsviri == Pişik susamurları elə də böyük canlı deyillər. Onların uzunluğu nadir hallarda 1 metri keçir. Çəkiləri isə 3-6 kiloqram olur. Onlar öz cinsinin ən kiçik növləri hesab edilir. Pişik susamurlarının diş formulu: i 3 3 c 1 1 p m 3 − 4 3 m 1 2 = 36 {\displaystyle i\ {\frac {3}{3}}\ c\ {\frac {1}{1}}\ pm\ {\frac {3-4}{3}}\ m\ {\frac {1}{2}}=36} . == Qorunma statusu == Bu canlılar olduca nadir sayılırlar. Bu səbəbdən Peru, Çili və Argentina qanunlarına görə qorunurlar.
Lusiya Xil
Lusiya Xil Santiaqo (isp. Lucía Gil Santiago; 29 may 1998, Madrid) — İspaniya müğənnisi və aktrisası.
Lusiya gəvəni
Lusiya gəvəni (lat. Astragalus lussiae) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqaz sıra dağlarının aşağı və orta dağ qurşaqlarında, Kiçik Qafqazda, Naxçıvanda kolluqlarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25-70 sm-ə çatan kolcuqdur. Zoğları ağ, sıx tüklüdür. Yarpaqları 5-6 (8) ədəd, cüt, ensiz-xətvari, ellipsvari, yaxud uzun, neştərvari olub, 2 sm uzunluğunda, 4 mm enində, ağ tüklüdür. Çiçək oxu yarpaqdan azca uzun, xırda, sıx, qara tüklüdür. Paxlası qısa, düz yönəlmiş, neştərvari, uzunsov, 2 sm uzunluqda və 4 mm enində, ağ tüklü, iki yuvalıdır. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyulda yetişir. Təbiətdə toxum vasitəsilə çoxalır.