İGİDLİK

is. Qoçaqlıq, qəhrəmanlıq, rəşadət.
Duman dağa pərdədir; Göydə deyil, yerdədir; Ağalıq dövlət olsa; İgidlik hünərdədir. (Bayatı).
[İsgəndərin] igidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayıbərabəri yox idi. Ə.Haqverdiyev.
Müəllimlər qəhrəman əsgərlərin cəbhədəki igidliyi haqqında şagirdlərə maraqlı söhbətlər edib onları ruhlandırdılar. Ə.Vəliyev.

□ İgidlik göstərmək (etmək, eləmək) – rəşadət göstərmək, qəhrəmanlıq etmək, qoçaqlıq eləmək.
Otuzunda kəklik kimi səkərsən; İgidlik eləyib qanlar tökərsən. Koroğlu”.
[Şiraslan:] Əgər atası Vətən yolunda igidlik etməsəydi, haradan onun adı qalar, ona belə qızıl ulduzla bərabər böyük bir orden və ayrıca fərman verilərdi. S.Rəhimov.

Синонимы

  • İGİDLİK İGİDLİK [Tarverdi:] Heç bilirsənmi qoçaqlıq, igidlik nədir? (M.F.Axundzadə); KİŞİLİK Bədəlov taqımına demişdi: – Bax kişilik vaxtıdır; qırdığınızı qır
  • İGİDLİK qoçaqlıq — qəhrəmanlıq — rəşadət
İGİDLƏŞMƏK
İGİDÖLMÜŞ

Значение слова в других словарях