ŞAMAN

ruhlara, magiyaya, möcüzələrə inanan xalqlarda: cadugər, sehrbaz, ovsunçu, falçı.
ŞAM NAMAZI
ŞAMANİZM
OBASTAN VİKİ
Şaman
Şaman — sözünün mənası ruhlara, magiyaya inanan xalqlarda (əsasən şimal xalqlarında) sehrbaz, ovsunçu, cadugər deməkdir. Şamanlar Cu(onların dini kitabıdır), dəf çalıb-oxumaqla özlərini cuşa gətirərək, guya ruhlarla münasibətə girərək, adamların xəstəliklərini sağaltdıqlarını, onlara uğurlu ov təmin etdiklərinə və s.-yə inandılar. Bu sözdən törəyən "şamanlıq-şamanizm" isə bəzi şimal xalqlarında – Orta Asiya, İndoneziya, Okeaniya, Amerika, Afrika xalqlarında ruhlara, magiyaya sitayiş etməkdən ibarət din formasıdır. == Şaman və Şamanlıq == Şaman təsəvvürləri, görünür ki, şaman əfsanələrindən qidalanmışdır. Şaman əfsanələrindən aydın olur ki, şaman olacaq adamı albıslar əmizdirirlər. Bu əmizdirmə ritual-mifoloji səciyyə daşıyır. Bununla şaman yeni status qazanaraq, ruhlarla əlaqə yaradır, qamlıq etdiyi vaxt onları görür, onlarla danışır. Adi insan statusundan şaman statusuna keçmə mərasimində süd içməklə şaman olmağa hazırlaşan adam ruhlar aləminin sirlərinə bələd olur, beləliklə də, yeni mərhələyə qədəm qoyur. Bir sıra şaman əfsanələrində şamanı dağ ruhu əmizdirir (bu obraz çox vaxt qadın kimi təsəvvür olunur və mifoloji ana kompleksinə daxildir), bəzən isə qəflətən peyda olan bir qadın… Şaman folklorundan məlum olur ki, şaman olan hər bir adam özünü ruhların mənəvi oğlu adlandırır. Tarixi şərtlər bir sıra türk boylarının şamanizmi mənimsəmələrinə səbəb olmuşdur, amma şamanlığın qədim türklərdə geniş kütlənin əsl inancı ilə bir bağlılığı olmamışdır.
Şaman (şəhər)
Şaman — Pakistanın şimalında, Bəlucistan əyalətində şəhər. Əfqanıstan sərhəddində yerləşir və Qəndəhar vilayəti ilə qonşudur. Əfqanıstan sərhəddinə yaxın olduğu üçün şəhər "Qızıl ayparanın" ən önəmli ixracatçı şəhərlərindən biridir.
Şaman Qayası
Şaman Qayası burnu, həmçinin Burxan burnu, Şaman burnu, Mağara burnu (bur. Ойхон Баабай, rus. Мыс Скала Шаманка) — Baykal gölündə yerləşən Olxon addasının qərb sahillərində yerləşir. İki zirvəli qaya «Şaman-qaya» adı ilə tanınır. Hal-hazırda təbiət və tariixi abidə olaraq qorunur.. İnzibati cəhətdən İrkutsk vilayəti, Olxonski rayonu, Xujir qəsəbəsi ərazisinə daxildir. Onun ərazisi Pribaykal milli parkı ərazisində yerləşir. Burunun Baykal daxilinə uzanması, sahildən ensiz bərzəxlə ayrılmasına görə onu burunların «adayabənzər tipinə» daxil etmək olar. Burun kristallaşmış əhəng daşından, bitişik sahil isə qranit və qneysdən təşkil olunmuşduir. Bərzəx isə düzən əraziyə sahibdir və çöküntülərlə örtülmüşdür.
Şaman burnu
Şaman burnu (bur. Айха Шулуун, rus. Шаманский мыс) — Baykal gölünün qərb qutaracağında, Slyudyanka şəhəri ilə Kultuk qəsəbəsi arasında yerləşən burun. Yerli sakinlər və turistlərin ən sevimli istirahət məkanlarından biridir. Gölün içərilərinə 600 m məsafədə daxil olur. Kultuk körfəzinin mərkəzində yerləşir. Burunun şərq hissəsi «Starı kamen» adlanır. Eni 30 m, uzunluğu isə 200 netrdən çoxdur. Əsas buruna 10 m eni olan bərzəxlə birləşir. == Toponim və yerli adətlər == Buryatlar arasında burun müqəddəs sayılır.
Şamanizm
Şamanizm – şamanın ruh dünyası hesab edilən dünyanı anlamaq, onunla əlaqə qurmaq və həmin transendental enerjiləri bu dünyaya ötürmək üçün fərqli şüur halına keçməsini özündə ehtiva edən spiritual tətbiqat. "Şamanik" olaraq təsnifləndirilən inanc və təcrübələr antropoloqlar, arxeoloqlar, tarixçilər, dinşünas alimlər, filosoflar və psixoloqlar daxil olmaqla, müxtəlif sahələrdən olan alimlərin marağına səbəb olub. Bu mövzuda yüzlərlə kitab və akademik məqalələr yazılıb, şamanizmin öyrənilməsi üçün mütəxəssislər tərəfindən nəzarət edilən elmi jurnal təsis olunub. 20-ci əsrdə submədəniyyətin nümayəndələri olan bir çox qərbli dünyanın müxtəlif yerlərindəki yerli dinlərin ideyalarından təsirlənərək neoşamanizm və ya neoşamanik hərəkat adlandırılan müasir magik-dini tətbiqatlar yaratdı. Bu, bir çox neopaqan tətbiqatların inkişafına təsir göstərdi, amma mənsub olmadıqları mədəniyyətləri təmsil etməyə çalışan bir sıra kənar müşahidəçilərə görə, başqa mədəniyyətin ünsürləri məsimsəməkdə ittiham olundu, istismara məruz qaldı və təhrifə uğradı. Şamanizm termini yerli spiritual tətbiqatları təsvir etmək üçün istifadə olunsa da, bəziləri bunu müxtəlif yerli xalqlar və qəbilələrə xas olan fərqli və qarmaşıq spiritual tətbiqatların ümumiləşdirici söz kimi qiymətləndirib. Terminin bu cür istifadəsi müxtəlif və mürəkkəb xarakter daşıyan yerli mədəniyyətləri bəsitləşdirə, irqçi fikirləri qüvvətləndirə və "digərləri" anlayışına müstəmləkəçi bir baxış bucağı gətirə bilər. == Terminologiya == === Etimologiya === Şamanizm sözünün tunqus-mancur dilində "bilici" mənasını verən šaman sözündən, şaman sözünün isə evenki dilindəki šamán sözündən, çox güman ki, Sim evenki xalqlarının danışdığı cənub-qərb dialektindən yarandığı ehtimal olunur. Tunqus termini sonralar Sibirdəki yerli xalqlarla qarşılıqlı əlaqədə olan ruslar tərəfindən qəbul edildi. Bu, sürgün edilmiş rus din xadimi Avvakumun xatirələrində tapılmışdır.
Şamanyo
Şamanyö (fr. Chamagnieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38067. Kommunanın 2012-ci il üçün əhalisi 1466 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 202 ilə 341 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 27 km şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Vladimir Şamanov
Vladimir Anatolyeviç Şamanov (15 fevral 1957[…], Barnaul) — rusiyalı siyasətçi. Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. 2016-cı ildən VII və VIII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatıdır. Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı, İctimai və Dini Birliklər Məsələləri Komitəsi sədrinin müavini. Texnika elmləri doktoru. == Həyatı == 15 fevral 1957-ci ildə Barnaulda anadan olub. O, uşaqlığını Özbəkistanda, Sırdərya vilayətinin Mirzəçul rayonunun Qaqarin şəhərində keçirib. === Hərbi karyerası === 1974–1976-cı illərdə — Daşkənd Ali Tank Komandanlıq Məktəbinin 12-ci rotasının kursatnı olub. 1978-ci ildə Lenin Komsomolu adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini, 1989-cu ildə M. V. Frunze adına Hərbi Akademiyasını, 1998-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. 1992-ci ildə Qarabağ münaqişəsində Azərbaycan tərəfində vuruşub.
Şamanyö
Şamanyö (fr. Chamagnieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38067. Kommunanın 2012-ci il üçün əhalisi 1466 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 202 ilə 341 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 27 km şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.

Digər lüğətlərdə