Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güvən Yalçın
Güvən Yalçın (türk. Güven Yalçın; 18 yanvar 1999, Düsseldorf) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu. == Klub karyerası == === Bayer Leverkuzen === Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir. === Beşiktaş === ==== 2018-2019-cu illər mövsümü ==== 27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır. == Milli komanda karyerası == 2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının Albaniya və Moldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir.
Yalçın Adıgözəlov
Yalçın Vasif oğlu Adıgözəlov (4 noyabr 1959, Bakı) — Azərbaycan dirijoru, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2012). == Həyatı == Yalçın Vasif oğlu Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində bəstəkar Vasif Adıgözəlovun ailəsində anadan olmuşdur. Tanınmış musiqi sülaləsinin üçüncü nəsil nümayəndəsidir. İki oğlu, bir qızı var. === Təhsili === 8 yaşında konservatoriyanın nəzdində fəaliyyət göstərən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ifaçılığı üzrə A. Y. Kopeleviç və B. L. Qusliserin sinfində təhsil almağa başlamışdır. 1982-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirmişdir (professor R. Atakişiyevin sinfi). 1983–1984-cü illərdə Daşkənd Dövlət Konservatoriyasında "opera-simfonik dirijorluğu" fakültəsində təhsil almışdır (professor K. M. Usmanovun sinfi). 1984-cü ildən 1989-cu ilədək Leninqrad konservatoriyasının "opera-simfonik dirijorluğu" fakültəsində tanınmış professor İlya Musinin sinfində təhsil almışdır. 1990–1992-ci illərdə Vyana Musiqi və İfaçılıq Sənəti Akademiyasında (alm. Wien – Musikhochschule‎) Azərbaycanı təmsil edən ilk musiqiçi kimi professor Karl Esterrayxerin sinfində təcrübə keçmişdir.
Yalçın Cavadov
Yalçın Aydın oğlu Cavadov (19 may 1985; Şamaxı rayonu, Azərbaycan SSR — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yalçın Cavadov 1985-ci il mayın 19-da Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. 1992-2002-ci illərdə A. Alxanov adına qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Yalçın Cavadov 2003-2005-ci illərdə Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Yalçın Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Cavadov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Yalçın Dadaşzadə
Yalçın İsmayıl oğlu Dadaşzadə (10 iyun 1993; Beyləqan rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yalçın Dadaşzadə 1993-cü il iyunun 10-da Beyləqan rayonunun Mayaq qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Yalçın Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Dadaşzadə sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Dadaşzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Dadaşzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Yalçın Nəsirov
Yalçın Nəsirov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı şəhid olmuşdur. == Həyatı == 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. 1982-1992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. Tərtər və Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.
Yalçın Osmanov
Yalçın Namiq oğlu Osmanov (d. 1997; Qusar, Azərbaycan - ö. 8 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Yalçın Osmanov 1997-ci ildə Qusar rayonunun Köhnə Xudat qazmalar kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Yalçın Osmanov 2016-cı ildə, aprelin 8-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Elə aprelin 8-i isə Yalçın Osmanov doğulduğu Qusar rayonunun Köhnə Xudat qazmalar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Osmanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Yalçın Rzayev
Yalçın İmran oğlu Rzazadə (31 dekabr 1946, Boladı, Lənkəran rayonu – 22 fevral 2021, Bakı) — məşhur Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-ci ildən). Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri. == Həyatı == Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirmişdir. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirmişdir. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. 1 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Bununla yanaşı 2 dəfə karate üzre çempionu olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olmuşdur. Evlidir, üç övladı var .
Yalçın Rzazadə
Yalçın İmran oğlu Rzazadə (31 dekabr 1946, Boladı, Lənkəran rayonu – 22 fevral 2021, Bakı) — məşhur Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-ci ildən). Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri. == Həyatı == Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirmişdir. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirmişdir. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. 1 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Bununla yanaşı 2 dəfə karate üzre çempionu olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olmuşdur. Evlidir, üç övladı var .
Yalçın Rəhimov
Yalçın Elçin oğlu Rəhimov (25 iyul 2000; Ağsu rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yalçın Rəhimov 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub. Daha sonralar ailəsi ilə birlikdə Maştağanın Lahıc kəndində məskən saldıqları üçün Yalçın təhsilini Nardaran kəndinin 295 nömrəli məktəbində davam etdirmişdir. Məktəbdə oxuduğu müddətdə əlavə olaraq güləş, kikboksinq kimi idman növləri ilə, həmçinin üzgüçülüklə məşğul olan Yalçın müxtəlif yarışlarda iştirak etmişdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Yalçın Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Rəhimov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunun Çaparlı kəndində dəfn olunub. == İrsi və xatirəsi == 2023-cü ilin mayında Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən "Burla Xatun" küçəsinin adı dəyişdirilərək şəhid Yalçın Rəhimovun adı verilib.
Yalçın Əfəndiyev
Yalçın Əfəndiyev (riyaziyyatçı)
Yalçın Əlizadə
Yalçın Əlizadə (Tam adı: Yalçın Mustafa oğlu Əlizadə d.1940 yanvar, Gəncə, Azərbaycan ) — 1999-2012-ci illər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist, professor. == Həyatı == Yalçın Əlizadə 1940-cı ilin yanvarında Gəncədə anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 132 nömrəli orta məktəbi bitirmiş, sənədlərini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə vermişdir. 1962-ci ildə ali məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmış, 1971-ci ildə isə müəllimi Şirməmməd Hüseynovun dəvəti ilə fakültədə müəllimlik fəaliyyətinə başlamışdır. === Ailəsi === Ailəlidir, iki övladı, dörd nəvəsi var. == Fəaliyyəti == "Azərbaycanda radio-jurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək bu sahənin ən yaxşı tədqiqatçılarından sayılmış, həmçinin radio-jurnalistikanın nəzəri əsaslarını fundamental sürətdə araşdıran ilk alimlərdən biri olmuşdur. Yalçın Əlizadə televiziya və radio-jurnalistikanın aktual problemlərinə dair yüzə yaxın elmi məqalənin, iki dərsliyin, üç sənədli publisist kitabın müəllifidir. Yalçın Əlizadə 1974-1981-ci illərdə BDU, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. 1982-1999-cu illərdə Moskva Dövlət Universiteti jurnalistika fakültəsindəki televiziya və radio jurnalistikası kafedrasının müdiri, “dünya şöhrətli TV, radio nəzəriyyəçisi” (Y.Boretski) Ənvər Bağırovun Azərbaycan təmsilçisi oldmuşdur. 1999-2012-ci illərdə Yalçın müəllim fakültənin dekanı vəzifəsində çalışmışdır.
Yalçın Ayhan
Yalçın Ayhan (1 may 1982, Şişli, İstanbul ili) — türk keçmiş futbolçusudur. == Klub karyerası == === İlk illər === Beşiktaş öz infrastrukturundan çıxdı. 1998-ci ildə "İstanbulspor" a transfer olunub. 2001-ci ildə bu komandada peşəkar olub. 2001–2005-ci illər arasında bu komandada çıxış edən Yalçın 54 matçda meydana çıxıb və 5 qol vurub. === Dardanelspor === Yalçın 2002–2003-cü illər arası transfer dövründə Çanaqqala Dardanel ilə icarə müqaviləsi imzalayıb. Burada 16 matç keçirən Yalçın 4 böyüklərin diqqətini çəkib. === Qalatasaray === İcarə müqaviləsi başa çatan Yalçın 500 min avroya 3 illiyə "Qalatasaray"a transfer olunub. O, ilk oyununu dekabrın 3-də Ümit Karanın yerinə Ankaraspor matçında "6" nömrə ilə keçirib. Yalçın "Qalatasaray"la 5 oyun keçirib və bundan sonra komandada Riqobert Sonq, Stjepan Tomas kimi adların olması səbəbindən oynamaq şansı tapa bilməyib.
Yalçın Əfəndiyev (kinorejissor)
Yalçın Heydər (Əliheydər) oğlu Əfəndiyev (24 iyul 1937, Bakı – 10 dekabr 2019, Bakı) — Azərbaycan kinorejissoru, Azərbaycan Respublikasının xalq artisti (2007). == Həyatı == Yalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli rus məktəbini bitirib. Hələ 9-cu sinifdə oxuyarkən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq üçün Moskvaya getməyi arzulayıb, lakin valideynlərinin təkidi ilə Geoloji coğrafiya fakültəsinə daxil olub. Həmin illərdə ÜDKİ-də ilk dəfə ali təhsilli qrup təşkil olunacağını eşidib. Artıq ali təhsili olduğu üçün həmin təhsil ocağına düşməyə şansı yaranıb və ÜDKİ-yə daxil olub. Orada 5 il müddətində Lev Kuleşov və Boris Belokurovdan rejissorluğun sirrlərini öyrənib.Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gələndən sonra bir il assistent işləyib. Daha sonra Süleyman Dəmirəl haqqında kinojurnal çəkib. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib. "Nə yaxşı ki, dünyada Səməd Vurğun var" filmi uğurlu işlərindəndir.
Yalçın Əfəndiyev (professor)
Yalçın Əfəndiyev (Əfəndiyev Yalçın Rafiq oğlu; d. 1971. Bakı, Azərbaycan SSR, SSRİ) — Professor. Hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru Texas Aqrar‑Texniki Universitetinin hesablama elmləri kafedrasının müdiri. == Həyatı == Əfəndiyev Yalçın Rafiq oğlu 1971-ci il yanvarın 25-də Bakıda anadan olub. Əslən Qazax rayonundandır. Bakının 82 nömrəli orta məktəbində oxuduğu zaman riyaziyyat üzrə Respublika olimpiadasında iki dəfə uğurla çıxış edərək 1987-ci ildə I dərəcəli diplom, 1988-ci ildə isə riyaziyyat üzrə məktəblilərin Ümumittifaq olimpiadasında II dərəcəli diplomunu alıb. Məktəbi qızıl medalla bitirmişdir. 1993-cü ildə M.V.Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. ABŞ-də təhsilini davam etdirərək 1999-cu ildə Kaliforniya Texnologiya İnstitutunda hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
Yalçın Əfəndiyev (riyaziyyatçı)
Yalçın Əfəndiyev (Əfəndiyev Yalçın Rafiq oğlu; d. 1971. Bakı, Azərbaycan SSR, SSRİ) — Professor. Hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru Texas Aqrar‑Texniki Universitetinin hesablama elmləri kafedrasının müdiri. == Həyatı == Əfəndiyev Yalçın Rafiq oğlu 1971-ci il yanvarın 25-də Bakıda anadan olub. Əslən Qazax rayonundandır. Bakının 82 nömrəli orta məktəbində oxuduğu zaman riyaziyyat üzrə Respublika olimpiadasında iki dəfə uğurla çıxış edərək 1987-ci ildə I dərəcəli diplom, 1988-ci ildə isə riyaziyyat üzrə məktəblilərin Ümumittifaq olimpiadasında II dərəcəli diplomunu alıb. Məktəbi qızıl medalla bitirmişdir. 1993-cü ildə M.V.Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. ABŞ-də təhsilini davam etdirərək 1999-cu ildə Kaliforniya Texnologiya İnstitutunda hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
Şəhid Rəhimov Yalçın Elçin oğlu
Yalçın Elçin oğlu Rəhimov (25 iyul 2000; Ağsu rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yalçın Rəhimov 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub. Daha sonralar ailəsi ilə birlikdə Maştağanın Lahıc kəndində məskən saldıqları üçün Yalçın təhsilini Nardaran kəndinin 295 nömrəli məktəbində davam etdirmişdir. Məktəbdə oxuduğu müddətdə əlavə olaraq güləş, kikboksinq kimi idman növləri ilə, həmçinin üzgüçülüklə məşğul olan Yalçın müxtəlif yarışlarda iştirak etmişdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Yalçın Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Rəhimov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağsu rayonunun Çaparlı kəndində dəfn olunub. == İrsi və xatirəsi == 2023-cü ilin mayında Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən "Burla Xatun" küçəsinin adı dəyişdirilərək şəhid Yalçın Rəhimovun adı verilib.
Barkın Yalçınkale
Barkın Yalçınkale (25 iyun 1991-ci ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən və Türkiyə Davis Kuboku komandasının üzvü olan Türkiyəli tennis oyunçusudur. 29 fevral 2016-cı ildə o, Dünya ATP reytinqində 823-cü sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Əbdürrəhman Yalçınqaya
Əbdürrəhman Yalçınqaya (10 mart, 1950) —Türkiyəli hüquqşünas. == Həyatı == Əbdürrəhman Yalçınqaya 1950-ci ildə mart ayının 10-da Türkiyənin Şanlıurfa şəhərinin Suruç kəndində anadan olub. Ankara İldırım Bəyazid adına liseyi bitirdikdən sonra eyniadlı universitetin Hüquq fakültəsinə daxil olan Əbdürrəhman universiteti 1973-cü ildə bitirdikdən sonra Tuzla şəhərində qısa müddət ərzində hərbi xidmətini başa vurmuşdur. Ankarada namizəd hakim kimi fəaliyyətə başlayan Yalçınqaya əvvəlcə Acıpayam və Bulanık vilayətlərində hakimlik etmişdir. Daha sonra Gürün Ağır Cinayətlər üzrə Məhkəmənin sədri, Gürün Ədliyyə Prokurorluğu Ədalət komissiyasının sədri, Silifkə hakimi və digər məsul vəzifələri icra etmişdir. 1998-ci ilin aprel ayının 14-də prokurorluğa qəbul edilən Əbdürrəhman Yalçınqaya Prokurorluğun VII Cəza dairəsinin nümayəndəsi ikən Prokurorluq Rəyasət Heyəti tərəfindən göstərilən namizədlər arasından 2004-cü ilin iyun ayının 21-də dövrün prezidenti tərəfindən baş prokurorluğa qəbul edilir. O, hazırda bu vəzifəsini icra edir. Əbdürrəhman Yalçınqaya ingilis dilini mükəmməl bilir. Evlidir, iki övladı var. Əbdürrəhman Yalçınqaya AKP-nin bağladılması işindən əvvəl DTP-nin də bağladılması üçün məhkəməyə müraciət edib.
Atagün Yalçınkaya
Atagün Yalçınkaya (14 dekabr 1986, Altındağ ilçəsi, Ankara ili) — türk boksçu və bədən tərbiyəsi müəllimi. == Həvəskar karyerası == Yalçınkaya çox gənc yaşlarında boksa başlamış və Türkiyədə kollec və kadet kateqoriyalarında altı titul qazanmışdır. O, 2003-cü ildə Macarıstanda keçirilən Balaton turnirində birinci , Pakistanın Green Hill kubokunda üçüncü yer və İtaliyada tələbə boks üzrə Avropa çempionatında birinci yeri tumuşdur. 2004-cü ildə Alfonso Pinto və dünya çempionu Sergey Kazakovu məğlub edərək Türkiyəyə gümüş medal qazandırmışdır. O, Türkiyə tarixinin ən gənc medalçısıdır. Jolly Katongole (Uqanda) 22–7 hesabı ilə məğlub olub. Ceyhun Abiyevi (Azərbaycan) 23–20 hesabı ilə məğlub edib. Alfonso Pintonu (İtaliya) 33–24 hesabı ilə məğlub edib. Sergey Kazakovu (Rusiya) 26–20 hesabı ilə məğlub edib. Yan Bartelemí Varelaya (Kuba) 16–21 hesabı ilə məğlub olub.
İlyas Yalçıntaş
İlyas Yalçıntaş (7 mart 1989, İstanbul) — Türkiyəli musiqiçidir. Bu günə qədər, bir çox mahnıları və albomları olmuşdur.2014-cü ildə sözləri İskəndər Külekçi, bəstəkarı Orçun Karamukun olan İncir mahnısı ilə X Factor Turkiyə yarışmasına qatılmışdır. 2015-ci ildə Behzat Gerçeker & Enbe Orkestri ilə birlikdə bu mahnını yenidən aranjiman edərək Kral Pop və TTNet musiqi hitlərində birinci yerə yüksəlmişdir. == Həyatı və Kariyerası == 7 mart 1989-cu ildə Ərzincan'da anadan olmuşdur. Orta təhsilini Küçükçekmece İMKB Anadolu Liseyin'də bitirmişdir. Musiqiyə 16 yaşında gitara ifaçısı kimi başlamışdır. Sonrakı illərdə müxtəlif məkanlarda çıxış edərək yaşamını sürdürmüşdür. 2014-cü ildə sözləri İskəndər Külekçi, bəstəkarı Orçun Karamukun olan İncir mahnısı ilə X Factor Turkiyə yarışmasına qatılmışdır. 2015-ci ildə Behzat Gerçeker & Enbe Orkestri ilə birlikdə bu mahnını yenidən aranjiman edərək Kral Pop və TTNet musiqi hitlərində birinci yerə yüksəlmişdir. 2015-ci ildə; İlk sinqlıİncir'i, ikinci sinqlı Olmazsa Olmazımsan'ı və ilk albomu Eşq Adam Seçir'i buraxmışdır.
Alçın Şirinzadə
Alçın Şirinzadə (azərb. Şirinzadə Alçın Əlsəftər oğlu:‎) — 2007-2019-cü illərdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor == Həyatı == Alçın Əlsəftər oğlu Şirinzadə 23 may 1951-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, 1968-ci ildə zərbaycan Dövlət Neft Akademiyasının neft-qaz yataqlarının işlənməsi fakültəsinə daxil olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1973-cü ildə həmin fakültəni bitirərək ilk iş yerinə - Neft Daşlarına yollanmışdır. Əvvəlcə neft-qaz çıxarma operatoru, 1974-1975-ci illərdə mühəndis-texnoloq, mədən rəisinin müavini işləmişdir. 1975-1981-ci illərdə böyük mühəndis-texnoloq kimi fəaliyyət göstərmişdir. 1981-1984-cü illərdə neftçıxarma işində artıq təcrübə qazanmış və onu “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyində neft hasilatı şöbəsinə baş texnoloq təyin etmişlər. 1984-1990-cı illərdə ADNA-nın iqtisadiyyatın təşkili və idarə olunması kafedrasında dosent, 1990-1992-ci illərdə “Xəzərdənizneftqaz” İstehsalat Birliyində texniki şöbənin rəisi, 1992-1994-cü illərdə “Azneft” neft və qaz hasilatı baş idarəsində neftçıxarma üzrə istehsalat şöbəsinin rəisi, 1994-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dənizdə neft-qazçıxarma İB-də baş mühəndisin müavini işləmişdir. 1996-cı ilin avqust ayından 2006-cı ilin əvvəlinə kimi “Neft Daşları” NQÇİ-nin rəisi vəzifəsində çalışmışdır.2006-cı ilin fevralında isə Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihələşdirmə İnstitutunda direktorun elmi işlər üzrə müavini təyin olunmuşdur. 2007-ci ildən 2019-cü ilə qədər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsində çalışmışdır.
Anton Yelçin
Anton Viktoroviç Yelçin (ing. Anton Yelchin; 11 mart 1989, Leninqrad – 19 iyun 2016[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru. SSRİ-də yəhudi ailəsində dünyaya gələn Yelçin körpə ikən valideynləri ilə birlikdə ABŞ-ə köçüb. O, karyerasına uşaq aktyor kimi başlayıb və 2001-ci ildə çəkilmiş "Hearts in Atlantis" filmində baş rolda oynamışdır. Aktyor 2009-cu ildə işıq üzü görmüş elmi fantastika filmi "Star Trek"də Pavel Çexov obrazını canlandırıb. == Həyatı == Yelçin 11 mart 1989-cu ildə SSRİ-nin ikinci ən böyük şəhəri olan Leninqradda yəhudi ailəsində dünyaya gəlib. Valideynləri Viktor Yelçin və İrina Korina peşəkar fiqurlu konkisürən olublar. Onlar Sovet İttifaqında dini inancları səbəbindən təzyiqlərə məruz qalırdı. Anton Yelçin 1989-cu ilin sentyabrında körpə yaşında ikən ailəsi ilə birlikdə Amerikaya köçür. 90-cı illərin sonlarından uşaqlar üçün nəzərdə tutulan teleseriallarda çəkilir.
Darçın
Darçın — ədviyyat. Həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır. == Tarixi == Darçının elmi adındakı növ adı olan "cinnamomum", yunancada "kinnamomon" sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.
Lapçın
Lapçın — uzunboğaz ayaqqabı növü. Naxçıvan bölgəsinin dağlıq hissəsində və Qərbi Azərbaycanda (indiki Ermənistanda) dağ kəndlərində yaşayan azərbaycanlılar arasında geniş yayılmışdır. Üzlüyü tumac və keçədən, altı dəridən tikilirdi. Lapçınin ücü şiş və bir qədər yuxarı qatlanmış olur. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Yalman
Yalman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Yalman oyk, sadə. Göyçay r-nunun Ləkçılpaq i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Çərəkə kəndindən çıxmış bir qrup ailənin Yalman adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yalman türk dillərində “keçilməz yer”, “dağ başı” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1024 nəfər əhali yaşayır.
Yalçuk
Yanğın
Yanğın — maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir. Yanğında baş verən əsas fiziki-kimyəvi hadisələr yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiya getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir. Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, materialların öz-özünə alışıb yanması, statik elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də cinayətkarlıqla qəsdən törədilir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu (xüsusən polimer maddələr yandıqda) orqanizmə zəhərləyici təsir göstərir. Bəzi hallarda natamam yanma məhsulları (məs., karbon 2-oksid) oksigenlə partlayış cəhətdən təhlükəli qarışıq əmələ gətirir. == Yanğından mühafizə == Yanğından mühafizə insanların həyatının, dövlət və ictimai mülkiyyətin, vətəndaşların şəxsi mülkiyyətinin yanğından mühafizəsinə yönəldilmiş dövlət və ictimai tədbirlər sistemi; yanğınla mübarizəni həyata keçirən təşkilatdır. Yanğından mühafizənin əsas məqsədi yanğın profilaktikasıdır. Yanğının söndürülməsini yanğınsöndürən texnikasından istifadə edən Yanğından mühafizə dəstələri həyata keçirir. Azərbaycanın bütün şəhərlərində müasir yanğınsöndürmə texnikası ilə təchiz olunmuş peşəkar Yanğından mühafizə dəstələri xidmət göstərir.
Calın
Calın - türk və altay xalq inancında müqəddəs mərasim. Yalın və ya Çalın da deyilir. Xüsusilə Yer Ana və Yer iyəsi üçün edilən mərasim. Böyük bir ağacın altında həyata keçirilir. Bu ağac Uluqayını təmsil edir. Yerə üç direk batıb təpələri oyularaq və ya üzərlərinə bir stəkan qoyularaq içlərinə kımız doldurulur. Şaman sahəyə gələrək əllərində ağac budaqları tutan 39 qız və 39 kişilə birlikdə "kırınır" (rəqs edər). Burada qırxıncı adam özüdür və bu rəqəmin müqəddəsliyi ilə əlaqədar da bir yanaşma vardır. Yer ananı təmsil edən üç dirəyin yanına çataraq Calın alır. Artıq reallaşan müqəddəs əlaqəyə "Calın Almaq" deyilir.
Laçın
Laçın — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati mərkəzi, Laçın şəhər inzibati ərazi dairəsində şəhər.Respublikanın paytaxtı Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur. 18 may 1992-ci ildən Ermənistan Silahlı qüvvələrinin işğalı altında olub. Qarabağ atəşkəs bəyanatına əsasən 26 avqust 2022-ci ildə Azərbaycanın nəzarətinə keçib. 27 may 2023-cü ildə Laçın şəhərinə 20 laçınlı ailə (97 nəfər) geri qayıdıb. == Tarixi == Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib. "Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir.Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.
Talın
Talın, Yuxarı Talın — Ermənistan Respublikasının Talın mahalı ərazisində şəhər. Talın rayonunun mərkəzi. == Tarixi == Yuxarı Talın İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd olmuşdur. İndi Talın rayonunun mərkəzidir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə «söyüd ağacı», «söyüd kolu» mənasında işlənən tal və qədim türk dilində «daxma, mağara, kaha» mənasında işlənən in sözünün birəşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilində Verin Talin (verin "yuxarı" deməkdir) formasında qeyd edilir.
Xaçın
Yaşayış məntəqələriXaçın (Albaniya) — Xaçın knyazlığı — orta əsrlərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində mövcud olmuş xristian Alban məlikliyi Xaçın mahalı Xaçınabad bələdiyyəsi — Azərbaycan Respublikasının Beyləqan rayonunda bələdiyyə.KəndlərXaçın (Borçalı) — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. Xaçınyalı — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Xaçınabad — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Xaçın (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Xaçındərbətli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.ÇaylarXaçınçay — Kürün sağ qoludur. Ağdərə, Ağdam, Bərdə rayonlarından axır.DigərXaçınçay su anbarı — Ağdam rayonu Xaçınçay üzərində yerləşir. Xaçıntürbətli türbəsi — Azərbaycanda tarixi abidə.
Balsin
Balsin (fars. بالسين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Tircayı kəndistanında, Türkman qəsəbəsindən 19 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,323 nəfər yaşayır (328 ailə).
Laləcin
Laləcin (yerli xalqın tələffüzü ilə Ləlin) — İranın Həmədan ostanının şimalındakı Bahar şəhristanının Laləcin bəxşində yerləşən şəhər, həmin bəxşin inzibati mərkəzi. Həmədandan 20 km., Bahardan 9 km. məsafədə yerləşir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən nüfusu 14,724 nəfərdir. Əhalisi əsasən Azərbaycan türklərindən ibarətdir. Laləcin Yaxın Şərqdə keramika və dulusçuluğun mərkəzi kimi tanınır. Laləcin əhalisinin böyük əksəriyyəti bu sənətlə məşğuldur.
Nalçik
Nalçik (rus. Нальчик) — Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı. Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir. == Tarixi == Kabarda Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhəri Elbrus dağ silsiləsinin ən yüksək dağları olan Koştan tau, Xatın tau, Cəngi tau ilə əhatələnmişdir. Tarixən adı Nalcıq olan bu yaşayış məntəqəsi şübhəsiz, öz adını üzərində yerləşdiyi Nalcıq çayının (Terek hövzəsində) adından götürmüşdür. Nalcıq çayı isə həqiqətən dağların ətəyində nal şəklində qıvrılaraq axır. Kabarda-Balkarın hələ faktiki olaraq 1577-ci ildə Rusiyaya qoşulmasına baxmayaraq bu diyar qəti şəkildə istilası XIX əsrin başlanğıc illərində tamamlandı.Qafqaz müharibələrinin birinci mərhələsində Şimal-Qərbi Qafqazda Azov Mozdok xətti boyu hərb qalaların tikilməsi(1768-1780) başa çatdı. 1817-ci ilə Yermolovun süngüsü ilə Böyük Kabarda torpaqlarına yol açıldı. Malka (əvvəl:Balık Su), Baksan, Çegem və b.
Parçin
Parçin (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Raycin
Raycin (雷神) — ilk növbədə buddizmdə, sonra isə Yaponiya şintoizmində şimşək tanrısı. Bir əfsanədə Raycin Yaponiyanı işğalçı monqollara qarşı müdafiə etdiyi göstərilir. Burada monqollar şiddətli fırtına nəticəsində geri çəkilməli olur, bu zaman Raycin buludların arasında dayanaraq işğalçılara şimşək və oxlar atır.Raycin kabuki pyesi "Narukami"də obrazlardan biridir. Burada o, su hövzəsinin altında həbs edilir və bununla da quraqlığa səbəb olur.
Tallin
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. == Coğrafiya == Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.