ÜN

is. qəd. Səs, səda.
Ünümdən titrədi tamam vilayət; Eylə sandılar ki, qopdu qiyamət. M.P.Vaqif.
Kədərli keçirdi dustağın günü; Gecə musiqisi bayquşun ünü. H.K.Sanılı.

Синонимы

  • ÜN səs — səda
  • ÜN ün bax səs 1
ÜMUR
ÜNAS
OBASTAN VİKİ
Atatürk'ün Sevdiği Şarkılar
Atatürk'ün Sevdiği Şarkılar (azərb. Atatürkün sevdiyi mahnılar‎), Müzəyyən Sənar və Səfiyyə Aylanın ifa etdiyi Osmanlı musiqisinin nümunələrindən ibarət, Atatürkün sevdiyi mahnılar da daxil olmaqla cəmi 20 mahnıdan ibarət musiqi albomu.
1900-ün əfsanəsi (film, 1998)
"1900-ün əfsanəsi" (it. La leggenda del pianista sull'oceano) — rejissor Cüzeppe Tornatorenin filmi. Bu film rejissorun ilk ingilisdilli filmidir. == Məzmun == Bu, böyük gəmidə bütün zamanı, bütün dünyanı əks etdirən bir film-dastandır. Musiqinin, dostluğun sevginin, əzabın qəribə dünyası uzun illərdir ki, qəhrəmanların gözləri önündə baş verir. Bu, əhvalat dahi pianoçu ilə bağlıdır. O, gəmidə doğulub və bütün ömrünü də orada piano arxasında keçirib. Əhvalat onun musiqiçi dostu, truba ifaçısının dilindən danışılır. Hər şey XX əsrin birinci günü "Vinciniyalı" gəmisində körpə uşağın tapılması ilə başlamışdı. Uşaq böyüyür və bütün ömrünü nəhəng okean laynerində keçirir.
63-ün tutqun payızı (film, 2003)
63-ün tutqun payızı qısametrajlı sənədli televiziya filmi rejissor Orman Çingizoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. == Məzmun == Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. 1963-cü il noyabrın 7-də Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayiş zamanı Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstədən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya sarı getmiş, mədəniyyət evinin fasadından Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı. Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.
Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün seçmə mərhələsi
Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün seçmə mərhələsi — 2014-cü ildə İtaliyada keçiriləcək dünya çempionatının təsnifat mərhələsidir.
Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün seçmə mərhələsi (Afrika)
Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün seçmə mərhələsi (Cənubi Amerika)
Cənubi Amerika materiki üzrə keçirilən voleybol üzrə qadınlararası dünya çempionatı 2006-ün seçmə mərhələsi — CSV tərəfindən təşkil edilən, 2006 dünya çempionatına lisenziya verən Cənubi Amerika regionu qadın milliləri üçün kvalifikasiya turniri. Digər regionlardan fərqli olaraq bu regionda oyun sxeması bir qədər fərqlidir. Belə ki, regionda yalnız on iki voleybol federasiyasının olması, bu federasiyaların hardasa yarısının peşəkar qadın voleybol millilərinə sahib olmamaması turnirdə yalnız altı komandanın iştirakına gətirib çıxartmışdı. Ümumilikdə isə qitə çempionatı ilə əlaqəli olaraq yalnız üç milli komanda oyunlar keçirmişdir. Belə ki, reqlamentə əsasən qitə çempionatında (Cənubi Amerika qitə olmamasına baxmayaraq idman növlərində bu regionda təşkil olunan əsas çempionat qitə çempionatı adlanır ) ilk yeri tutan komanda birbaşa mundiala vəsiqə qazanır. Digər üç yerin sahibi isə təsnifat mərhələsində bir qrupda oynayırlar. Həmin qrupun qalibi də dünya çempionatına ikinci və sonuncu liisenziyanın sahibi olur.
Enes Ünal
Enes Ünal (d. 10 may 1997; Bursa, Türkiyə) — hücumçu mövqeyində çıxış edən Türkiyəli futbolçu. İngiltərə Premyer Liqasında çıxış edən AFC Bournemouth komandasının futbolçusudur. Debüt oyununa 16 yaş 107 gün olan zaman, Bursasporun heyətində çıxan Enes Ünal, həm də 2015-ci ildən etibarən Türkiyə yığmasının formasını geyinir. == Həyatı == Enes Ünal 10 may 1997-ci ildə Türkiyənin Bursa ilinin Osmanqazi ilçəsində anadan olub. Onun atası Mesut Ünal, "Bursaspor"un sabiq futbolçusudur. == Karyerası == === Bursaspor (2013-2015) === === Genk (2015-2016) === === NAK Breda (2016) === === Tvente (2016-2017) === 2016-cı il 23 iyulda "Mançester Siti" komandası Enes Ünalı, Hollandiya Erediviziyasında çıxış edən "Tvente" komandasına icarəyə verdi. O, "Tvente" komandasının heyətində birinci qollarını, 2016-cı il 21 avqustda "Qroninqen" komandasına qarşı baş tutan oyunda vurdu. "Tvente" komandasının 4:3 hesablı qələbə qazandığı oyunda Enes Ünal, 23, 26 və 39-cu dəqiqələrdə qol vurdu. Ümumi olaraq isə Enes Ünal, mövsüm ərzində "Tvente" komandasının heyətində 33 oyuna çıxdı və 19 qol vurdu.
Engin Ünal
Engin Ünal (30 sentyabr 1936, Çanqaya, Ankara ili – 11 sentyabr 2016) — Türkiyəli keçmiş üzgüçü. Engin Ünal Türkiyəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Engin Ünal birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:49.0 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ersay Üner
Ersay Üner (d.7 oktyabr 1978 Konya,)-Türkiyəli müğənni və şair. İlk öncə Konyada mahnılar ifa edən, səhnə alan Ersay Üner, daha sonra İstanbula gəlir və Demet Akalının musiqi qrupuna daxil olur. Demet Akalının "Afedersin", "Bebek", "Herkes Hak Ettiği Gibi Yaşıyor", "Mucize", "Tatil", "Unuttum" mahnılarının sözlərinin müəllifidir."İki aşık" sinqlı ilə Türkiyə və Azərbaycan hitparadlarına daxil ola bilmişdir.
Füzuli küçəsi 27 ünvanında ev
Füzuli küçəsi 27 ünvavında ev — Bakının Nəsimi rayonunda ev. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarixi və mədəni abidələr haqqında fərmanına əsasən, yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsi olmuşdur. == Evin tarixi və arxitekturası == Ağa Rəhim bəy Məlikovun üç mərtəbəli yaşayış binası 1905-ci ildə tikilmişdir. Evin orijinal dizaynı modern üslubunda hazırlanmış və sonra İntibah dövrü elementləri istifadə edilmişdir. Bu bina küçədə heç bir fasilə sistemi olmayan bir neçə binadan biri idi. Binanın memarlıq detalları mərkəzi rizalitlərin və pəncərələrin yerlərinin harmoniyası ilə müəyyən edilmişdir. Binanın fasadında daş üzərində bəzək əşyaları, ornamentlər və sahibinin monoqramları ilə çox sayda ətraflı var idi. Uzaqgörələrlə qurulma binanın strukturunda yumşaq bir təbəqədən çıxır. 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti tarixi və mədəni abidələr haqqında sərəncam imzalamış, ona əsasən bu ev yerli əhəmiyyətli tarixin və mədəniyyətin memarlıq abidəsi olmuşdur. 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Sarayından Füzuli meydanına qədər ərazini əhatə edən park kompleksinin inşasına əmr etdi.
Füzuli küçəsi 33 ünvanında ev
Füzuli küçəsi 33 ünvanında ev — Bakı şəhərinin Nəsimi rayonunda ev. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarixi və mədəni abidələr haqqında fərmanına əsasən, yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsi olmuşdur. == Evin tarixi və arxitekturası == Üç mərtəbəli bina 1894-cü ildə memar İvan Vasilyeviç Edel tərəfindən tikilmişdir. Binanın fasad düz xətti ilə, "şüşəbənd" üslubunda bir balkon, klassik formalarda memarlıq detalları, memarlığın tarixçisi Şamil Fətullayevin qeyd etdiyi kimi, evin ümumi strukturuna daxildir. Onun sözlərinə görə, bu bina böyük maraq doğurdu və memarlıq abidəsi idi. 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti tarixi və mədəni abidələr haqqında sərəncam imzalamış, ona görə bu ev yerli əhəmiyyətli tarix və mədəniyyətin memarlıq abidəsi olmuşdur. 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Sarayından Füzuli meydanına qədər ərazini əhatə edən park kompleksinin inşasına əmr etdi. 2010-cu ilin fevralında Fuzuli küçəsində köhnə evlərin sökülməsi başlandı. Xüsusilə, bu tarixi memarlıq üç mərtəbəli ev yıxıldı. 2013 10 mayda Bakıda Füzuli və Mirzəağa Əliyev küçələri arasında inşa olunan "Qış bulvarı" nın açılışı olub.
Hakan Ünsal
Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hazırda TRT 1 kanalında şərhçi kimi fəaliyyət göstərir. == Karyerası == Futbola Sinopun Ayancıq Gəncliksporda başlamışdır. 1991-ci ildə Həvəskar liqada oynayan Əmlak Bankı Eyüpspora transfer olmuş və 2 il bu klubun şərəfini qoruduqdan sonra 1993-cü ildə Karabükspora keçmişdir. 1994-cü ildə Qalatasaraya transfer olduqdan sonra 2002-ci ili Blekbern Roversdə keçirərək yenə Qalatasaraya qayıtmışdır. 2005-ci ildə Çaykur Rizəspora keçdikdən sonra karyerasını bitirmişdir. == Oyun tərzi == Bir hücuma meyilli müdafiəçi olan Hakan Ünsal sol cinah boyunca oyuna hakim ola bilən futbolçu olmuşdur. Fiziki gücünə görə və "vəhşi" oyununa görə fərdi mübarizələrdə çox ayaq üstə qala bilmişdir. Məsələn, 2000-ci ildə UEFA Avropa Superkuboku uğrunda oynanılan Qalatasaray-Real Madrid oyununda topu meydanın mərkəzindən cərimə meydanına gətirərək komandasına penalti qazandıra bilmişdir. == Karyerasından sonra == Karyerasına bitirdikdən sonra futbol şərhçisi kimi işləməyə başlamışdır.
IP-ünvan
IP ünvanı (aypi-ünvan, ingilis dilindəki Internet Protocol address sözlərinin qısaltmasıdır) — internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompüterlər iki variantda ünvana malikdirlər: rəqəm IP ünvanı və simvolik domen ünvanı. İnternetə qoşulan hər bir kompüterin öz IP ünvanı olur. Digər bütün kompüterlər bu IP ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hal-hazırda ən çox istifadə edilməkdə olan IPv4 üçün 32 bit həcmində IP ünvanları istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP ünvanı forması adlanır. İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi"ni (DNS) təklif etdilər. == Funksiyası == IP ünvanı iki əsas funksiyaya xidmət edir: hostu, daha dəqiq desək, onun şəbəkə interfeysini müəyyən edir və şəbəkədə hostun yerini və həmin hosta yol yaratmaq qabiliyyətini təmin edir.
IP ünvan
IP ünvanı (aypi-ünvan, ingilis dilindəki Internet Protocol address sözlərinin qısaltmasıdır) — internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompüterlər iki variantda ünvana malikdirlər: rəqəm IP ünvanı və simvolik domen ünvanı. İnternetə qoşulan hər bir kompüterin öz IP ünvanı olur. Digər bütün kompüterlər bu IP ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hal-hazırda ən çox istifadə edilməkdə olan IPv4 üçün 32 bit həcmində IP ünvanları istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP ünvanı forması adlanır. İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi"ni (DNS) təklif etdilər. == Funksiyası == IP ünvanı iki əsas funksiyaya xidmət edir: hostu, daha dəqiq desək, onun şəbəkə interfeysini müəyyən edir və şəbəkədə hostun yerini və həmin hosta yol yaratmaq qabiliyyətini təmin edir.
MAC-ünvan
MAC-ünvan — Ethernet şəbəkəsinə daxil olan hər cihaz, ya da kompüter "node" adlandırılır. kompüterlərə ethernet kartı taxanda həmin kompüter şəbəkədə punkt halına gəlir və bu punktu node adlandırırlar. Şəbəkəyə təkcə kompüterlər qoşulu olmur. Digər cihazların da qoşulu ola biləcəyi üçün router-lərin, hub-ların qoşulma nöqtələrini sadələşdirərək node adlandırırlar. Ethernet şəbəkəsində kompüterlər və cihazlar bir-birlərindən sahib olduqları analoqu olmayan MAC adresləri ilə ayırd edilirlər. Hər node və ya sadəcə hər ethernet kartı dünyada təkrarı olmayan bir adresə sahibdir. Bu adres 48 bitlik bir rəqəmdir. Məsələn bu yazının yazıldığı kompüterə taxılı şəbəkə kartının MAC adresi belədir: 100100000110101001010010100011001101100000011 İkili sistemdə olan bu rəqəmi söyləmək və yazmaq çətin olduğu üçün onu 16-lıq sistemdə yazırlar: 12-0D-4A-51-9B-03 Ethernet sistemində node-ları bir-birindən ayırmaq üçün MAC adreslərdən istifadə olunur. MAC adresləri hesabına sistemlər şəbəkə üzərindən özlərinə çatan məlumat paketinin özlərinə gəlib gəlmədiyini anlayırlar. Ethernet şəbəkəsində, bir kompüter bir məlumat paketi yolladığında, bu paket şəbəkədəki bütün sistemlərə çatır.
Millətlərarası ünsiyyət dili
Millətlərarası ünsiyyət dili — çoxmillətli dövlətdə xalqlararsı ünsiyyət vasitəsi kimi istifadə edilən dil. Beynəlxalq dillərin bir və ya daha çoxundan bir ölkə daxilində istifadə edilməsi ilə fərqlənir. Türk dili Türkiyədə yaşayan bütün xalqların ümumi istifadə etdiyi dildir. İngilis dili ABŞ-də bütün xalqlar tərəfindən istifadə edilir. Rus dili Rusiyada yaşayan 100-dən çox xalqın ümumi ünsiyyət dilidir..
Mirzə Ağa Əliyev küçəsi 115 ünvanında ev
Mirzə Ağa Əliyev küçəsi 115 ünvavında ev — Bakının Yasamal rayonunda ev. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarixi və mədəni abidələr haqqında fərmanına əsasən, yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsi olmuşdur. Ev 1910-cu ildə 3 dekabr 1937-ci ildə həbs olunana qədər burada yaşayan Azərbaycan Xalq Artisti Abbas Mirzə Şərifzadənin böyük qardaşı Qulam Mirzə Şərifzadə tərəfindən tikilmişdir. Bu evi ziyarət edən qonaqlar arasında Hüseyn Cavid,Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və bir çox digər aktyor, şair və musiqiçi vardı. Sovet illərində, evin fasadında 2016-cı ilin fevralında sökülmüş aktyorun xatirəsinə lövhə qoyulmuşdur. Bu evin təsviri də memarlıq professoru Şamil Fətullayev "Bakı XIX əsr — XX əsrin əvvəllərində şəhər planlaşdırılması" kitabında verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli sərəncamına əsasən, ev yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsi elan edilmişdir. 2016-cı ildə Böyük Bakının regional inkişaf planı çərçivəsində Nəriman Nərimanov prospekti (keçmiş Sovetskaya küçəsi) və Beşmərtəbə (Nizami metrostansiyası yaxınlığında məşhur beş mərtəbəli) arasında yerləşən ərazinin təmizlənməsi ilə bağlı memarlıq abidəsinin sökülməsi təhlükəsi yarandı. 14 may 2016-cı ildə ev yıxıldı. 2016-cı il 23 maydal] Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycanın qorunan abidələri haqqında sərəncamına düzəlişlər edib.
Mirzə Fətəli Axundov küçəsi 45 ünvanında ev
Mirzə Fətəli Axundov küçəsi 45 ünvavındakı yaşayış binası — Bakının Yasamal rayonunda tarixi ev. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarixi və mədəni abidələr haqqında fərmanına əsasən, yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsi olmuşdur. Ev 1909-cu ildə tikilmişdir və 1920-ci ildə Azərbaycan sovetləşdikdən sonra xaricə köçmüş həyat yoldaşı Zamin xanımla Şirin bəyə aiddir. Daha sonra rus ailəsi bu evdə yaşamağa başladı. Daha sonra bu ev 50 ildən çox müddətdə burada yaşayan Faiq Əliyevin olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli sərəncamına əsasən, ev yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsi elan edilmişdir. 2016-cı ildə Nəriman Nərimanov prospekti (keçmiş Sovetskaya küçəsi) və Beşmərtəbə (Nizami metrostansiyası yaxınlığında məşhur beş mərtəbəli binası) ərazisinin təmizlənməsi Böyük Bakının regional inkişaf planı çərçivəsində başlamışdır. 2016-cı il 23 mayda Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycanın qorunan abidələri haqqında sərəncamına düzəlişlər edib. 10 iyun 2016-cı ildə ev yıxıldı. Yerli sakinlər və ictimaiyyətin bir araya gələrək örtüklərini sökən şəxsin, bədii dəyər parçaları diqqətlə sökülməsi və sonra başqa yerlərdə nümayiş ediləcəyini söylədi.
Məclisi-üns
“Məclisi-üns” (Dostluq məclisi) - 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə "Məclisi-üns" adlı ədəbi məclis görkəmli şuşalı alimlərdən Mirzə Əbdülqasımın mədrəsəsində təşkil edilir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırdı; məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşdı, şöhrəti Qarabağın hüdudlarını aşıb Azərbaycanın başqa yerlərinə də yayıldı. 1872-ci ildə, "Məclisi-üns" Natəvanın evinə köçəndən sonra Mir Möhsün Nəvvabın təşəbbüsü ilə "Məclisi-fəramuşan" ("Unudulmuşların məclisi") ədəbi məclisi yarandı. Məclis 2022-ci ildə bərpa edilmşdir.
Mədəniyyətlərarası ünsiyyət
Mədəniyyətlərarası ünsiyyət — mədəni qarşılıqlı əlaqə dünya xalqlarının fərqli mədəniyyətlərinin nümayəndələri arasında bir əlaqə və ünsiyyətdir, həm insanlar, həm də öz icmaları arasında birbaşa təması əhatə edir. Ünsiyyət formaları (dil, danışıq, yazı, elektron ünsiyyət və s.) müxtəlifdir. Mədəniyyətlərarası ünsiyyət fənlərarası səviyyədə, fəlsəfə, mədəniyyətşünaslıq, psixologiya, dilçilik, etnologiya, antropologiya, sosiologiya, ünsiyyət vasitələrinin ekologiyası kimi bilik sahələrində öyrənilir. A. P. Sadoxin tərəfindən verilən mədəniyyətlərarası ünsiyyətin tərifi: "Mədəniyyətlərarası ünsiyyət, fərqli mədəniyyətlərə mənsub fərdlər və qruplar arasındakı müxtəlif əlaqələr və ünsiyyət formaları toplusudur." T.B Frik tərifinə görə: "Mədəniyyətlərarası ünsiyyət fərqli mədəniyyətləri təmsil edən insanlar arasındakı ünsiyyətdir" . İ.V. Denisova və A.P. Yeremenko "millətlərarası ünsiyyət"i "fərqli xalqları (etnik qrupları) təmsil edən insanlar arasındakı ünsiyyət" olaraq vurğulayırdılar. Mədəniyyətlərarası ünsiyyətdən bəhs edən Vladimir Solomonoviç Bibler, bir növ "yeni universal mədəniyyət cəmiyyəti", xüsusi bir sosializm, daha doğrusu mədəniyyətlərin dialoqunun güc sahəsindəki insanların sərbəst ünsiyyət forması yaratdığını qeyd edir. . Bu baxımdan, bu cür ünsiyyətlər qarşısındakı maneələr və onların aradan qaldırılması, yaxud aradan qaldırılması yolları məsələsi getdikcə aktuallaşır. T.N. Persikova mədəniyyətlərarası ünsiyyəti "bütün komponentləri ünsiyyət prosesinin iştirakçılarının milli-etnik kimliyi ilə sıx əlaqəli olan, mədəni olaraq müəyyən edilmiş bir proses" kimi başa düşür Müəllif mədəniyyətlərarası ünsiyyətin üç qaydasını müəyyən edir: Şifahi olmayan məlumatların fərqli mədəniyyətin nümayəndələri tərəfindən şərh edilməsi ən böyük çətinliklər yaradır. Ünsiyyətdə anlaşma əldə etmək üçün iştirakçıları mədəniyyətlərarası qarşılıqlı əlaqədə aktiv dinləməyə öyrətmək lazımdır. Fərqli mədəniyyətlərin nümayəndələri ilə ünsiyyətdə yarana biləcək səhvləri qabaqcadan görə bilmək və qarşısını almaq lazımdır, əks halda insanlarda yaranan mənfi təəssürat səbəbindən planlaşdırılan mədəniyyətlərarası əlaqələr pozula bilər.
Nisbi ünvan
Nisbi ünvan (ing. relative address, rus. относительный адрес) — kompüterin yaddaşında yeri başlanğıc nöqtədən (baza ünvanından) olan məsafə (sürüşmə) kimi müəyyənləşdirilən sahə (oyuq). Nisbi ünvanı müəyyənləşdirmək üçün, adətən, baza ünvanının üzərinə sürüşmə əlavə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nəqliyyat protokollarının elementləri (ünvanlama,qoşulmanın yaradılması)
Onur Ünlü
Onur Ünlü — türk ssenari müəllifi, rejissor, aktyor, şair və musiqiçi. 1993-1998-ci illərdə Ah Muhsin Ünlü ləqəbi ilə bir çox şeir yazmışdır. Müəllifi olduğu şeirləri "Gidiyorum Bu" adlı kitabda toplamışdır. 1999-cu ildə ssenari müəlliflərindən biri olduğu "Deli Yürek" serialında "Umur" obrazını canlandırmışdır. 2006-cı ildə ilk filmi olan "Polis" filminin prodüseri, ssenari müəllifi və rejissoru olmuşdur. 2011-2013-cü illərdə TRT 1-də yayımlanmış "Leyla ile Mecnun" serialının quruluşçu rejissoru olmuşdur. Serial uğur qazanmışdı. 2012-2013-cü illərdə isə "Şubat" serialının quruluşçu rejissoru olmuşdur. Daha sonra isə "Ben de Özledim" serialına "Onur Ünlü" rolu ilə çəkilmişdir. Leyla The Band qrupunda baraban çalır.
Polen Ünlü
Polen Ünlü (D. 1995, İstanbul - ö. 20 iyul 2015, Suruç) — Türk qadın fəal və vicdanı retçi. Sosialist fikirli olub heç bir təşkilata üzv deyildi. Vicdani retçi Məşhur, 2015 Suruç saldırısı'nda həyatını itirmişdir. Cənazəsi ailəsinin də istəyi üzərinə, eyni hücumda həyatını itirən yoldaşı Xədicə Ezgi Sadet ilə birlikdə dəfn edilmişdir. Anısına, Yenikapı Teatrı tərəfindən Ankara, Didim, Bursa, Kocaeli və İzmirdə 18-27 dekabr 2015 tarixlərində Polen Məşhur Teatr Belgeselleri Festivalı 'tarix.
Poçt ünvanı
Poçt ünvanı, ünvan — şəxsin yaşadığı və ya müəssisə və ya idarənin yerləşdiyi yer. Coğrafi mənada — Yer səthində nəyinsə yerləşmə koordinatları.
Quzlu (Üngüt)
Quzlu (fars. قوزلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (22 ailə).
Volkan Ünlü
Volkan Ünlü (d. 8 iyul 1983, Gelzenkirxen ) — türk qapıçı. O , "Şalke 04" ün qapıçı məşqçisidir. Futbola 1995-ci ildə 12 yaşında ikən FC Gladbeck komandasında başlayıb. Bir il sonra SV Höntrop klubuna keçdi. O, burada ikinci ilindən qapıçı kimi fəaliyyətə başlayıb. O, qapıda istedadı ilə güclü təsir bağışlayıb və karyerasını bu vəzifədə davam etdirib. 1998-ci ildə "Şalke 04" ə keçib. Müxtəlif infrastruktur səviyyələrində oynadıqdan sonra ilk dəfə 2002-03 mövsümündə A komandası ilə işləməyə başladı. 2003-04 mövsümündə FC Schalke 04 II komandasına yüksəldi.
Kamal Ünsizadə
Kamal Əbdürrəhman əfəndi oğlu Ünsizadə (1857, Şamaxı, Şamaxı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası – bilinmir) — Azərbaycan maarifçi publisisti, naşir, şəriət müəllimi, "Məzhər" qəzetinin naşiri və redaktoru (fasilə ilə 1908–1917) Kamal Ünsizadə əvvəlcə "Kəşkül"ün Bakı müvəkkili, 1888-ci ildən Tiflisdə redaksiyanın əməkdaşı və 1889-cu ildən "Kəşkül" mətbəə-nəşriyyatının müdiri işləmişdir. Azərbaycan və rus dillərində "Uçan yarpaq" qəzeti üçün icazə ala bilməmiş, 1907-ci ildə "Məzhər" qəzetinin nəşrinə müvəffəq olmuşdur. "Azərbaycan" adlı qəzet çıxarmaq istəmiş, lakin yerli hakimiyyət orqanları ona icazə verməmişlər. Vəfat yeri və məzarı hələlik məlum deyil. == Həyatı == Ünsizadə Kamal Əbdürrəhman oğlu, 1857-ci ildə (bəzi mənbələrdə doğum tarixi 1865-ci il olaraq göstərilir) Şamaxıda Ünsizadə qardaşlarının ən kiçiyi olaraq dünyaya gəlmişdir. Böyük qardaşı Səid Ünsizadənin himayəsində böyümüşdür. Ana dili olan Azərbaycan türkcəsi ilə yanaşı fars və ərəb dillərini də yaxşı bilirdi, həmçinin kifayət qədər rus dilini də öyrənmişdir. Kamal Ünsizadə də eynilə qardaşları kimi mətbuat işləri ilə məşğul olmuşdur. 1882-ci ildə qardaşı Cəlal Ünsizadə ilə birlikdə uzun mübarizələrdən sonra lazım olan orqanlardan icazə aldıqdan sonra Tiflis polis idarəsinin mətbəəsini satın alaraq "Kəşkül" mətbəəsini qurur. Cəlal və Kamal Ünsizadə 1883-cü ildən etibarən mətbəələri ilə eyni adda "Kəşkül" jurnalını çap etməyə başlayılar.
Yazılı ünsiyyət
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular.
Ünsiyət
Ünsiyyət — qarşılıqlı münasibət. Ünsiyyət nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyir, onların yazdığını oxuyur, öz fikirlərimizi yazmaq və danışmaqla ifadə edirik. Beləliklə, ünsiyyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı. Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danışmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edir. Dinləyərkən və danışarkən istifadə edilən söz və cümlələr səslərlə ifadə olunur. Ona görə də dinləmə və danışma şifahi nitqə aid olan bacarıqlardır. Hərflərlə ifadə olunmuş mətnləri isə oxuyuruq və ya yazırıq. Odur ki yazı və oxu bacarıqları yazılı nitqə aid edilir.
IP ünvanı
IP ünvanı (aypi-ünvan, ingilis dilindəki Internet Protocol address sözlərinin qısaltmasıdır) — internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompüterlər iki variantda ünvana malikdirlər: rəqəm IP ünvanı və simvolik domen ünvanı. İnternetə qoşulan hər bir kompüterin öz IP ünvanı olur. Digər bütün kompüterlər bu IP ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hal-hazırda ən çox istifadə edilməkdə olan IPv4 üçün 32 bit həcmində IP ünvanları istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP ünvanı forması adlanır. İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi"ni (DNS) təklif etdilər. == Funksiyası == IP ünvanı iki əsas funksiyaya xidmət edir: hostu, daha dəqiq desək, onun şəbəkə interfeysini müəyyən edir və şəbəkədə hostun yerini və həmin hosta yol yaratmaq qabiliyyətini təmin edir.
Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün seçmə mərhələsi (Asiya və Okeaniya)
Voleybol üzrə qadınlararası dünya çempionatı 2014-ün Asiya və Okeaniya üzrə seçmə mərhələsi — üç qitədən komandaların qatılımı ilə gərçəkləşmişdir. Bunlar Asiya, Avstraliya (Avstraliya) və Okeaniya (Yeni Zelandiya) qitələridir. Ümumilikdə 15 komandanın iştirak etdiyi turnirə Şimali Koreya müəmmalı bir şəkildə qatılmamışdır. Turnirin reqlamentinə əsasən 2014-cü ilin dünya çempionatına vəsiqə qazanmaq üçün ilk öncə reytinqcə aşağı komandalar "regional raund"da mübarizə aparırdılar. Bu mərhələdən növbəti raunda yüksələn komanda daha güclü yeddi komanda ilə birlikdə iki qrupa ayrılmışdılar və həmin 2 qrupda bütün komandalar bir-birləri ilə qarşılaşmışdılar. Sonda hər qrupda ilk iki yeri tutan komandalar İtaliyada keçirilən mundiala Asiya və Okeaniya regionu üçün ayrılan 4 lisenziyaya sahib çıxdılar. Qeyd edək ki, hər bir qrupun oyunları Asiya Voleybol Konfederasiyası tərəfindən qabaqcadan təyin edilmiş şəhərlərdə keçirilirdi.

Значение слова в других словарях