Şaman
Şaman — sözünün mənası ruhlara, magiyaya inanan xalqlarda (əsasən şimal xalqlarında) sehrbaz, ovsunçu, cadugər deməkdir. Şamanlar
Cu(onların dini kitabıdır), dəf çalıb-oxumaqla özlərini cuşa gətirərək, guya ruhlarla münasibətə girərək, adamların xəstəliklərini sağaltdıqlarını, onlara uğurlu ov təmin etdiklərinə və s.-yə inandılar. Bu sözdən törəyən "şamanlıq-şamanizm" isə bəzi şimal xalqlarında – Orta Asiya, İndoneziya, Okeaniya, Amerika, Afrika xalqlarında ruhlara, magiyaya sitayiş etməkdən ibarət din formasıdır.
== Şaman və Şamanlıq ==
Şaman təsəvvürləri, görünür ki, şaman əfsanələrindən qidalanmışdır. Şaman əfsanələrindən aydın olur ki, şaman olacaq adamı albıslar əmizdirirlər. Bu əmizdirmə ritual-mifoloji səciyyə daşıyır. Bununla şaman yeni status qazanaraq, ruhlarla əlaqə yaradır, qamlıq etdiyi vaxt onları görür, onlarla danışır. Adi insan statusundan şaman statusuna keçmə mərasimində süd içməklə şaman olmağa hazırlaşan adam ruhlar aləminin sirlərinə bələd olur, beləliklə də, yeni mərhələyə qədəm qoyur. Bir sıra şaman əfsanələrində şamanı dağ ruhu əmizdirir (bu obraz çox vaxt qadın kimi təsəvvür olunur və mifoloji ana kompleksinə daxildir), bəzən isə qəflətən peyda olan bir qadın… Şaman folklorundan məlum olur ki, şaman olan hər bir adam özünü ruhların mənəvi oğlu adlandırır.
Tarixi şərtlər bir sıra türk boylarının şamanizmi mənimsəmələrinə səbəb olmuşdur, amma şamanlığın qədim türklərdə geniş kütlənin əsl inancı ilə bir bağlılığı olmamışdır.