ÜFÜQ

açıq yerdə yer səthinin dairə şəklində görünən hissəsidir ki, bu hissədə göy qübbəsinin kənarları yerə bitişmiş kimi görünür; Ü.-ün kənarında göyün yerə bitişik kimi görünən sərhədinə Ü. Xətti deyilir. Ü. Xətti müşahidəçi üçün yer səthinin görünən hissəsini görünməyən hissəsindən ayırır. Ü.-ün dörd əsas: Şimal-Şm. (Nord-N), Cənub – c. (Süd-S), Şərq – Ş. (Ost və ya Est- O və ya E), Qərb – Q. (West-W); dörd aralıq: Şimal ilə Şərq arasında – Şimal-Şərq-Şm. Ş. (NO), Şimal ilə Qərb arasında – Şimal-Qərb-Şm. Q. (NW), Cənub ilə Şərq arasında – Cənub - Şərq – C. Ş. (SO), Cənub ilə Qərb arasında – Cənub-Qərb-C. Q. (SW) cəhətləri vardır. Müşahidə olunan nöqtənin hündürlüyündən asılı olaraq Ü.-ün diametri genişlənir. Müşahidəçi açıq havada Elbrus dağından (5633 m) Qara dənizdə gəmini, Baba dağından (3629 m) Kür – Araz ovalığının hər tərəfini görə bilər. Müşahidə olunan nöqtənin hündürlü-yü, m-lə 1 10 50 100 500 1000 3000 5000 10000 Üfüqün görünən məsafəsi, km-lə 3,8 12,1 27,1 38,3 85,6 121 210 271 383
ÜFQİ ZONALAR
ÜMUMDÜNYA METEOROLOJİ TƏŞKİLAT, ÜMT
OBASTAN VİKİ
Üfüq
Üfüq- açıq yerdə Yer səthinin dairə şəklində görünən hissəsidir ki, bu hissədə göy qübbəsinin kənarları yerə bitişmiş kimi görünür. Üfüqün kənarında göyün yerə bitişik kimi görünən sərhəddinə üfüq xətti deyilir. Üfüq xətti müşahidəçi üçün yer səthinin görünən hissəsini görünməyən hissəsindən ayırır. Üfüqün dörd əsas: Şimal-Şm. (North-N), Cənub-C. (South-S), Şərq-Ş (East-E), Qərb-Q (West-W) cəhətləri vardır. Üfüqədək görünən məsafəni d = 3 , 86 h {\displaystyle d=3,86{\sqrt {h}}} düsturu ilə hesablamaq olar. Burada h-müşahidə nöqtəsinin (m-lə) hündürlüyüdür. Müşahidə olunan nöqtənin hündürlüyündən asılı olaraq üfüqün diametri genişlənir. Müşahidəçi açıq havada Elbrus dağından (5633 m) Qara dənizdə gəmini, Baba dağından (3629 m) Kür-Araz ovalığının hər tərəfini görə bilər. Üfüqi zonallıq hündürlük və ya şaquli zonallığın əksinə, üfüqi istiqamət üzrə zonaların bir-birini əvəz etməsinə deyilir.
Hadisə Üfüqü Teleskopu
Hadisə Üfüqü Teleskopu (HÜT) (ing. Event Horizon Telescope (EHT)) radio teleskop sistemi olub qlobal teleskop şəbəkəsi təşkil edir. Hadisə Üfüqü Tekeskopu layihəsi Yer kürəsinin müxtəlif nöqtələrində bir-birindən uzaqda bucaq imkanı kifayət qədər olan 8 kəskin uzun bazisli interferometrik stansiyalardan məlumatları birləşdirərək super massiv Qara Dəliyin Hadisə Üfüqü kimi nəhəng obyekləri müşahidə etməyə imkan verir. Proyektin hədəfi Yer Kürəsindən ən böyük bucaq diametrində iki Qara Dəliyi müşahidə etməkdir. Müşahidə məntəqələri cD tipli ovalvari super nəhəng Messier 87 qalaktikasının mərkəzindəki Qara Dəlik və Süd Yolu qalaktikanısının mərkəzində yerləşən Sagittarius A* Qara Dəliyidir. Hadisə Üfüqü Teleskopu Əməkdaşlığı özünün ilk uğurlu nəticəsini 10 aprel 2019-cu il tarixdə eynianda 6 müxtəlif bölgələrdə keçirilmiş mətbuat konfransında açıqlamışdır. Məlumatda birbaşa Messier 87 qalaktikasının mərkəzindəki Qara dəliyin şəkli göstərilərək M87 adı altında qeyd olunmuşdur. Elmi nəticələr 6 məqalədə The Astrophysical Journal Letters jurnalının 875-ci sayında nəşr olunmuşdur.
Hadisə üfüqü
Hadisə üfüqü — işıq və maddənin artıq qaça bilmədiyi bölgəni sərhədləyən qurşaq. Hadisə üfüqü hər hansı bir fiziki araşdırma edə bilmədiyimiz bir kosmos parçasıdır. Nə hadisə üfüqündən kənarı bilinən qanunlarla açıqlama imkanı var, nə də orada nə olub bitdiyini bilməyin bir yolu var. Bir ulduzun hadisə üfüqü ulduzun çökmədən əvvəlki kütləsi ilə mütənasibdir. Məsələn, kütləsi 10 günəş kütləsi olan bir ulduz içə çöküb qara dəlik halına gəldiyində diametri 60 km olan bir hadisə üfüqünə sahib olur. Bir qara dəlik maddə udduqca hadisə üfüqünü genişlədir, hadisə üfüqü genişləndikcə də daha güclü qravitasiya sahəsinə sahib olur. Qara dəliyin hadisə üfüqündə nəzəri olaraq zaman tamamən dayanır. Bəzi qara dəliklərdə iki hadisə üfüqü vardır. Bəziləri "hadisə üfüqü" termini yerinə qara dəliyə çox da uyğun olmayan "qara dəliyin səthi" terminini istifadə edirlər. (Terminin uyğun olmamasının səbəbi bir planet və ya ulduzdakı kimi qatı və qazlardan təşkil olan bir səthinin olmamağıdır.) Lakin burada bəzi xüsusi xüsusiyyətlər göstərən bir bölgədən danışılmır; bir müşahidəçi qara dəliyə üfüqü aşacaq qədər yaxınlaşmış ola bilsəydi, özünə səth təəssürat sağlayacaq heç bir xüsusiyyət və ya dəyişiklik hiss edə bilməyəcəkdi.
Hadisə üfüqü (film, 1997)
Yeni üfüqlər
"Yeni üfüqlər" (ing. New Horizons), NASA tərəfindən hazırlanan bir insansız kosmos gəmidir. Cırtdan planet olan Pluton və peyklərinə uçuş edəcək ilk kosmos vasitəsidir. 19 yanvar 2006-cı ildə uğurla uçurulmuşdur. 28 fevral 2007, saat 5:43:40 Yupiterin yanından keçən New Horizonsın Günəş Sistemini tərk etmədən öncə iyul 2015-ci ildə Plutona ən yaxın nöqtədən keçərək planetin quruluşu və atmosferini təhlil etməsi gözlənilir. Bundan başqa, Plutonu kəş edən Clyde Tombaughun külünün bir hissəsi bu insansız kosmik gəminin içindədir. 2015 Aprel ayı etibarilə Yeni Üfüqlər gəmisi Plutonun ilə bağlı zəif keyfiyyətə malik şəkillər göndərmişdir. Yeni üfüqlər peyki NASA-nın rəsmi saytından tam zamanlı təhlil olunduğu kimi 14 iyul 2015-ci ildə Plutonun 12500 km məsafə uzaqdan şəkillər çəkib göndərəcəyi düşünülür. Görüntülər National Geographic Channeldan 14 iyul 2015 tarixində yayımlanacağı planlanmışdır.
Üfüqi dovşanalması
Üfüqi dovşanalması (lat. Cotoneaster horizontalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Cotoneaster acuminatus var. prostratus Hook. ex Decne. Cotoneaster davidianus hort. ex Dippel Cotoneaster horizontalis var. horizontalis horizontalis Diospyros chaffanjonii H.L‚v. Təbii şəraitdə Krımda, Qafqazda, Sibirdə, Orta və Mərkəzi Avropada, Monqolustanın şimalında, Himalayda, Çində yayılmışdır. Hündürlüyü 2-3 m-ə çatan, dəyirmi çətirli, yarpağını tökən, çox budaqlı koldur.
Üfüqi həmişəyaşıl sərv
Üfüqi inteqrasiya
Üfüqi inteqrasiya (üfüqi konsentrasiya) — alıcı firma ilə eyni sənayedə və eyni istehsal mərhələsində yerləşən bir firmanın digəri üzərində alınması və ya nəzarəti yolu ilə eyni profilli təsərrüfat subyektlərinin birləşməsi. BSE-yə görə, üfüqi konsentrasiya həm homojen, həm də texnoloji cəhətdən bir-biri ilə əlaqəsi olmayan məhsulların istehsalında bir firma daxilində cəmləşmə prosesidir. BRE-ə görə üfüqi iqtisadi inteqrasiya eyni profilli təsərrüfat subyektlərinin birliyidir. “Britannika”ya görə, üfüqi inteqrasiya, şirkətin istehsalın mərhələlərindən birinə və ya vahid sənayeyə tam nəzarət etməyə çalışdığı, miqyas iqtisadiyyatından istifadə etməyə imkan verən, lakin rəqabətin azalmasına səbəb olan biznesin təşkili formasıdır. Bu halda üfüqi biznes birləşməsi baş verir, yəni hər iki şirkət eyni bazar üçün eyni məhsul və ya xidməti istehsal etdikdə. Məsələn, bir avtomobil istehsalçısı digər avtomobil istehsalçısına nəzarət edir; bu halda onlar eyni istehsal mərhələsində və sənayenin eyni sahəsindədirlər. Üfüqi inteqrasiya yolu ilə yaranan inhisara üfüqi inhisar deyilir.
Üfüqi parçalanma
Üfüqi parçalanma (rus. горизонтальное расчленение, ing. horizontal dissection of mountains) — dağlıq ölkələrdə müxtəlif dərəcəli silsilələrin, çay dərələrinin və digər oroqrafik elementlərin əmələ gətirdiyi forma. Radial (şüavari), lələkvari (köndələn), şəbəkəli, kulisvari parçalanma formaları ayrılır.
Üfüqi stabilizator
Üfüqi stabilizator təyyarələrin uçuş oxunun paralel olduğu üfüqi müstəvidə təyyarənin tarazlı bir uçuş həyata keçirməsinə imkan verən səthlərdir. Adi təyyarələrdə üfüqi stabilizator quyruqda yerləşir və kiçik bir cüt qanada bənzəyir. Hündürlük sükanı və hündürlük çəpəri üfüqi stabilizatorun ucunda yerləşir. Hündürlük sükanı və hündürlük çəpəri istisna olmaqla üfüqi stabilizatorun digər hissələri ümumiyyətlə hərəkətsizdir. Bəzi təyyarələrdə tamamilə hərəkət edə bilən üfüqi bir stabilizator var. Bu təyyarələrdə ayrıca bir hündürlük sükanı (lift) olmur və eyni zamanda stabilizator hündürlük sükanı rolunu oynayır. Kanart təyyarələrində isə daşıyıcı kanart və ya nəzarət kanartı üfüqi bir stabilizator rolunu oynayır.
Üfüqi səth
Üfüqi səth (rus. уровенная поверхность, ing. level surface) — bütün nöqtələrində ağırlıq qüvvəsinin potensialı bərabər olan Yerin qravitasiya sahəsinə uyğun gələn Üfqi səth. Dünya okeanı sularının orta səviy-yəsidir.
Üfüqi yatım
Üfqi yatım (rus. горизонтальное залегание, ing. flat bed, flat pitch) — süxur laylarının tamamilə üfqi vəziyyətdə yatması.
Üfüqi yerdəyişmə
Üfüqi yerdəyişmə (rus. сдвиг, ing. shear-fault) — geologiyada süxur qatlarının bir- birinə nisbətən qırılma boyu üfqi istiqamətdə yerdəyişməsi. Yerdəyişmənin sağ və sol, uyğun, qeyri- uyğun, köndələn, uzununa və strukturaya nisbətən çəp növləri vardır.
Üfüqü ötənlər (film, 2011)
Üfüqü ötənlər — rejissor Şamil Nəcəfzadənin sənədli filmi. Film Mircavad, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev kimi böyük Azərbaycan rəssamlarının yaradıcılığından bəhs edir. Yazıçı, sənətşünas Sara Oğuz Nəzirovanın xatirələri əsasında çəkilmiş bu film, onun yaxından tanıdığı, yaradıcılıqları XX əsrin ikinci yarısına təsadüf edən 5 Azərbaycan avanqard rəssamından bəhs edən iki hissəli ekran əsəridir. Film "Torpaqdan qaynaqlanan təməl", "Qardaşımdan yaxşısı yox idi", "Qaranlıqdan qopan çığırtı", "Əbədiyyata sıçrayış", "Mümkün olmayan axtarış" adlanan 5 bölümdən ibarətdir. Filmdə "Bu, Mircavaddır" sənədli filminin və "Abşeron bağları" verilişinin kadrlarından və kinoxronikadan istifadə olunmuşdur.
Üfüqi analiz
Üfüqi analiz — müxtəlif dövrlər üzrə göstəricilərin müqayisəsini nəzərdə tutan maliyyə təhlili üsulu. Zamanla ayrı-ayrı maliyyə göstəricilərinin dinamikasının öyrənilməsi əsasında. Maliyyə göstəriciləri kimi maliyyə hesabatı maddələrinin (gəlir, mənfəət, balans maddələri) və maliyyə fəaliyyətinin göstəriciləri (məsələn, EBITDA), maliyyə əmsalları (gəlirlilik, likvidlik, Borc/EBITDA və s.) məlumatlarından istifadə edilə bilər. Dövrlər kimi istənilən eyni vaxt intervalları (ay, rüb, il) istifadə olunur. hesabat dövrünün maliyyə göstəricilərinin əvvəlki dövrün (ay, rüb, il) göstəriciləri ilə müqayisəsi. hesabat dövrünün maliyyə göstəricilərinin ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisəsi. Bu tip təhlil açıq mövsümi faktoru olan şirkətlərə tətbiq edilir. bir sıra əvvəlki dövrlərin maliyyə göstəricilərinin müqayisəsi. Bu tip təhlilin məqsədi ayrı-ayrı göstəricilərdə meylləri müəyyən etmək, dinamikada trend xəttini müəyyən etməkdir. 1.
Hadisə üfüqü (film)
Hadisə üfüqü (ing. Event Horizon) — 1997-ci ildə Pol V. S. Anderson tərəfindən çəkilmiş elmi fantastika qorxu filmi. Baş rollarda Lorens Fişborn, Sem Nill, Ketlin Kuinlan və Coeli Riçardson oynuyub. Filmin çətin istehsal tarixi var idi: Paramount Pictures-ın əsas layihəsi olan "Titanikin" planlaşdırıldığı vaxtda buraxılmayacağı məlum olanda, studiya tələbi ilə "Hadisə üfüqü" çəkilişləri və montaj işləri tələsik halda başa çatdırılmışdı. Filmin ilkin 130 dəqiqəlik versiyası ciddi şəkildə düzəliş edilib, qısaldıranda, rejissorun narazılığına səbəb olmuşdu. Buraxıldıqdan sonra film həm kommersiya baxımından, həm də film tənqidçiləri arasında ümidləri doğrultmadı və 60 milyon dollarlıq büdcədən cəmi 42 milyon dollar gəlir əldə etdi. Ancaq sonradan videodaşıyıcı vasitəsiylə yaxşı satılmağa başladı; DVD versiyasının yayılması o qədər gəlirli idi ki, buraxıldıqdan bir müddət sonra Paramount silinmiş materialların bərpası işinə başlamaq üçün Andersonla əlaqə saxladı. Lakin məlum oldu ki, kadrlar ya itib, ya da məhv edilib. O vaxtdan bəri film tədricən kult statusu qazandı, populyar mədəniyyətin digər əsərlərində ona istinadlar tez-tez rast gəlinir. Filmin süjeti 2047-ci ildə baş verir, itkin düşmüş və sonradan Neptunun orbitində peyda olan "Event Horizon" kosmik gəmisini astronavtlardan ibarət komandanın geri qaytarması və ekipajını xilasetmə missiyasının icrasından bəhs edir.

Значение слова в других словарях