Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Afrika darısı
Afrika darısı — xüsusi qida məhsulu kimi yetişdirilən bitki növü == Tarix == 2000 ildən çox tarixə malik olan bu darı növü ilk dəfə Afrika qitəsində yetişdirilmişdir. == Xüsusiyyətləri == Digər dənli bitkilərdən fərqli olaraq bu növün özünün spesifik xüsusiyyətləri vardır. Əsas xüsusiyyətlərindən biri odur ki, məhsul götürüldükdən sonra əkinə hazırlanan yerdə hər hansı gübrəyə ehtiyac olmur. == Becərilməsi == === Dünyada === Afrika darısı bitki növü dünyanın bir çox yerində becərilir. Hindistan, Pakistan, Avstraliya və bəzi Avropa və Amerika ölkələrində 10 milyonlarla hektar ərazidə əkilir. === Azərbaycanda === Azərbaycan təbiəti üçün xarakterik hesab olunmayan bu bitki növü ilk dəfə 2011-ci ildə Bərdədə yetişdirilib. Afrika darısı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində Azərbaycana gətirilmiş və sınaq əkini uğurlu nəticələnmişdir. Bu məqsədlə toxum dövlət hesabına Hindistandan alınmışdır.
Atropatan dazısı
Atropatan dazısı (lat. Hypericum helianthemoides) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab (i, ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. Qafqaz endemidir. == Təbii yayılması == == Botaniki təsviri == Yarımkolcuqdur. Hündürlüyü 10-20 sm-dir. Gövdəsi çoxsaylı, nazik, yumru, budaqlıdır. Yarpaqlar xətvari, oturaq və qarşı-qarşıya düzülmüş, 4-7 mm uzunluğunda, 1,5 mm enində, nöqtəvarı vəzilidir. Çiçək qrupu salxım, 1-9 çiçəkli, 3-5 sm uzunluğunda, 1 sm enindədir.
Dağlıq dazısı
Dağlıq dazısı (lat. Hypericum montanum) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Pazırıq xalısı
Pazırıq xalısı — Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı. == Tarixi == Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanır. E.ə. V-IV əsrlər arasında hazırlandığını irəli sürən alimlər bu xalının Altaya gedib çıxmasını belə izah edirlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı "Armeniyada" toxunmuşdur. Ulrix Şürman bunu "erməni sənətinin şah əsəri" adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında onun fikrini doğru saymışdır. Başqa bir Pazırıq xalısı da divardan asmaq üçün 4,5x6,5 m ölçüsündə rəngli keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir edilmişdir. Prof. F. Cəlilov güman edir ki, buradakı qadın obrazı qarşısındakı bəyə uğur diləyən ulu qam katun obrazıdır. Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması idi.
İran xalısı
Pers xalçası, İran xalçası (fars. فرش ايرانى‎ farsh, hərfi anlamda "yaymaq" kimi tərcümə olunur) və ya İran xalısı (قالی ايرانى qālī) — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Tarixən baş vermiş tənəzzül dövründən sonra Təbriz kimi toxuculuq mərkəzləri ənənələrin bərpası və dirçəldilməsində mühüm rol oynamışlar. Kəndlərdə və müxtəlif tayfalar tərəfindən inşa edilmiş xalçalar yüksək keyfiyyətli yun materialı, parlaq və mürəkkəb rəngləri və xüsusi ənənəvi naxışları ilə fərqlənirlər. Əvvəldən planlaşdırılmış və dizayn edilmiş müəllif xalçalarından fərqli olaraq, köçəri və kiçik kənd toxucuları tərəfindən inşa edilmiş xalçalar daha cəsarətli və bəzən kobud naxışları ilə seçilir, buna görə də İranın ən autentik və ənənəvi xalçaları hesab edilirlər. Gəbbə (fars. گبه‎) və ya gəvə adlandırılan xalçalar bu ənənənin ən məşhur nümunələridir.
Typhlodromus dalii
Typhlodromus dalii (lat. Typhlodromus dalii) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus dalii Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Alyaskanın satın alışı
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Abbasabad qalası
Abbasabad qalası — Naxçıvan şəhərinin 6 kilometr cənub-şərqində, Araz çayı sahilində yerləşən hərbi istehkam tipli qala. == Tarixi == Qala fransız hərbi mütəxəssislərinin layihəsi əsasında 1809-1810-cu illərdə tikilmişdir. Beşbucaq şəklində olan qalanın bürcləri vardı. Qala divarlarının hündürlüyü 4 metr 30 santimetr, qalınlığı 60 santimetr idi. Şəhər qalası hər tərəfdən 10 metr enində arxla əhatə olunmuşdu. Abbasabad qalası hərbi zərurətdən yaranmış bir obyekt idi.Rusiya-İran müharibəsinin gedişində (1804-1813) dəfələrlə ağır məğlubiyyətə uğrayan İran tərəfi Naxçıvan xanlığının ərazisində özünün hərbi mövqelərinin möhkəmləndirilməsinə böyük diqqət verirdi. İran komandanlığı bu məqsədlə qalaları təmir etdirir və özünün dayaq nöqtəsi ola biləcək yeni qalalar tikdirirdi. Belə qalalardan biri şahzadə Abbas Mirzənin arzusu ilə fransız mühəndisləri tərəfindən Naxçıvan yaxınlığında tikilmiş və İran taxt-tacının vəliəhdinin şərəfinə adlandırılmış Abbasabad qalası idi. Abbasabad qalası Abbas Mirzə tərəfindən Avropa memarlığı üslubunda tikdirilmişdir. Abbasabad qalası Araz çayı üzərində olan keçidin qorunmasını təmin etməklə yanaşı, həm də Cənubi Azərbaycana gedən yola nəzarət edir, lazım gəldikdə bu yolu bağlaya da bilirdi.
Abuli qalası
Abuli qalası (gürc. აბულის ციხე) — Cənubi Gürcüstandakı Samtsxe-Cavaxeti bölgəsinə aid olan Axalkalaki bələdiyyəsinin ərazisində yerləşən tarixi qala. Abidə Tunc dövrünə aid olan meqalitik tikilidir. Qalanın inşası zamanı qədim dövrlərdə tez-tez istifadə edilən "quru hörgü" texnikasından istifadə edilmişdir. Abidə Patara dağının cənubunda, Paravani gölünün isə cənub-şərqində yerləşir. Yerləşdiyi ərazi dəniz səviyyəsindən 2670 metr hündürlükdədir. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələrinin siyahısına daxil edilmişdir. == Qala haqqında == Qala həmçinin "Korogli" (Azərbaycan və türk dilindəki adlandırılması ilə "Koroğlu") adı ilə də tanınır. Abidə başqa bir siklopik tikili olan və Paravani gölünün yaxınlığında yerləşən Şaaori qalası ilə bir çox ortaq memarlıq xüsusiyyətlərinə malikdir. Abuli qalası tikinti məhlulundan istifadə olunmadan 3-5 metrlik vulkanik bazalt blokların köməyi ilə ərsəyə gətirilmiş böyük və mürəkkəb tikilidr.
Advrek qalası
Advrek qalası (ing. Ardvreck Caslte) — Şotland qalası olub, Haylend əyalətində, Sazerlend şəhəri yaxınlığında Lok Assint gölünün şimal sahilində yerləşir. 1737-ci ildə baş verən yanğından sonra qala günümüzdə də xarabalıq halında yerləşir. Qala il boyu, gün ərzində həmişə ziyarətçi qəbul edir. == Tarixi == Adverk qalası 1590-cı illərdə Maklend klanı tərəfindən tikilmişdir. 1646-cı ildə o uğursuz şəkildə Maklend klanının qədim düşməni Makkenzi klanı tərəfindən mühasirəyə alınmışdır. 1650-ci ildə İngiltərə vətəndaş müharibəsi zamanı royalist Markiz Montroz Neyl Maklaud tərəfindən həbs edilərək Adverk qalasında yerləşən tağlı zirzəmilərdən birində dustaq saxlanmşdır. Daha sonra o, Edinburq qalasına köçürülmüş və burada 21 may 1650-ci ildə edam edilmişdir. Vətəndaş müharibəsi zamanı II Karlın düşmənlərinə qoşulduğu üçün monarxiyanın bərpasından sonra Neyl Maklaud böyük zərər gördü. 1672-ci il iyul ayında Maklaud qiyamçı olduğu üçün həbs edilmiş, bu da öz növbəsində Makkenzi klanının (ing.
Ahalsıx qalası
Akhaltsikhe qalası (gürc. ახალციხის ციხე) — Gürcüstanın Axaltsixe bölgəsində yerləşən orta əsrlərə aid qaladır. Doqquzuncu əsrdə tikilmiş bu qala Osmanlı İmperiyasının buranı zəbt etməsinə qədər yerli insanlar tərəfindən Lomisa qalası kimi adlanırdı. == Tarix == Kartlis tsxovrebaya görə şəhərin əsası 9-cu əsrdə Tao kralının oğlu sayılan Quaram Mampal tərəfindən qoyulmuşdur. 13-cü əsrdən 14-cü əsrin sonuna kimi şəhər Mesxeti prinsliyinin paytaxtı idi. 1393-cü ildə şəhər Əmir Teymurun hücumlarına məruz qalmışdır. Türk-Moğol işğallarına baxmayaraq qala müqavimət göstərməyə davam etmişdir. 1550-ci ildə İstanbul sülh müqaviləsinə görə Mesxeti prinsliyi bütünlüklə Osmanlı İmperiyasının ərazisinə qatılmışdır. Türklər qalanı ən çox müdafiə məqsədilə istifadə etmişdir. 1752-ci ildə Rabatidə ilk məscid tikilmişdir.
Akan qalası
Akan qalası – Kəlbəcər rayonunun Həsənriz kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. == Təsviri == Saxlanmış divar qalıqlarından görünür ki, böyük ərazini əhatə edən Akan qalası ərazinin müdafiə sistemində mühüm rol oynamışdır. Qala, Həsənriz kəndindən şimal-şərqdə, böyük dağın ətəyində, Akan çayının sahilində, iki tərəfdən dərin yamaclarla əhatə olunmuş əlçatmaz ərazidə yerləşir. Qala divarları daxilində müxtəlif dövrlərə aid, kobud yonulmuş daşlardan tikilmiş tikililərin, o cümlədən tağtavanlı binanın qalıqları və məzar daşları qalmışdır. Qalanın şimal-şərq hissəsində yerlşən gizli yeraltı yol, çayın kənarında kərpicdən tikilmiş dörd zallı hamam binasına aparır. Hamamın divarlarında üfüqi yerləşdirilmiş keramik borulaq qalmışdır. Onlardan biri 11, digəri 7 sm diametrə, ümumilikdə 36 sm uzunluğa malikdir. Ehtimal ki, borular istixanadan su verilməsi üçün istifadə olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989 Бархударян, С. Свод армянских надписей, вып.
Alamo qalası
Alamo qalası (ing. Alamo Mission in San Antonio) — Amerika Birləşmiş Ştatlarının Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən qala kompleksi. Qala 2015-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Alamo qalası Texas İstiqlal müharibəsi zamanı 1836-cı ilin 23 fevral — 6 mart tarixləri aralığında baş vermiş eyni adlı müharibə ilə məşhurdur. 13 gün davam edən Alamo müharibəsi nəticəsində Texas Respublikasının tərəfdarları olan texaslılar Meksika ordu tərəfindən məğlub edilmişdir.
Alanya qalası
Alanya qalası — Antalyanın ilçəsi Alanyanın simvollarından biri olan qala. Dəniz səviyyəsindən 250 metrə qədər yüksələn yarımada üzərində yerləşir. Qala divarlarının uzunluğu 6.5 km-ə qədərdir. Kandeleri adı ilə də tanınan Alanya yarımadasındakı yaşayış, Helenistik dövrə qədər birlikdə günümüzə gələn tarixi abidə XIII əsr Səlcuqi əsəridir. Qala 1221-ci ildə şəhəri alıb yenidən inşa etdirən Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən tikdirilmişdir. Qalanın 83 qülləsi və 140 bürcü var. Orta əsrlərdə qala divarların içində yerləşmiş şəhərin su ehtiyacı təmin etmək üçün 1200-ə yaxın sarnıç tikilmişdir. sarnıçların bir hissəsi günümüzdə də istifadə edilir. Qala divarları planlı bir şəkildə Ehmedek, İçqal, Adam atacağı, Cilvarda burnu üstü, Ərəb övliyası bürcü və Əsəd bürcünü enərək Topxanə və Tərsanəni keçib Qızılqüllədə tamamlanacaq şəkildə inşa edilmişdir. Alanya qalası Anadolunu bəzəyən yüzlərlə qaladan bu günə qədər qalan, ən yaxşı qorunmuş orta əsr qalalarından biridir.
Alara qalası
Alara qalası — Alanyanın 37 kilometr qərbində, dənizdən 7 kilometr içəridə Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən 1232-ci ildə tikilmişdir. İpək yolu üzərində inşa edilən qalanın funksiyası, Alara çayı kənarındakı Alarahanda fasilə verən karvanların təhlükəsizliyini təmin etmək olubdur. Qala 200 metrdən 500 metrə qədər çıxan sıldırım bir təpə üzərində qurulmuşdur. Görkəmli bir görünüşü vardır. Xarici və daxili qala kimi iki hissədən ibarərətdir. 120 pilləli qaranlıq bir koridordan qalanın içinə gedilir. Ziyarətə açılmadığı üçün yabanı otların və xarabalıqların əhatəsində baxımsız vəziyyətdədir. Həmçinin tunelin ortasına doğru dərin bir çuxur var. Bunun ucu su almaq üçün keçdikləri mağaradır. Qalanın içində qayalar yonularaq tunellər tikilib.
Almeriya qalası
Almeriya qalası (isp. Alcazaba de Almeria) - 955-ci ildə Əndəlusun ilk xəlifəsi III Abd ər-Rəhman tərəfindən Almeriya şəhərində müdafiə qalası kimi əsası qoyulmuşdur.. Tikilinin ərazisi 35 000 m²-dir.. 1931-ci ildən İspaniyanın milli abidəsidir. İspaniyanın cənubunda yerləşən və tarixi liman şəhəri olan Almeriya ticarət cəhətdən vacib strateji obyekt hesab edilirdi. Müxtəlif vaxtlarda şəhəri romalılar, finikiyalılar, karfagenlilər idarə etmişdir. Lakin müsəlmanlar şəhərin qurulmasına çox böyük töhfə vermişdilər.. 955-ci ildə Alksaba de Almeriya qalasının tikintisinə başlanılmışdır. İlk əvvəl müşahidə qüllələri və qala divarları ucaldılmış, sonradan isə qala Xəlifəliyin iqamətgahına çevrilmişdi. Bu qala özünün daha çox çiçəklənməsini XI əsrdə yaşamış xəlifə Əl-Cayranın hakimiyyəti dövründə tapmış və bütün Əndəlüsün ticarət mərkəzi olmuşdur.
Ankara qalası
Ankara qalası, Ankara şəhərində yerləşən tarixi qala. Qalanın Bizans İmperiyası dövründə müdafiə məqsədi ilə tikildiyi güman edilir. Nə zaman inşa edildiyi tam olaraq bilinmir. Romalıların və Bizanslıların hakimiyyətində olan qala, 1073-ci ildə Səlcuqların əlinə keçmişdir. 1101-ci ildə Xaçlıların əlinə keçirilən qala 1227-ci ildə təkrar Səlcuqluların ərazisinə qatılmışdır. Səlcuqlular dövründə təmir və əlavələr edilən qala Osmanlı dövründə 1832-ci ildə Kavalalı Mehmet Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən təmir edilmişdir. Qalanın quruluşunda rast gəlinən heykəl, qəbir, sütun başlıqları qalanın tikintisində ətrafda olan materiallardan faydalanıldığını göstərir. Qalada roma dövrünə aid qalıqlar diqqəti çəksə də böyük ölçüdə Bizans dövründə inşa edilmişdir. İmperator II Consantantinus Xarici qalanı tikdirmişdir. İmperator Isaurili III Leonise qala divarlarını genişləndirərkən daxili qala divarlarını yüksəltmişdir.
Aqra qalası
Aqra qalası Aqra qalası, Qırmızı qala - Hindistanın Aqra şəhərindəki istehkam, Moğol İmperiyası dövründə hökmdarların iqamətgahı kimi xidmət etmişdir. Yamuna çayının üstündə, Tac Mahaldan cəmi 2,5 km məsafədə yerləşir. Onunla birlikdə Qırmızı Qala 1983-cü ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Qırmızı Qala ərazisinin bir hissəsi bu gün hərbi məqsədlər üçün istifadə olunur və ziyarətçilər üçün əlçatan deyil. == Tarixi == Teymuri Babur Dehli sultanları Sikəndər Lodi və İbrahim şah Ludinin burada yerləşən sarayını yenidən qurmuş və sözdə sərf etmişdir. Baoli (su kəməri). Sonralar Sultan Hümayun tez-tez burada dayanırdı. Qalanın özü 1558-ci ildə paytaxtı Dehlidən Aqraya köçürən Böyük Əkbərin təşəbbüsü ilə 1565-ci ildə başladı. Burada o, köhnə və uçuq-sökük Bədəlqar qalasını bərpa etdi (saray tarixçisi Əbdül-Fəzala görə). Artıq 1571-ci ildə qala tamamilə Rajasthani qırmızı qumdaşı divarı ilə əhatə olunmuşdu.
Mənsur bəy (Dərbənd valisi)
Mənsur bəy — Dərbənd valisi. Mənsur bəy, Kral I İsmayıl (1501–1524-cü illərdə hökmranlıq edir) dövründə 1509-cu ildə Dərbəndin ilk Səfəvi valisi vəzifəsində çalışan bir Səfəvi məmuru idi. Qısa müddətdən sonra, 1538-ci ilə qədər, şəhər Səfəvi hökmranlığı altında idarə edən Şirvanşahlar ailəsinin üzvləri tərəfindən idarə olunmağa başladı. Bundan sonra birbaşa təyin olunmuş Səfəvi məmurları yenidən şəhərin idarəsini ələ keçirdilər.
"Hollivud" yazısı
"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur. == Tarixi == Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı. Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.
Alban yazısı
Alban əlifbası və ya Alban yazısı (alb. 𐔰𐔾𐔸𐕒̅𐔱𐔴𐔸, transliterasiya: alto͞bet, tərcümə: Alt və Bet) — Qafqaz albanlarının dili üçün istifadə olunan yazı sistemi. == Yaranması və istifadəsi == Alban əlifbasının yaradılması haqqında əsasən ermənidilli qaynaqlar məlumat verir. V əsr erməni tarixçisi Koryunun 443–451-ci illər arasında yazılmış Maştotsun həyatı adlı əsərində Benyamin adlı alban bir din adamının Maştotsu ziyarət etməsini göstərir. Zaza Aleksidzenin fikrincə bu hadisə 422-ci ildə baş vermişdir. Hekayəyə görə Maştots Ermənistandan Albaniyaya gələrək hökmdar Yesuagenin sarayına daxil olur, bundan əlavə Alban katolikosu İyeremiya ilə də görüşür. Koryunun yazdıqlarına görə əlifba qısa bir müddətdə Albaniyada yayılıb, əlifbanın öyrədilməsi üçün məktəblər açılıb, Bibliya tərcümə edilib, hətta bu dildə yazılan materiallardan ermənicəyə tərcümə üçün də istifadə olunub. Əlifba daha sonra Balasakan ərazisində də qəbul edilib və buranın yepiskopu Muşeğ əlifbanın təbliği işində iştirak edib. Koryun Maştotsun Yesuagenlə harada görüşdüyünü qeyd etməsə də, Aleksidzenin fikrincə böyük ehtimal bu görüş Kabalakada baş tutmuşdur. Koryun əlifbanın yaradıldığı dilin "Alban dili" olduğunu qeyd etsə də, Movses Xorenli və Moisey Kalankatlı bu əlifbanın "Qarqar dili" (erm.
Aslan balığı
Aslan balığı (lat. Pterois) — Şüaüzgəclilər sinfinin Scorpaenidae fəsiləsinə məxsus balıq cinsi. Bu balıq cinsinin uzunluğu 20 sm-dən (P. andover, P. antennata) 38 sm-ə qədər (zebr aslan balığı) ola bilər. İndo—Sakit okeanı ərazisində geniş yayılmışdır.
Aslan qalası
Aslan qalası — Xocalı rayonu Xanabad kəndi ərazisizində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Qala tarixi mənbələrdə həm də Şikakar adı ilə qeyd edilir. Aslan qalasının dəqiq inşa tarixi ilə bağlı məlumatlar yoxdur. Tarixi mənbələrdə qala ilk dəfə tarixçi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərində xatırlanır. Xaçın çayının sağ sahilində yerləşən Aslan qalası Xoxanaberd və Qaxaç qalaları ilə birlikdə Xaçın ərazisi ətrafında güclü müdafiə tikililəri halqası yaradır. Aslan qalasının içqalası yaylanın sol yamacında, uzun burun üzərində inşa edilmişdir. == Tarixi == Xaçın bölgəsindəki ən əlçatmaz qalalardan biri olmasına baxmayaraq, Aslan qalasının dəqiq inşa tarixi ilə bağlı məlumatlar yoxdur. Tarixi mənbələrdə qala ilk dəfə tarixçi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərində 821-ci ilə aid hadisələrlə əlaqədar xatırlanır. Kalankatlı yazır: Yepiskop Makar Marxudaryants qala ərazisindın topladığı epiqrafik məlumatlar əsasında onun tarixi haqqında daha dəqiq məlumat verərək yazır: “Şikakar qalası kifayət qədər qədim tarixə malikdir...Böyük Həsən onu sahiblik ərazisi və nəsil qəbirsanlığı kimi Smbat adlı knyaza bağışlamışdır.” Abidəni müasir dövrdə tədqiq etmiş Ş. Mkrtmyan qeyd edir ki, qala ərazisində indi də kənd tipli qədim yaşayış yeri, iki böyük qəbirsanlıq və iki kilsənin xarabalıqlarını müşahidə etmək mümkündür.
Avar yazısı
Avar əlifbası — avar dilində yazı üçün istifadə olunan əlifba. Mövcud olduğu müddətdə müxtəlif qrafik əsaslarda fəaliyyət göstərmiş və dəfələrlə islahatlar aparılmışdır. Hazırda avar yazısı kiril əlifbasındadır. Avar yazı tarixində aşağıdakı mərhələlərə bölünür: XV əsrdən 1928-ci ilə qədər — ərəb əlifbası əsasında yazı; 1860–1910-cu illər — kiril əlifbasına əsaslanan yazı (ərəblə paralel); 1928–1938-ci illər — latın əsasında yazı; 1938-ci ildən — kiril əlifbasına əsaslanan müasir yazı. == Ərəb qrafikası == Avar yazısının ən qədim abidələri Dağıstanın Xunzax rayonunda aşkar edilmiş daş xaç və lövhələr üzərində üç gürcü — avar ikidillidir. Bu yazılar gürcü qrafikası ilə yazılmışdır. Onlardan birini 1940-cı ildə akademik A. S. Çikobava, digərini Xunzax kəndindən olan T. E. Qudava, üçüncünü Qotsatl kəndindən olan K. Ş. Mikaylov deşifrə etmişlər. Bu yazılar 12–14-cü əsrlərə aiddir . İslam dini Dağıstanda yayıldıqdan sonra ərəb yazısı da onunla birlikdə nüfuz edir. Ərəb qrafikası əsasında avar yazısının ən qədim abidəsi Qunib rayonunun Koroda kəndində 13–14-cü əsrlərə aid olan kitabədir.
Avstriya palıdı
Avstriya palıdı (lat. Quercus cerris) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Vətəni Qafqaz və Ukraynadır. Cənub-Şərqi Avropada təbii halda bitir. == Botaniki təsviri: == Hündürlüyü 25-40 m, gövdəsinin diametri 2 m, olan yarpağını tökən böyük ağacdır. Qabığı tünd-boz və dərin şırımlıdır. Qoca ağaclarda qabığı yarıqlı, gövdə daxilində borular narıncıdır. Yarpaqları yaşılımtıl-boz, növbəli, dərili, uzunsov, uzunluğu 7-14 sm, eni 3-5 sm, hər tərəfdən 6-12 üçkünc hissəlidir. Çiçəkləri küləklə tozlanan sırğalardır. Meyvəsi-uzunluğu 2,5-4 sm, eni 2 sm, kasacığın dərinliyi 2 sm, yumşaq, üzəri 4-8 mm tükcüklərlə örtülmüş böyük qozadır.
Axtı qalası
Axtı qalası (ləzg. Ахцегь-Къеле, ахт. диал. Ахцагь-Къала) — Dağıstanda, Axtı rayonunun Axtı kəndində 1839-cu ildə general E.A.Qolovin tərəfindən tikilmiş rus qalası. Federal əhəmiyyətli tarix və memarlıq abidəsi. Rusiyanın ən cənub qalası. == Təsviri == Axtı qalası aşağıdakı hissələrdən ibarətdir: Qala divarları Əsgər kazarması Pravoslav Kilsəsi Barıt anbarı Qala beşbucaqlı formaya malikdir, burçların künclərində bastionlar mövcuddur. Əvvəllər burada hündürlüyü 4,57 metr, qalınlığı 1,06 metr olan daş divarlı xəndək var idi. Divarların üzərləri müdafiə kazarmalarından ibarət idi. Düşmənin qalaya yaxınlaşması anında onları atəşə tutmaq üçün burda piyada mövqeləri qurulmuşdu.
Aydos qalası
Aydos qalası və ya digər adıyla Keçi qalası — Türkiyənin İstanbul ilinin Sultanbəyli mahalındakı 325 metrlik Aydos zirvəsində olan qala. Ətrafıyla birlikdə birinci dərəcədə arxeoloji abidə elan edilmişdir. == Tarixi == Qala Şərqi Roma İmperatorluğu dövründə inşa edilmişdir. O zamanki adı olan "Aetos" (Αετός), Yunancada "qartal" mənasını verməkdəydir. Bu ad, günümüzə qədər çox kiçik dəyişikliklə qorunmuşdur. XI əsrdə türklərin Konstantinopolisə (indiki vaxtda İstanbul) yaxınlaşmaları ilə qalanın əhəmiyyəti artdı, ancaq Səlib yürüşlərinin başlamasıyla türklər bölgədən ayrıldılar. XIII əsrin sonlarında bölgədə, yenidən mübarizələr başladı. 1326-1328-ci illərdə Kocaeli yarımadasının böyük bir qismi Osmanlı imperatorluğu suverenliyinə girmişdi. Bu dövrdə iki dövlət arasındakı sərhəd, Aetos-Pentikion (indiki vaxtda Pendik) xətti üzərində idi. Aşıq Paşazadənin yazdığı məlumatlara görə, Osmanlı sultanı Orxan Qazi, qalanın alınması üçün Abdurrahman Qazi, Akça Qoca və Qonur Alpı göndərmişdir.
Bakı qalası
Bakı qalası — Bakı şəhərinin orta əsrlərə aid İçərişəhər hissəsini əhatə edən qala divarları və qüllələrdir. Səyyahların illüstrasiyaları və XIX əsrin əvvəllərinə aid fotolardan məlum olur ki, vaxtilə Bakı şəhəri iki qat qala divarları ilə əhatə olunmuşdur. Həmin qaladan dövrümüzə yalnız daşdan olan hündür divarlar və onun bir neçə qapısı çatmışdır. I Şah Abbasın hakimiyyəti dövründə və daha sonra bu divar və qapılar dəfələrlə təmir və bərpa edilmişdir. Dövrümüzə çatmış qala divarları, qüllələr, mazğallar, banketlər, maşikullarla bərkidilmiş və əsrlər boyunca şəhər üçün etibarlı müdafiə təmin etmişdir. Orta əsrlərdə qala divarları 1500 metr uzunluğa malik olsa da, dövrümüzə yalnız 500 metrlik hissəsi çatmışdır. Qala divarları 3.5 metr enə, yerlərindən asılı olaraq, 8–10 metr hündürlüyə malikdir. XVIII əsrdə rus hərbi mühəndislərinin Bakı qalasına əlavə etdiyi altı bastion, onun funksionallığını daha da artırmışdır, lakin rusların qalanı tərk etməsindən sonra, bastionlar da tərk edilmişdir. Bakının Rusiya imperiyasına tabe edilməsindən sonra Bakı qalasının genişləndirilməsi planı hazırlanmşdır. 10 iyul 1796-cı ildə tərtib edilmiş həmin plana əsasən Bakı qalası, hazırda Seyid Mirbabayevin sarayı yerləşən əraziyə kimi genişləndirilməli idi, lakin həmin plan həyata keçirilməmiş və Bakı qalası XIX əsrin 80-ci illərinə kimi XVII əsrin əvvəllərində formalaşmış memarlıq simasını və XII əsrə aid memarlıq elementlərini saxlaya bilmişdir.
Dalida
Dalida (fr. Dalida, ərəb. داليدا‎; əsl adı İolanda Kristina Cilyotti, it. Iolanda Cristina Gigliotti; 17 yanvar 1933 – 3 may 1987) — İtaliya əsilli, Misirdə doğulan fransız müğənnisi. Milliyyətcə italyan olsa da, Misirdə doğulub-böyümüş, həyatının böyük bir hissəsini isə Fransada keçirmişdir. 800-ə yaxın mahnısını fransız dilində, 200-ə yaxın mahnısını doğma italyan dilində, 200-ə yaxın mahnısını isə digər 8 dildə — alman, ərəb, ingilis, ispan, yapon, ivrit, yunan, flamand dillərində ifa edib. Dalidanın bütün dünyada 130 milyondan çox səs yazısı satılıb. == Uşaqlıq illəri == İolandanın işsiz babası Cüzeppe Cilyotti XX əsrin əvvəlində iş tapmaq üçün İtaliyadan Qahirəyə köçür. Ona görə ki, Misir Kalabriyaya yaxın idi və yollar ucuz başa gəlirdi. Cüzeppe dərzilik edir, paltarlarını satırdı.
Daləki
Daləki— İranın Buşehr ostanının Dəştistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,861 nəfər və 1,637 ailədən ibarət idi.
Danışıq
Danışıq bu mənalara gələ bilər:
Dmanisi
Dmanisi, Başkeçid — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Dmanisi bələdiyyəsinin inzibati mərkəzi. 1947-ci ilə qədər adı Başkeçid olmuş, həmin ildən isə adı gürcüləşdirilərək Dmanisi adlandırılmışdır. Ölkə paytaxtı Tiflis şəhərindən 102 km uzaqlıqda yerləşir. == Əhalisi == 1 yanvar 2012-ci ilə olan rəsmi təxminə əsasən şəhərdə 3.8 min nəfər əhali yaşayır. === Milli tərkibi === 1 yanvar 1914-cü il tarixinə olan rəsmi məlumata görə, Tiflis quberniyasının Borçalı qəzasına daxil olan Başkeçid kəndində əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 529 nəfər əhali yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Başkeçid şəhərində 3.427 nəfər əhali yaşayır, onların 82 %-ni gürcülər, 12 %-ni azərbaycanlılar, 3 %-ni ruslar, 2 %-ni ermənilər, 1 %-ni isə urumlar təşkil edir. == Təhsil == Hazırda şəhərdə üç ictimai orta məktəb fəaliyyət göstərir. Onlardan biri rusdillidir.
Adelina Adalis
Adelina Adalis (əsl adı: Adelina Yefimovna Yefron; rus. Адели́на Ефи́мовна Ефро́н; 13 (26) iyul 1900, Sankt-Peterburq – 13 avqust 1969, Moskva) — Rusiya-sovet şairi. == Həyatı == Adelina Yefimovna Yefron 26 iyul 1900-cü ildə Rusiya imperiyasına bağlı Sankt-Peterburq şəhərində anadan olmuşdur. "Qardaşlıq" (1937), "Şərq ümmanı" (1949), "Yeni əsr" (1960), "Şəhərlər" (1962), "Yanvar–sentyabr" (1970 ildə nəşr olunmuşdur) və s. şeir kitablarının müəllifidir. Klassik və müasir Azərbaycan şairlərinin əsərlərini, o cümlədən Səməd Vurğunun "Azərbaycan" və başqa şeirlərini, "Bəsti", "Muğan" poemalarını, "Vaqif" dramını ruscaya tərcümə etmiş, "Azərbaycan poeziyası antologiyası"nın (1939) hazırlanmasında fəal çalışmışdır. Azərbaycan ədəbiyyatı haqqında məqalələri, Azərbaycana həsr olunmuş əsərləri var. 13 avqust 1969-cu ildə SSRİ-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Мандельштам О. Э. Собрание сочинений в двух томах. 2.
Almaniya əhalisi
Almaniya Federativ Respublikasının əhalisi — 81 802 000 nəfərdir (2009). Almaniya əhali sayına görə Avropa Birliyində ilk yerdədir. Almaniya birləşəndən sonra ilk dəfə 9 may 2011-ci ildə əhalinin ümumi siyahıya alınması keçirimişdir. == Əhalinin Almaniya ərazisində yayılması == Almaniya Avropada əhalinin ən sıx yaşayan ölkələrindən biridir. Burada hər kvadrat kilometrə 229 nəfər düşür (2009), amma AFR-in xarakterik xüsusiyyəti əhalinin yayılmasının ölkə üzrə bərabər paylanılmamasıdır.. 31 % əhali 100 000-dən çox sakini olan şəhərlərdə, 62 % əhali 2 000-dən 100 000-nə qədər sakini olan yaşayış məntəqələrində və şəhərlərdə, 7 % əhali 2000-dən az sakini olan yaşayış məntəqələrində yaşayır. == Mühacirlər == Almaniyada 6,75 milyondan çox xarici ölkə vətəndaşı yaşayır. Onlardan: 1,749 mln. — türklər (bütün əcnəbi vətəndaşların 1/3-i və ümumi ölkə əhalisinin təxminən 2,4 %-i); 930 min. — keçmiş Yuqoslaviya respublikaları fətəndaşları; 187,5 min.
Alışlı (Kəleybər)
Alışlı (fars. عليش لو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.