ÜN

1. голос, звук, шум; 2. зов, клик, окрик; 3. слух, молва;
ÜMUMZAVOD
ÜNQA
OBASTAN VİKİ
Ün
𐕞 (səslənməsi /y/, transkripsiyası Ü, ü) — Alban əlifbasının 47-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Իոն (İon) kimi verilmişdir. Buna baxmayaraq Sinay Palimpsestlərində bu hərfi Aor hərfindən fərqləndirmək mümkün deyildir. Tədqiqatçı Jost Gippert bu hərfi Aor və Yayd hərflərinin diqrafı kimi rekonstruksiya etmiş, alb. 𐕆𐕞𐕡𐕄 (hüwḳ) 'ürək' (udi ük'), alb. 𐕞𐕡𐕇 (üwx̣) 'altı' (udi ŭq) və alb. 𐕛𐕞𐕡𐕘 (vüwġ) 'yeddi' (udi vŭğ) kimi sözləri əsas gətirərək əlifbada "ü" hərfinin mövcud olmağını məcburiyyət kimi irəli sürmüşdür. Buna görə də Gippert, Matenadarandakı hərfin əsl adının "Ün" ola biləcəyi ehtimalını müdafiə edir. Digər tədqiqatçılardan Aşot Abramyan bu hərfi ermənicə Ր (r) hərfi ilə bənzətmişdir.
Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün seçmə mərhələsi
Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün seçmə mərhələsi — 2014-cü ildə İtaliyada keçiriləcək dünya çempionatının təsnifat mərhələsidir.
Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün seçmə mərhələsi (Afrika)
== Komandalar ==
Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün seçmə mərhələsi (Cənubi Amerika)
Cənubi Amerika materiki üzrə keçirilən voleybol üzrə qadınlararası dünya çempionatı 2006-ün seçmə mərhələsi — CSV tərəfindən təşkil edilən, 2006 dünya çempionatına lisenziya verən Cənubi Amerika regionu qadın milliləri üçün kvalifikasiya turniri. Digər regionlardan fərqli olaraq bu regionda oyun sxeması bir qədər fərqlidir. Belə ki, regionda yalnız on iki voleybol federasiyasının olması, bu federasiyaların hardasa yarısının peşəkar qadın voleybol millilərinə sahib olmamaması turnirdə yalnız altı komandanın iştirakına gətirib çıxartmışdı. Ümumilikdə isə qitə çempionatı ilə əlaqəli olaraq yalnız üç milli komanda oyunlar keçirmişdir. Belə ki, reqlamentə əsasən qitə çempionatında (Cənubi Amerika qitə olmamasına baxmayaraq idman növlərində bu regionda təşkil olunan əsas çempionat qitə çempionatı adlanır ) ilk yeri tutan komanda birbaşa mundiala vəsiqə qazanır. Digər üç yerin sahibi isə təsnifat mərhələsində bir qrupda oynayırlar. Həmin qrupun qalibi də dünya çempionatına ikinci və sonuncu liisenziyanın sahibi olur.
Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün seçmə mərhələsi (Asiya və Okeaniya)
Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün Asiya və Okeaniya üzrə seçmə mərhələsi — üç qitədən komandaların qatılımı ilə gərçəkləşmişdir. Bunlar Asiya, Avstraliya (Avstraliya) və Okeaniya (Yeni Zelandiya) qitələridir. Ümumilikdə 15 komandanın iştirak etdiyi turnirə Şimali Koreya müəmmalı bir şəkildə qatılmamışdır. Turnirin reqlamentinə əsasən 2014-cü ilin dünya çempionatına vəsiqə qazanmaq üçün ilk öncə reytinqcə aşağı komandalar "regional raund"da mübarizə aparırdılar. Bu mərhələdən növbəti raunda yüksələn komanda daha güclü yeddi komanda ilə birlikdə iki qrupa ayrılmışdılar və həmin 2 qrupda bütün komandalar bir-birləri ilə qarşılaşmışdılar. Sonda hər qrupda ilk iki yeri tutan komandalar İtaliyada keçirilən mundiala Asiya və Okeaniya regionu üçün ayrılan 4 lisenziyaya sahib çıxdılar. Qeyd edək ki, hər bir qrupun oyunları Asiya Voleybol Konfederasiyası tərəfindən qabaqcadan təyin edilmiş şəhərlərdə keçirilirdi.
1900-ün əfsanəsi
"1900-ün əfsanəsi" (it. La leggenda del pianista sull'oceano) — rejissor Cüzeppe Tornatorenin filmi. Bu film rejissorun ilk ingilisdilli filmidir. == Məzmun == Bu, böyük gəmidə bütün zamanı, bütün dünyanı əks etdirən bir film-dastandır. Musiqinin, dostluğun sevginin, əzabın qəribə dünyası uzun illərdir ki, qəhrəmanların gözləri önündə baş verir. Bu, əhvalat dahi pianoçu ilə bağlıdır. O, gəmidə doğulub və bütün ömrünü də orada piano arxasında keçirib. Əhvalat onun musiqiçi dostu, truba ifaçısının dilindən danışılır. Hər şey XX əsrin birinci günü "Vinciniyalı" gəmisində körpə uşağın tapılması ilə başlamışdı. Uşaq böyüyür və bütün ömrünü nəhəng okean laynerində keçirir.
Atatürk'ün Sevdiği Şarkılar
Atatürk'ün Sevdiği Şarkılar (azərb. Atatürkün sevdiyi mahnılar‎), Müzəyyən Sənar və Səfiyyə Aylanın ifa etdiyi Osmanlı musiqisinin nümunələrindən ibarət, Atatürkün sevdiyi mahnılar da daxil olmaqla cəmi 20 mahnıdan ibarət musiqi albomu.
1900-ün əfsanəsi (film, 1998)
"1900-ün əfsanəsi" (it. La leggenda del pianista sull'oceano) — rejissor Cüzeppe Tornatorenin filmi. Bu film rejissorun ilk ingilisdilli filmidir. == Məzmun == Bu, böyük gəmidə bütün zamanı, bütün dünyanı əks etdirən bir film-dastandır. Musiqinin, dostluğun sevginin, əzabın qəribə dünyası uzun illərdir ki, qəhrəmanların gözləri önündə baş verir. Bu, əhvalat dahi pianoçu ilə bağlıdır. O, gəmidə doğulub və bütün ömrünü də orada piano arxasında keçirib. Əhvalat onun musiqiçi dostu, truba ifaçısının dilindən danışılır. Hər şey XX əsrin birinci günü "Vinciniyalı" gəmisində körpə uşağın tapılması ilə başlamışdı. Uşaq böyüyür və bütün ömrünü nəhəng okean laynerində keçirir.
Hakan Ünsal
Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hazırda TRT 1 kanalında şərhçi kimi fəaliyyət göstərir. == Karyerası == Futbola Sinopun Ayancıq Gəncliksporda başlamışdır. 1991-ci ildə Həvəskar liqada oynayan Əmlak Bankı Eyüpspora transfer olmuş və 2 il bu klubun şərəfini qoruduqdan sonra 1993-cü ildə Karabükspora keçmişdir. 1994-cü ildə Qalatasaraya transfer olduqdan sonra 2002-ci ili Blekbern Roversdə keçirərək yenə Qalatasaraya qayıtmışdır. 2005-ci ildə Çaykur Rizəspora keçdikdən sonra karyerasını bitirmişdir. == Oyun tərzi == Bir hücuma meyilli müdafiəçi olan Hakan Ünsal sol cinah boyunca oyuna hakim ola bilən futbolçu olmuşdur. Fiziki gücünə görə və "vəhşi" oyununa görə fərdi mübarizələrdə çox ayaq üstə qala bilmişdir. Məsələn, 2000-ci ildə UEFA Avropa Superkuboku uğrunda oynanılan Qalatasaray-Real Madrid oyununda topu meydanın mərkəzindən cərimə meydanına gətirərək komandasına penalti qazandıra bilmişdir. == Karyerasından sonra == Karyerasına bitirdikdən sonra futbol şərhçisi kimi işləməyə başlamışdır.
IP-ünvan
IP ünvanı (aypi-ünvan, ingilis dilindəki Internet Protocol address sözlərinin qısaltmasıdır) — internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompüterlər iki variantda ünvana malikdirlər: rəqəm IP ünvanı və simvolik domen ünvanı. İnternetə qoşulan hər bir kompüterin öz IP ünvanı olur. Digər bütün kompüterlər bu IP ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hal-hazırda ən çox istifadə edilməkdə olan IPv4 üçün 32 bit həcmində IP ünvanları istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP ünvanı forması adlanır. İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi"ni (DNS) təklif etdilər. == Funksiyası == IP ünvanı iki əsas funksiyaya xidmət edir: hostu, daha dəqiq desək, onun şəbəkə interfeysini müəyyən edir və şəbəkədə hostun yerini və həmin hosta yol yaratmaq qabiliyyətini təmin edir.
IP ünvan
IP ünvanı (aypi-ünvan, ingilis dilindəki Internet Protocol address sözlərinin qısaltmasıdır) — internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompüterlər iki variantda ünvana malikdirlər: rəqəm IP ünvanı və simvolik domen ünvanı. İnternetə qoşulan hər bir kompüterin öz IP ünvanı olur. Digər bütün kompüterlər bu IP ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hal-hazırda ən çox istifadə edilməkdə olan IPv4 üçün 32 bit həcmində IP ünvanları istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP ünvanı forması adlanır. İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi"ni (DNS) təklif etdilər. == Funksiyası == IP ünvanı iki əsas funksiyaya xidmət edir: hostu, daha dəqiq desək, onun şəbəkə interfeysini müəyyən edir və şəbəkədə hostun yerini və həmin hosta yol yaratmaq qabiliyyətini təmin edir.
MAC-ünvan
MAC-ünvan — Ethernet şəbəkəsinə daxil olan hər cihaz, ya da kompüter "node" adlandırılır. kompüterlərə ethernet kartı taxanda həmin kompüter şəbəkədə punkt halına gəlir və bu punktu node adlandırırlar. Şəbəkəyə təkcə kompüterlər qoşulu olmur. Digər cihazların da qoşulu ola biləcəyi üçün router-lərin, hub-ların qoşulma nöqtələrini sadələşdirərək node adlandırırlar. Ethernet şəbəkəsində kompüterlər və cihazlar bir-birlərindən sahib olduqları analoqu olmayan MAC adresləri ilə ayırd edilirlər. Hər node və ya sadəcə hər ethernet kartı dünyada təkrarı olmayan bir adresə sahibdir. Bu adres 48 bitlik bir rəqəmdir. Məsələn bu yazının yazıldığı kompüterə taxılı şəbəkə kartının MAC adresi belədir: 100100000110101001010010100011001101100000011 İkili sistemdə olan bu rəqəmi söyləmək və yazmaq çətin olduğu üçün onu 16-lıq sistemdə yazırlar: 12-0D-4A-51-9B-03 Ethernet sistemində node-ları bir-birindən ayırmaq üçün MAC adreslərdən istifadə olunur. MAC adresləri hesabına sistemlər şəbəkə üzərindən özlərinə çatan məlumat paketinin özlərinə gəlib gəlmədiyini anlayırlar. Ethernet şəbəkəsində, bir kompüter bir məlumat paketi yolladığında, bu paket şəbəkədəki bütün sistemlərə çatır.
Millətlərarası ünsiyyət dili
Millətlərarası ünsiyyət dili — çoxmillətli dövlətdə xalqlararsı ünsiyyət vasitəsi kimi istifadə edilən dil. Beynəlxalq dillərin bir və ya daha çoxundan bir ölkə daxilində istifadə edilməsi ilə fərqlənir. == Millətlərarası ünsiyyət dili nümunələri == Türk dili Türkiyədə yaşayan bütün xalqların ümumi istifadə etdiyi dildir. İngilis dili ABŞ-də bütün xalqlar tərəfindən istifadə edilir. Rus dili Rusiyada yaşayan 100-dən çox xalqın ümumi ünsiyyət dilidir..
Mirzə Ağa Əliyev küçəsi 115 ünvanında ev
Mirzə Ağa Əliyev küçəsi 115 ünvavında ev — Bakının Yasamal rayonunda ev. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarixi və mədəni abidələr haqqında fərmanına əsasən, yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsi olmuşdur. == Evin tarixi == Ev 1910-cu ildə 3 dekabr 1937-ci ildə həbs olunana qədər burada yaşayan Azərbaycan Xalq Artisti Abbas Mirzə Şərifzadənin böyük qardaşı Qulam Mirzə Şərifzadə tərəfindən tikilmişdir. Bu evi ziyarət edən qonaqlar arasında Hüseyn Cavid,Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və bir çox digər aktyor, şair və musiqiçi vardı. Sovet illərində, evin fasadında 2016-cı ilin fevralında sökülmüş aktyorun xatirəsinə lövhə qoyulmuşdur. Bu evin təsviri də memarlıq professoru Şamil Fətullayev "Bakı XIX əsr — XX əsrin əvvəllərində şəhər planlaşdırılması" kitabında verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli sərəncamına əsasən, ev yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsi elan edilmişdir. 2016-cı ildə Böyük Bakının regional inkişaf planı çərçivəsində Nəriman Nərimanov prospekti (keçmiş Sovetskaya küçəsi) və Beşmərtəbə (Nizami metrostansiyası yaxınlığında məşhur beş mərtəbəli) arasında yerləşən ərazinin təmizlənməsi ilə bağlı memarlıq abidəsinin sökülməsi təhlükəsi yarandı. 14 may 2016-cı ildə ev yıxıldı. 2016-cı il 23 maydal] Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycanın qorunan abidələri haqqında sərəncamına düzəlişlər edib.
Mirzə Fətəli Axundov küçəsi 45 ünvanında ev
Mirzə Fətəli Axundov küçəsi 45 ünvavındakı yaşayış binası — Bakının Yasamal rayonunda tarixi ev. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarixi və mədəni abidələr haqqında fərmanına əsasən, yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsi olmuşdur. == Tarix == Ev 1909-cu ildə tikilmişdir və 1920-ci ildə Azərbaycan sovetləşdikdən sonra xaricə köçmüş həyat yoldaşı Zamin xanımla Şirin bəyə aiddir. Daha sonra rus ailəsi bu evdə yaşamağa başladı. Daha sonra bu ev 50 ildən çox müddətdə burada yaşayan Faiq Əliyevin olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli sərəncamına əsasən, ev yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsi elan edilmişdir. 2016-cı ildə Nəriman Nərimanov prospekti (keçmiş Sovetskaya küçəsi) və Beşmərtəbə (Nizami metrostansiyası yaxınlığında məşhur beş mərtəbəli binası) ərazisinin təmizlənməsi Böyük Bakının regional inkişaf planı çərçivəsində başlamışdır. 2016-cı il 23 mayda Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycanın qorunan abidələri haqqında sərəncamına düzəlişlər edib. 10 iyun 2016-cı ildə ev yıxıldı. Yerli sakinlər və ictimaiyyətin bir araya gələrək örtüklərini sökən şəxsin, bədii dəyər parçaları diqqətlə sökülməsi və sonra başqa yerlərdə nümayiş ediləcəyini söylədi.
Məclisi-üns
“Məclisi-üns” (Dostluq məclisi) - 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə "Məclisi-üns" adlı ədəbi məclis görkəmli şuşalı alimlərdən Mirzə Əbdülqasımın mədrəsəsində təşkil edilir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırdı; məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşdı, şöhrəti Qarabağın hüdudlarını aşıb Azərbaycanın başqa yerlərinə də yayıldı. 1872-ci ildə, "Məclisi-üns" Natəvanın evinə köçəndən sonra Mir Möhsün Nəvvabın təşəbbüsü ilə "Məclisi-fəramuşan" ("Unudulmuşların məclisi") ədəbi məclisi yarandı. Məclis 2022-ci ildə bərpa edilmşdir.
Mədəniyyətlərarası ünsiyyət
Mədəniyyətlərarası ünsiyyət — mədəni qarşılıqlı əlaqə dünya xalqlarının fərqli mədəniyyətlərinin nümayəndələri arasında bir əlaqə və ünsiyyətdir, həm insanlar, həm də öz icmaları arasında birbaşa təması əhatə edir. Ünsiyyət formaları (dil, danışıq, yazı, elektron ünsiyyət və s.) müxtəlifdir. Mədəniyyətlərarası ünsiyyət fənlərarası səviyyədə, fəlsəfə, mədəniyyətşünaslıq, psixologiya, dilçilik, etnologiya, antropologiya, sosiologiya, ünsiyyət vasitələrinin ekologiyası kimi bilik sahələrində öyrənilir. == Xüsusiyyətləri == A. P. Sadoxin tərəfindən verilən mədəniyyətlərarası ünsiyyətin tərifi: "Mədəniyyətlərarası ünsiyyət, fərqli mədəniyyətlərə mənsub fərdlər və qruplar arasındakı müxtəlif əlaqələr və ünsiyyət formaları toplusudur." T.B Frik tərifinə görə: "Mədəniyyətlərarası ünsiyyət fərqli mədəniyyətləri təmsil edən insanlar arasındakı ünsiyyətdir" . İ.V. Denisova və A.P. Yeremenko "millətlərarası ünsiyyət"i "fərqli xalqları (etnik qrupları) təmsil edən insanlar arasındakı ünsiyyət" olaraq vurğulayırdılar. Mədəniyyətlərarası ünsiyyətdən bəhs edən Vladimir Solomonoviç Bibler, bir növ "yeni universal mədəniyyət cəmiyyəti", xüsusi bir sosializm, daha doğrusu mədəniyyətlərin dialoqunun güc sahəsindəki insanların sərbəst ünsiyyət forması yaratdığını qeyd edir. . Bu baxımdan, bu cür ünsiyyətlər qarşısındakı maneələr və onların aradan qaldırılması, yaxud aradan qaldırılması yolları məsələsi getdikcə aktuallaşır. T.N. Persikova mədəniyyətlərarası ünsiyyəti "bütün komponentləri ünsiyyət prosesinin iştirakçılarının milli-etnik kimliyi ilə sıx əlaqəli olan, mədəni olaraq müəyyən edilmiş bir proses" kimi başa düşür Müəllif mədəniyyətlərarası ünsiyyətin üç qaydasını müəyyən edir: Şifahi olmayan məlumatların fərqli mədəniyyətin nümayəndələri tərəfindən şərh edilməsi ən böyük çətinliklər yaradır. Ünsiyyətdə anlaşma əldə etmək üçün iştirakçıları mədəniyyətlərarası qarşılıqlı əlaqədə aktiv dinləməyə öyrətmək lazımdır. Fərqli mədəniyyətlərin nümayəndələri ilə ünsiyyətdə yarana biləcək səhvləri qabaqcadan görə bilmək və qarşısını almaq lazımdır, əks halda insanlarda yaranan mənfi təəssürat səbəbindən planlaşdırılan mədəniyyətlərarası əlaqələr pozula bilər.
Nisbi ünvan
Nisbi ünvan (ing. relative address, rus. относительный адрес) — kompüterin yaddaşında yeri başlanğıc nöqtədən (baza ünvanından) olan məsafə (sürüşmə) kimi müəyyənləşdirilən sahə (oyuq). Nisbi ünvanı müəyyənləşdirmək üçün, adətən, baza ünvanının üzərinə sürüşmə əlavə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nəqliyyat protokollarının elementləri (ünvanlama,qoşulmanın yaradılması)
Onur Ünlü
Onur Ünlü — türk ssenari müəllifi, rejissor, aktyor, şair və musiqiçi. == Karyera == 1993-1998-ci illərdə Ah Muhsin Ünlü ləqəbi ilə bir çox şeir yazmışdır. Müəllifi olduğu şeirləri "Gidiyorum Bu" adlı kitabda toplamışdır. 1999-cu ildə ssenari müəlliflərindən biri olduğu "Deli Yürek" serialında "Umur" obrazını canlandırmışdır. 2006-cı ildə ilk filmi olan "Polis" filminin prodüseri, ssenari müəllifi və rejissoru olmuşdur. 2011-2013-cü illərdə TRT 1-də yayımlanmış "Leyla ile Mecnun" serialının quruluşçu rejissoru olmuşdur. Serial uğur qazanmışdı. 2012-2013-cü illərdə isə "Şubat" serialının quruluşçu rejissoru olmuşdur. Daha sonra isə "Ben de Özledim" serialına "Onur Ünlü" rolu ilə çəkilmişdir. Leyla The Band qrupunda baraban çalır.
Polen Ünlü
Polen Ünlü (D. 1995, İstanbul - ö. 20 iyul 2015, Suruç) — Türk qadın fəal və vicdanı retçi. Sosialist fikirli olub heç bir təşkilata üzv deyildi. Vicdani retçi Məşhur, 2015 Suruç saldırısı'nda həyatını itirmişdir. Cənazəsi ailəsinin də istəyi üzərinə, eyni hücumda həyatını itirən yoldaşı Xədicə Ezgi Sadet ilə birlikdə dəfn edilmişdir. Anısına, Yenikapı Teatrı tərəfindən Ankara, Didim, Bursa, Kocaeli və İzmirdə 18-27 dekabr 2015 tarixlərində Polen Məşhur Teatr Belgeselleri Festivalı 'tarix.
Poçt ünvanı
Poçt ünvanı, ünvan — şəxsin yaşadığı və ya müəssisə və ya idarənin yerləşdiyi yer. Coğrafi mənada — Yer səthində nəyinsə yerləşmə koordinatları.
Quzlu (Üngüt)
Quzlu (fars. قوزلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (22 ailə).
Sühəyl Ünvər
Sühəyl Ünvər (türk. Süheyl Ünver 1898[…], İstanbul – 14 fevral 1986, İstanbul) — Türkiyə yazıçısı və həkimi. Ünvər xeyli sayda roman və hekayələr müəllifidir. == Həyatı == Sühəyl Ünvər 1898-ci il fevralın 17-də İstanbulda anadan olub. İlk təhsilini "Medresetü'l-Hattatin"'də almış, burda xəttatlığı öyrənmişdi. Gənc Sühəyl türk ornament miniatür sənəti ilə məşğul idi. "Darülfün"də Tibb Fakültəsində təhsil almış, 1920-ci ildə onu bitirmişdir. 1927-1929-cu illərdə daxili xəstəliklər üzrə tibb ixtisasını Paris Universiteti Tibb Fakültəsində tamamlamışdır. 1930-cu ildə Tibb Fakültəsi Müalicə Klinikasında Farmakodinamikanın dosenti vəzifəsində çalışmışdır. Gureba və Haseki xəstəxanalarında, Sənaye Məktəbində həkim köməkçi olaraq işləmişdir.
Səid Ünsizadə
Səid Ünsizadə, Hacı Səid əfəndi Ünsizadə (1845, Şamaxı, Kaspi vilayəti – 1903, İstanbul) — Şamaxı Qazısı, şair, “Ziya” (1879–1880-ci illər) , “Ziyayi-Qafqaziyyə” (1880–1884-cü illər) qəzetinin naşir və redaktoru. Milli mətbuatdakı boşluğu "Əkinçi"nin bağlanmasından 1 il 3 ay sonra Səid Ünsizadə "Ziya" qəzeti ilə aradan qaldırmışdır. O, daha sonra qardaşı Cəlal Ünsizadə ilə birlikdə “Kəşkül” qəzetinin nəşrinə başlayır. Səid əfəndi Ünsizadə "Hami” təxəllüsü ilə şeirlər yazmış, “Beyt üs-Səfa” ədəbi məсlisinin üzvü olmuş, 1883-ildə Tiflisdə nəzmlə yazılmış qiraət kitabını nəşr etdirmişdir. Səid Ünsizadə 1903-cü ildə vəfat etmişdir. == Həyatı == Ünsizadə qardaşlarının ən böyüyü Səid Ünsizadənin doğum tarixi ilə bağlı bir neçə fərqli məlumat mövcuddur. Belə ki, "Ziya" qəzetinin və Ünsizadə qardaşlarının tanınmış tədqiqatçıları Nazim Nəsrəddinov, Akif Aşırlı və Akif Şahverdiyevdən hər biri Səid Ünsizadənin doğum tarixini fərqli vermişdir. N. Nəsrəddinovun məlumatına görə, Səid Ünsizadə 1825-ci ildə, A. Aşırlıya görə 1830-cu ildə, A. Şahverdiyevə görə isə 1830-1832-ci illərdə Şamaxıda anadan olmuşdur. Bunun səbəbi bu günə qədər Səid Ünsizadənin məzar yerinin bilinməməsi idi. Artıq məlumdur ki, Səid Ünsizadənin məzarı Fateh Məscidi Qəbiristanlığındadır və məzar daşında onun 1258-ci ildə, yəni 1842-ci ildə doğulduğu qeyd olunub.
Sərdar Ünsal
Sərdar Ünsal (türk. Serdar Ünsal; 24 fevral 1956, İğdır) — köşə yazarı, jurnalist, müəllim və İğdır Azərbaycan Evinin rəhbəri. == Bioqrafiyası == 1956-cı ildə İğdırda anadan olmuşdur. İlk orta təhsilini İğdırda almışdır. Daha sonra Balıkesir Necatı bəy Təhsil İnistitutunun Türkcə bölümünü bitirmişdir. Sonra Əskişəhər Anadolu Universitetinin Türk dili və Ədəbiyyatı bölümündən məzun olmuşdur. Konya və İğdırda müxtəlif məktəblərdə müəllimlik və idarəçilik etmişdir. 1973-cü ildən etibarən müxbirlik, jurnalistlik və köşə yazarlığı ilə də məşğuldur. Keçmişdə Sabah, Akşam, Tərcüman, Anadolu Ajansının İğdır müxbirliyini etmişdir. Hal-hazırda da TRT İğdır bölgə təmsilçisidir.
Tarık Ündüz
Tarık Özcan Ündüz (4 iyul 1988, İstanbul) — Türkiyəli aktyor. == Həyatı == Tarık Özcan Ündüz, 4 iyul 1988-ci ildə İstanbulda anadan olmuşdur.
Təzəkənd Üngüt
Təzəkənd Üngüt — İranın Ərdəbil ostanının Germi şəhristanının Üngüt bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,556 nəfər və 364 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Yeri dəyişdiriləbilən ünvan
Relocatable address ~ перемещаемый адрес, настраиваемый адрес ~ yerdeğiştirebilir adres ~ yeri dəyişdiriləbilən ünvan – proqramlaşdırmada: yerinə yetirilən proqramın yükləndiyi yaddaşın həqiqi hissəsini əks etdirmək üçün quraşdırıla bilən ünvan (yaddaş oyuğuna müraciət). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
63-ün tutqun payızı (film, 2003)
63-ün tutqun payızı qısametrajlı sənədli televiziya filmi rejissor Orman Çingizoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. == Məzmun == Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. 1963-cü il noyabrın 7-də Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayiş zamanı Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstədən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya sarı getmiş, mədəniyyət evinin fasadından Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı. Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.

Значение слова в других словарях