Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hesablaşma vərəqi
Hesablaşma vərəqi (ödəniş qəbzi) — bir işçinin hesaba birbaşa vəsait yatırılması barədə bildiriş kimi və ya maaş vərəqəsinin bir hissəsi kimi aldığı sənəd. Tipik olaraq, əmək haqqı vərəqəsi əmək haqqının, onun tərkib hissələrinin, bütün vergilərin və sığorta haqları, sosial və pensiya fondlarına töhfələr, ianələr və ya alimentlər kimi ümumi məbləğdən (ümumi məbləğdən) çıxılan digər ayırmaları sadalayır. xalis ödəniş məbləği. == Müxtəlif ölkələrdə hesablaşma vərəqələrindən istifadə == Belarus Respublikasında əvvəlki Ödəniş Kitabları oxşar məqsədlər üçün istifadə olunurdu (SSRİ Dövlət Əmək Komitəsinin 28 oktyabr 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq). 26 yanvar 2008-ci ildə Belarus Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsi əmək haqqı vərəqələrini təqdim etdi. Ukraynanın əmək qanunvericiliyi işəgötürənin əmək haqqının miqdarı barədə işçini məlumatlandırmaq öhdəliyini müəyyən edir. 2009-cu ilə qədər "Əmək haqqı üzrə fəhlə və qulluqçularla hesablaşmaların ilkin uçotunun standart formaları", daha sonra P-6 "İşçinin əmək haqqı fondu" standart forması istifadə olunurdu. == İstinadlar == == Xarici keçidlər == Расчетные и рабочие книжки — Энциклопедический словарь Ф.А. Брокгауза и И.А. Ефрона. — С.-Пб.: Брокгауз-Ефрон. 1890–1907.
Hüseyn Vahidi
Hüseyn Vahidi — yazıçı, jurnalist, tərcüməçi və Azərbaycan dili və kültürünün xadimidir. O, əsərlərini Azərbaycan dildə yazır. Vahidi, d. 29 oktyabr 1981 ilində İranın Urmiya şəhərində dünyaya gəlibdir. == Həyatı və fəaliyyətləri == Urmiya şəhərində boya başa çataraq təhsilatını bitiribdir. Ana dilinə maraqlı olaraq özü kitablar yardımı ilə Azərbaycan Türkcəsini öyrənib. Hekayələri, məqalələri və şəkilləri, İran Azərbaycanını müxtəlif qəzetə, dərgi və başqa qəzetələrində çap olub. Onlardan ,, Aftab-i Azərbaycan, Şəhamət, Ağrı, Nəvid-i Azərbaycan, Həmşəhri, Bayram, Gülşən-i raz …,, ad çəkmək olar. İndilikdə, Hüseyn Vahidi, Urmiyada "Mahnı" adlı dərgisinin və Açıq yol iki hətəliyin redaktorudur. == Əsərləri == Sevgi yolçuları (سئوگی یولچولاری) (Azərbaycanca) Yabançı(یابانچی), (Alber Kamyunun Yad romanının Yabançı adı ilə tərcüməsi) (Azərbaycanca) Bəyaz gecələr (بیاض گئجه لر), Fyodor Dostoyevskinin əsərini Kiril qrafikasından Ərəb qrafikasına hazırlaması.
Pul vahidi
Valyuta : Dövlətin pul sistemi və pul vahidi. Xarici pullar. Balans üzrə məbləğin cəmi. Xarici valyuta müvafiq xarici dövlətin və dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə oln pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesabla rda olan vəsaitlərdir. Valyuta sərvətləri — xarici valyutada istifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkredetivlər və s.); fond qiymətli kağızları (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; qiymətli metallar (qızıl, gümüş, platin (palladium, iridium, osmium, rodium, rutenium); qiymətli daşlar – almazlar, zümrüdlər, yaqutlar, sapirlər, aleksandritlərdir. Valyuta əməliyyatlarına aşağıdakılar aid edilir: valyuta sərvətlərinə mülkiyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutda ödəniş sənədlərindən istifadə edilməsi; valyuta sərvətlərinin AR ərazisinə gətirilməsi, eləcə də AR-dən çıxarılması və göndərilməsi; Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür. Cari valyuta əməliyyatlarına daxildir: Malların, işlırin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların , eləcə də ixrac-idxal əməliyyalarının 180 gündən artıq olmayan müddətdə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın AR-ə və AR-dən köçürülməsi; 180 gündən artıq olmayan müddətdə maliyyə kreditlərinin alınması və verilməsi; əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üzrə faizlərin, dividendlərin və digər gəlirlərin AR-ə və AR-dən köçürülməsi; AR-ə və AR-dən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, təqaüd və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar. Valyuta əməliyyatları AR-nun Mərkəzi Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları – müvəkkil banklar — həyata keçirir. Xarici iqtisadi fəaliyyəti, o cümlədən cari valyuta əməliyyalarını həyata keçirmək üçün hüquqi şəxslər olan rezidentlət AR-də, eləcə də AR-in hüdudlarından kənarda müvəkkil banklarda xarici valyuta hesablarına, qeyri-rezidentlər isə AR ərazisindəki müvəkkil banklarda xarici valyutada və milli valyutada hesablara malik ola bilərlər.
Ölçü vahidi
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. == Beynəlxalq vahidlər sistemi == Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
Qanlı hesablaşma (film, 2009)
Qanlı hesablaşma (ing. Shinjuku Incident, çin. 新宿事件) — rejissor Derek Era'nın 2009-cu ildə çəkdiyi, Ceki Çanında rol aldığı bir filmdir. Ceki Çan ilə çəkilən əksər filmlərdən fərqli olaraq, bu filmin janrını dram olaraq təyin etmək olar. Filmin premyeraları: 22 Mart 2009-cu il (33-cü Honq Konq Beynəlxalq Film Festivalı), 2 aprel 2009-cu il (Malayziya, Tayvan, Tayland, Sinqapur), 2009-cu il may ayları (Yaponiya). == Məzmunu == Film 1990-cı illərdə Tokioda baş verir. Film Yaponiyada qeyri-qanuni şəkildə köçən iki Çin mühacirinin həyatından bəhs edir. Filmin baş qəhrəmanı — Dəmir Baş (Ceki Çan) sevgilisi Xu Xiu axtarmaq üçün Yaponiyaya gedir.
Arpa (ölçü vahidi)
Arpa – əsasən türk xalqlarının məişətində çəki ölçü vahidi. == Ümumi məlumat == Arpa türk sözü olub, ondan bir çəki vahidi kimi əsasən türk xalqlarının məişətində istifadə olunmuşdur. Başqa xalqlar bu çəki vahidini türklərdən götürmüşlər. Arpanın tibbi ədəbiyyatlarda 37,5 qr-a bərabər olduğu göstərilir. Azərbaycanda əski çağlardan bəri daha çox qızıldan, az hallarda isə gümüşdən hazırlanan qadın boyunbağısı da "arpa" adlanmışdır. Həmin boyunbağının xırda hissələri arpaya bənzəməklə, hər birinin çəkisi də 1 arpaya bərabər olmuşdur. Xalq çəki və ölçü vahidlərinin öyrənilməsində folklora və yazılı ədəbiyyata müraciət etmədən keçinmək mümkün deyil, çünki bu zəngin söz xəzinəsində xalq çəki və ölçü vahidləri haqqında çox geniş bilgilər var. Həmin ölçü vahidlərindən istifadə olunması XIX əsrin axırları və XX əsrin əvvəllərində eyni əhəmiyyət kəsb edirdi. Nizami Gəncəvi "Yeddi gözəl" poemasında deyirdi: == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə.
Ayaq (ölçü vahidi)
Ayaq — qədim uzunluq ölçü vahidi. == Ümumi məlumat == Addım, qulac, qarış və dirsək türk sözləri olub, bu gün də bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir. Bu da onların dəqiq ölçülərə daha çox yaxınlığı ilə bağlıdır. Xalqımızın məişətində əski çağlarda işlənmiş, lakin bu gün öz əhəmiyyətini demək olar ki, itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aid etmək olar. Addım, qarış, qulac və dirsəyə nisbətən ayaq uzunluq ölçü vahidi az işlənmiş, tədricən unudularaq arxaikləşmişdir. Bu gün ayaqdan uzunluq ölçmək üçün istifadə edildiyinə rast gəlinməsə də, xalqın yaratdığı və öz məişətində uzun illər boyu işlətdiyi uzunluq ölçü vahidlərindən biridir. Hal hazırda kiçik yaşlı uşaqlar oyun oynayarkən müxtəlif oyunlar zamanı ayaq ölçü vahidindən istifadə edirlər. Azərbaycanda işlənən "ayaq" təxminən yarım inşaat arşınına (0,76 sm : 2 = 0,38 sm) bərabər götürülmüşdür. Hazırda məişətimizdə işlənən sacayağı da "ayaq" ölçü vahidindən yaranmışdır.
Ağac (ölçü vahidi)
Ağac — riyaziyyatda əski çağlarda məsafələri ölçmək üçün istifadə edilən uzunluq ölçü vahidi. == Ümumi məlumat == Alimlər uzun illər apardıqları ciddi araşdırmalar nəticəsində belə bir fikrə gəlmişlər ki, Azərbaycan ərazisi mədəni əkinçiliyin ən qədim ocaqlarındandır. Sonrakı mədəni-təsərrüfat inkişafı zəminində cəmiyyətin istehsal münasibətlərində baş verən köklü dəyişikliklər məhsuldar qüvvələrin, eləcə də əmək alətlərinin yeni-yeni formalarının yaranmasına müsbət təsir göstərmişdir. Bu dövrdə qədim əcdadlarımızın düşünmə qabiliyyəti artmış, həyatın bəzi sirlərini dərk etmək bacarığı çoxalmış, onlar əkinəcəklərdə, torpaq sahələrində, mal-qaranın sayının müəyyənləşdirilməsində, yaşayış evlərinin tikintisində və digər yüzlərlə həyati işlərdə ölçüyə - hesablamaya ehtiyac duymuşlar. Odur ki, zaman keçdikcə, daha dəqiq və mükəmməl ölçü vahidləri meydana çıxmışdır. Ağac uzunluq ölçü vahidi də məhz belə yaranmışdır. Ağac bu gün ölçü vahidi kimi işlədilmir. Ancaq əski çağlarda, xüsusilə orta əsrlərdə uzaq məsafələri ölçmək üçün ağacdan daha çox istifadə edilmişdir. Bir ağac təxminən 6-7 km-ə bərabər götürülmüşdür. Altıağac yaşayış məskəninin adının da bu ölçü vahidi ilə bağlı yarandığını düşünməyə əsas verən ən tutarlı fakt odur ki, Şamaxıdan Altıağaca qədər olan məsafə 6-7 ağaca, yəni təxminən 50 km-ə bərabərdir.
Bakı N vahidi
Azərbaycan Sülhməramlı Qüvvələri (ing. Azerbaijani peacekeeping forces) və ya Bakı N vahidi (ing. Baku N unit) — Azərbaycan Quru Qoşunlarının əsas sülhməramlı hərbi vahidi. 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparıblar. Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu 1997-ci ildə yaranmış, sonradan Azərbaycan sülhməramlı bölməsi adı altında birləşmişdir. == Fəaliyyət == === Kosovo === 17 fevral 2008-ci ildə Kosovo parlamenti müstəqillik elan etdikdən sonra, 26 fevral 2008-ci ildə Azərbaycanın Prezidenti İlham Əliyev Kosovadan Azərbaycanın sülhməramlı bölməsinin çıxarılması ilə bağlı Milli Məclisə müraciət etdi. Müraciətə Milli Məclis tərəfindən 4 mart 2008 tarixdə baxıldı və 87 səslə (3 səs əleyhinə, 2 səs bitərəf) qəbul edildi. Azərbaycan sülhməramlı bölməsi 34 hərbçidən ibarət idi ki, bunlardan da biri zabit, biri çavuş və 32-si əsgər idi. Azərbaycan sülhməramlı bölməsi Kosovada Türkiyə sülhməramlı qoşunlarının tərkibində xidmət edirdi. Azərbaycan hərbçiləri Kosovada 18 kəndə nəzarət edirdilər.
Barmaq (ölçü vahidi)
Barmaq — artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri. == Ümumi məlumat == Addım kimi artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri də barmaqdır. Hələ qədim şumerlərin yaratdıqları "Əkinçinin təqvimi"ndən görünür ki, onlar da barmaqdan ölçü vahidi kimi istifadə etmişlər. S.N.Kramer həmin təqvimin mətnini tərcümə edərkən "qarış" kimi barmaq sözünü də orijinalda olduğu kimi saxlamışdır. "Əkinçiyə hər qarış torpağı səkkiz şırım etmək məsləhətdir. O, elə etməlidir ki, toxumlar torpağa "iki barmaq" dərinliyində düşsün". Barmaq, adından da göründüyü kimi, bir barmağın uzunluğuna bərabərdir: "Kərim baba çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü".Burada barmaq eninə olaraq nəzərdə tutulur.Yəni başı aşağı deyil yana baxacaq şəkildə göstərilməlidir == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Barrel (həcm vahidi)
Barrel (ing. barrel — çəllək) — maye həcminin qədim ingilis ölçü vahidi. Qısaca: br. == Pivə barreli == Pivə və elin ölçülməsi üçün İngiltərədə qədimdən pivə barrelindən istifadə edirdilər: 1 pivə barreli = 2/3 xoqsxed = 2 kilderkin = 4 ferkin. Müxtəlif əsrlərdə pivə barrelinin ölçüsü müxtəlif olurdu. Məsələn: 1454-cü ildə pivə və elin ölçü asılı olaraq barrelin ölçüsü müxtəlif olurdu . 1 barrel = 32 el qallon 147,88 litr = 36 qallon pivə 166,36 litr. 1688-ci ildə: 1 barrel = 34 el qallonu = 157,12 litr. 1803-cü ildə: 1 barrel = 36 el qallonu = 166,36 litr. 1824-cü ildə: 1 barrel = 36 ingilis qalonu = 163,66 litr.
Batman (ölçü vahidi)
Batman – Şərq metrologiyasında geniş yer tutan qədim çəki vahidi. == Haqqında == Batman Girvənkədən böyük çəki vahididir. Kitabi Dədə Qorqud dastanlarında “Kafər altmış batman kür salardı”, “Hər atanda on iki batman taş atardı” və s. şəkildə adı çəkilir. Orta əsr mənbələrində “batman” “man” termini ilə yanaşı işlənmişdir. “Batman” ölçüsü müasir sorğu kitablarında bir qayda olaraq 20 girvənkəyə və ya 8 kiloqrama bərabər tutulur. Əslində isə batman (man) öz real ölçüsünə görə fərqlənir. Bu isə ölçü sisteminin vahid standartı olmadığından irəli gələn qüsur idi. Tədqiqatçılar hələ X əsrdə şərqdə müxtəlif man (batman) ölçüləri olduğunu və lap yaxın dövrlərə qədər geniş istifadə edildiyini qeyd edirlər. Lakin ticarət münasibətlərinin inkişafı ölçülərin islahatını tələb edirdi.
Baş (ölçü vahidi)
Baş - qədim ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində baş, boyun, diş, kəllə, top, düymə və s. sözlər say və miqdar bildirmək məqsədilə ta qədim vaxtlardan bu günə qədər geniş şəkildə işlənməkdədir. Baş sözü əsasən say bildirir. Heyvanların sayı başla hesablanır: beş baş quzu, on baş qoyun, üç baş inək. İnsanlar üçün işlədilən "baş" sözü əsasən ailə üzvlərinin sayını bildirir (məs.: "beş baş külfət"). Baş sözündən xalq arasında axar suyun miqdarını ölçmək üçün də istifadə olunmuşdur. Suvarma işlərində işlədilən suyun miqdarı başla ölçülmüşdür. Bir baş suya bellik deyilir. Görünür, bu bir bel ağzı dərinlikdə qazılmış arxı dolduran suya bərabərdir.
Boyun (ölçü vahidi)
Boyun - qoşqu heyvanlarına aid ölçü vahidi. == Ümumi məlumat == Boyun sözü qoşqu heyvanlarına aiddir. Bir boyun bir cüt deməkdir: bir boyun öküz, bir boyun cöngə, bir boyun kəl və s. Boyunduruq sözü də boyun sözündən yaranmışdır. Bir boyunduruğa iki heyvan qoşulur və bu da bir boyun adlanır. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462.
Düymə (ölçü vahidi)
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. == Ümumi məlumat == Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Düyün (ölçü vahidi)
Düyün — sürəti ölçmək üçün vahid. 1 düyün 1 NM/saata bərabərdir. Dənizçilikdə və aviasiyada istifadə edilir. 1 NM(ing.
Elektron idarəetmə vahidi
Elektron idarəetmə bloku (EİB) — elektronikada bir və ya bir neçə elektrik sistemini və ya alt sistemləri idarə edə bilən istənilən quraşdırılan sistemlər üçün ümumi termindir.
Elektron nəzarət vahidi
Elektron idarəetmə bloku (EİB) — elektronikada bir və ya bir neçə elektrik sistemini və ya alt sistemləri idarə edə bilən istənilən quraşdırılan sistemlər üçün ümumi termindir.
Farad (ölçü vahidi)
Farad (işarəsi: F) – elektrik tutumunun (işarəsi: C) vahididir. BS-də törəmə vahiddir. Bu termin ingilis fiziki və kimyaçısı Maykl Faradeyin şərəfinə adlandırılmışdır.
Karat (ölçü vahidi)
Karat — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi. == Ümumi məlumat == Karat bu gün də zərgərlik işlərində geniş istifadə olunur və 0,2 q-a bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 464.
Kisə (ölçü vahidi)
Kisə — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. == Ümumi məlumat == Şərqdə məişətdə əski çağlardan bir şeyin həm sayca, həm çəkicə miqdarını kisəylə də hesablanmışdır. "Bir kisə arpa", "bir kisə qənd" deyimlərini indi də ticarət yerlərində eşidilir. Bu ifadələr 50 kq çəkiyə bərabərdir. "Nisyə — girməz kisəyə", "Vaxtsız gələn qonaq öz kisəsindən yeyər" kimi atalar sözləri kisənin məişətdəki işləkliyini aydın göstərir.
Kotan (ölçü vahidi)
Kotan — qədim sahə ölçü vahidi. == Ümumi məlumat == Kotan Azərbaycanda şum alətindən başqa torpaq ölçüsü vahidi mənasında da işlədilir. Belə ki, qubalı Şeyx Əli xanın 1806-cı ilə aid fərmanında bir kotan yerin (torpağın) adı çəkilir. Gəncə qəzası dövlət kəndlilərinin iqtisadi məişətinin tədqiqatçısı N. Abelova görə, burada torpaq ölçüsü kimi kotanın bir gündə şumladığı sahə başa düşülürdü ki, xalq arasında günlük adlandırılan bu sahə 0,5 desyatinə bərabər idi. Başqa sözlə, birgünlük sahə elə bir kotan demək idi. Kotana ölçü vahidi kimi digər türk xalqlarında da rast gəlinir. Orta əsrlərdə Türkiyədə "kotan" istilahı iki mənada işlədilirdi. Birinci mənada — qoşqu heyvanı qoşulmuş alət, ikinci mənada isə həmin alətlə bir gündə şumlanmış torpaq sahəsi. Azərbaycan xalqının çəki və digər ölçü vahidlərinin öyrənilməsi göstərir ki, onlar qədim tarixə malik olub, həm də xalqın köçəri, maldar, gəlmə olduğu haqda iddiaları təkzib edir. Çünki onların böyük əksəriyyəti əkinçilik məhsullarının ölçüsünü göstərir.
Kreytser (pul vahidi)
Kreytser (alm. Kreuzer‎, [krо́ytser]; mac. Krajcár, köhnə orf. Krajczár, [krо́ytsar]) — XIII—XIX-cu əsrlərdə Mərkəzi Avropanın bir sıra ölkələri və İtaliyanın mis və gümüş sikkələrinin adı. İlk kreytserlər Karintiya və Krayna hersoqu və Tirol qrafı II Meynhardın gümüş qrossolarından ibarət idilər. İlk dəfə 1271-ci ildə zərb edilmişdir. Aversdə ikili xaç (adi və Andrey xaçları) yerləşib, sikkə məhz buna görə bu cür adlandırılmışdır. Yaxşı keyfiyyəti və xarab olmaması səbəbindən sikkə qısa müddətdə cənubi alman torpaqlarında geniş yayılmışdır. 1458-ci ildə Avstriya ershersoqu III Fridrix ona məxsus ərazilərdə pul dövriyyəsi islahatını həyata keçirtdi. 1 qulden = 60 kreytser nisbəti quruldu.
Kulon (ölçü vahidi)
Kulon (azərbaycanca işarəsi: Kl; beynəlxalq işarəsi: C ) — elektrik yükünün (elektrik miqdarı) ölçü vahidi, həmçinin Beynəlxalq vahidlər sistemində (BS) elektrik induksiyasının seli (elektrik yerdəyişmə seli ) vahidi və Beynəlxalq sistemdə xüsusi adı və təyinatı olan törəmə vahiddir. BS-in alimin şərəfinə adlandırılan törəmə vahidlərlə bağlı qanunlarına uyğun olaraq kulon vahidinin adı cümlənin əvvəlində olmadıqda adi hərflərlə, onun işarəsi isə həmişə baş hərflə yazılır. İşarənin belə yazılışı kulondan istifadə edərək yaradılan digər törəmə vahidlərin işarələnməsində saxlanılır. Məsələn, elektrik yerdəyişmə vahidinin işarəsi "kvadrat metrdə kulon" Kl/m2 kimi qeyd olunur. == Tərifi == Kulon — 1 saniyə müddətində naqildən keçən 1 A cərəyan şiddətinə bərabər yükün miqdarıdır. Kulon BS-in əsas vahidləri ilə aşağıdakı kimi ifadə olunur: 1 Kl =1 A·s. Kulon sistemdənkənar amper-saat vahidi ilə aşağıdakı bərabərliklə əlaqələndirilir: 1 Kl = 1/3600 amper-saat. Elementar elektrik yükü ( dəqiqliklə elektronun yükünə bərabərdir) 1,602 176 6208(98)×10−19 Kl-dur. Elektronun 6.24151 ×1018 yükü 1 Kl-a bərabərdir. == Tarixi == Kulon elektrik yükünün ölçü vahidi olaraq ilk dəfə Elektriklərin 1-ci Beynəlxalq Konqresində qəbul edildi (1881-ci il, Paris ).
Mil (ölçü vahidi)
Mil — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki. 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 metrə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km eləyir.
Hesablama Palatası
Azərbaycan Respublikasının Hesablama Palatası — Azərbaycan Respublikasının Milli Məclisinə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanı. Azərbaycan Respublikasının ali maliyyə nəzarəti orqanı. == Haqqında == Hesablama Palatası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradılmış və 2001-ci il dekabrın 7-dən fəaliyyətə başlamışdır. 2013-cü il 22 noyabr tarixindən etibarən Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Tapdıq oğlu Gülməmmədovdur. == Funksiyaları == Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirir: dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy vermək, onların büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət etmək; dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy vermək; dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil etmək, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayıb Milli Məclisə təqdim etmək; dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirmək; Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirmək; dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edib Milli Məclisə məlumat vermək; dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasını Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alıb təhlil etmək və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər vermək; dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparmaq. == Rəhbərlik == Hesablama Palatası sədrinin, sədr müavininin və auditorlarının səlahiyyət müddəti 7 ildir. Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunurlar və vəzifələrindən azad olunurlar. Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri və Mərkəzi Bankının sədri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər. Hesablama Palatasının sədri, onun müavini və Hesablama Palatasının auditorlarına qarşı cinayət işi yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən qaldırıla bilər.
Hesablama buludları
Hesablama buludları (ing. Cloud computing) – kommunikasiya texnologiyalarının köməyi ilə böyük təşkilatlarda yerləşən çoxsaylı kompüterlərin (server, kompüter, data mərkəz və s.) hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşmasını həyata keçirməklə, istifadəçilərin verilənlərinin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemidir. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Hesablama iqtisadiyyatı
Hesablama iqtisadiyyatı — komputer elmləri, iqtisadiyyat və idarəetmə elmi ilə sıx əlaqəli araşdırma sahəsi. Bu mövzu iqtisadi sistemlərin hesablama modelləşdirməsini, istər agent əsaslı, istər ümumi tarazlıq, istər makroiqtisadi, istərsə də rasional gözləntilər, hesablama ekonometrikası və statistikası, hesablama maliyyəsi, avtomatlaşdırılmış internet bazarlarının dizaynı üçün hesablama vasitələri, hesablama iqtisadiyyatı üçün xüsusi hazırlanmış proqramlaşdırma vasitəsini və hesablama iqtisadiyyatının tədrisi əhatə edir. Bu sahələrin bəziləri unikaldır, digərləri isə ənənəvi iqtisadiyyat sahələrini kompüterlər və əlaqəli riyazi metodlar olmadan tədqiq etməsi çətin olan problemləri həll edərək genişləndirir. Hesablama iqtisadiyyatı analitik və statistik olaraq formullaşdırılmış iqtisadi problemlərin həlli üçün komputer əsaslı iqtisadi modellərdən istifadə edir. BU məqsədlə araşdırma proqramı qarşılıqlı əlaqəli agentlərin dinamik sistemləri kimi bütöv iqtisadiyyatlar da daxil olmaqla, iqtisadi proseslərin hesablamalı tədqiqi olan agent əsaslı hesablama iqtisadiyyatıdır (AƏHİ). Əslində, bu kompleks adaptiv sistem paradiqmasının iqtisadi adaptasiyasıdır. Burada agentdən nəzərdə tutulan real insanlar yox, "qaydalara uyğun qarşılıqlı əlaqədə olan, modelləşdirilmiş komputer obyektləridir". Agentlər sosial, bioloji və/və ya fiziki varlıqları təmsil edə bilər. Müvazinətdə agentlər tərəfindən riyazi optimallaşdırmanın nəzəri ehtimalı oyunlar nəzəriyyəsinin kontekstləri də daxil olmaqla, bazar qüvvələrinə adaptasiya olan məhdud rasionallıqlı agentlərin daha az məhdudlaşdırıcı postulatı ilə əvəz olunur. Şərtləri əvvəlcədən modelçi tərəfindən təyin olunan AƏHi modeli sadəcə agentin qarşılıqlı təsirdə olduğu zaman müddətində irəli doğru inkişaf edir.
Hesablama maşınları
Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara vermişdir. Blez Paskal 1642-ci ildə mexaniki kalkulyatoru icad etdi.Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . Yüz il sonra 1851-ci ildə istehsal etdilən Thomas hesablayıcısı yeni hesablama qurğusu oldu.Bu ofis mühitində hər gün istifadə edilən kifayət qədər güclü və kifayət qədər etibarlı birinci mexaniki kalkulyator idi. 1887-ci ildə təqdim edilən hesablayıcı maşın hər rəqəm üçün doqquz açarın (1-dən 9-a) birliyindən ibarət olmuş klaviaturadan istifadə edən birinci maşın idi. 1902-dən istehsal edilən Dalton hesablayıcı maşını 10 aparıcı klaviaturaya malik idi.1901-ci ildən mexaniki kalkulyatorlarda elektrik mühərrikindən istifadə olundu. Mexaniki kalkulyatorların 120 il ərzində davam etmiş istehsalatı 1970-ci illərin ortalarında dayandırıldı. Çarlz Babbage mexaniki kalkulyatorları həddindən artıq dəyişdirərək iki yeni növünü layihələşdirdi . Birincisi avtomatik mexaniki kalkulyator idi, onun fərq mühərriki avtomatik hesablaya və riyazi cədvəlləri çap edə bilirdi. İkinci daha sadə modeli proqramlaşdırıla bilən mexaniki kalkulyator idi.
Hesablama maşını
Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara vermişdir. Blez Paskal 1642-ci ildə mexaniki kalkulyatoru icad etdi.Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . Yüz il sonra 1851-ci ildə istehsal etdilən Thomas hesablayıcısı yeni hesablama qurğusu oldu.Bu ofis mühitində hər gün istifadə edilən kifayət qədər güclü və kifayət qədər etibarlı birinci mexaniki kalkulyator idi. 1887-ci ildə təqdim edilən hesablayıcı maşın hər rəqəm üçün doqquz açarın (1-dən 9-a) birliyindən ibarət olmuş klaviaturadan istifadə edən birinci maşın idi. 1902-dən istehsal edilən Dalton hesablayıcı maşını 10 aparıcı klaviaturaya malik idi.1901-ci ildən mexaniki kalkulyatorlarda elektrik mühərrikindən istifadə olundu. Mexaniki kalkulyatorların 120 il ərzində davam etmiş istehsalatı 1970-ci illərin ortalarında dayandırıldı. Çarlz Babbage mexaniki kalkulyatorları həddindən artıq dəyişdirərək iki yeni növünü layihələşdirdi . Birincisi avtomatik mexaniki kalkulyator idi, onun fərq mühərriki avtomatik hesablaya və riyazi cədvəlləri çap edə bilirdi. İkinci daha sadə modeli proqramlaşdırıla bilən mexaniki kalkulyator idi.
Hesablama sistemi
Hesablama sistemi – hərəkəti öyrənmək üçün istifadə edilən istinad (hesablama) cismi, ona bağlı koordinat sistemi və saatdan ibarət sistem. Məsələnin həllində əlverişli hesabat sisteminin seçilməsi çox əhəmiyyətlidir. Məsələn, heliosentrik sistemdə planetlərin hərəkəti sadə qanunlarla ifadə edilir. Hesablama cisminə bağlanmış ixtiyari koordinat sisteminin (polyar, silindrik, Dekart) vəzifəsi hərəkətin fəzada konkret yerini bilməkdir. Hərəkəti zamana görə təsvir etmək üçün koordinat sisteminin müxtəlif nöqtələrində bir-birilə sinxronlaşdırılmış saatlar yerləşdirilir. Müxtəlif hallarda maddi nöqtənin çatdığı nöqtələrin koordinatlarını ölçərək x (i), y (t), z (t) asılılığı müəyyən edilir. Bu asılılıqlar baxılan hərəkətin seçilmiş hesablama sisteminə nəzərən hərəkət tənliklərini ifadə edir. Bütün hesablama sistemləri kinematik ekvivalentdir. Dinamika məsələlərinin həllində ətalət və təcilli hesablama sistemlərindən istifadə edilir.
Paralel hesablama
Paralel hesablama — bir neçə hesablamanın eyni zamanda edilməsidir. Elə böyük məsələlər olur ki, onlar kiçik hissələrə bölünə bilirlər və bu kiçik hissələr paralel olaraq hesablana bilir.
Bulud hesablama
Bulud texnologiyaları – istifadəçiyə xidmət şəklində İnternet və ya lokal şəbəkə vasitəsilə əlyetərli olan proqram-aparat təminatıdır. Bulud texnologiyaları müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir. İstifadəçi kompüteri, bu halda, şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır. Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir. Bu texnologiyanın köməyi ilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir və eyni zamanda brauzerlərin köməyilə, emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir. Bulud texnologiyaları sisteminin infrastrukturu, kompüterlərin hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından geniş istifadə etməklə, verilənlərin emal və yadda saxlanması mərkəzlərinin yaradılmasını təmin edir. Bulud texnologiyası (ing. Cloud Computing) və ya funksional mənada verilənlərin açıq şəkildə paylanması; Qurğular arasında ortaq informasiya mübadiləsini təmin edən xidmətlərə verilən ümumi ad. Bulud texnologiyası bu baxımdan bir məhsul deyil, xidmətdir; Əsas mənbədəki proqram və məlumatların mübadiləsi təmin edilərək, mövcud informasiya xidmətinin kompüterlər və digər qurğulardan informasiya şəbəkəsi (tipik olaraq İnternetdən) üzərindən istifadə edilməsidir. Bulud sözü faylların olduğu mövqeyi işarə edir.
Hesablama arqumenti
Hesablama arqumenti (ing. economic calculation problem) — planlı iqtisadiyyatın tənqidi növlərindən biridir. İlk dəfə 1920-ci ildə Lüdviq fon Mizes tərəfindən təklif edilmiş və daha sonra Fridrix Hayek tərəfindən ətraflı şəkildə tədqiq edilmişdir. İqtisadiyyatda resursların rasional bölüşdürülməsi probleminə aiddir. Bazar iqtisadiyyatı şəraitində bu problem tələb və təklif mexanizmindən istifadə etməklə həll edilir ki, bu zaman insanlar mal və ya xidmətlərin onlar üçün pul ödəmək istəyi ilə dəqiq necə bölüşdürüləcəyinə qərar vermək imkanı əldə edirlər. Beləliklə, məhsulun qiyməti tələb və təklif balansı haqqında bütün zəruri məlumatları ehtiva edir ki, bu da yaranan profisit və çatışmazlıqları düzəltməyə imkan verir. Mises və Hayek bu mexanizmin yeganə mümkün olduğunu və bazar qiymətləri vasitəsilə əldə edilən məlumatların olmaması səbəbindən sosializmin resursları rasional şəkildə bölüşdürmək qabiliyyətinə malik olmadığını iddia edirlər. Bu arqumenti dəstəkləyənlər hesab edirlər ki, bu, planlı iqtisadiyyatın işləməməsinin sübutudur. Bu məsələ 1920–1930-cu illərdə iqtisadi nəzəriyyədə qızğın müzakirə olunurdu. Lüdviq fon Mizes özünün "Sosialist Birliyində İqtisadi Hesablamalar" kitabında iddia edirdi ki, qıtlıq istənilən sosialist iqtisadiyyatının mühüm xüsusiyyətidir, çünki bütün istehsal vasitələri dövlətin mülkiyyətindədirsə, onda istehsal vasitələrinə rasional qiymətlər əldə etməyin heç bir yolu yoxdur.
Hesablama hüququ
Hesablama hüququ — hüquqi arqumentasiyanın (insanlar və ya kompüterlər tərəfindən) mexanikləşdirilməsi ilə məşğul olan hüquq informatikasının bir bölməsidir. O, açıq davranış problemlərini vurğulayır və gizli davranış qaydalarını nəzərə almır. Nəzərə almaq lazımdır ki, cəmiyyət daxilində qanunların müəyyən edilməsində kifayət qədər ciddilik səviyyəsinə sadiqlik var ki, icra tam avtomatlaşdırıla bilsin. Nəzəri nöqteyi-nəzərdən hesablama hüququ tamamilə hüquqi pozitivizm doktrinasının ərazisi daxilindədir. Ciddi şəkildə müəyyən edilmiş qanunlara diqqət yetirilməsi nəzərə alınmaqla, hesablama hüququ qanunların az-çox hərfi mənada qəbul edildiyi mülki hüquq çərçivəsində daha çox tətbiq edilir. Hesablama hüququ ümumi hüquqa əsaslanan hüquq sistemlərinə daha az tətbiq edilir və bu, dəqiqləşdirilməmiş normativ mülahizələrə daha çox yer verir. Bununla belə, ümumi hüquq qanunvericiliyində belə, hesablama hüququ kateqoriyalı qanunlara münasibətdə və presedent hüququn müəyyən de-fakto qaydaların yaradılmasına səbəb olduğu hallarda aktuallığını saxlayır. Praqmatik nöqteyi-nəzərdən hesablama hüququ, uyğunluq testi, hüquqi planlaşdırma, tənzimləmə təhlili və s. kimi faydalı hüquqi hesablamalar apara bilən kompüter sistemləri üçün əsas kimi vacibdir. Bu cür bəzi sistemlər artıq mövcuddur..
Hesablama tarixi
Hesablamanın tarixi hesablama texnikasının və müasir hesablama texnologiyasının tarixindən daha əvvələ dayanaraq, cədvəllərin köməyi olmadan qələm, kağız və ya təbaşir kimi metodların tarixini əhatə edir. == Konkret qurğular == Rəqəmsal hesablama rəqəmlərin təsviri ilə sıx bağlıdır. Lakin ədəd kimi abstraksiyalar yaranmazdan çox əvvəl sivilizasiyanın məqsədlərinə xidmət edən riyazi anlayışlar mövcud idi. Bu anlayışlar konkret praktikalarda gizlidir, məsələn: Birə-bir yazışma, neçə maddənin sayılması qaydası, məsələn, sayğac çubuğunda, nəticədə ədədlərə mücərrəd. Standartla müqayisə, ölçmədə təkrarlanma qabiliyyətini qəbul etmək üçün bir üsul, məsələn, sikkələrin sayı. 3–4–5 düzbucaqlı üçbucağı, məsələn, 12 bərabər aralıqlı düyünlü iplərdən istifadə edərək düzgün bucağı təmin etmək üçün bir cihaz idi. == Rəqəmlər == Nəhayət, rəqəm anlayışı konkret və sayma üçün kifayət qədər tanış oldu, bəzən başqalarına ardıcıllığı öyrətmək üçün mahnı-mahnı mnemonikası ilə. Piraha dili istisna olmaqla, bütün məlum insan dillərində ən azı "bir" və "iki" sözləri var və hətta qaraquş kimi bəzi heyvanlar təəccüblü sayda elementləri ayırd edə bilirlər. Say sistemində və riyazi qeydlərdəki irəliləyişlər nəticədə toplama, çıxma, vurma, bölmə, kvadrat, kvadrat kök və s. kimi riyazi əməliyyatların kəşfinə gətirib çıxardı.
Vahidli
Vahidli — Azərbaycan Respublikasının Tovuz rayonunun Vahidli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Yekəalılar olmuşdur. Oykonim Vahid (şəxs adı) və -lı (mənsubiyyət bildirir) komponentlərindən düzəlib, "Vahidin nəslindən olanlar" məna­sındadır. == Tarixi == === Tarixi abidələri === Vahidli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Axıncaçayın sahilində, Kiçik Qafqazın ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Kənd əhalisi kənd təsərrüfatı — bitkiçilik (taxıl, kartof, lobya, pomidor, xiyar və s.) və heyvandarlıqla məşğuldur. == Mədəniyyəti == Kənddə Vahidli kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə Asif Sadıqov adına Vahidli kənd tam orta məktəbi fəaliyyət göstərir. Bundan başqa kənddə Vahidli kənd uşaq bağçası fəaliyyətdədir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Vahidli kənd həkim məntəqəsi yerləşir.
Vahid
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid Fərzəliyev — Vahid Nəzərov — Vahid Əliyev Vahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Bu təxəllüsü olan tanınmışlar Əliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Avropa Hesablama Palatası
Avropa Hesablama Palatası (ing. European Court of Auditors) — 1977-ci ildən etibarən Avropa İttifaqı daxilində maliyyələşmə prosesləri üzərində xarici nəzarəti həyata keçirən orqan. Mərkəzi Lüksemburqda yerləşir. == Tarixi == Avropa Hesablama Palatası 1975-ci il Büdcə razılaşmasına əsasən yaradıldı və 18 oktyabr 1977-ci ildə keçirilən ilk iclasdan bir həftə sonra rəsmi olaraq quruldu. O zaman Avropa Hesablama Palatası (ECA) rəsmi bir qurum deyildi; Avropa Birliyinin maliyyəsini yoxlamaq üçün hazırlanmış xarici bir qurum idi. ECA yaranandan Maastricht razılaşmasına qədər hüquqi bir statusa sahib deyildi. Maastricht razılaşmasından sonra bir quruma çevrilərək Avropa Ədalət Məhkəməsinə (ECJ) müraciət etmək bacarığı kimi bəzi yeni səlahiyyətlər qazandı. Əvvəllər Avropa Birliyinin çox az qismində yoxlama apara bilsə də, Amsterdam müqaviləsindən sonra bütün Avropa Birliyinin maliyyəsini yoxlamaq üçün tam səlahiyyət qazandı. == Fəaliyyəti == Adına baxmayaraq Avropa Hesablama Palatasının (ECA) mühakimə etmə hüququ yoxdur. Daha çox peşəkar bir xarici istintaq-audit qurumudur.
Elektron hesablama maşınları
Kompüter (əvvəlki yazılışı: kompyuter; ing. computer, [kəmˈpjuː.tə(ɹ)] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən) və ya bilgisayar — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompyuterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər. Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir. Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir.
Etibarlı Hesablama Bazası
Trusted Computing Base (TCB) Etibarlı Hesablama Bazası (EHB) − hesablama sisteminin təhlükəsizlik siyasətinin dəstəklənməsi üçün cavabdeh olan proqram və aparat komponentləri daxil olmaqla təhlükəsizlik mexanizmlərı. EHB bir və ya bir neçə komponentdən ibarətdir, onlar birlikdə sistem çərçivəsində vahid təhlükəsizlik siyasətinin həyata keçirilməsinə cavabdehdirlər. EHB-nin vahid təhlükəsizlik siyasətini düzgün həyata keçirməsi xassəsi ilk növbədə EHB-nin özünün mexanizmlərindən, həmçinin sistem inzibatçılığının düzgün idarə etməsindən asılıdır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Hesablama Maşınlarının Assosiasiyası
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Hesablama Texnikası Assosiasiyası
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Hesablama avadanlığı tarixçəsi
Hesablama avadanlıqı tarixçəsi — İnformasiya texnologiyasının müasir inkişaf dövrü texnologiyasında edilən dəyişikliklərə uyğun olaraq, müxtəlif mərhələlərə bölünür. Hər mərhələ yeni nəsil kompyuterlərin meydana gəlməsi ilə bağlıdır. "Komputerlərin nəsilləri" başlıca olaraq komputerlərdə istifadə edilən məntiq elementlərinin müxtəlifliyi ilə fərqlənir. Məntiq elementi informasiyanın emalı və yadda saxlanması üçün istifadə edilən elektron komponentdir. Birinci nəsil — (1951-1958). Kompüterlərin birinci nəslində elektron lampaları əsas məntiq elementi idi.Bu lampalar qızır və tez-tez sıradan çıxırdı. Kompüterlər işləyərkən xeyli elektrik enerjisi sərf edilirdi. Bu maşınların bir nöqsanı da hesablama işlərinin təşkili ilə bağlı idi. Belə ki,istənilən məsələni həll etmək üçün müvafiq alqoritmi-proqramı ikilik kodlar şəkilndə tərtib etmək lazım gəlirdi ki,buda çətin, yorucu və tez-tez səhvlərə gətirib çıxaran bir iş idi. Maşına verilənlər perfokartlar şəklində daxil edilir və nəticələr də perfokartlara çıxarılırdı.
Məlumat Hesablama Mərkəzi
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Nazirlər Sovetinin 07.12.1973-cü il 401 (b.6) saylı qərarı və Rabitə Nazirliyinin 05.07.1974-cü il tarixli 140 saylı əmrinə əsasən təsis edilib. 19.04.1999-cu ilə kimi "Respublika İnformasiya Hesablama Mərkəzi" adı altında fəaliyyət göstərib. 20.04.1999-cu ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində "Məlumat Hesablama Mərkəzi" adı ilə qeydiyyatdan keçib. == Ümumi məlumat == Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Azərbaycanda komputer texnologiyası ilə hesablamalar və analizlər aparan ilk qurum olub. 45 ildən çoxdur ki, fəaliyyət göstərən müəssisənin xidmətlərinə "özəl şəbəkələrin qurulması", "proqram təminatı", "məlumatın saxlanma və emalı sistemi", "sistem inteqrasiya həlləri", "veb saytların yaradılması" və s. kimi mühüm xidmətlər daxildir. MHM ölkədə elektron imza üçün Milli Sertifikat Xidmətləri Mərkəzinin (kök mərkəzi) fəaliyyətini qanunverciliyə əsasən təmin edən müəsissədir. Hazırda Mərkəzin fəaliyyət sahəsi genişlənərək informasiya texnologiyalarının bütün istiqamətlərini əhatə edir. "Microsoft" şirkətinin Gümüş tərəfdaşı olan Məlumat Hesablama Mərkəzi İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 27001:2013 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi beynəlxalq keyfiyyət sertifikatlarına malikdir. Son illər İKT-nin ölkəmizdə inkişafı ilə bağlı Məlumat Hesablama Mərkəzinin də fəaliyyət sahələri genişlənib.
Ətalət hesablama sistemi
Ətalət hesablama sistemi — Nyutonun mexanika qanunlarının ödənildiyi hesablama sistemi. Bu sistemə nəzərən düzxətli bərabərsürətli irəliləmə hərəkəti edən hesablama sistemi də ətalət hesablama sistemidir. Bu səbəbdən sonsuz sayda ətalət hesablama sistemi ola bilər. Nyutonun ikinci qanunu, hərəkət miqdarının saxlanması, hərəkət miqdarı momenti və ətalət mərkəzinin hərəkət qanunları xarici təsirlərə məruz qalmayan ixtiyari ətalət hesablama sistemində doğrudur. Hesablama sistemi həmişə bir cisim (məsələn, Yer, gəmi, təyyarə) ilə bağlanır. Belə sistem müəyyən xəta ilə ətalət hesablama sistemi qəbul edilə bilər. Oxları üç ulduza yönəldilmiş və başlanğıcı Günəşdə yerləşən sistem dəqiq ətalət hesablama sistemidir. Bu, göy mexanikası və kosmonavtikada işlədilir. Bir çox texniki məsələnin həllində yüksək dəqiqlik tələb olunarsa, başlanğıcı Yerin mərkəzində yerləşən, oxları isə üç ulduza yönəldilmiş ətalət hesablama sistemindən istifadə edilir. Bir ətalət hesablama sistemindən digərinə keçdikdə koordinatlar və zaman fəzası üçün Nyutonun klassik mexanikasında Qaliley çevirmələrindən, relyativist mexanikada isə Lorents çevirmələrindən istifadə olunur.
Mesajlaşma
Mesajlaşma — iki və ya daha çox mobil cihazın, masaüstü kompüterin/notbukun və ya digər kompüterin istifadəçiləri arasında adətən hərflər və rəqəmlərdən ibarət elektron mesajların tərtib edilməsi və göndərilməsi. Mətn mesajları mobil şəbəkə üzərindən və ya peyk və ya internet bağlantısı vasitəsilə göndərilə bilər. Termin ilk olaraq Short Message Service (SMS) istifadə edərək göndərilən mesajlara aid edilirdi. Rəqəmsal şəkillər, videolar və səs məzmunu, eləcə də emoji kimi tanınan ideoqramlar ehtiva edə bilən Multimedia Mesajlaşma Xidmətindən (MMS) və ani mesajlaşma proqramlarından istifadə edərək multimedia mesajlarını daxil etmək üçün hərf-rəqəmsal mətndən kənara çıxmışdır. Mətn mesajları şəxsi, ailə, iş və sosial məqsədlər üçün istifadə olunur. Hökumət və qeyri-hökumət təşkilatlarında həmkarlar arasında ünsiyyət üçün mətn mesajından istifadə edirlər. 2010-cu illərdə qısa qeyri-rəsmi mesajların göndərilməsi, əvvəllər e-poçt göndərişində olduğu kimi, bir çox mədəniyyətlərin qəbul edilən hissəsinə çevrildi. Bu, zəngin lazımsız və ya ədəbsiz olacağı kontekstlər də daxil olmaqla, mesajlaşmanı dostlar, ailə və həmkarlarla ünsiyyət qurmaq üçün sürətləndirir və asanlaşdırır. Elektron poçt və səsli poçt kimi və zənglərdən fərqli olaraq, mesajlaşma zəng edənin və alıcının eyni anda boş olmasını tələb etmir; bu, hətta məşğul şəxslər arasında ünsiyyətə imkan verir. Mətn mesajları həmçinin avtomatlaşdırılmış sistemlərlə qarşılıqlı əlaqə yaratmaq üçün, məsələn, e-ticarət saytlarından məhsul və ya xidmətlər sifariş etmək və ya onlayn müsabiqələrdə iştirak etmək üçün istifadə edilə bilər.
Ani mesajlaşma
Ani mesajlaşma ( ing. instant messaging (= IM) ~ ru. мгновенный обмен сообщениями ~ tr. anlık mesajlaşma) – İnternet üzərindən real vaxt rejimli mətn ötürməsini təklif edən onlayn söhbətin tipidir. qısa mətn məlumatının şəbəkənin başqa istifadəçilərinə proqram təminatı vasitəsilə ani olaraq göndərilməsi; AOL Instant Messenger, Windows Live Messenger, ICQ, yaxud UNIX sistemində talk komandası belə proqramlardandır. Kompüterlərlə yanaşı, ani məlumatlar veb-səhifələrdən və mobil telefonlardan da göndərilə bilər. ShazzleChat məxfi, sürətli, zənglər və mesajlar üçün istifadəsi asan bir tətbiqdir. Göndərdiyiniz hər bir mesaj sizin və adresat arasında qalır. Video və səsli zəngləri iki nəfər arasında p2p Shazzle texnologiyası ilə təmin edilmiş təhlükəsizdir bir tətbiqdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Stiker (mesajlaşma)
Stiker — ani mesajlaşma platformaları vasitəsilə göndərilən cizgi filmləri və yapon smaylik tipli "emojilər"in qarışığı olan emosiya və ya hərəkəti təmsil edən personajın illüstrasiyası. Stiker mesaj hesab olunur. Onlar emotikonlardan daha çox müxtəlifliyə malikdirlər və üz reaksiyası ilə bədən dilini təsvir etmək qabiliyyətinə görə internet "reaksiya üzü" mədəniyyətindən əsas götürürlər. Stikerlər mürəkkəb, obraza əsaslanan ifadələrdir və insanlara qəribə animasiyalar vasitəsilə ünsiyyət qurmaq üçün yüngül vasitələr verir. == Tarixi == Stikerlər ilk dəfə Koreyada yaradılmış mobil mesajlaşma proqramı "Line" tərəfindən populyarlaşdırıldı. "Naver Corporation" proqramı Yaponiya bazarını nəzərə alaraq tərtib etdi, çünki "KakaoTalk" Cənubi Koreyada artıq üstünlük təşkil edən mobil mesajlaşma xidməti idi. Stikerlərin hər yerdə mövcud olan emoji sisteminin anime üslublu sənət əsərləri ilə qarışığı və yapon dilində daha uzun mesajların yazmaq yerinə stiker göndərmək bu xüsusiyyətin yapon istifadəçiləri cəlb etməsinə kömək etdi. "Line"ın üstünlüyü artdıqca, "Line"ın stiker dəstlərində nümayiş olunan maskot personajları da məhsul kimi məşhurlaşdı. 2013-cü ildə stikerlər Asiya bazarlarından kənarda da böyüməyə başladı: "Path" 2013-cü ilin mart ayında yeni şəxsi mesajlaşma sisteminin bir hissəsi kimi stikerlər əlavə etdi. Ardınca aprel ayında "Facebook" və "Facebook Messenger" mobil proqramlarına da stikerlər əlavə olundu.