ÜZÜMÇÜLÜK

is.
1. Üzüm tənəkləri əkmək və üzüm yetişdirməklə məşğul olma. Üzümçülük təsərrüfatın gəlirli sahələrindən biridir.
2. Kənd təsərrüfatı elminin üzüm tənəkləri əkməyi və becərməyi öyrənən sahəsi.
ÜZÜMÇÜ
ÜZÜMLÜK
OBASTAN VİKİ
Üzümçülük
Üzümçülük — üzümün becərilməsi və yığımı. Bitkiçilik elminin bir növü olaraq sayılır. Dünyada istehsal olunan üzümün təxminən 71%-i şərab hazırlaması üçün, 27%-i təzə meyvə şəkildə, 2%-i isə kişmiş hazırlaması üçün işlənilir. Hazırda mövcud olan arxeoloji tapıntılara əsaslanan ən geniş şəkildə qəbul olunmuş hipoteza odur ki, mədəni üzümün əhliləşdirməsi təxminən e.ə. 6000-5800 illərində Qara və Xəzər dənizləri arasında yerləşən Cənubi Qafqazda baş verib. Bundan başqa, bu prosesin həmin ərazidə 20 min il əvvəl başlandığı da iddia edilir. Dünyada ən çox əkilən üzüm sortu siyahılaşmanın metoduna və ilinə görə dəyişir. Kioho, Kaberne Sovinyon və sultana (kişmiş) dünyanın ən çox əkilən növlərin arasəndadır.
Azərbaycanda üzümçülük
Azərbaycanda üzümçülük — Azərbaycan Respublikasında üzümün istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi. Azərbaycan xalqının təsərrüfat həyatında bağçılıqla yanaşı üzümcülük də mühümi rol oynamışdır. Əlverişli təbii-coğrafi şərait ta qədimlərdən bu ərazidə üzümçülüyün geniş inkişafına imkan yaratmış və bəzi bölgələrində bu təsərrüfat sahəsi əhalinin iqtisadi həyatında mühüm rol oynamışdır. Yabanı üzüm Azərbaycan meşələrinin çoxunda bitir. Ona görə də mədəni üzümün təşəkkülü və sonrakı inkişafını cır üzüm olan yerlərlə əlaqələndirmək daha düzgün olardı. Azərbaycanda cır meşə üzümünün geniş yayılması, bu ərazidə üzümçülüyün qədimlərdən mövcud olmasını bir daha təsdiq edir. Cır üzümün yarpağı və giləsi mədəni üzümə nisbətən kicik, az şirəli və həm də bir qədər turş olması ilə seçilir. Cənubi Qafqaz, o cümlədən Azərbaycan yabanı və mədəni üzümün yetişməsi üçün ən münasib ərazi hesab edilir. Azərbaycanda üzümçülüyün yaranması tarixi hələlik dəqiq öyrənilməmişsədə onun bu ərazidə yayılmasını hələ İlk Tunc dövrünə, daha dəqiq desək, e.ə. III minilliyin başlanğıcına aid etmək mümkündür.
Üzümçülük (Lənkəran)
Üzümçülük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 2015-ci ilin iyun ayının 25-də kəndə təbii qaz verilişi bərpa olunmuşdur.
Üzümçülük və şərabçılıq (film, 1928)
Üzümçülük və şərabçılıq (film, 1938)
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu — Respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını təmin etmək və tənzimləmək üçün yaradılmışdır. Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır. Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu Respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, sərəncamı ilə yaradılmış, 1977-ci ilin mart ayından fəaliyyət göstərir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu adlanırdı. Institut alimləri tərəfindən Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasina sınaqdan keçirilmək üçün 6 perspektivli hibrid formaları təqdim edilmişdir. Onlardan biri – "Azəri" sort kimi təsdiq olunmuş və rayonlaşdırılmışdır. İnstitut tərəfindən Gəncə Regional Aqrar Elm Mərkəzındə 1 hektar, Abşeronda 15 hektar ampeloqrafık kolleksiya bağı salınmışdır. Bu kolleksiya bağlarında fillokseraya davamlı 6 calaqaltı Amerika sortları, Azərbaycanın və dünyanın üzümçülük ölkələrindən gətirilmiş 310 üzüm sortu, eləcə də xəstəlik və zərərvericilərə davamlı olan yabanı üzüm formaları becərilir. Ampeloqrafık kolleksiya bağının salınması ilə üzümün vətənlərindən biri olan Azərbaycan üçün ən qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınmışdır.
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu — Respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını təmin etmək və tənzimləmək üçün yaradılmışdır. == Tarixi == Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır. Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu Respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, sərəncamı ilə yaradılmış, 1977-ci ilin mart ayından fəaliyyət göstərir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu adlanırdı. Institut alimləri tərəfindən Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasina sınaqdan keçirilmək üçün 6 perspektivli hibrid formaları təqdim edilmişdir. Onlardan biri – "Azəri" sort kimi təsdiq olunmuş və rayonlaşdırılmışdır. İnstitut tərəfindən Gəncə Regional Aqrar Elm Mərkəzındə 1 hektar, Abşeronda 15 hektar ampeloqrafık kolleksiya bağı salınmışdır. Bu kolleksiya bağlarında fillokseraya davamlı 6 calaqaltı Amerika sortları, Azərbaycanın və dünyanın üzümçülük ölkələrindən gətirilmiş 310 üzüm sortu, eləcə də xəstəlik və zərərvericilərə davamlı olan yabanı üzüm formaları becərilir. Ampeloqrafık kolleksiya bağının salınması ilə üzümün vətənlərindən biri olan Azərbaycan üçün ən qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınmışdır.
Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu

Значение слова в других словарях