İZAHAT

is. [ ər. “izah” söz. cəmi] Bir məsələni, sözü və s.-ni ətraflı surətdə aydınlaşdırma, şərh etmə, bəyan etmə; müfəssəl izah. İzahata ehtiyac yoxdur.
– Bütün bu yuxarıdakı izahat bizi inandırır ki, cənab Şirvanski “Vətən dili” kitabına qiymət verərkən zəhmət çəkib onun məzmunu ilə lazımi qədər tanış olmamış… F.Köçərli.
Qulam müəllim artıq bir izahata girişmək istəmədi. S.Rəhimov.

// Bir işin, hərəkətin, hadisənin və s.-nin səbəblərini izah edən yazılı məlumat. Hadisə haqqında izahat təqdim etmək.
□ İzahat vermək – şifahi və ya yazılı surətdə ətraflı şərh etmək, aydınlaşdırmaq, məlumat vermək.
Hacı Manaf izahat verməyə başladı… S.Hüseyn.
Başqa bir otağa girdilər, müdir izahat verərək dedi: – Bu qızlar məzhəkəçilik və nədimlik öyrənmiş qızlardır. M.S.Ordubadi.
Eldar sözə qarışıb, onun dediklərini təsdiq etdi və mənə izahat verdi… M.Rzaquluzadə.

Синонимы

  • İZAHAT İZAHAT, İFADƏ, MƏLUMAT
İZAH
İZAHATÇI

Значение слова в других словарях

досю́да мероприя́тие нетакти́чность по-во́тски порица́юще прочища́ться сени́нка слёзы сута́на топо́рщить а капе́лла бути́ть дермато... зате́чь летя́га опали́ть перека́пчивать фрикцио́н гузло желаболка demi-official releaser stimulus shoot in tenantry turbocompressor