Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balatı
Balatı - buğda unu, maya və sudan hazırlanan, xəmirin yoğrulması zamanı bütövlükdə istifadə olunan yarımfabrikatdır. Adətən balatıya duz qatılmır, çünki duz mayaların aktivliyini azaldır. Lakin elə üsullar vardır ki, balatıya duz qatılır (bu üsula görə balatıya qatılan duzun miqdarı xəmirin resepturasında nəzərdə tutulmuş duz miqdarının təxminən 1/3 hissəsi qədər olur). Bundan başqa elə üsullar da vardır ki, balatı hazırlamaq üçün duz mühitinə uyğunlaşdırılmış mayalardan istifadə edilir . Balatının tərkibindəki un və suyun miqdarından asılı olaraq müxtəlif xəmirhazırlama üsulları mövcuddur: Qatı balatı üsulu. Bu üsulda qatı balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 45-55%-dən, mayadan və sudan 41-45% nəmliyində hazırlanır. Çox qatı balatı üsulu. Bu üsulda çox qatı balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 60-70%-dən, mayadan və sudan 41-45% nəmliyində hazırlanır. Maye balatı üsulu. Bu üsulda çox maye balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 25-35%-dən, mayadan və sudan 68-72% nəmliyində hazırlanır.
Bahar salatı
Fransız salatı
Kapreze salatı
Kapreze salatı (it. insalata caprese və ya sadəcə kapreze) — dilimlənmiş təzə mozzarella, pomidor və şirin reyhandan hazırlanmış, duz və zeytun yağı ilə ədavanlandırılmış sadə İtalyan salatı. Restoranlarda adətən boşqaba düzülür. Pizza Marqarita kimi, İtaliya bayrağının rənglərini: yaşıl, ağ və qırmızı rəngi özündə birləşdirir. İtaliyada adətən kontorno (qarnir) deyil, antipasto (başlanğıc) kimi verilir və günün istənilən vaxtında yeyilə bilər. Kapreze salatı kapreze yeməyinin bir formasıdır; o, həmçinin kapreze pizza, makaron və ya sendviç kimi də verilə bilər. Salatın adı İtaliyanın Kapri adasının şərəfinə qoyulub. Onun adının mənşəyi ilə bağlı iki ümumi hekayə vardır. Onun İtaliya bayrağına bir hörmətlə və ya "XX əsrdə kral ailəsinin və önəmli siyasətçilərinin tətil zamanı yemək zövqlərinin dəyişik olması ilə" bağlı olduğu güman edilir. == Növləri == Kapreze salatının növləri sırasına zeytun yağı əvəzinə italyan sousu, pesto və ya əlavə olaraq balzam sirkəsi işlədilən növləri də daxildir.
Kartof salatı
Kartof salatı — Bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar. Salatların bütün müxtəlif növləri müxtəlif şəkildə süfrəyə verilir. Almaniyanın cənubunda kartof salatları adətən süfrəyə isti və ya hətta qaynar verilir, başqa regionlarda isə otaq hərarətində. Şimalda salatları soyuq yeməyi üstün tuturlar. Salatları müşayiət edən müxtəlif növ souslar var, o cümlədən mayonez, qaymaq, xardal, sirkə və ya vineqret sousu.
Kobb salatı
Kobb salatı — dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanan ABŞ mətbəxinin salatı. Yeməyə bəzən qara zeytun əlavə edilir. == Tarixi == Salatın necə yaranmasını izah edən müxtəlif hekayələr mövcuddur. Deyilənə görə, 1930-cu illərdə Hollivudda Qəhvəyi Derbi restoranında bu yeməyin yeyildiyi deyilir. Çünki həmin gün bu restoranda imza günü idi. Bu yeməyə görə restoran sahibi Robert Houard Kobb mükafata layiq görülmüşdür. Hekayələr əsasında məlum olub ki, salat Kobb və ya onun şefi Paul C. Posti tərəfindən yaranıb. Əfsanəyə görə, Kobb gecə yarısına qədər yatmayıb və mətbəxdə bəzi inqredintlər ilə qarışdırdıb. Sonda Fransız sousu ilə qarışdırılıb. Başqa əfsanələrə görə, Robert Kreis başqa restoranda icraçı şefi işləmişdir.
Malaq salatı
Malaq salatı- (ispan dilkində ensalada malaquena) tipik andalus mətbəxinin (xörəyidir)yeməyidir. Bu salat bütün İspaniyada çox məşhurdur və onu tez-tez ilin yay aylarında hazırlayırlar. Malaq salatı reseptinin variantları olduqca çoxdur, amma əsas inqrediyentləri bişmiş kartof, portaxalın yumşaq hissəsi, coğan, yaşıl zeytun ibakalyau. Sallatın sosusu müxtəlif ola bilər.
Manqal salatı
Mimoza salatı
Miçiqan salatı
Miçiqan salatı (ing. Michigan salad) — Miçiqanda, Detroytda və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növü. Qurudulmuş albalı, mavi pendir və salamura sousu ilə hazırlanır. Bəzi reseptlərdə mavi pendir əlavə edilməz, müxtəlif meyvələr əlavə olunar.
Nar salatı
Oliviye salatı
Paytaxt salatı (rus. Столичный салат) — xüsusilə Şərqi Avropa və digər postsovet ölkələrində məşhur olan ənənəvi rus salatıdır. Bir çox ölkədə bu salat Rus salatı, Braziliyada mayonez, bəzi Skandinaviya ölkələrində (Norveç və Danimarka) İtalyan salatı (İtaliya bayrağının rənglərinə bənzədiyi üçün), Keçmiş Yuqoslaviya ölkələrində fransız salatı, Niderlandda isə "huzarensalade" (hussar salatı) kimi tanınır. Soyuq müharibə dövründə Amerika Birləşmiş Ştatlarında bu salat Amerikan salatı olaraq adlandırılmağa başlamışdır. Rusiyada və digər postsovet ölkələrində, eləcə də dünyanın bütün rusdilli icmalarında bu salat Yeni il şənlikləri zamanı süfrəyə verilən əsas yeməklərdən birinə çevrilmişdir. == Tarixi == Salat öz adını reseptin yaradıcısı, 1860-cı illərdə Moskvanın ən məşhur restoranlarından biri olan "Ermitaj"-ın Belçika əsilli baş aşpazı Lusyen Oliviyedən almışdır. 20-ci əsrin əvvəllərində Oliviyenin köməkçi aşpazlarından biri İvan İvanov resepti oğurlamışdır. Daha sonra İvanov işindən ayrılaraq "Moskva" restoranında aşpaz işləməyə başlamış və orada bir qədər fərqli şəkildə bu salatı “Metropolitan (Paytaxt) salatı” (rus. Столичный) adı altında təqdim etməyə başlamışdır. Daha sonra İvanov salatın reseptini müxtəlif nəşriyyatlara satmış, bu da salatın Paytaxt salatı adı ilə daha da populyarlaşmasına kömək etmişdir.
Portağal salatı
Portağal salatı- Portağal alman mənşəli sözdür, mənası çin alması deməkdir. Portağal salaltı İtalyan mətbəxinin ənənəvi yeməyidir. Portağal salatı İtalyan mətbəxinin xüsusi yeməyi olsa da, yunanlar, ispanlar, ərəblər və digər ölkələr də qəlyanaltı yemək kimi istifadə edirlər. == Xarici keçidlər == Salat. Portagal salati. Apelsin salatı. Yeni il salati. Салат с курицей и апельсином. Итальянская кухня. Рецепты.
Rus salatı
Paytaxt salatı (rus. Столичный салат) — xüsusilə Şərqi Avropa və digər postsovet ölkələrində məşhur olan ənənəvi rus salatıdır. Bir çox ölkədə bu salat Rus salatı, Braziliyada mayonez, bəzi Skandinaviya ölkələrində (Norveç və Danimarka) İtalyan salatı (İtaliya bayrağının rənglərinə bənzədiyi üçün), Keçmiş Yuqoslaviya ölkələrində fransız salatı, Niderlandda isə "huzarensalade" (hussar salatı) kimi tanınır. Soyuq müharibə dövründə Amerika Birləşmiş Ştatlarında bu salat Amerikan salatı olaraq adlandırılmağa başlamışdır. Rusiyada və digər postsovet ölkələrində, eləcə də dünyanın bütün rusdilli icmalarında bu salat Yeni il şənlikləri zamanı süfrəyə verilən əsas yeməklərdən birinə çevrilmişdir. == Tarixi == Salat öz adını reseptin yaradıcısı, 1860-cı illərdə Moskvanın ən məşhur restoranlarından biri olan "Ermitaj"-ın Belçika əsilli baş aşpazı Lusyen Oliviyedən almışdır. 20-ci əsrin əvvəllərində Oliviyenin köməkçi aşpazlarından biri İvan İvanov resepti oğurlamışdır. Daha sonra İvanov işindən ayrılaraq "Moskva" restoranında aşpaz işləməyə başlamış və orada bir qədər fərqli şəkildə bu salatı “Metropolitan (Paytaxt) salatı” (rus. Столичный) adı altında təqdim etməyə başlamışdır. Daha sonra İvanov salatın reseptini müxtəlif nəşriyyatlara satmış, bu da salatın Paytaxt salatı adı ilə daha da populyarlaşmasına kömək etmişdir.
Sezar salatı
Tacir salatı
Toyuq salatı
Tərəvəz salatı
Valdorf salatı
Valdorf salatı (ing. Waldorf salad) — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatı. Qozun digər növləri əlavə olunmasına icazə verilir. Həmçinin təzə üzüm və ya kişmiş əlavə edilə bilər. == Tarixi == Valdorf salatı ilk dəfə 14 mart 1896-cı ildə Müqəddəs Məryəm Uşaq Xəstəxanasının şərəfinə xeyriyyə üçün Nyu-Yorkdakı Valdorf otelində düzəldilmişdir. Valdorfun metrdoteli Oskar Tsikiri həmin yeməyi inkişafında və yeni reseptlərə ruhlandırmada böyük rol oynadı. 1896-cı ildə "Valdorfun Oskarı" tərəfindən salat "Kulinariya kitabı" (ing. The Cook Book) adlandırdıldı. Orijinal reseptdə qoz-fındıq yox idi, lakin 1928-ci ildə Kulinariya kitabında reseptə onlar da əlavə edildi. == Ədəbiyyat == Arnold E. Bender, David A. Bender.
Valdporf salatı

Vineqret salatı
Vineqrat salatı - Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salat. Süfrəyə soyuq halda verilir. Salatın adı Avropada və inqilabaqədərki Rusiyada salatlara əlavə olunan və əsasən sirkə, zeytun yağı və xardaldan hazırlanan fransız sousu vineqretin (fransız dilində:vinaigrette) adından yaranmışdır.
Yumurta salatı
Yumurta salatı (ing. Egg salad) — göyərti, baharat və yumurtanın mayonezlə qarışdırılması ilə hazırlanan salat. Yumurta salatı doğranmış qatı qaynadılmış yumurta, mayonez, xardal, xırtıldayan kərəviz və soğan, duz, qara bibər və bibərdən hazırlanan bir salat növüdür. == Hazırlanışı və tarixi == Soyuq qidalar əlavə etməklə salatı zənginləşdirmək olar. Donuz basdırması, bibər, pendir, xiyar və soğan kimi qida məhsullarını əlavə etmək olar. Rusiya və SSRİ zamanı oliviye salatı olaraq da bilinirdi.
Yunan salatı
Yunan salatı (yun. χωριάτικη σαλάτα) — yunan mətbəxində salat növü.
Çoban salatı
Çoban salatı — Azərbaycan və türk mətbəxinə aid salat növü. == Tərkibi == Bu salatın tərkibi təzə tərəvəzlərdən, göy-göyərti və əlavə dad üçün zeytun yağı və sıxılmış limon suyundan ibarət olur. == Süfrəyə verilməsi == Demək olar ki, hər növ əsas yeməyin yanında süfrəyə verilir. Xüsusiylə də kabab, müxtəlif ət yeməkləri, plovlarla yeyilməsi məqsədəuyğundur. Pəhriz salatı kimi də yeyilir.
Çuğundur salatı
Çuğundur salatı — məşhur salat tərəvəzidir. Veneqret, şuba və digər bu kimi klassik salatların əsas inqredienti çuğundurdur. Bildiyimiz kimi bu tərəvəz salatlarda artıq bişirilmiş halda istifadə edilir. Çuğundur gec bişir və bəzi sirləri bilməklə onun bişmə vaxtını 2-3 saatdan 10-45 dəqiqəyə qədər azaltmaq mümkün olar. Çuğundur qara ciyər xəstəliklərində məsləhət görülür. Onun tərkibində olan maddələr damargenişləndirici və sakitləşdirici təsirə malikdir.Çuğundur qan yaradır və tərkibində dəmir və mis var. Qan azlığı və qan damarları xəstəlikləri üçün ən yaxşı tərəvəz sayılır. == Çuğundurun faydalı tərkibi == Çuğundurun tərkibi azotlu maddələr və zülalla zəngindir. Onun tərkibində olan qamma amin yağlı turşular beyindəki maddələr mübadiləsinə kömək edir. Çuğundurun tərkibi əvəzedilməz turşularla zəngindir.
Çapati
Çapati- buğda unundan bişirilmiş lavaşdır. Hindistan, Nepal, Əfqanıstan və başqa Asiya ölkələrində məşhur çörəkdir. == Hazırlanması == Çapati isti tavada bişirilir sonra isə isti odda bişirilməyə davam edilir. İsti açıq odda küre şeklini alana kimi bişirilmeye davam olunur. Çapatini müxtelif yemeklerle yeyilir. Şimali Hindistanda çapati müxtəlif yəməklə yeyilməsi daha geniş yayılıb. Onlardan ən məşhuru kartof püresi ile qızardılmış soğandır. == Tarixi == Çapati sözünün mənası (Hind ve urdu dilinde चपत/چَپَت‎, çapati) şillə deməkdir. Ain İbn Əkbər ilk dəfə bu sözü 16-cı əsrdə istifadə etmişdir. Hal hazırda Orta Asiyada buğdadan hazırlanmış çörək növü kimi məşhurdur.