Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsmayıl Çatalı
İsmayıl Çatalı — Dunay deltasında, mənsəbdən 80 km aralıda yerləşən burun. Rumıniya ərazisində yerləşir və burun yaxınlığından Dunayın Kiliyski və Tulçinski adlı qolları başlayır. Sulin kanalında su sərfiyyatınıl artırmaqdan ötəri 1904-cü ildə İsmayıl Çatalı yaxınlığında daçba inşa edilmişdir. 1990–2001-ci illər hesablamalarına görə Kiliyski qolunda su sərfiyyatı 28 % azalaraq Dunay suyunun cəmi 54 % daşıyır.
Çatalca
Çatalca (türk. Çatalca) — İstanbul ilinin ilçəsi. 26 iyun 1926 tarixində yaradılan Çatalca rayonunun əhali sayı 68,935 nəfərdir (2016-cı ilin statistikasına görə). Rayon cənubda Böyükçəkməcə, qərbdə Silivri və Təkirdağ, şərqdə Avcılar, Kiçikçəkməcə və Qaziosmanpaşa məhəllələri ilə əhatə olunmuşdur. 1291 km² sahəsi olan Çatalca rayonu 40 məhəllədən ibarətdir. İlçənin ərazisi 1.291 km²-dır. Bu ərazin böyük əksəriyyəti meşələrlə örtülüdür. Sahil uzunluğu 135 km təşkil edir. İl mərkəzinə məsafə isə 55 km-dir. Cənubda Böyükçəkməcə, qərbdə Silivri və Qaziosmanpaşa ilçələri ilə qonşudur.
Çatalcalı Həsən Paşa
Çatalcalı Həsən Paşa (v. 1 avqust 1631, Yenişəhər, Osmanlı imperiyası) — I Əhməd, I Mustafa və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Doğum tarixi bilinməsə də, Çatalcalı bir yeniçəri ağasının oğlu olduğu məlumdur. Əndərunda yetişdikdən sonra saray mətbəxində xidmət etməyə başladı. Bu vəzifədə ikən hərəm ağalarından Hacı Mustafa ağanın himayəsinə girdi və çavuşbaşı, 1615-ci ildə qapıçıbaşı, ardından baş miraxur vəzifələrinə gətirildi. 1626-cı ildə bəylərbəyi rütbəsi alaraq kaptan-ı dərya təyin olundu. Həmin il Sultan Əhmədin qızlarından Fatma Sultanla nigahlandı. 1627-ci ildə Qara dəniz sahillərini talan edən və İstanbula qədər irəliləyən kazak quldurlarına qarşı səfərə çıxdı. Bu səfəri əsnasında Özi qalasını bərpa etdirən Həsən Paşa 7-8 min əsirlə İstanbula qayıtdı və paytaxtda şənliklərlə qarşılandı. 1628-ci ildə Krım xanı təyin edilən Canıbəy Gərayın Krıma təhlükəsiz bir şəkildə göndərilməsiylə vəzifələndirilən Həsən Paşa, dövrün bir digər yüksələn saray əyanı Rəcəb Paşa tərəfindən qısqanılırdı.
Çatalcalı Əli Əfəndi
Çatalcalı Əli Əfəndi (1631 və ya 1632, Çatalca ilçəsi, İstanbul ili – 1692 və ya 9 mart 1692, Ədirnə) — Osmanlı alimi və şeyxülislamı. Alanyanın nəqşibənd şeyxlərindən Mehmed Əfəndinin oğludur. İstanbula getdikdən sonra xəlvətiyyə şeyxi Ömər Əfəndinin xidmətinə girən atasının Çatalcadakı evində hicri 1041-ci ildə (1631 vəya 1632-ci ildə) dünyaya gəlmişdir. İlk təhsilini burada aldıqdan sonra 1647-ci ildə şeyxülislam Əbdürrəhim Əfəndi tərəfindən məzun edildi və daha sonra Minkarizadə Yəhya Əfəndinin xidmətinə alındı. Yəhya Əfəndinin 1652-ci ildə Misir qazısı olmasıyla, onunla birlikdə Misirə getdi. Bu illərdə həcc ziyarətinə getdi. 1659-cu ildə Yəhya Əfəndi İstanbulqazılığına gətirildi və onunla birlikdə paytaxta qayıtdı. 1661-ci ildə Əbdürrəhimzadə Mehmed Əfəndinin Misir qazılığı əsnasında ikinci dəfə Misirə yollandı. Hələ 30 yaşlarında ikən elm aləmində nüfuz qazandı və "naib çələbi" adıyla tanınmağa başlandı. Bu əsnada tədris sahəsinə keçən Əli Əfəndi 1663-cü ildə Məsih Paşa, 1664-cü ildə Hafiz Paşa və ardından Qəzənfər ağa mədrəsələrində müdərris oldu.
Çatalhöyük
Çatalhüyük, Cənubi Anadoluda, E.Ə. 7500 illərə dayanan, çox geniş bir Daş dövrü və Mis dövrünə aid arxeoloji yerdir. Müasir Konya şəhərinin cənubi-şərqində, Hasandağının təqribi olaraq 136 kilometr uzağında, Konya ovasına hakim taxıl sahəsindədir. Şərq yerləşimini, ən son Daş dövrü sırasında ovadan 20 metr yüksəkliyə qədər çatanan bir yerləşim məsafəsindədir. Ayrıca, qərbə doğru da kiçik bir yerleşim birimi və bir neçə yüz metr şərqə doğru da bir Bizans yerləşimi vardır. İnsanlıq tarixinin ilk yerləşim yeri olaraq qəbul edilməkdədir. Ehtimalən, bu günə qədər tapılmış ən qədim və ən gəlişmiş Yeni Daş dövrü yerləşim mərkəzidir. 1958-ci ildə Ceyms Mellaart tərəfindən kəşf edilmiş, ilk qazıntıları 1961-1963 və 1965-ci illərndə aparılmışdır. 1993-cü ildə yenidən başlayan və günümüzə qədər davam eden qazıntılar İan Hodder tərəfindən idarə olunur. Tarix öncəsi arxeoloji sahələr Tunc dövründən öncə tərk edilmişdir. Bir zamanlar iki yerləşim birimi arasında Çarşamba çayının bir kanalı axmaqdadır və yerləşim birimləri, ilk taxıı zamanlarında əlverişli sayıla biləcək torpak üzərinə qurulmuşdur.
Çatalhüyük
Çatalhüyük, Cənubi Anadoluda, E.Ə. 7500 illərə dayanan, çox geniş bir Daş dövrü və Mis dövrünə aid arxeoloji yerdir. Müasir Konya şəhərinin cənubi-şərqində, Hasandağının təqribi olaraq 136 kilometr uzağında, Konya ovasına hakim taxıl sahəsindədir. Şərq yerləşimini, ən son Daş dövrü sırasında ovadan 20 metr yüksəkliyə qədər çatanan bir yerləşim məsafəsindədir. Ayrıca, qərbə doğru da kiçik bir yerleşim birimi və bir neçə yüz metr şərqə doğru da bir Bizans yerləşimi vardır. İnsanlıq tarixinin ilk yerləşim yeri olaraq qəbul edilməkdədir. Ehtimalən, bu günə qədər tapılmış ən qədim və ən gəlişmiş Yeni Daş dövrü yerləşim mərkəzidir. 1958-ci ildə Ceyms Mellaart tərəfindən kəşf edilmiş, ilk qazıntıları 1961-1963 və 1965-ci illərndə aparılmışdır. 1993-cü ildə yenidən başlayan və günümüzə qədər davam eden qazıntılar İan Hodder tərəfindən idarə olunur. Tarix öncəsi arxeoloji sahələr Tunc dövründən öncə tərk edilmişdir. Bir zamanlar iki yerləşim birimi arasında Çarşamba çayının bir kanalı axmaqdadır və yerləşim birimləri, ilk taxıı zamanlarında əlverişli sayıla biləcək torpak üzərinə qurulmuşdur.
Çatalçeşmə məscidi
Çatalçeşmə məscidi - Türkiyənin Bayburt ilinin Dəmirözü ilçəsinə bağlı Çatalçeşmə kəndində yerləşən qədim məscid. Məscidin günümüzə bir kitabəsi gəlib çıxmadığından tikinti tarixi ilə bağlı dəqiq fikir söyləmək mümkün deyildi. Abidənin yerləşdiyi kənd yerləşdiyi yer baxımından iki tarixi kəndlə qonşudur. Bu kəndlər Ağqoyunlu sülaləsinin mərkəzlərindən olan Sinur və Pulur kəndləridir. Hər iki kənddə Ağqoyunlu dövrü memarlıq abidələri günümüzə qədər gəlib çıxmışdır. Bunlardan biri Sinur kəndində yerləşən Qutlu bəy məscidi digəri isə Pulur kəndində yerləşən Fərruxşad bəy məscididir. Bu baxımdan bəzi tarixçilər həm memarlıq xüsusiyyətlərini əsas alaraq həm də ətraf kəndlərdə Ağqoyunlu sülaləsinin hökm sürməsi səbəbindən Çatalçeşmə məscidini də Ağqoyunlu dövrü memarlıq abidəsi hesab edirdilər. Tarixçi Könül Gürəşsevər və Ara Altun məscidin memarlıq xüsusiyyətlərindən geniş bəhs etdikləri məqalələrində tarixi ilə bağlı yazırdılar: "Abidənin tarixi ilə bağlı heç bir sənədə rast gəlmədik. Yaxın ərazidəki digər abidələri və bölgədəki siyasi vəziyyəti nəzərə aldıqda məscidin Ağqoyunlu sülaləsindən olan şəxslər tərəfindən inşa edildiyini söyləmək mümkündür." Bir digər tarixçi Gülyüz Uslu isə Pulur kəndindəki məsciddən bəhs etdiyi məqaləsində "ətrafda demək olar ki eyni plan üzərinə qurulmuş digər bir məscid Çatalçeşmə məscididir" kimi ifadə işlədib. Buna baxmayaraq yaxın tarixə kimi məscidin hansı ölkəyə aid olması ilə bağlı dəqiq bir sənəd yoxidi.
Çatalköy (Cizrə)
Çatalköy — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci ilin qeydlərində İstavrik olmuşdur, kürdcə "yük" deməkdir. Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilmişdir. 1993-cü ildə PKK ilə müharibə səbəbi ilə boşaldılan kənd 2006-cı ildə yenidən məskunlaşmağa açılmışdır.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çatax
Çatax (Borçalı)
Çatkal
Çatkal çayı (qırğ. Чаткал, özb. Chatqol, Чатқол) — Qırğızıstan və Özbəkistan ərazisindən axan dağ çayı. Çarvak su anbarının tikilməsinə qədər Çirçik çayının sol qolunu təşkil edirdi. Yuxarı axarlarda Qaraqulcá adını daşıyır. Çayın uzunluğu 217 km, hövzəsinin sahəsi 7110 km². Öz başlanğıcını Talas Alatausunun cənub-qərbindən götürür. Çay qərbə doğru Tyan-Şan dağlarının qərbi ilə axır. Burada şimaldan Sandalaş və Koksuy, cənubdan isə Çatkal silsiləsi ilə əhatələnmişdir. Yuxarı axaları boyunca Çatkal vadisində yerləşir.
Şatal
Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır.
Fatal Nation
Fatal Nation qrupunun rəsmi olaraq yaranma tarixini 3 iyun 1999-cu il hesab etmək olar. O zamanlar qrupun hal-hazırkı zərbçisi Ramin Sadıqov və gitaraçı Elxan Alşin uzun müddət başqa kollektivlərdə çıxışlarından sonra güclərini birləşdirmək, bu zamana kimi bakılı qrupların heç birinin ifa etmədikləri bir tərzdə çıxış etmək qərarına gəldilər. Baxmayaraq ki, Elxan və Ramin 1996-cı ildən tanış idilər, onlar fərqli qruplarda çıxış edirdilər. 1997-ci ildə Elxan tərəfindən Pantera, Sepultura və Тool tərzlərində çıxış edən (trash, death və psixodeliyanın qarışığndan yaradılmış cəhənnəm musiqisi), ancaq daimi bass-gitaraçısı və vokalçısı olmayan bir qrup yaradıldı. Həmin zamanlarda qrupun zəbçisi sonradan Unformal qrupunda çıxış edən Yevgeni Manuxin idi, Ramin isə o zamanlar Heavengate-də thrash-metal proyekti ilə paralel olaraq, Trap qrupunda Aleksandr Qonçarov ilə birlikdə heavy-metal proyektində iştirak edirdi, bundan əlavə də Elxana qrupda (artıq Fatal Nation adlanırdı) köməklik göstərirdi. Bir müddət sonra Fatal Nation-la Yevgeni Manuxin, digər tərəfdən də Elxanla Natiq Məmmədov (sonradan Fatal Nation-un daimi bass-gitaraçısı) arasında yaradıcı mübahisə baş verdi və artıq A.Qonçarovla (Trap) və Heavengate qrupundan ayrılmış Ramin Sadıqov Fatal Nation ilə daha ağır, aqressiv və çətin musiqi yaratması barəsində Elxanın onunla birlikdə işləmək təklifini qəbul edir. Artıq 1999-cu ilin payızında həmin dövr üçün yekun sayılan heyət formalaşır – Alşin Elxan (gitara), Məmmədov Natiq (bass-gitara), Sadıqov Ramin (zərb) və əvvəllər qrupa ingilis dilində tekstlərin yazılmasında yardımçı olan və eyni zamanda Amalgama qrupunda çıxış edən vokalçı Toğrul Manafov. Bu heyətlə 2000-ci ilin qışında qrup özünün ilk ilində ANS Records-da ilk əməklərinin bəhrəsini yazmağa yönəlirlər. "The Nail – Symbol of a New Revolution" adlı albom hazırlanır, hansı ki, ölkədə rok musiqisinin ağır vəziyyətinə görə sonradan heç işıq üzü belə görə bilmir. 2001-ci ildə qrupu Toğrul Manafov (vokal) tərk edir, ancaq bu qrupda ruh düşkünlüyü yaratmır, yeni metal zirvələrini fəth etmək arzusuna olan qrupa yeni vokalçı Timur və sonradan ikinci gitaraçı Aleksandr Kastryulni (sonradan Tula qrupları olan I'N'F və Shatter-də çıxış edən) ilə yoluna davam edən Fatal Nation "The Banner of Madness" və "Analysis" kompazisiyalarının demo versiyasını yazaraq Moskvaya – Sergey Troiçkinin (Korroziya Metala) rəhbərlik etdiyi Ağır Rok Korperasiyasına (ARK) göndərirlər və ARK-ın təklifi ilə 2001-ci ilin aprelində Moskvaya gələn qrup bir müddət sonra yenə də maliyyə problemləri səbəbindən Bakıya qayıtmalı olur.
Kvazulu-Natal
Kvazulu-Natal (ing. KwaZulu-Nata; zulu KwaZulu-Natali) — Cənubi Afrikanın şərqində vilayət. 1994-cü ildə Kvazulu və Natal vilayətlərin birləşməsi yoluynan yaradılıb.
Pay Natal
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Çapal çayı
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çatax (Borçalı)
Çatax — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. Poladauri kəndi Bolnisçayın sol sahilində, rayon mərkəzindən 16 km güneydə, dəniz səviyyəsindən 750 m yüksəklikdə yerləşir. 1951-ci il 6 sentyabr tarixə qədər olan rəsmi adı Çataxdır. 2002-ci ildə 495 nəfər (63,%-311 nəfər Borçalı türkü) Hal-hazırda bir ibtidai məktəb var.
Çataz (Mahnişan)
Çataz (fars. چتز‎) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 162 nəfər yaşayır (41 ailə).
Ağbulaq (Çatkal)
Ağbulaq çayı (özb. Oqbuloq) — Özbəkistan Respublikasının Namanqan vilayəti və Daşkənd vilayətinin Bostanlıq rayonu ərazisindən axan çay. Çay Çatkal çayının sol solunu təşkil edir. == Təsviri == Ağbulaq çayı Çatkal silsiləsinin moren göllərindən götürür. Bu gölllər çayın qidalandırıcısı rolunu oynayır. Ağbulağın dərəsi tektonik qırılma nəticəsində meydana gəlmişdir. Kumbel qırılmasının bir qolunu təşkil edir. Çay vadisi qədim şəkilə malikdir. Aşağı axarlarda çay sərt döngələrə malikdir. Çayın sağ sahili Sarqardon silsiləsi ilə əhatələnmişdir.
Batal janrı
Batal janrı — təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr. Batal janrında döyüş səhnələri təsvir olunur, xalq kütlələrinin , qəhrəmanların , sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir. XV–XIX əsrlərdə Qərbi Avropada batal janrının ən yaxşı nümunələri (Uççello, Velaskes, Rubens, Qoyya, Delakrua və başqalarının tabloları) yaradılmışdır. Bu janrda əsərlər yaradan rəssam batalist adlanır. Batal janrı rəssamdan təkcə müharibə və ya döyüşü təsvir etmək bacarığı deyil, həm də tarixi həqiqətləri, müxtəlif dövrlərə aid hərbi texnikanı, təbiəti və döyüş heyvanlarını təsvir etmək qabiliyyətinə dair ustalıq tələb edir. Qayaüstü rəsmlər, Qədim Şərq relyefləri, qab üzərində qədim yunan təsvirləri, zəfər tağı və sütunlarındakı relyeflər – bu janra aid nümunələrdir. Orta əsrlərdə müharibə və döyüş səhnələrini parça üzərində, xalçalarda, qobelenlərdə, Avropa və Şərq kitab miniatürlərində təsvir edirdilər. Batal janrı Azərbaycan təsviri sənətində də mühüm yer tutur. Orta əsr Azərbaycan kitab miniatürlərində XVIII əsr Şəki xanları sarayının divar rəsmləri arasında döyüş səhnələrinə təsadüf olunur. Tahir Salahovun "416-cı diviziya döyüşdə", N. Vidadinin "Böyük Vətən müharibəsi" və s.
Çatax (Tovuz)
Çatax — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Kəndi Yuxarı Quşçu kəndindən çıxmış ailələr iki dağın arasında yerləşən Çatax adlı yerdə salmışlar. Çataq Azərbaycan toponimiyasında "yolayrıcı", "suayrıcı", "dağayrıcı" mənalarında işlənir. Oykonim kəndin yerləşdiyi coğrafi movqeyi təyin edir. Çatax kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Əsrikçayın sahilində, Şahdağ silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir. Əlizadə Eltac İsmayıl oğlu (1996-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Məsimov Rauf Qafar oğlu (1992-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə Çatax kənd kitabxana filialı, Çatax kənd klubu, Çatax poçt şöbəsi (AZ6020) fəaliyyət göstərir. Kənddə Xəlil Cəfərov adına Çatax kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Çataz (İcrud)
Çataz (fars. چتز‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 741 nəfər yaşayır (167 ailə).
Atal türkmənləri
Atal türkmənləri (türkm. Аталың түркменлери Atalyň Türkmenleri) — Rusiyanın Həştərxan oblastının Atal kəndində yaşayan və türkmənlərin bir qolu olan xalq. 5 qəbilədən ibarət olan Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə buraya köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinin nəslidən gəlirlər. Bu türkmənlərin gəldikləri yer kimi Manqışlaq yarımadası qəbul edilir. Dini baxımdan sünni müsəlmandırlar. == Tarix == Əsilləri Mnaqışlar yarımadasından XVII və XVIII əsrin əvvəllərində köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinə dayanır. 5 qəbilədən (Mamıt, Gökler, Tever, Qoldağlı, Yaxşıxoca) ibarətdirlər. Bundan əlavə, kənddə adları türkmən dilində açıqlanmayan, ehtimal ki, Xəzər xaqanlığından qalma Peçenek soyları (Ellindel, An-Bollar, Arindan, İrrahir, İntedaal) da vardır. Müasir Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə köç edən İğdır türkmənlərin nəsilləridir. Manqışlaq yarımadasından, Çovdur və Soyunaji tayfaları ilə birlikdə türkmən ığdır tayfasından ayrıldı.
Camal
Camal — Azərbaycanlı kişi adı. Camal Əhmədov — pedaqoji elmləri doktoru, professor. Camal Paşa — Türkiyə dövlət və hərbi xadimi. Camalxan bəy Hüseynbəyov — Qarabağ atlı alayın naibi, mülkədar. Camal Feyziyev — Azərbaycanı təmsil edən güləşçi.
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.
Kvazulu-Natal vilayəti
Kvazulu-Natal (ing. KwaZulu-Nata; zulu KwaZulu-Natali) — Cənubi Afrikanın şərqində vilayət. 1994-cü ildə Kvazulu və Natal vilayətlərin birləşməsi yoluynan yaradılıb.
Atal Bihari Vacpai
Atal Bihari Vacpai (hind. अटल बिहारी वाजपेयी; 24 dekabr 1924 – 16 avqust 2018[…], Yeni Dehli) — Hindistan dövlət və siyasi xadimi, 1999–2004-cü illərdə Hindistanın 14-cü Baş naziri.
Çata bilim (albom)
Çaqal-i Mustafa (Nəqədə)
Çaqal-i Mustafa (fars. چقال مصطفي‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 379 nəfər. yaşayır (71 ailə).
Elgün Camal
Heydər Camal
Heydər Camal (Heydər Cahid oğlu Camal; rus. Гейдар Джахидович Джемаль; 6 noyabr 1947, Moskva – 5 dekabr 2016, Almatı) — Əslən azərbaycanlı politoloq, yazıçı, filosof və şair. Rusiya İslam cəmiyyətinin fəalı, Rusiya İslam komitəsinin sədri == Həyatı == Heydər Camal 1947-ci ilin 6 noyabr tarixində SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olmuşdur. Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən ağdamlı olan H. Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Hələ uşaq ikən Ağdama — ata yurduna köçən ailəsi burda da çox qalmır. Yenidən geri dönür. Məktəbi bitirəndən sonra Heydər Camal 1965-ci ildə Şərq dilləri institutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub. 1966-cı ildə oğlu Orxan Camal dünyaya gəlir. === Vəfatı === Heydər Camal 2016-cı ilin dekabr ayının 4-dən 5-inə keçən gecə Alma-Ata şəhərində vəfat etmişdir.
Nigar Camal
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nigahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Orxan Camal
Orxan Camal (rus. Орхан Джемаль; 12 noyabr 1966, Moskva – 30 iyul 2018) — Azərbaycan əsilli rusiyalı jurnalist və ictimai xadim. Orxan Camal 12 noyabr 1966-cı ildə Moskva şəhərində anadan olub. O, rəssam Cövdət Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın isə oğludur. Orxan Rusiya paytaxtındakı Serqo Orconikidze adına Moskva geoloji kəşfiyyat institutunun məzunudur. 1988-ci ildən televiziyada çalışıb, "Zdorovye" (rus. Здоровье) kimi məşhur teleproqramın rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş Orxan 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Onun imzası "Veçernyaya Moskva", "Veçerniy kuryer", "Nezavisimaya qazeta", "Novaya qazeta", "Versiya" kimi nəşrlərdə görünüb. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi "qaynar nöqtələr"də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan Orxan 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.
Pir Camal
Pircamal — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. Pircamal kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini qədim Beylaqandan köçüb gəlmiş ailələr salmışlar. Ermənilər tərəfindən Vardadzor adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pircamal kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. XIX əsrin II yarısına məlumata görə kənd mənşəcə Bəyləqan (əsli Biləqan) şəhərindən çıxma ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1828-ci ildən sonra kənddə ermənilər də yerləşdirilmişdir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal pirinin adi ilə bağlıdır.
Qaçaq Camal
Qaçaq Camal — Tanınmış bəy və qaçaq. Qeyri adi fiziki gücü, sərrast atəş açma, at minmə və şeir yazma qabiliyyətləri ilə ad-san qazanmışdır. Camal Usub oğlu Hacıyev (Qaçaq Camal) 1883-cü ildə Faxralı kəndində anadan olmuşdur. Qeyri adi fiziki gücü, sərrast atəş açmaq, at minməyi və şeir yazmağı var idi. O, qoçaqlığı və mərdliyi ilə Gəncəbasarda və uzaq ellərdə böyük ad-sana malik olmuşdur. Deyilənlərə görə Gəncə Karvansarayına bir Ləzgi pəhləvan gəlibmiş və burada bir çox pəhləvanlara meydan oxuyurmuş. Bu haqda eşidən Camal yaylaqdan enib pəhləvanla şavaşmaq qərarını verib. Savaş meydanı düzənlənib və ləzgi pəhləvan bu zaman Camala lağda edib ki, belə cələf adam mənə nə edəcək. Savaş başlayan kimi Camal əllərini pəhləvanın qabırğalarına keçirərək onu yerə sərib və oranı sakit halda tərk edib. Camal hər zaman fağır- füqarəyə arxa dayaq olarmış.
Calal Ağakişiyev
Calal Ağakişiyev — Ağakişiyev Calal Cavanşir oğlu (3 mart 1949,Füzuli rayonu) – Azərbaycanın tibb alimi,dermatoveneroloq, tibb elmləri doktoru (1992), professor (1994),Azərbaycan Respublikasının Əməkdar həkimi (1991). == Həyatı və təhsili == Qarabağın məşhur Əmirbəylilər nəslinin Ağakişibəylilər soyundan olan Calal Cavanşir oğlu Ağakişiyev 3 mart 1949-cu ildə həkim ailəsində anadan olmuşdur. İlk təhsilini 1956–1966-cı illərdə Füzuli şəhərində orta məktəbdə almışdır. Ailə ənənəsini davam etdirərək, 1967-ci ildə N. Nərimanov adına ADTİ-nin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1973-cü ildə həmin institutu bitirmişdir. İnstitutda təhsil almaqla yanaşı, Respublika Dəri-Zöhrəvi Dispanserində orta tibb işçisi kimi çalışmış, 1975–1980-ci illərdə isə həmin dispanserdə həkim-ordinator vəzifəsində işləmişdir.. == Əmək fəaliyyəti == Dermatologiya elminin sirrlərinə dərindən yiyələnmək həvəsilə 1975-ci ildə Moskva şəhərinə gəlmiş, təhsilini davam etdirmək üçün 1976-cı ildə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutuna məqsədli aspiranturaya daxil olmuşdur. O, 1981-ci ildə "İmmunoloji göstəricilərin dinamikası nəzərə alınmaqla, ekzemalı və neyrodermitli xəstələrin spesifik və qeyri-spesifik desensibilizasiya metodları ilə müalicəsi" adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1981-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun dermatovenerologiya kafedrasına dəvət edilmiş və assistent vəzifəsinə seçilmişdir. Kafedrada işə başladığı müddətdən C. Ağakişiyev özünü potensial elmi işçi, yüksək ixtisaslı həkim, savadlı pedaqoq, intizamlı və bacarıqlı kadr kimi tanıtmışdır. 1987 – 1988-ci illərdə kafedrada dosent vəzifəsində fəaliyyət göstərmiş, 1989-cu ildə ildən isə kafedraya rəhbərlik ona həvalə olunmuşdur.
Camal Dəbuz
Camal Dəbuz (fr. Jamel Debbouze, 18 iyun 1975, Paris) — Mərakeş əsilli Fransa aktyoru, rejissoru, prodüseri və komediyaçısı. == Həyatı == 2006-cı ildə Kann Film festivalında "Vətənpərvərlər" filmindəki roluna görə aldığı Ən yaxşı aktyor mükafatı ilə daha çox tanınmışdır. İki dəfə Sezar mükafatına namizəd olmuşdur. Aktyor 1990-cı ildə, hələ 15 yaşında ikən Trappesdəki metro stansiyasında dostları ilə oynayarkən 150 km/saat sürətlə gedən bir qatarın çarpması nəticəsində sağ qolunun işləmə bacarığını itirmiş, 1992-ci ildə ilk dəfə qısametrajlı bir filmdə rol almış, sonrakı illərdə bir çox filmlərdə rol almışdır. 1996-cı ildə ilk tammetrajlı filmdə rol almış, 1998-ci ildən sonra zaman-zaman televiziyalarda komediya və əyləncə proqramlarının aparıcısı olmuş, seriallarda rol almışdır. 2004-cü ildə Olimpiya oyunları atəşini Fransa adından daşımışdır. == Filmoqrafiya == Les pierres bleues du désert (1992) Les Deux papas et la maman (1996) Zonzon (1998) Un pavé dans la mire (1998) Le Ciel, les oiseaux et... ta mère!
Camal Şakar
Camal Şakar- Türkiyə ədəbiyyatı tədqiqatçısı,yazıçı == Həyatı == Camal Şakar 1962-ci ildə Türkiyənin Balıkəsir /Gönen viyalətində doğulub. Karesi İlkokul (1973), Atatürk ortaokul (1976), Muharrem Nasbi Liseyi (1979), GÜ iqtisadi və İdarəetmə fakültəsini bitirmiş (1983). 1982-ci ildən Aylıq dərgidə yayımlanmış " bir İnsan ölər, bir ulduz düşər" adlı hekayəsi ilə ədəbiyyata gəlir. Bəzi mənbələrdə isə ilk hekayənin adı "ağ köynək" olduğu qeyd edilir. Balikesirdə ailə şirkətində işə başlamış, bu günə qədər də bu istiqamətdə fəaliyyətini davam etdirir. == Hekayəçilik fəaliyyəti == 1982-ci ildən Aylıq dərgidə yayımlanmış " bir İnsan ölər, bir ulduz düşər" adlı hekayəsi ilə ədəbiyyata gəlir. Bəzi mənbələrdə isə ilk hekayənin adı "ağ köynək" olduğu qeyd edilir. Hekayələri "Aylık Dərgi", "Mavera", "Yedi iklim", "Hece" və "Hece öykü" jurnallarında çap olundu. "Esenlik zamanları" kitabı Türkiyə Yazıçılar Birliyi tərəfindən 1999- cu ildə mükafata layiq görüldü. == Hekayə kitabları == Gidenler Gidenler, Yedi İklim Yayınevi, İstanbul, 1990.
Aşıq Camal
Aşıq Camal (1850, Baş Göynük – 1907, Zəyəm, Qax rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Camal Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Daha sonra Qax rayonunun Zəyəm kəndində yaşayıb. Aşıq Camal el sənətkarı olmuş, aşıq şeirinin müxtəlif janrlarında şeirlər yazmışdır. Zəyəm kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi Bəsti Səfərqızı aşığın ədəbi irsindən xeyli nümunələr və onun yaratdığı "Şahbaz və Camalşah" dastanından müəyyən parçaları toplaya bilib. Aşığın əldə olan şeirləri onun yaradıcılıq potensialının genişliyindən və zənginliyindən xəbər verir. Aşıq Camal 1907-ci ildə 77 yaşında vəfat etmişdir.
Camal Cəfərov
Camal Cəfərov (25 fevral 2002) — Azərbaycan Premyer Liqasında "Sabah" klubundan icarə olaraq "Kəpəz"in hücumçusu kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu. == Karyera == Cəfərov 17 aprel 2021-ci ildə Azərbaycan Premyer Liqasında "Sabah"ın "Şamaxı" ilə oyununda debüt edib. O, ardıcıl olaraq 2023-2024 və 2024-2025 mövsümlərində "Kəpəz" tərəfindən "Sabah"dan icarəyə götürülüb.
Calal Abdullai
Calal Volci Abdullai (5 yanvar 2005, Qana) — Allsvensan təmsilçilərindən olan "Elfsborq" klubunda hücumçu kimi çıxış edən peşəkar Qana futbolçusu. == Klub karyerası == Abdullai 2023-cü ilin yaz aylarında Qana təmsilçilərindən olan İnter Alayz klubundan İsveçə gəlmişdir. O, əvvəlcə "Elfsborq" klubunun U-19 komandası ilə məşqlərə başlamış, məşqlərdə uğurlu çıxışından sonra isə əsas komandaya dəvət edilmişdir. 2023-cü ilin iyul ayında klub Abdullaini transfer etmək qərarına gəlmişdir. 2024-cü ilin aprel ayında Expressen jurnalı oyunçunu Allsvensanda çıxış edən 5-ci ən yaxşı gənc futbolçu elan etmiş və onu "cilalanmamış almaz" adlandırmışdır. Abdullai klubda ilk qolunu 2023-cü ilin sentyabr ayında "Halmstad" klubuna qarşı oyunda vurmuşdur. Onun həlledici qolu ilə komandası rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. Həmçinin həmin görüşdə Calal qırmızı vərəqə alaraq meydandan qovulmuşdur. 2024-cü ilin may ayında "AİK" klubuna qarşı oyunda dublla yadda qalan Abdullai qol sevincini rəqib komandanın azərkeşləri qarşısında çılğınca qeyd etdiyinə və formasını soyunduğuna görə sarı vərəqə ilə cəzalandırılmışdır. 2024-cü ilin iyulunda isə o, "Myelbü" klubuna qarşı görüşdə 22-ci saniyədə qolla yadda qalmışdır.
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Batial
== Batial çöküntülər == Dəniz və okeanların batial zonasında (sahəsində) çökən vulkanik lillərdən, dərinlik qumlarından və çınqıl daşlarından ibarət, əsasən göy, yaşıl, qırmızı və boz rəngli çöküntülər. Batial çöküntülərin tərki­bində terrigen materiallar üstünlük təşkil edir. Batial çöküntülər dünya okeanı dibi sahəsinin 15,4%-ni örtür, əsasən materik yamaclarında yayılmışdır. Batial çöküntüləri - əksərən materik yamac hüdudunda, qismən isə şelfin daha dərin hissələrində, 200 m-dən 2000 m-ə qədər dərin­likdə toplanan dəniz çöküntüləri. == Batimetrik xəritə == Batimetrik xəritə-izabatın köməyi ilə tərtib edilən sualtı relyefi əks etdirir. Sualtı relyefin rəngləri dərinlik pillələri üzrə verilir. == Batimetriya == Batimetriya-(yun. bathus dərin+metreo - ölçürəm) - xüsusi cihazlarla (lota, exolota və digər dərinlik ölçənlərlə) dəniz və okeanlann dərinliyinin ölçülməsi. == Batimetrik vilayət == Batimetrik vilayət okean və ya dənizlərin dib hissəsi və ona qovuşan su qatları. Ayrı-ayrı batimetrik vilayət adətən (bəzən şərti olaraq) aşağıdakı dərinliklərlə səciyyələnirlər: şelf 0-200 m (500-600 m-ə qədər), qitə yamacı (batial vilayət) 200-500m-dən 2000-3000 m və daha artıq, hemipelagik 2000 m-dən 4000-5000 m qədər, abissal 4000-5000 m-dən 6000 m qədər, ultraabissal 6000m-dən dərin.
Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
GATÖL
Halal
Halal (ərəb. حلال‎) – İslam dinində icazə verilən və ya qanuni olan şeyə verilən ad. Haram terminin zidd şəklidir.
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. == Əhali == Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Damal
Damal — Ərdəhan ilinin Damal ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. == Əhalisi == Əhalisi 2021-ci ilin siyahıyaalmasına görə 2,890 nəfərdir. İnönü də daxil olmaqla 8 məhəllədən ibarətdir. Şəhərdə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.