ŞOTLANDLAR

cəm Şotlandiyanın əsas əhalisini təşkil edən xalq.
ŞOTLANDKÁ
ŞOU
OBASTAN VİKİ
Şotlandlar
Şotlandlar (ş.german Scots Fowk, şot.kelt Gáidheal ya da Albannaich, ing. Scots) — əksəriyyəti Şotlandiya və ABŞ-də yaşayan xalq. Scotia sözü Qədim Romalılar tərəfindən I əsrdə mövcud olan qəbilə üçün işlədilirdi. Bundan başqa Qədim Romalılar Scotia sözünü İrlandiyada yaşayan Qel tayfası üçün də işlətmişdir. Bede İrlandiyadan Pikt ölkəsinə qədər ərazidə olan xalqlardan Scottorum sözünü işlədərək bəhs etmişdir. Qel olaraq tanınan tayfalar Dal Riyata Krallığına, yəni Şotlandiyanın qərbinə gəlmədir. Bede şotlandlardan bəhs edərkən natio, yəni xalq sözünü işlətmişdir. Piktlərlə yanaşı digər xalqlardan isə gens, yəni irq şəklində bəhs etmişdir. Anqlo-Saks Xronologiyası adlı sənəddə Scot sözü Qellər ölkəsinə eyham vurmaq üçün istifadə olunmuşdur. Scottorum sözü isə 1005-ci ildə İrlandiya kralı tərəfindən İmperator Scottorum şəklində yenidən istifadə olunmuşdur.

Значение слова в других словарях