ŞARPAŞARP

zərf Dalbadal, arasını kəsmədən, şiddətlə. Şarpaşarp təpəsinə çırpmaq. Şarpaşarp kürəyinə vurmaq.
[Odabaşı:] [Ana] qızını bu halətdə görüb başladı şarpaşarp dizlərinə döyməyə. Ə.Haqverdiyev.
Araba sürən cavan uşaqlar ayağa qalxıb, zoğal ağacı ilə şarpaşarp öküzləri döyəclədilər. Mir Cəlal.

ŞARPADAN
ŞARPILDATMA

Значение слова в других словарях