Hatif İsfahani

Seyid Əhməd Hatif İsfahani (fars. سید احمد هاتف اصفهانی‎) — XVIII əsr İran şairi. Əslən Ordubaddan olmuşdur.

Hatif İsfahani
Doğum yeri
Vəfat tarixi 1783
Vətəndaşlığı
Fəaliyyəti şair

Həyatı[redaktə | mənbəni redaktə et]

Əslən Azərbaycanın Ordubad şəhərindən olan Hatifin ailəsi Səfəvilər dövründə İsfahana köçmüş, özü isə XVIII əsrin birinci yarısında həmin şəhərdə anadan olmuşdur. İsfahanlı Nəsir Təbibdən ənənəvi elmləri, Mir Seyid Əli Müştaq İsfahanidən isə ədəbi sənətləri öyrənmişdir. O, dövrün digər mühüm ədəbiyyat adamları, o cümlədən Səbahi və Azər Bəydili ilə də ünsiyyətdə olmuşdur. İsfahandan başqa bir müddət Kaşanda da yaşamış və son illərini Qumda keçirmişdir. O, farsdilli poeziyada ifrat "hind üslubu" (Səbki-Hindi) hesab etdiyi hərəkatı inkar edən və erkən farsdilli poeziyanın üslub prinsiplərinə daha yaxın olan poetik idomi qəbul edən "bazqəşti ədəbi" adlı "ədəbi qayıdış" hərəkatının nümayəndəsi idi. [1]

İstinadlar[redaktə | mənbəni redaktə et]