Almaniya Federativ Respublikasının əhalisi — 81 802 000 nəfərdir (2009). Almaniya əhali sayına görə Avropa Birliyində ilk yerdədir. Almaniya birləşəndən sonra ilk dəfə 9 may 2011-ci ildə əhalinin ümumi siyahıya alınması keçirimişdir.
Almaniya Avropada əhalinin ən sıx yaşayan ölkələrindən biridir. Burada hər kvadrat kilometrə 229 nəfər düşür (2009), amma AFR-in xarakterik xüsusiyyəti əhalinin yayılmasının ölkə üzrə bərabər paylanılmamasıdır..
Torpaq | Sahə | Əhali | Əhali sıxlığı |
Baden-Vyurtemberq | 35 752 | 10 717 000 | 300 |
Bavariya | 70 549 | 12 444 000 | 176 |
Berlin | 892 | 3 388 000 | 3 798 |
Brandenburq | 29 478 | 2 568 000 | 87 |
Bremen | 404 | 663 000 | 1641 |
Hamburq | 755 | 1 735 000 | 2298 |
Hessen | 21 115 | 6 089 000 | 288 |
Meklenburq-Ön Pomeraniya | 23 179 | 1 720 000 | 74 |
Aşağı Saksoniya | 47 620 | 8 001 000 | 168 |
Şimali Reyn-Vestfaliya | 34 084 | 18 075 000 | 530 |
Reynland-Pfalts | 19 853 | 4 061 000 | 205 |
Saar | 2569 | 1 056 000 | 411 |
Saksoniya | 18 415 | 4 296 000 | 233 |
Saksoniya-Anhalt | 20 446 | 2 494 000 | 122 |
Şlezviq-Holşteyn | 15 763 | 2 829 000 | 179 |
Türingiya | 16 172 | 2 355 000 | 146 |
Almaniya | 357 046 | 81 802 000 | 229 |
31 % əhali 100 000-dən çox sakini olan şəhərlərdə, 62 % əhali 2 000-dən 100 000-nə qədər sakini olan yaşayış məntəqələrində və şəhərlərdə, 7 % əhali 2000-dən az sakini olan yaşayış məntəqələrində yaşayır.
Almaniyada 6,75 milyondan çox xarici ölkə vətəndaşı yaşayır.
Onlardan:
Milli tərkibinə görə ən böyük əcnəbi qrupu — türklərdir — ümumi əhalinin 2,4 %-i, keçmiş Yuqoslaviya respublikaları vətəndaşları — 0,9 %, italyanlar — 0,7 %, yunanlar — 0,4 %, polyaklar — 0,3 %, xorvatlar — 0,2 %, bosniyalılar — 0,25 % və Avstriya vətəndaşları — 0,2 %.