Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İştaha
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
SAT İmtahanı
SAT – Amerika Birləşmiş Ştatlarında kolleclərə qəbul üçün nəzərdə tutulan standartlandırılmış test. Test əvəllər Sxolastik Qabiliyyət Testi və yaxud Sxolastik Qiymətləndirmə Testi adlandırılırdı. SAT Birləşmiş Ştatlarda qeyri-kommersiya təşkilatı olan Kollec Şöbəsi tərəfindən qəbul edilir, dərc olunur və inkişaf etdirilir. Əvvəllər isə o, Təhsil Test Xidmətləri (TTX) tərəfindən inkişaf etdirilmiş, dərc olunmuş və nəticədə böyük üstünlük qazanmışdı. 2005-ci ildə bu test “SAT Məntiq Testi” adlandırıldı. Kollec Şöbəsi qeyd edir ki, SAT kollecdəki akademik uğur üçün lazım olan tənqidi təfəkkür bacarıqlarını təyin edir. Qeyd olunur ki, SAT test verənlərin problemləri necə təhlil və həll etmə bacarıqlarını qiymətləndirir. SAT adətən, orta məktəbin aşağı və yuxarı sinif şagirdləri tərəfindən istifadə olunur. Kollec Şöbəsi bildirir ki, orta məktəbdə orta dərəcəli qiymətləndirmə ilə birlikdə SAT-dan istifadə olunması kollecdəki uğurun daha yaxşı göstəricisidir. Amerikada federal, yerli idarə və özəl, distant və ölkədaxili məktəblərdə təhsil alan tələbələrin sayının çoxalması ilə əlaqədar olaraq maliyyələşdirmə, tədris planı və qiymətləndirmədə mühüm fərqlər var, buna görə də ABŞ orta məktəblərində çətinliklər mövcuddur.
Qaçılmaz xəta
Qaçılmaz xəta (ing. fatal error) – tətbiqi proqramın, yaxud bütöv sistemin işini davam etdirməyə imkan verməyən aparat, sistem və ya tətbiqi proqram xətası; çox zaman verilənlərin, tranzaksiyaların, faylların və s. itməsi kimi xoşagəlməz nəticələrə səbəb olur. Təəssüf ki, adi istifadəçinin qaçılmaz xətalarla mübarizə yolları çox azdır: komputeri yenidən yükləmək, tətbiqi proqramı və ya əməliyyat sistemini yenidən quraşdırmaq, proqram təminatını yeniləmək,hansı hallarda qaçılmaz xətanın meydana çıxması ilə bağlı statistikanı toplamaq və müşayiət xidmətinə müraciət etmək və s..
İtabaşi
İtabaşi — Tokionun xüsusi rayonlarından biri.
Acıdağ
Acıdağ — Goranboy rayonu ərazisində dağ. Hündürlüyü 807 metrdir. Oronim acı və dağ sözlərindən düzəlib. Mütəxəssislərin fikrincə,oronimin birinci komponenti dad bildirən sifətlə ifadə olunaraq coğrafi obyektin süxurlarının acı maddələrlə zəngin olduğunu bildirir. Başqa mülahizəyə görə,dağın adındakı acı sözü oradakı otların acı olmasını əks etdirir. İlin üç fəslində bu otlar acı olduğu üçün heyvanlar onu yemir. Yalnız qışda bu otlar quruduqda yem üçün yararlı olduğundan maldarlar qış qoyun yataqlarını, binələri belə yerlərdə salırlar. Lakin onu da əlavə etmək lazımdır ki, acı taş ifadəsi qədim türk dillərində "zəy, zəyli" mənalarında işlənmişdir. Ərazidəki Zəylik, Zəylikçay coğrafi adları bu fikri təsdiqləyir.Mənbələrdə bu ərazidə Acıqala oronimi də qeydə alınmışdır.
Acıtma
Acıtma — şifahi xalq şerində, daha dəqiq desək, uşaq folklorunda deyişənlərin bir-birlərinə acıq vermək üçün söylədikləri mənzumə. Acıtma bəzən dolama da adlanır. Burada yumoristik çalarlar, məzhəkə elementləri üstünlük təşkil edir. Məsələn: Azərbaycan uşaq folklorunda Keçələ dair acıtmalar daha çox yayılıb. Bir nümunə: Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Çildağ
"Çildağ" kimi də tanınan "Pir Həsən" ziyarətgahı XVI əsrə aid tikilidir. Ziyarətgahın həyətində yeddinci imam Musa əl-Kazımın qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbə, həmçinin XVII əsrdə yaşamış və çildağla (közlə müalicə) məşğul olmuş Pir Həsənin də türbəsi var. Həmçinin Azərbaycanın xeyriyyəçi milyonçusu Hacı Zeynalabdin Tağıyevin büstü də burada yerləşir. Büstün sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Əzizbəyov rayon Mərdəkan qəsəbəsi "Pir Həsən" ziyarətgahı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icma kimi dövlət qeydiyyatına alınıb. Bakı ətrafında yerləşən insanların müqəddəs bilib ziyarət etdiyi yerlərdən biri də Pir Həsən piridir. Bu ziyarətgah Mərdəkan qəsəbəsində yerləşən "Çildağ" da adlandırılır. Ona görə ki, bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan "çildağ müalicəsi" almaq məqsədilə üz tuturlar. Əraziyə daxil olmaq üçün üzərində iri tağlar olan iki giriş var.
Uzanmış çılpaq
Uzanmış çılpaq (fr. Nu Couché) — italyan rəssamı Amadeo Modilyaninin 1917–1918-ci illərdə çəkdiyi rəsm əsəri. Dünyanın ən çox sərgilənən rəsm əsərlərindən biri sayılır. Bu rəsm əsəri hazırda dünyanın ən bahalı rəsm əsərlərinin siyahısında doqquzuncu yeri tutur. 9 noyabr 2015-ci ildə "Uzanmış çılpaq" əsəri Nyu-Yorkdakı "Kristis" hərracında 170,405,000 ABŞ dollarına satılıb. Rəsm əsərini çinli milyarder Liu Yiqian alıb.
Çılpaq Maxa
Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir. Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır.
Çılpaq Maya
Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir. Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır.
Çılpaq atşabalıdı
Çılpaq atşabalıdı (lat. Aesculus glabra) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. Şimali Amerikanın şərqində meşələrdə yayılmışdır. Mədəni şəraitdə 1809-cu ildən becərilir. Avropa, Orta Asiyanın və Şimali Amerikanın botanika bağlarında yayılmışdır. Hündürlüyü 10 (20) m-ə catan, yarpağı tökülən, dekorativ ağacdır. Çətiri gözəl yarpaqlı və özünəməxsus yumşaq iynəli, çıxıntılı meyvəlidir. Ləçəklərinin sarımtıl, meyvə səthinin kələ-kötür olması ilə fərqlənir. Yarpaqları növbəli və ya qarşı-qarşıya düzülməklə lələkvari, ikiqat lələkvari, üçyarpaqlı və ya sadədir. Əsasən birevlidir.
Çılpaq biyan
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü. Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır.
Çılpaq bugenvilleya
Çılpaq bugenvilleya (lat. Bougainvillea glabra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin niktaginkimilər fəsiləsinin bugenvilleya cinsinə aid bitki növü.
Çılpaq bənövşə
Çılpaq bənövşə (lat. Viola epipsila) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Çoxillik bitkidir. Hündürlüyü 8-15 sm olur. Yarpaqları azacıq dairəvidir. Yarpaqların yuxarı hissəsi daha çox hamardır. Çiçəkləri zəif iyli olur və rəngi göyə çalır, ölçüsü isə mahmızla birlikdə 1,5-2 sm olur. May-iyun aylarında çiçəkləyir. Vegetativ yolla çoxalır. Geniş yayılmasına baxmayaraq, çılpaq bənövşə Polşanın Qırmızı kitabına salınıb.
Çılpaq dorema
Çılpaq dorema (lat. Dorema glabrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dorema cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür. Regional IUCN Statusu - VU B1ab (I,ii, iii,iv,v) +2ab (i,ii,iii,iv,v). Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir.
Çılpaq dəmirsəhləb
Çılpaq dəmirsəhləb (lat. Gymnadenia conopsea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dəmirsəhləb cinsinə aid bitki növü. Hündürlüyü 25-60 sm olan, çoxillik bitkidir. Kök yumruları 3-6 bölümlüdür. Gövdəsi əsasından qonur qına bürünmüşdür. Yarpaqları xətvari-neştərşəkilli, ucu sivriləşmiş, eni 2,5 sm-ə qədərdir, yuxarı yarpaqları xırdadır. Çiçək qrupu silindrikdir çoxçiçəkli, uzunluğu 15 sm-ə qədər olan, sıx sünbülcükdür. Çiçək altlığı ellipsvarineştərşəkillidir, sivridir, yuxarıdakılar çiçəkdən qısa, aşağıdakılar isə uzundur. Çiçəkyanlığının yarpaqcıqları uzunsov və yaxud enliyumurtaşəkilli, bənövşəyi-çəhrayı və ya açıq bənövşəyi-qırmızıdır, gözəl ətri var. İyun ayında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Çılpaq gəvən
Çılpaq herniyar
Çılpaq herniyar (lat. Herniaria glabra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin herniyar cinsinə aid bitki növü.
Çılpaq məmurlar
Çılpaq məmurlar (çin sadələşdirilmiş heroqliflərlə裸体官员, pinyin luŏtĭ guānyuán) — ailəsi ölkə hüdudlarından kənarda yaşayan, əmlakı da xaricdə yerləşən və ailə üzvlərinin adına qeydiyyata alınmış dövlət qulluqçularını bildirən Çin neologizmi. ÇXR İctimai Elmlər Akademiyasının qiymətləndirməsinə görə, çinli məmurların təxminən 40%-nin ailəsi və uşaqları Çinin qitədə olan ərazisindən kənarda yaşayır. Əmlakın xaricə köçürülməsi və ailənin də ölkə hüdudlarından kənarda yaşaması məmurun mütləq rüşvətxor olmasının göstəricisi olmasa da, ÇXR hökuməti belə məmurları rüşvətə daha çox meyilli hesab edərək, onlara bəzi yüksək vəzifələri (məsələn, bəzi idarələrin rəisi və rəis müavini vəzifələri) tutmağa qadağan edir. ÇXR-nın Kommersiya Nazirliyinin məlumatlarına görə, 1978–2003-cü illərdə Çindən qaçmış dörd min rüşvətxor məmur ölkədən 50 milyard dollara yaxın vəsait çıxara bilmişlər. Onların əksəriyyəti əvvəlcə ailəsini xaricə göndərir, daha sonra pulları köçürür və özləri dəölkəni tərk edirdilər.
Qaranlıqdan çıxmaq
"Qaranlıqdan çıxmaq" (ivr. ‏עלטה‏‎, ərəb. ظلام‎, ing. Out in the Dark) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışdırlar. 96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir. Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir.
Çılpaq astrakanta
Astragalus denudatus (lat. Astragalus denudatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astracantha denudata (Steven) Podlech Tragacantha denudata (Steven) Steven Astracantha carthlica (Al.Fed., Fed. & Rzazade) Podlech Astracantha marschalliana (Fisch.) Podlech Astracantha talarensis (Širj. & Rech.f.) Podlech Astragalus carthlicus Al.Fed., Fed. & Rzazade Astragalus caspicus f. sharifii (Širj. & Rech.f.) Parsa Astragalus caucasicus M.Bieb. Astragalus erinaceus subsp. sefidrudensis Širj.
Araukaninin istilası
Araukaniyanın işğalı ― hərbi hərəkat olub Çili hökuməti tərəfindən həyata keçirilmişdir. Bu hərəkat 1862–1886-cı illəri əhatə etmişdir. Nəticədə bölgə Çilinin ərazisinə cevrilmişdir. Yerli xalq olan Mapuce bölgəni Araukani adlandırır. Mapucelər uzun zaman İnk İmperiyasına qarşı mübarizə aparmışdır. Nəticədə isə bölgə öz istiqlaliyyətini qoruya bilmişdir. Bu ərazilərə ilk ayaq basan avropalılar İspanlar olmuşlar. Öz adətlərinə sadiq qalaraq ispanlarada boyun əyməmişdilər. Bu səbəbdən İspanlar Mapuce qəbilələrinə qarşı 300 il müharibə aparmışlar. Tarixə bu müharibə Araukaniya müharibəsi kimi düşür.
Atlantika astanası
Atlantika astanası, – Atlantika okeanında sualtı qalxım. Qrenlandiya, İslandiya, Farer və Şetland adaları arasındadır. Atlantika astanası üzərində dərinlik təqribən 600 m-dir. Atlantika astanası Atlantika və Şimal Buzlu okeanlarının su mübadiləsinə mane olur. 700–800 m dərinlikdə astananın şimal yamacında suyun temperaturu 0°C-dən aşağı, cənub yamacında 3–5°C-dir. Şimali Atlantika axınının ilıq və duzlu suları Atlantika astanasından (əsasən, Şetland adaları və İslandiya arasındakı boğazdan) keçərək Norveç dənizinə gəlir. Danimarka boğazında Şimal Buzlu okeanının soyuq və nisbətən az duzlu sularının əks axını üstündür. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Ağamirək İsfahani
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur. Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var.
Cakonun istilası
Cakonun Argentina tərəfindən istilası (isp. Conquista del Chaco argentino).Bu istila uzun sürən bir dövrü əhatə etmiş və bir sıra hərbi yürüşlərlə həyata keçirilmişdir.Hərbi yürüşlər 1870-1917 ci illərdə Argentinanın Qran-Cako ərazilərində yaşayan yerli hindu qəbilələrinə qarşı həyata keçirdiyi və onların ərazilərinin işğalı nətiçələnir. Argentina hərbi yürüşlər nətiçəsində Qran-Cako vilayyətinin cənub və mərkəzi hissələrini özünə ilxah edir.Üç Argentina bölgəsi genişləndirilir.:Salta -şərqə,Santyaqo-del Estero-şimal-şərqə,Santo-Fe isə şimala doğru genişləndirilir.Həmçinin yeni vilayyət olan Cako və Formaza yaradılır. Cakonun ələ keçirilməsi və Argentinanın qitənin içərilərinə doğru irrəlləməsi(Səhranın istilası) kimi yürüşlər minlərlə yerli hindunun ölümü ilə nətiçələnir.Pataqoniya kompaniyyasıdan fərqli olaraq Cakoda yerli hindular məqsədyönlü şəkildə məhv edilmirdi.
Hatif İsfahani
Seyid Əhməd Hatif İsfahani (fars. سید احمد هاتف اصفهانی‎) — XVIII əsr İran şairi. Əslən Ordubaddan olmuşdur. Əslən Azərbaycanın Ordubad şəhərindən olan Hatifin ailəsi Səfəvilər dövründə İsfahana köçmüş, özü isə XVIII əsrin birinci yarısında həmin şəhərdə anadan olmuşdur. İsfahanlı Nəsir Təbibdən ənənəvi elmləri, Mir Seyid Əli Müştaq İsfahanidən isə ədəbi sənətləri öyrənmişdir. O, dövrün digər mühüm ədəbiyyat adamları, o cümlədən Səbahi və Azər Bəydili ilə də ünsiyyətdə olmuşdur. İsfahandan başqa bir müddət Kaşanda da yaşamış və son illərini Qumda keçirmişdir. O, farsdilli poeziyada ifrat "hind üslubu" (Səbki-Hindi) hesab etdiyi hərəkatı inkar edən və erkən farsdilli poeziyanın üslub prinsiplərinə daha yaxın olan poetik idomi qəbul edən "bazqəşti ədəbi" adlı "ədəbi qayıdış" hərəkatının nümayəndəsi idi.
Mahan İsfahani
Mahan İsfahani (fars. ماهان اصفهانی‎; 1984[…], Tehran) — İran və ABŞ klaviaturaçısı, alimi, şərhçisi, orkestraçısi və keçiricisi. Bir Konserto solisti, resitali və işbirlikçi bir musiqiçi olaraq, müxtəlif erkən klaviatura üzrə beynəlxalq şöhrət qazanmışdır.
Meyci islahatı
Meyci islahatı (yap. 明治維新 Meyci işin) — eləcə də Meyci yenilənməsi və Meyci inqilabı kimi tanınan, Yaponiyada 1868-1889-cu illərdə keçirilən, geriyə qalmış aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən,sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksi. Samuray şoqun idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator idarəsinə keçid idi. İslahat dövlət quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə ehəmiyətli dərəcədə təsir etdi. Yeni dövr yapon milli dövlətçiliyinin formalaşması və yapon milli identikliyinin yaranması Meyci islahatı ilə bağlıdır. Meyci illəri ənənəvi yapon həyat tərzinin sınması və qərb sivilizasiyasının nailiyətlərinin sürətlləndirilmiş tədbiqi ilə səciyələnir. Buna görə Meyci islahatını bəzən Meyci inqilabı da adlandırırlar.
Meydzi islahatı
Meyci islahatı (yap. 明治維新 Meyci işin) — eləcə də Meyci yenilənməsi və Meyci inqilabı kimi tanınan, Yaponiyada 1868-1889-cu illərdə keçirilən, geriyə qalmış aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən,sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksi. Samuray şoqun idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator idarəsinə keçid idi. İslahat dövlət quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə ehəmiyətli dərəcədə təsir etdi. Yeni dövr yapon milli dövlətçiliyinin formalaşması və yapon milli identikliyinin yaranması Meyci islahatı ilə bağlıdır. Meyci illəri ənənəvi yapon həyat tərzinin sınması və qərb sivilizasiyasının nailiyətlərinin sürətlləndirilmiş tədbiqi ilə səciyələnir. Buna görə Meyci islahatını bəzən Meyci inqilabı da adlandırırlar.
Nişat İsfahani
Əbdülvahab Nişat İsfahani (fars. نشاط اصفهانی‎ 1761, İsfahan – 1828) — İranın xarici işlər vəziri, şair, xəttat. Mirzə Əbdülvahab 1761-ci ildə İsfahanda anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Əbdülvahab şair idi. Nişat təxəllüsü ilə şeir yazırdı. Mirzə Əbdülvahab Fətəli şah Qacarın hakimiyyəti dönəmində İranın Xarici İşlər vəziri olmuşdu. Mötəmədüddövlə ləqəbini daşıyırdı.O, 1817-ci ildə Rusiya səfiri general Yermolovla görüşmüşdü. Mirzə Əbdülvahab 1864-cü ildə vəfat edib.
Qumluq astacası
Qumluq astacası (lat. Opatrum sabulosum L.)-Böcək bozumtul qara rəngdədir. Böcək bozumtul qara rəngdədir. Qanadüstlüyünün üzərində parıldayan ziyilciklər vardır. Uzunluğu 7–10 mm-dir. Sürfələrin üstü tutqun qəhvəyi, alt tərəfi isə sarımtıldır. Qarıncığın son buğumu konusvaridir. Yan tərəfində 8 qəlcəq vardır. Yaşlı sürfənin uzunluğu 16 mm-ə qədərdir. Böcəklər iki ilə yaxın yaşayır.
Sibirin istilası
1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi. 1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Ob və İrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar.
Tayka islahatı
Tayka islahatı (大化の改新, Tayka no Kayşin) – 645-ci ildə Yaponiyada həyata keçirilmiş bir sıra siyasi innovasiyalar. Tayka islahatı Şahzadə Nakano Oe (daha sonra İmperator Tenci) və Nakatomi no Kamatari (daha sonra Fucivara no Kamatari) tərəfindən 645-ci ildə Soqa klanı hakimiyyətinə qarşı olan çevrilişdən sonra baş tutmuşdur. Tayka islahatı imperator ailəsinin bütün Yaponiya boyunca mütləq hakmiyyətini bərqərar etmək və Çindəki Tan sülaləsinin dövləti əsasında hökumət qurmaq üçün həyata keçirilmişdi. Çindən götürülən yeniliklərdən biri imperator dövrlərini adlandırmaq idi və taxta çıxmış İmperator Kotoku hakimiyyətinin birinci yarısını Tayka dövrü ("Böyük dəyişiklik") adlandırmışdır. Tayka islahatını araşdıran alimlər onu Meyci islahatı ilə müqayisə etsələr də, ondan fərqli olaraq, Tayka islahatı diqqətlə planlaşdırılmış və elan olunmuş islahatdır. Tayka dövründən əvvəl Yaponiya müxtəlif klanlar tərəfindən idarə olunurdu və imperatorluq sarayı 50 il boyunca Soqa klanının təsiri altında olmuşdur. Soqa klanı intriqa, manipulyasiya və qətlərlər hakimiyyətdə qalırdı. Soqa klanının son lideri olan Soqa no İrukanın qurbanlarından biri 643-cü ildə öldürülmüş Şahzadə Yamaşiro Oe idi. Bu qətldən sonra İruka öz malikanəsini saraya çevirmiş və oğullarını şahzadə adlandırmışdır. 645-ci ildə Şahzadə Nakano Oe və Nakatomi no Kamatari Nakanonun anası olan İmperatriça Koqyokunun sarayında İrukanı öldürmüşdürlər.
İmadəddin İsfahani
İmadəddin Məhəmməd ibn Hamid əl-Katib əl-İsfahani (1125-20.6.1201) — İran tarixçisi. İmadəddin İsfahani İsfahan şəhərində anadan olmuşdur. İlk təhsilini Kaşanda almışdır. Daha sonra Bağdadda fiqhi oxudu. 1156-cı ildə Bağdadı İraq Səlcuqlu dövlətinə qarşı bacarıqla müdafiə edən Abbasi xəlifəsi Müktəfini (hökmdarlığı 1136–1160) təbrik etmək üçün yazdığı qəsidəylə vəzir İbn Hübeyrnin sevgisini qazandı. Onun tərəfindən naib olaraq Vasıtə göndərildi. Bu vəzifəsi İbn Hübeyrənin ölümünə (1165) qədər davam etdi. Bir müddət sonra Zəngilər sülaləsindən Nurəddin Zənginin (hd 1146–1174) katibi olan İmadəddin, onun öz adına tikdirdiyi mədrəsəyə müdərris olaraq göndərildi, amma Nurəddin Zenginin ölümündən sonra vəzifəsindən ayrılmaq məcburiyyətində qaldı. Homsu alan Səlahəddin Əyyubini öymək üçün bir şeir yazdı. Bununla Əyyubinin yaxınlığını qazandı və bütün səfərlərinə qatıldı.
İmperiya islahatı
İmperiya islahatı (lat. Reformatio imperii, alm. Reichsreform‎) 15–16-cı əsrlərdə Müqəddəs Roma İmperiyasının strukturunu və quruluşunu (alm. Verfassungsordnung‎) erkən müasir dövlətin tələblərinə uyğunlaşdırmaq üçün təkrarlanan cəhdlərə verilən addır. 1434-cü ildən 1438-ci ilə qədər Eger (müasir Çeb, Çexiya) və Nürnberqdəki imperiya məclislərində, qismən imperator Sigizmundun təşəbbüsü ilə, qismən də kürfürstlər tərəfindən islahata dair ilk cəhdlər edildi. Münaqişələr qadağan edildi, sikkə zərbi hüquqları və səyahət hüquqlarının yenidən nəzərdən keçirilməsi və imperiyanın inzibati dairələrə bölünməsi ilə bağlı müzakirələr aparıldı. Bununla belə, bütün təkliflər imperator və knyazların ziddiyyətli maraqlarına əsaslanırdı. Hər iki tərəf imperiyanın daha işlək hökumətini yaratmağa çalışırdılar, lakin əks istiqamətdə işləyirdilər. İmperator öz mərkəzi nəzarətini gücləndirməkdə maraqlı idi; knyazlar iştirak edə biləcəkləri kollegial, korporativ liderlik istəyirdilər. O dövrün yazıları, o cümlədən Reformatio Sigismundi kimi nəşrlər göstərir ki, kiçik ərazi hakimiyyətlərini — qrafları və baronları, eləcə də imperiya cəngavərlərini, eyni zamanda imperiya şəhərlərini və daha kiçik kilsə ərazilərini təmsil edən təhsilli təbəqələr imperatorun güclü bir mövqeyə sahib olmağını dəstəkləyirdi, çünki bu, öz senyorlarının təsirini azaltmağa xidmət edəcəkdi.
Əbülfərəc İsfahani
Əbülfərəc İsfahani və ya Əbulfərəc əl-İsfahani (ərəb. أبو الفرج الأصفهاني‎; ing. `Ali ibn al-Husayn ul-Isfahānī; d. 897 — ö. 967) — görkəmli ərəb ədəbiyatçısı və musiqiçisi Onuncu yüzilliyin görkəmli ərəb ədəbiyatçısı və musiqiçisi olan Əbülfərəc İsfahaninin "Nəğmələr kitabı" Şərqin ən dəyərli yazılı abidələrindən sayılır. Kitabdakı fəsillərdən ikisi Bənu Amir qəbiləsindən olan Qeys ibn Müləvvəh — dünyanın Məcnun kimi tanıdığı şair haqqındadır. Azərbaycan dilində Əbülfərəc İsfahani. Bir məcnun vardı. Bakı, "Yazıçı", 1990, 4 ç.v. (Ərəb dilindən tərcümə, ön söz və şərhlər Gövhər Baxşəliyeva) ISBN 5-560-00163-5 Əbulfərəc əl-İsfahani.
Kenmu islahatı
Kemmu bərpası 1336-1338 (yapon建武新政, けんむのしんせい, Kemmu-no tüko) — Yaponiyada şoqunat yaranandan sonra, imperatorlar real hakimiyətdən uzaqlaşdırılmışdılar. Lakin öz taleyi ilə barışmaq istəməyən imperatorlar və şoqunlar arasında ədavət və nifaq ara vermirdi. İmperatorlar heç də ancaq dövlət dininin başçısı rolu ilə barışmaq istəmirdilər. Şoqunata qarşı ilk çıxış edənlərdən biri imperator Qodayqo idi. O zaman gerçək hakimiyət, nümayəndələri Kamakura şoqunatı dövründə vacib sikken(reqent) vəzifəsini və titulunu özlərində saxlayan, Xodzö evinin əlində idi. Xodzö klanı Kamakura şoqunatı dövrü belə yüksək vəziyyətə ona görə nail olmuşdu ki, qoşun yığaraq və Yeritomonun tərəfində savaşaraq Minamotonun hakimiyət uğrunda mübarizəsinə fəal dəstək verirdilər. Qodayqonun tərəfində ilk növbədə buddist ruhaniləri çıxış edirdilər. Onlar nüfuzlu qüvvə idi. Lakin ancaq onlar deyildi. İmperatoru, Xodzö evinin diktaturasına qarşı çıxış edən bəzi iri feodal klanlar da dəstəkləyirdi.
Məhəmməd İsfahani
Məhəmməd Mehdi Vəzi İsfahani (Persian: محمدمهدی واعظی اصفهانی; daha çox Məhəmməd İsfahani kimi tanınır; 5 iyul 1966, Tehran) — İranlı fars pop və xalq musiqisi müğənnisi. O, 1997-ci ildə İran Tibb Elmləri Universitetini bitirərək İran musiqisini məşhur İran ənənəvi müğənnisi Məhəmməd Rza Şəcəryan və onun ən yaxşı tələbəsi Əli Cahandardan öyrənib. O, Tehranda anadan olub. 1997-ci ildə İran Tibb Elmləri Universitetinin Tibb fakültəsindən məzun olub. Ailəlidir və üç övladı var. İsfahani bu günə kimi 14 albom təqdim edib. Albomlarında Homayun Xorram, Babək Bayat, Fereydoun Şahbazyan kimi böyük musiqi ustadları ilə çalışıb. İran Milli Orkestrinin yeni rəhbəri seçilməsi ilə Məhəmməd İsfahani Milli Orkestrin solisti kimi təqdim edilib.
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aşağı açılan siyahı
Aşağı açılan siyahı — kompüter elmlərində qrafik istifadəçi interfeysində istifadəçilərə verilmiş siyahıdan bir seçim etmək üçündür. Əgər aşağı açılan siyahı aktiv deyilsə, deməli o, hazırda ancaq bir seçim imkanı verir. Aktiv olduqda isə, o aşağı açıla bilın bir neçə seçim imkanı verir ki, istifadəçi bunlardan ancaq birini seçə bilər. İstifadəçi yeni seçimini etdikdə, o yenidən qeyri-aktiv formaya düşür və seçilmiş menyu göstərilir.
Pornoqrafiyaya qarşı çıxmaq
Pornoqrafiyaya qarşı çıxma səbəbləri arasında dini etirazlar, feminist narahatlıqlar və pornoqrafiya asılılığı kimi zərərli təsirlərin sübutları var. Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir. Allah nə etdiklərinizdən xəbərdardır." Bəzi feministlər, qadınları istismar edən və qadınlara qarşı zorakılığın ortağı olan bir sahə olduğunu iddia edərək, pornoqrafiyaya qarşı çıxırlar. 1982 -ci ildə Zillman tərəfindən edilən bir araşdırma, pornoqrafiyaya uzun müddət məruz qalmağın həm kişiləri, həm də qadınları cinsi şiddət qurbanlarına qarşı həssaslaşdırdığını göstərdi. Zillman kimi bəzi tədqiqatçılar, pornoqrafiyanın cinsi təcavüz nisbətlərini artıraraq cəmiyyətə birmənalı ziyan vurduğuna inanırlar.
Çılpaq Maya (şəkil)
Çılpaq Maxa və ya Çılpaq Maja (isp. La Maja Desnuda) — İspan rəssam Fransisko Qoyyanın 1790 və 1800-cü illər arasında tamamladığı təxmin edilən rəsm əsəridir. "Çılpaq Maxa" əsərindən ilk bəhs edən Manuel de Qodoyun şəkil kolleksiyası haqqında məqalə yazan alim və yazıçı Pedro Qonzales de Sepulveda olmuşdu. Sepulveda bu məqaləni 1800-ci ildə yazmışdı. Əsər hazırda Madriddəki Prado muzeyində sərgilənir. Rəssam bu əsəri kilsənin İspaniyada çılpaq qadın şəkillərinin çəkilməsini qadağan etdiyi bir dövrdə, İspaniya baş naziri Manuel de Qodoyun istəyi ilə çəkmişdi. Şəkil Qodoyun kolleksiyasına 12 noyabr 1800-cü il tarixində daxil edilmişdir. Qoyya bu əsərində üzərində yastıqlar olan yataqda uzanmış çılpaq bir qadını təsvir etmişdi. Bu əsər XIX əsr romantizmindəki erotik cərəyanın əsas əsərlərindən biri hesab olunur. "Çılpaq Maxa" əsərindəki modelin rəssamın "Su satıcısı", "Geyimli Maxa" və "Yemişan satıcısı" adlı əsərlərindəki modellər kimi səmimi bir şəkildə izləyicinin gözlərinin içinə baxması, qadına cinsi baxımdan asan əlçatan bir imic qazandırmışdır.
Çılpaq dәmir sәhlәbi
Çılpaq dəmirsəhləb (lat. Gymnadenia conopsea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dəmirsəhləb cinsinə aid bitki növü. Hündürlüyü 25-60 sm olan, çoxillik bitkidir. Kök yumruları 3-6 bölümlüdür. Gövdəsi əsasından qonur qına bürünmüşdür. Yarpaqları xətvari-neştərşəkilli, ucu sivriləşmiş, eni 2,5 sm-ə qədərdir, yuxarı yarpaqları xırdadır. Çiçək qrupu silindrikdir çoxçiçəkli, uzunluğu 15 sm-ə qədər olan, sıx sünbülcükdür. Çiçək altlığı ellipsvarineştərşəkillidir, sivridir, yuxarıdakılar çiçəkdən qısa, aşağıdakılar isə uzundur. Çiçəkyanlığının yarpaqcıqları uzunsov və yaxud enliyumurtaşəkilli, bənövşəyi-çəhrayı və ya açıq bənövşəyi-qırmızıdır, gözəl ətri var. İyun ayında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Kirpikli acılıq
Açılmış qucaqlar (film, 2009)
Açılmış qucaqlar (isp. Los abrazos rotos) — rejissor Pedro Almodovarın filmi. 2009-cu ildə ekranizasiya olmuşdur. Mateo Blanko (Luis Omar) tanınmış kino ssenaristidir və o uzun müddətdir ki, Harri Keyn təxəllüsü ilə yaşayır. O kordu, ona Cudit adlı rəfiqəsi və müttəfiqi baxır. Cuditdə öz işləri ilə məşğul olanda, Mateoya onun oğlu Dieqo baxır. Bu müntəzəm həyatı tanınmış biznesmen Ernesto Martelin ölüm xəbəri pozur. Tezliklə Mateonun yanına biznes-imperiyanın varisi Rey Eks təşrif buyurur. Rey Eks Mateoya avtobioqrafik filmin çəkməsini təklif edir. Ssenariçi müştərinin planını açır və buna görə filmin çəkilişindən imtina edir.
Geniş açılmış gözlərlə (film)
"Geniş açılmış gözlərlə" (ivr. ‏עיניים פקוחות‏‎, translit. Einayim Pkuhot) — İsrail rejissoru Haim Tabakmanın 2009-cu ildə, dram janrında çəkilmiş filmi. Filmin ssenarisi israilli ssenari müəlifi Merav Doster tərəfindən yazılmışdır. Filmdə səslənən musiqi isə, fransalı bəstəkar Nataniel Mexali tərəfindən bəstələnmişdir. Film Yerusəlimin ətrafındakı qədim Mea Şearim rayonunda yaşayan iki haredim — ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqındadır. Film 14 may 2009-cu ildə Böyük Britaniyada Peccadillo Pictures şirkəti tərəfindən tamaşaçılara nümayiş olunmuşdur. Film İsrail, Fransa və Almaniyanın birgə istehsalı hesab olunur. Film iki dekorasiyalı poetik ibrətli hekayə xarakterinə malikdir. Rejissor Tabakmanın əsas məqsədi, minimalistik metodlar ilə bədii fikirin tam şəkildə ötürülməsi idi.
Yazı (qeydə almaq)