ƏRŞİ-FƏLƏK
ƏRUSƏK
OBASTAN VİKİ
Ərus
Ərus — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1.Arus Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Ərus variantında da işlənir. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tahirli, Məlikli və Arus adlanan dord məhəllədən ibarətdir. XIX əsrin ikinci yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan orus/ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "üzün, Hündürlüyüdur adam" deməkdir. 2.Ərus Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. XIX əsrin II yarısına aid mənbələrdə Lənkəran qəzasında ərus tayfasının yaşadığı göstərilir.
Ərus meteoriti
Yardımlı meteoriti və ya Ərus meteoriti — 24 noyabr 1959-cu ildə Azərbaycanın Yardımlı rayonuna düşmüş dəmir meteorit. SSRİ ərazisinə düşmüş üçüncü böyük meteoritdir. Qalıqlar yaxınlıqdakı Ərus kəndində aşkar edilmişdir. Beş nümunə ilə birlikdə meteoritin ümumi çəkisi 150,29 kiloqram olaraq qiymətləndirilir. Meteorit Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda saxlanılır. Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin sözlərinə görə, Yardımlı meteoriti Perseid yağışından gəlmiş ola bilər. Şahidlər parlaq bolidin buludların arasından cənub-qərbdən şimal-şərqə doğru uçduğunu görüblər. Sıx duman olmasına baxmayaraq, düşərkən təqribən 2800 km2 sahədə yaratdığı güclü işıqlanma 5-10 saniyə davam etmişdir. Ayrı-ayrı parçaların düşməsi reaktiv təyyarə və ya raketdən yaranana etdiyinə bənzəyən fit və dronla müşayiət olunurdu. Meteoritin kimyəvi və fiziki xüsusiyyətlərinin tədqiqinə azərbaycanlı tədqiqatçı Mirəli Qaşqay rəhbərlik edib.

Digər lüğətlərdə