Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əfsan Salıyev
Əfsan İlkin oğlu Salıyev (24 iyun 2002, İkinci Nügədi, Quba rayonu – 3 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — İkinci Qarabağ Müharibəsi şəhidi. == Həyatı == Əfsan Salıyev 24 iyun 2002-ci ildə Quba rayonu İkinci Nügədi kəndində doğulub. İlk təhsilini İkinci Nügədi kənd 3 saylı tam orta məktəbdə alıb, daha sonralar Quba şəhər Texniki Təmayüllü liseyin məzunu olub. Sumqayıt Dövlət Texniki Kollecdə orta ixtisas təhsilini alaraq Tərtərə, hərbi xidmətə yollanıb. == Hərbi xidməti == İkinci Qarabağ Müharibəsində fəal iştirak edib, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. == Təltifləri == Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021, 17:10 Sərəncamı ilə (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) ilə təltif edilmişdir.
"Məhəbbət əfsanəsi" (balet,1961)
"Məhəbbət əfsanəsi" — Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında bəstələdiyi Azərbaycan baleti. 1961-ci ildə Leninqrad Dövlət Opera və Balet Teatrında (hazırkı Sankt-Peterburq Mariin Teatrı) gənc baletmeyster Yuri Qriqoroviç tərəfindən səhnələşdirilmiş "Məhəbbət əfsanəsi" baleti xoreoqrafiya sənəti tarixində yeni səhifə açaraq, mühüm mərhələ olmuşdur. Bununla bağlı baletşünas V. Krasovskayanın maraqlı müqayisəsi vardır. O yazır: ""Yatmış gözəl" XIX əsr balet kəşflərinin sintezi olduğu kimi, "Məhəbbət əfsənəsi" XX əsrin balet kəşflərinin sintezidir" == Quruluşu == "Məhəbbət Əfsanəsi" baleti özündən qabaq balet sənətinin qazandığı nailiyyətləri ümumiləşdirərək, bütün komponentlərin üzvi sintezi ilə səciyyələnən bitkin balet tamaşasının gözəl, etalon nümunəsi oldu. Baletin əsl simfonik nəfəsli və vüsətli musiqisi, yaddaqalan gözəl melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirmişdir. Yuri Qriqoroviç baletin dramaturji əsasına dəqiq düşünülmüş xoreoqrafik konsepsiya qoyaraq, bütün musiqi xoreoqrafik hərəkəti ona tabe etdi. "Məhəbbət əfsanəsi"nin böyük müvəffəqiyyətinin sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. Illüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulmuşdur. Fəal simfonik rəqs xoreoqrafiyanın başlıca ifadə vasitəsinə çevrilmişdi və Y. Qriqoroviç xoreoqrafiya tarixində ilk dəfə olaraq, böyük, "tammetrajlı" baleti büsbütün simfonik rəqs üzərində yaratmışdır. Tamaşada musiqi və xoreoqrafiyanın bərabərhüquqlu komponent kimi çıxış etməsi bəstəkar və baletmeyster arasındakı münasibətlərin yeni xarakterini də doğurmuşdur.
1593-cü ildə teleportasiya olmuş əsgər əfsanəsi
1593 teleportasiya olmuş əsgər əfsanəsi — bir xalq əfsanəsinə görə, 1593-cü ilin oktyabr ayında İspaniya imperiyasının əsgərlərindən biri müəmmalı formada Maniladan Mexikodakı Plaza Mayora (indi Konstitusiya meydanı) teleportasiya olmuşdur. Əsgərin Filippindən gəldiyi iddiası, Qomez Perez Dasmarinasın aylar sonra bu xəbər ilə Sakit okeanı keçən bir gəmi sərnişini tərəfindən təsdiq edilməsinə qədər meksikalılar tərəfindən rədd edildi. Folklorist Tomas Alliboun Cenvayr 1908-ci ildə əfsanəni "Meksika şəhərinin əhalisinin bütün təbəqələri arasında aktual" olaraq təsvir etdi. XIX əsrdə yaşayan paranormal araşdırmaçılar, hekayəyə inam verən, teleportasiya və yadplanetlilər tərəfindən qaçırılma kimi açıqlamalar verdilər. == Hekayə == Əsgər 24 oktyabr 1593-cü ildə Filippinin Manila şəhərinin Ümumi kapitanlığının tərkibində Qubernator sarayını mühafizə edirdi. Daha əvvəlki gün qubernator Qomez Perez Dasmarinas, Çinli piratlar tərəfindən öldürüldü, lakin gözətçilər hələ də sarayı qoruyurdular və yeni bir qubernatorun təyin olunmasını gözləyirdilər. Əsgərlərdən biri əsəbi və tükənmiş hiss etməyə başladı. Divara söykəndi və dincəlmək üçün gözlərini bağladı. Bir neçə saniyə sonra gözlərini açanda özünü Meksikada, okeanın minlərlə kilometr uzaqdakı digər sahilində tapdı. Ordakı bəzi mühafizəçilər onu səhv uniformada gördülər və onun kim olduğunu soruşmağa başladılar.
1593 teleportasiya olmuş əsgər əfsanəsi
1593 teleportasiya olmuş əsgər əfsanəsi — bir xalq əfsanəsinə görə, 1593-cü ilin oktyabr ayında İspaniya imperiyasının əsgərlərindən biri müəmmalı formada Maniladan Mexikodakı Plaza Mayora (indi Konstitusiya meydanı) teleportasiya olmuşdur. Əsgərin Filippindən gəldiyi iddiası, Qomez Perez Dasmarinasın aylar sonra bu xəbər ilə Sakit okeanı keçən bir gəmi sərnişini tərəfindən təsdiq edilməsinə qədər meksikalılar tərəfindən rədd edildi. Folklorist Tomas Alliboun Cenvayr 1908-ci ildə əfsanəni "Meksika şəhərinin əhalisinin bütün təbəqələri arasında aktual" olaraq təsvir etdi. XIX əsrdə yaşayan paranormal araşdırmaçılar, hekayəyə inam verən, teleportasiya və yadplanetlilər tərəfindən qaçırılma kimi açıqlamalar verdilər. == Hekayə == Əsgər 24 oktyabr 1593-cü ildə Filippinin Manila şəhərinin Ümumi kapitanlığının tərkibində Qubernator sarayını mühafizə edirdi. Daha əvvəlki gün qubernator Qomez Perez Dasmarinas, Çinli piratlar tərəfindən öldürüldü, lakin gözətçilər hələ də sarayı qoruyurdular və yeni bir qubernatorun təyin olunmasını gözləyirdilər. Əsgərlərdən biri əsəbi və tükənmiş hiss etməyə başladı. Divara söykəndi və dincəlmək üçün gözlərini bağladı. Bir neçə saniyə sonra gözlərini açanda özünü Meksikada, okeanın minlərlə kilometr uzaqdakı digər sahilində tapdı. Ordakı bəzi mühafizəçilər onu səhv uniformada gördülər və onun kim olduğunu soruşmağa başladılar.
1900-ün əfsanəsi (film, 1998)
"1900-ün əfsanəsi" (it. La leggenda del pianista sull'oceano) — rejissor Cüzeppe Tornatorenin filmi. Bu film rejissorun ilk ingilisdilli filmidir. == Məzmun == Bu, böyük gəmidə bütün zamanı, bütün dünyanı əks etdirən bir film-dastandır. Musiqinin, dostluğun sevginin, əzabın qəribə dünyası uzun illərdir ki, qəhrəmanların gözləri önündə baş verir. Bu, əhvalat dahi pianoçu ilə bağlıdır. O, gəmidə doğulub və bütün ömrünü də orada piano arxasında keçirib. Əhvalat onun musiqiçi dostu, truba ifaçısının dilindən danışılır. Hər şey XX əsrin birinci günü "Vinciniyalı" gəmisində körpə uşağın tapılması ilə başlamışdı. Uşaq böyüyür və bütün ömrünü nəhəng okean laynerində keçirir.
Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987)
Arif Məlikov. "Məhəbbət əfsanəsi" qısametrajlı sənədli televiziya filmi rejissor Böyükağa Məmmədov tərəfindən 1987-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun bütün dünyada məşhur olan "Məhəbbət əfsanəsi" baletindən bəhs edir. == Məzmun == Film görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun bütün dünyada məşhur olan "Məhəbbət əfsanəsi" baletindən bəhs edir. Bəstəkar baletin yaranma tarixindən, onun nəinki bizim respublikamızda, həm də keçmiş SSRİ-nin ən iri teatrlarında, o cümlədən SSRİ Böyük Teatrında, S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrında, bir çox xarici ölkə teatrlarında tamaşaya qoyulması barədə danışır. Film bu sözlərlə qurtarır: "Mən "Əfsanə"nin bəstəkarıyam və hər yeni premyera mənə yeni əsərlər yazmağa impuls verir".
Avatar: Aanq haqqında əfsanə
Avatar: Aanq haqqında əfsanə (ing. Avatar: The Legend of Aang) və ya Avatar: sonuncu hava maqı (ing. Avatar: The Last Airbender) — ABŞ-də anime elementləri ilə yaradılmış cizgi serialı. Serialın üç sezonu "Nickelodeon" və "Nicktoons Network" kanallarında yayımlanmışdır. Onun yaradıcıları və prodüserləri — Maykl Dante DiMartino və Brayan Konietzkodur. Avatar kainatı Asiya mədəniyyəti əsasında yaradılmışdır. Serialda Şərqi və Cənubi Asiya, habelə Qərb mədəniyyətlərinin elementlərindən istifadə olunur. Bu da adətən ABŞ-də ayrı-ayrı kateqoriyalara aid edilən cizgi filmlərinin sintezini yaradır. Birinci seriya 2005-ci il fevralın 21-də, dörd hissədən ibarət iki saatlıq axırıncı seriya isə 2008-ci il iyulun 19-da yayımlanmışdır. Serial televiziya ekranları qarşısına 5,6 milyon izləyici toplayıb.
Avatar: Aanq haqqında əfsanə (Kitab 1)
Kitab 1: Su (ing. Book 1: Water) Avatar: Aanq haqqında əfsanə cizgi serialının birinci mövsümüdür. Bu mövsumda protaqonist Aanq və dostları, Katara və Sokka barədə və onların Şimalı Gütbə Aanq və Kataraya su maqiyanın müəllimi tapmaq məqsədi ilə başlayan səfəri haqqında bəhs edilir. Hər bir seriyanın ilk efiri milyondan çox izləyici baxıb. Birinci mövsum "Ən yaxşı televiziya serialı" və "Ən yaxşı cizgi televiziya serialı" kimi Pulcinella mükafatı almış. 2010-cu ildə onun əsasında M. Nayt Şyamalan çəkdiyi Sonuncu hava maqı adlı film çıxıb. == İstehsalı == Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icreaedici prodüserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüser Aaron Ehasz ilə birlikdə işləyirdilər. Səkkiz seriyanın rejissoru Deyv Filioni idi, Loren MakMillan və Giankarlo Volpe hərəsi beş seriyanın, Entoni Layoli isə iki seriyanın rejissyoru idilər. Seriyaların əsas yazıçı yığımı Nik Malis, Con O'Brayan, Metyu Habbard, Ceyms İqan, Yan Uilkoks, Tim Hedrik və Elizabet Uelç Ehaszdan ibarət idi.
Avatar: Aanq haqqında əfsanə (Kitab 2)
Kitab 2: Torpaq (ing. Book 2: Earth) Avatar: Aanq haqqında əfsanə cizgi serialının ikinci mövsümüdür. Bu mövsumda protaqonist Aanq və dostları, Katara və Sokka, Aanqa torpaq maqiyanın müəllimi tapmaq üçün Yer Krallığın ərazidə səyahət edib, orada Tof Bei Fonqnan rast gəlirlər. Bundan sonra dostlar müharibə üçün vacib məlumatı əldə edib, Appayı itirirlər. Əldə aldığları məlumatı Yer Krala vermək və Appayı qaytarmaq üçün, onlar Yer Krallığın paytaxtına — Ba Sinq Se şəhərinə üz tuturlar. İkinci kitab "Televiziya Layihələrin arasında Ən Yaxşı Cizgi Personajı" nominasiyada Enni mükafatı və "Cizgidə Görkəmli Şəxsi Nailiyyət" nominasiyada Emmi mükafatı alıb. == İstehsalı == Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icraçı prodüserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüser Aaron Ehasz ilə birlikdə işləyirdilər. İndividual epizodların çoxun rejissorları Esan Spauldinq, Loren MakMillan və Giankarlo Volpe idilər. Seriyalar Aaron Ehasz, Elizabet Uelç Ehazs, Tim Hedrikç, Con O'Brayan və serialın yaradıcıları Maykl Dante DiMartino və Brayan Konietzkodan ibarət olan komanda tərəfindən yazılıblar.
Avatar: Aanq haqqında əfsanə (Kitab 3)
Kitab 3: Od (ing. Book 3: Fire) Avatar: Aanq haqqında əfsanə cizgi serialının üçüncü mövsümüdür. Bu mövsum Aanqın tiran olduğu Od Lordu məbluğ etməyin yolu tapmağda yönəlmişdir. Başlanğıcda protaqonist Aanq və dostları, Katara, Sokka və Tof Od Millətin ərazidə səfər edirlər və eyni zamanda Od Millətinə qəsd etməyi planlaşdırırlar və Aanq üçün Od maqiyasının müəllimi axtarırlar. Mövsumun ortasında Aanq keçmiş seriyalarda qarşılaşdığı dostlarını birlikdə yığır və onlarınnan birlikdə planlaşdırmış qəsdi uğursuz keçirir. Sabiq antaqonist Zuko tərəfini dəyişir və Aanqa onun od maqiyasının müəllimi şəkildə qoşulur. Axırda Aanq təəcüblü bir şəkildə Od Lordun üzərində qalib gəlir: Hava Köçərlərin təlimlərini pozmamaq üçün Ozain magiyanı ondan alır. == İstehsalı == Şou Viacom kompaniyaya məxsus olan Nickelodeon kanalın tərəfindən prodüslanmış və yayımlanmış. Onun yaradıcıları və icraçı prodüserlər Maykl Dante DiMartino və Brayan Konietzko prodüser Aaron Ehasz ilə birlikdə işləyirdilər. İndividual epizodların çoxun rejissorları Esan Spauldinq, Loren MakMillan və Giankarlo Volpe idilər.
Avatar: Aanq haqqında əfsanə (komikslər)
Avatar: Aanq haqqında əfsanə komiksləri eyni adlı cizgi serialı və Sonuncu hava maqı filmi ilə əlaqəli olan komiksdilər.
Avatar: Aanq haqqında əfsanə — Axtarış
Axtarış (ing. The Search); tam adı Avatar: Aanq haqqında əfsanə — Axtarış (ing. Avatar: The Last Airbender – The Search) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2013 ilin ərzində çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Vəd komiksindən sonra baş verir. == Baxış == Axtarışda Zuko və Azulanın çoxdan bəri itirdiyi anası Ursa ilə bağlı sirr üzərində dayanılır. Keçmiş şahzadə Azulanın bir Fire Nation zehin müəssisəsində həbs olunmasının təfərrüatlarını və Fire Lord Ozai ilə Ursa münasibətlərinin çətinliyini ortaya qoyur. Əsas qəhrəmanlar, başda Zuko və Azula olan Fire Nation ailəsinin üzvləridir. Avatar Aang, Sokka və Katara, Fire Nation qardaşlarına çoxdan itən analarını tapmaqda kömək edirlər. Gene Yang, serialın Avatar dünyasının fövqəltəbii tərəflərinə daha çox diqqət ayıracağını qeyd etdi. == İstehsalı == DiMartino ilə Konietzko əvvəl Axtarışı 90 dəqiqəlik animasiya filmi ideyası kimi Nickelodeon-a təqdim ediblər.
Avatar: Aanq haqqında əfsanə — Tüstü və kölgə
Tüstü və kölgə (ing. Smoke and Shadow); tam adı Avatar: Aanq haqqında əfsanə — Tüstü və kölgə (ing. Avatar: The Last Airbender – Smoke and Shadow) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2015 və 2016-cı illərin arasında çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Yarıq komiksindən sonra baş verir.
Avatar: Aanq haqqında əfsanə — Vəd
Vəd (ing. The Promise); tam adı Avatar: Aanq haqqında əfsanə — Vəd (ing. Avatar: The Last Airbender – The Promise) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks.
Avatar: Aanq haqqında əfsanə — Yarıq
Yarıq (ing. The Rift); tam adı Avatar: Aanq haqqında əfsanə — Yarıq (ing. Avatar: The Last Airbender – Rift) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2014-cü ilin ərzində çıxmış üç hissədən ibarət olan komiks. Məzmunu Axtarış komiksindən sonra baş verir.
Avatar: Aanq haqqında əfsanə — Şimal və cənub
Şimal və cənub (ing. North and South); tam adı Avatar: Aanq haqqında əfsanə — Şimal və cənub (ing. Avatar: The Last Airbender – North and South) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Avatar: Aanq haqqında əfsanə cizgi serialın əsasında Cin Lün Yanq tərəfindən yazılmış və Gurihiru tərəfincən çizilmiş, 2016 və 2017-ci illərin arasında çıxan üç hissədən ibarət olan komiks. Məzmunu Tüstü və kölgə komiksindən sonra baş verir.
Avatar: Korra haqqında əfsanə
Korra əfsanəsi (ing. The Legend of Korra) — ABŞ-də anime elementləri ilə istehsal olunan cizgi serial. Avatar: Aanq haqqında əfsanə cizgi serialının davamı. 2012-ci ilin aprelin 14-ündə Nickelodeon kanalında yayımlanmağa başladı. == Süjet == Braun Conson, Nickelodeon prezidentı: Yüz illik müharibədən sonra 70 il keçib. Korra — Cənub Su tayfasında doğulan su maqı yeni Avatardır.O artıq yer və od magiyalarının incəsənətini öyrənib.Öyrənəcəyi son elementin incəsənəti qalmışdır-hava magiyasının incəsənəti. Ona Aanq ilə Kataranın oğlu Tenzin kömək edə bilər. == Personajlar == Avatar Korra — Cənub su tayfasında doğulmuşdur. Qızdır. İsyankar və cəsur biridir.
Avatar: Korra haqqında əfsanə: Torf müharibələri
Torf müharibələri (ing. Turf Wars); tam adı Korra əfsanəsi: Torf müharibələri (ing. The Legend of Korra: Turf Wars) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Korra əfsanəsi cizgi serialın davamı olan, DiMartino tərəfindən yazılmış və İren Koh tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks. == Çap tarixi == Trillogiyanın birinci cildi komiks dükkanlarında 2017-ci ilin iyulun 26-da satılmağa başlayıb. Təxmin edilib ki, satılan nüsxələrin sayı 4000 mindən bir az az idi. Beləliklə, o ayın altıncı bestseller komiksi olmuş. O, avqustun 8-də kütləvi bazara buraxılıb. İkinci hissəsinin satılışı isə komiks dükkanlarında 2018-ci ilin yanvarın 17-də başlayıb. O da təhminən 6262 sayında satılıb, həmin ayın bestselleri olmuş. Kütləvi bazara yanvarın 30-da buraxılıb.
Avatar: Korra haqqında əfsanə (Kitab 1)
Kitab 1: Hava (ing. Book One: Air) Korra əfsanəsi cizgi serialının birinci mövsümün birinci kitabıdır. Bu mövsumda Aanq haqqında əfsanə serialdan Avatar Aanqın xələfi Korra hava magiyasına öyrənmək üçün Respublika şəhərinə köçür və orada maskalı Amon adlı bir adamın tərəfindən başçılıq edilən Bərabərçilər (ing. Equalists) anti maq üsyançı qrupnan üzləşir. == Yayımlama == Televiziyada ilk efirdən öncə elan edilmişdir ki, əgər Korra Nation (ing. Korra Milləti) adlı sosial şəbəkə platforması 100 000 like yığsa, birinci iki seriya televiziya premyerasından əvvəl onlayn şəkildə çıxacaq. Bu məqsədə çatandan sonra, martın 24-də Viacom-a aid olan bir saytda birinci iki seriya üzə çıxmışdı. Onlar onlaynda həftəsonu ərzində mövcud qalmışlar. Kitab 1: Hava Nickelodeon və Nickelodeon HD kanallarında 2012-ci ilin aprelın 14-dən iyunun 23-ə dək yayımlamışdı. ABŞ-də yaşayanlar üçün bu seriyaları kanalın rəsmi saytda pulsuz onlayn izləmək və yükləmə haqqını almaq olardı.
Avatar: Korra haqqında əfsanə (Kitab 2)
Kitab 2: Ruhlar (ing. Book Two: Spirits) Korra əfsanəsi cizgi serialının birinci mövsümün ikinci kitabıdır. Yayımı ABŞ Nickelodeon kanalında 2013 ilin sentyabrın 13-də başladı. == İstehsalı == 2011-ci ildə, əvvəldən tək mövsum olmalı 12 seriyalı Kitab 1: Hava istehsalı zamanı, Nickelodeon 14 seriya əlavə sifariş edib. 2012-ci ilin iyunda ikinci kitabın ssenarisi hazır idi və seriyalar kadrlama lövhəsi və cizgiləmə prosesində idilər. Kitab 2: Ruhlar əvvəldən birinci kitabı cizgiləndirən Studio Mir tərəfindən yox, Yaponiyanın Studio Pierrot tərəfindən cizgiləndirməli idi. Lakin, Mir studiyanın direktoru, Yu Cei Myanq dedi ki, bu razılaşma ilə problemə görə serialın prodüserləri onlardan ikinci kitabını da cizgiləndirmək xahiş elədilər. Onun dediyinə görə, əvvəldən Studio Mir Korra haqqında əfsanə kimi o gədər çətin olayan The Boondocks serialını cizgiləndirməyə seçib, çünki birinci kitab onlar üçün yoruculu idi. Beləliklə, Studio Pierrot 1-6 və 9-cu, Studio Mir isə 7-ci, 8-ci, və 10-14 fəsilləri cizgiləndirib. === İrəlilətmə === İkinci kitabdan kadrlar birinci dəfə 2013-cü ilin iyunda reklam videosuda ictimaiyyətə açıqlanıb.
Avatar: Korra haqqında əfsanə (Kitab 3)
Kitab 3: Dəyişiklik (ing. Book Three: Change) Korra əfsanəsi cizgi serialının üçüncü mövsümdür. O, 13 seriyadan ("fəsildən") ibarətdir. == Yayımlama == Kitab 3 2014-cü ilin iyunun 27-dən ABŞ-nin Nickelodeon kanalında yayımlanmağa başlamışdı. Lakin aşağı düşən reytinqlərinə iyulun 25-də kanal serialı 8-ci seriyada yayımlamağa kəsdi.
Avatar: Korra haqqında əfsanə (Kitab 4)
Kitab 4: Balans (ing. Book Four: Balance) Korra əfsanəsi cizgi serialının dördüncü mövsümüdür.
Avatar: Korra haqqında əfsanə (komikslər)
Korra əfsanəsi — eyni adlı cizgi serialın ilə əlaqəli olan komikslər.
Avatar: Korra haqqında əfsanə — Torf müharibələri
Torf müharibələri (ing. Turf Wars); tam adı Korra əfsanəsi: Torf müharibələri (ing. The Legend of Korra: Turf Wars) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Korra əfsanəsi cizgi serialın davamı olan, DiMartino tərəfindən yazılmış və İren Koh tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks. == Çap tarixi == Trillogiyanın birinci cildi komiks dükkanlarında 2017-ci ilin iyulun 26-da satılmağa başlayıb. Təxmin edilib ki, satılan nüsxələrin sayı 4000 mindən bir az az idi. Beləliklə, o ayın altıncı bestseller komiksi olmuş. O, avqustun 8-də kütləvi bazara buraxılıb. İkinci hissəsinin satılışı isə komiks dükkanlarında 2018-ci ilin yanvarın 17-də başlayıb. O da təhminən 6262 sayında satılıb, həmin ayın bestselleri olmuş. Kütləvi bazara yanvarın 30-da buraxılıb.
Azərbaycan futbolunun əfsanələri. Anatoli Banişevski (film, 2012)
Bir Xəzər Əfsanəsi (balet)
Əfqan
Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci ilin əvvəlinə 24,485,600) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir. == Etnik tərkib == Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb: == Əfqanıstan Türkləri == Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər . Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000 nəfərdən çoxdur . Türkmənlər – sayları 900,000 nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000 nəfərdir) .
Əfsanə
Əfsanə (lat. legenda - "oxu", "oxunan") — epik növün janrı. Əfsanə şifahi xalq ədəbiyyatına aiddir. Bu baxımdan, əfsanənin əsas məğzini o hekayətlər təşkil edir ki, onların əsasında möcüzə, söyləyici, yaxud dinləyicilər tərəfindən təsdiq olunmuş, inanılmış tərzdə anlaşılan bir obraz yəqin edilsin. Bununla da rəvayətlərdən fərqli olaraq əfsanələr həmişə öz fantastik məzmun çalarına görə seçilir. Əfsanələr daha çox xalqın tarixini, dünya görüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri, əsasən, aşağıdakı mövzulardadır: Heyvanlar, quşlar haqqında; Təbiət mənzələri (ağac, çiçək, gül, dağ, daş, qaya, bulaq, çay, dəniz və s.) haqqında; Yer adları haqqında; Tayfa, el, xalq, nəsil haqqında; Səma cisimləri haqqında; Tarixi şəxsiyyətlər haqqında; Nizami mövzuları haqqında; Ailə məişət məsələləri haqqında. . Müstəqil janr kimi özünəməxsus xarakterik xüsusiyyətlərə malik əfsanələrin mətni sabit olmur, süjet isə bütöv yox, yarımçıq, yaxud bir parça, kəsik, epizodik şəkildə təqdim edilir. Folklorun digər janr və növləri kimi əfsanələr də həm tarixi qaynaqlarda — salnamə, xronika, cünk və əlyazmalarında qorunub saxlanmış, həm də şifahi gələnəkdə — dildə-ağızda dolaşa-dolaşa müasir dövrə qədər gəlib çatmışdır. 70ci illərdə bu şifahi xalq ədəbiyyatının əsasını qoymuşdu.
Əfsun
Ekzorsizm (yun. ἐξορκισμός — ovsunlamaq) — cinlərin və ya şər ruhlarının insanlardan yaxud müəyyən yerlərdən qovması. == Ümumi məlumat == Ekzorsizm hələ Qədim Babilistanda işlədilmiş, adətən səlahiyyətli bir şəxslə (keşiş və ya şaman) icra edilir. Əhdi Cədiddə İsanın dua və əmr gücü ilə keçirilmiş cinlər qovmaları təsvir edilmişdir. Haqqında bir çox bədii film çəkilmişdir, o cümlədən "İblisi Qovan" və "Emili Rouzun Altı Cini". Cinlәrin vә ya şәr ruhların insandan, yaxud müәyyәn yerdәn qovulması ritualı. Ekzorsizmi rahiblәr, ekstrasenslәr vә ya şamanlar hәyata keçirir. Ekzorsizmә bir çox dindә rast gәlinir. Dörd vedadan biri olan Atharvavedada Ekzorsizm, әl-kimya vә sehr ilә bağlı mәsәlәlәrdәn bәhs edilir. Ekzorsizmin әsas vasitәsi olan mantra vә yacnadan veda vә tantra әnәnәlәrindә istifadә olunurdu.
Əfşan Hüseynov
Əfşan Əbülfəz oğlu Hüseynov (16 mart 1996; Əsrik Cırdaxan , Tovuz rayonu — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əfşan Hüseynov 1996-cı il martın 16-da Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya göz açıb. 2002–2013-cü illərdə Əsrik Cırdaxan kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. == Hərbi xidməti == Əfşan Hüseynov 2017-ci ildə "leytenant" hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. Xidməti dövründə "baş leytenant" hərbi rütbəsinə yüksəlib. Əfşan Hüseynov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib. === İkinci Qarabağ müharibəsindəki iştirakı === Azərbaycan Ordusunun baş leytenantı olan Əfşan Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrutun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə savaşıb. Ermənistan Ordusunun bir neçə postunu və texnikasını ələ keçirib. Əfşan Hüseynov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı Alxanlı kəndi istiqamətində şəhid olub. Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn edilib.
Əfşan Qədimbəyova
Əfşan Qədimbəyova — Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru, Azərbaycan SSR Ali Soveti sədrinin müavini və məktəbəqədər-ibtidai təhsil üzrə mütəxəsis. == Həyatı == 1915-ci ildə İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur. Atası Ələkbər bəy Qədimbəyov Mirzə Qədim İrəvaninin soyundan gələnlərin daşıdığı Qədimbəyov ailəsindən olmuşdur. === Təhsili === Əfşan Qədimbəyova 1929-cu ildə İrəvan Pedaqoji Texnikumunu bitirmiş və 1931-1935-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) pedaqoji fakültəsində təhsilini davam etdirmişdir. Buradakı təhsilini də bitirdikdən sonra Moskvada yerləşən Pedaqoji İnstitutun aspirantura pilləsində də təhsil almış və Bakıya dönmüşdür. == Fəaliyyəti == Moskvadan təhsilini tamamlayıb Bakıya döndükdən sonra 1942-ci ildən Azərbaycan Gənclər İttifaqının üçüncü katibi kimi çalışmış və bu vəzifədə dörd il fəaliyyət göstərmişdir. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin partiya komitəsinin katibi, Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində fəaliyyət göstərən Ə. Qədimbəyova, 1949-1956-cı illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru kimi çalışmışdır. Daha sonra isə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərmişdir. Bundan başqa o, dəfələrlə Azərbaycan SSSR Ali Sovetinə üzv seçilmişdir. 1965-ci ildə "1920-1941-ci illərdə Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı mövzusunda" namizədlik dissertasiyası müdafiə etmişdir.
Mulan (əfsanə)
Hua Mulan, Fa Mulan və ya sadəcə Mulan-yarıəfsanəvi, yarıhəqiqi Çin xalq "qəhrəmanı". Çin xalqı onun şərəfinə "Mulan haqqında mahnı" yazmışlar. lakin bayatının orijinal variantı günümüzə qədər gəlib çatmamışdır, amma daha sonra, XII əsrdə Qo Maodzan eyniadlı və eyni süjetli bi bayatı yazmışdır və Qo Maodzanın bayatısı indidə çinlilər arasında çox oxunmaqdadır. Hua Mulan haqqında bir çox cizgi filmi və kino çəkilmişdir. Misal olaraq Walt Disney Pictures tərəfindən çəkilən Mulan və Mulan 2 çizgi filmlərini, və yenədə Walt Disney Pictures tərəfindən çəkilən Mulan filmini gətirmək olar. == Həyatı == Bir dəfə, Çin imperatoruna xəbər verirlər ki, Şimallı işğalçılar (türklər) Çinə hücüm etmək istəyir. İmperator əmr edir ki, hər bir ailədən bir kişi əsgərliyə gəlib türklərlə savaşmağa kömək etsin. Əsgərlər Mulangilin qapısını döyürlər və bu xəbəri Hua Mulanın ailəsinə çatdırırlar, lakin Mulanın qardaşı olmur, odur ki, Mulanın atası Hua Co savaşa getməli olur. Ancaq, Hua Co xəstə olur və savaşa getmək əhval-ruhiyyəsində olmur. Mulan özünü kişi yerinə qoyur və savaşa gedir.
Yaşayan əfsanə
Yaşayan əfsanə — mükəmməl fəaliyyətinə görə hələ sağ ikən həddən artıq məşhur olan şəxs. Yaşayan əfsanə olmaq həmin insan üçün şərəf hesab edilə bilər. Bunun özü də qarışıq duyğulara səbəb olur. Bu ifadə müsbət konotasiyaya malikdir və ümumən möhtərəm xüsusiyyətlərlə əlaqələndirilir. Bəzi insanlar hətta özlərini yaşayan əfsanə adlandırırlar. Onların arasında peşəkar idmançılardan Useyn Bolt və Zlatan İbrahimoviç də var.
Çoban Əfqan
Çoban Əfqan (Ələkbər Namazov, 1866–1924) — Azərbaycan aşığı. == Həyatı == Ələkbər Namazov 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Çox yoxsul həyat keçirən Çoban Əfqan kiçik yaşlarından varlıların mal-qoyununu otarmış, onlara muzdurluq eləmişdir. Çoban Əfqan 1924-cü ildə vəfat edib. == Yaradıcılığı == Şübhəsiz Qazax və Tovuz mahalının məclisləri, el şənlikləri, tanınmış ustad aşıqların – Şəmkirli Hüseynin, Ələsgərin, Bozalqanlı Hüseynin, Şikəstə Qəhrəmanın dərin məzmunlu şeirləri, ustadnamələri Çoban Əfqanın qəlbinə yol tapmış, könüldən keçən duyğuları söyləməyə sövq etmişdir. Fitri istedadı olan Çoban Əfqan dadlı-duzlu şeirləri ilə məzmunlu, yeni ruhlu şeirləri geniş yayılmışdır. Bu qəbil şeirlərindən o, həyatın çox ağır məqamlarını, özünün keçdiyi çətin, dözülməz muzdurluq həyatını, ehtiyac içərisində yaşadığı anları yeni-yeni bədii ifadələrlə qələmə almışdır. Çoban Əfqanın ikinci qism şeirləri ənənəvi məhəbbət lirikasıdır. Bu qəbil şeirlərində də şair özgün yeni ifadə formaları tapır. Həm də o, Kərəm və Məcnun yanğısından daha çox qarşılıqlı real həyat sevgisini təsvir və tərənnüm edir… == Mənbə == Azərbaycan aşıqları və el şairləri II, Bakı, 1984, s.
Əfran İsmayılov
Əfran Amit oğlu İsmayılov (8 oktyabr 1988, Bakı, Azərbaycan SSR) — azərbaycanlı futbolçu. == Həyatı == Əfran İsmayılov Bakı şəhərində anadan olub. 10 yaşında futbolla məşğul olmağa başlayıb. Futbolun sirlərinə Rövşən Qasımovun rəhbərliyi altında yiyələnib. == Karyerası == 2006-cı ildə "Qarabağ" klubunda olan seçimlərə qatılıb. Türk məşqçilərin rəhbərlik etdiyi seçimlərdə özünü yaxşı tərəfdən göstərən futbolçu Qarabağ klubuna qəbul olunub. Bir il əvəzedici komandada çıxış etdikdən sonra, 2007-ci ildə əsas komandaya cəlb olunub. 2008-ci ildə icarə əsasında Turan Tovuza keçib. Tovuz klubunda oyun təcrübəsi qazanan Əfran İsmayılov bir ildən sonra yenidən "Qarabağ"a qayıdıb. 2012-2013 mövsümünün sonunda Qarabağdan ayrılıb və "Bakı" ilə iki illik müqavilə bağlayıb..
Əfsanə Hüseynova
Əfsanə Hüseynova — Azərbaycan cüdoçusu. 25 oktyabr 1995-ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olub. 2009-cu ildən Sumqayıt şəhəri 2 №-li Uşaq-Gənclər İdman Məktəbində Sahib İsmayılovun rəhbərliyi altında idmanın cüdo növü üzrə məşqlərə başlamış, 2010-cu ildə Sumqayıtda və Bakıda keçirilmiş şəhər birinciliklərinin qalibi olub. 2010-cu ildə Bakı şəhərində keçirilən yeniyetmələrin beynəlxalq turnirində iştirak etmiş və III yerə layiq görülmüşdür. 2011-2012-ci ildə keçirilmiş Cüdo üzrə açıq Azərbaycan çempionatının ikiqat qalibi olmuşdur. Qadın cüdoçu əsasən 48 və 57 kiloqramda güləşib. 2011-ci ildə Rusiyanın Anapa şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil etmiş və bütün rəqiblərini məğlub edərək yarışın qalibi olmuşdur. 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa kubokunda iştirak edərək yığma ilə birlikdə yarışın IV yerinə layiq görülmüşdür, həmçinin Monteneqronun Bar şəhərində Avropa çempionatında və Maltanın Kottonera şəhərində cüdo üzrə keçirilmiş beynəlxalq turnirlərin iştirakçısı və qalibidir. 2012-ci ildə səhhətində yaranan problemlərlə əlaqəli olaraq idmanı buraxmalı oldu. == İstinadlar == 2010-cu il UGİM yeniyetmələrinin beynəlxalq yaşılarda göstərdikləri naliyyətlər Yığmamız Avropa kubokunun 4-sü oldu Bu gün Çernoqoriyanın Bar şəhərində yeniyetmə cüdoçuların növbəti Avropa birinciliyi başlayır.
Əfsanə Məmmədova
Əfsanə İbad qızı Məmmədova (17 sentyabr 1979, Bakı) — Azərbaycan şərqşünas alimi, filologiya üzrə fəlsəfə doktoru, tərcüməçi. == Həyatı == Əfsanə Məmmədova Bakı şəhərində anadan olmuşdur. Orta təhsil aldığı 20 saylı litseyi fərqlənmə ilə bitirdikdən sonra 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin “Ərəb dili və ədəbiyyatı” şöbəsində təhsilini davam etdirmiş, 2000-ci ildə adı çəkilən fakültənin bakalavr, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə ilə bitirmişdir. 2004-2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Dünya xalqları ədəbiyyatı şöbəsinin aspiranturasında təhsilini davam etdirmiş, ərəb ədəbiyyatı üzrə namizədlik dissertasiyası müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 5 yanvar 2009-cu il tarixli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. == Fəaliyyəti == Əfsanə Məmmədova 2003-2004-cü illərdə “Celt” Dil Mərkəzində ərəb dili müəllimi, 2004-2005-ci illər ərzində “İrşad” İslam Araşdırmalar Mərkəzində tərcüməçi və “Şəffaf Seçkilər” analitik mətbuat orqanında redaktor köməkçisi, 2006-2007-ci illərdə “İnterfax” İnformasiya Agentliyində şöbə redaktoru qismində çalışmışdır. 2009-2013-cü illərdə Sosial Maarifçilik və Milli Tərəqqi” İB-nin həmtəsisçisi və vitse-prezidenti kimi fəaliyyət göstərmişdir. Əfsanə Məmmədova 2008-2011-ci illər ərzində Azərbaycan Milli Məclisinin ştatdankənar tərçüməçisi qismində çalışmışdır. 2008-ci ildə Azərbaycan Parlamentinin 90 illik yubiley tədbiri, 2009-cu ildə Şərqşünaslıq İnstitutu rəhbərliyinin Çinə rəsmi səfəri, 2010-cu ildə Azərbaycan və Küveyt parlamentarilərinin qarşılıqlı səfərləri və 2011-ci ildə Küveyt kral ailəsinin rəsmi səfəri zamanı işçi heyətinin üzvü (tərcüməçi) olmuşdur. 2011-2012-ci illərdə "Gənclərin İntellektual İnkişaf Mərkəzi və Gənc Alim Aspirant və Magistrlər Cəmiyyəti"ndə layihə müəllifi, elmi-təşkilat komitəsinin sədri kimi fəaliyyət göstərmiş və bir neçə uğurlu layihələrə imza atmışdır. Hazırda Əfsanə Məmmədova AMEA-nın Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsində böyük elmi işçi vəzifəsində işləyir və eyni zamanda "Elm çırağı" İB-nin İdarə Heyətinin üzvüdür.
Əfsun Hüseynov
Əfsun Mətləb oğlu Hüseynov (23 iyun 1999, Sabirabad rayonu – 21 oktyabr 2020, Balasoltanlı, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əfsun Hüseynov 23 iyun 1999-cu ildə Sabirabad rayonu Yaxabeşdəli kəndində anadan olub. 2006-2017-ci illərdə I Qarabağ Müharibəsi şəhidi Əlif Xanlarov adına tam orta məktəbdə orta təhsilini almışdır. == Hərbi xidməti == Əfsun Hüseynov 2017-ci ildə hərbi xidmətə yollanır və Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini başa vurur. Hərbi xidmətdə olarkən atası Hüseynov Mətləb Zöhrab oğlu dünyasını dəyişir. Şəhidin atası Mətləb Hüseynov I Qarabağ müharibəsi könüllülərindən olmuşdur. === İkinci Qarabağ müharibəsində iştirakı === Əfsun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsinə oktyabr ayının 1-də könüllü olaraq cəbhəyə yollanır. Füzulinin, Cəbrayılın, Qubadlının Xanlıq, Balasoltanlı kəndləri və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdə PK (kalaşnikov pulemyotu) silahından istifadə edib. Oktyabr ayının 21-də Qubadlı rayonunun Balasoltanlı kəndində gecə vaxtı düşmən pusqusuna düşür və şəhidlik zirvəsinə ucalır.
Əfqan Həmzəyev
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Əfqan Nağıyev
Əfqan Vəli oğlu Nağıyev (1 oktyabr 1966, Ağdaş, Astraxanbazar rayonu) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, General-leytenant, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Əfqan Nağıyev 1966-cı il oktyabrın 1-i Cəlilabad rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əfqan Nuriyev
Əfqan Rövşən oğlu Nuriyev (11 aprel 1997, Sarıqamış, Samux, Azərbaycan — 3 noyabr 2020, Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əfqan Nuriyev 11 aprel 1997-ci ildə Samux rayonu Sarıqamış kəndində anadan olub. 2019-cu ildə əsgərliyə çağırılıb, Beyləqan rayonunda xidmət edib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əfqan Nuriyev Qubadlı və Laçın döyüşlərində savaşıb. 3 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə artilleriya atəşi nəticəsində şəhid olub. Əfqan Nuriyev Samuxda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Əfqan Nəsirov
Əfqan Ramil oğlu Nəsirov (29 mart 2001, Zabrat, Azərbaycan — 14 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əfqan Nəsirov 2001-ci il martın 29-da Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində anadan olub. 2007-2018 illərdə 71 saylı orta məktəbdə oxuyub. 2019-cu ildə əsgərliyə çağırılıb, Beyləqan rayonunda xidmət edib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əfqan Nəsirov Füzulinin azad edilməsində savaşıb. Oktyabrın 12-si Füzulidə şəhidlik zirvəsinə ucalıb. Əfqan Nəsirov Zabratda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Əfqan Nəsirov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əfqan Nəsirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Əfqan Qorçuyev
Əfqan Xanış oğlu Qorçuyev (20 aprel 1970, Güləbird, Laçın rayonu – 10 fevral 1994, Füzuli rayonu) - Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Əfqan Qorçuyev 1970-ci il aprelin 20-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1977-1978-ci illərdə Güləbird kənd orta məktəbində təhsil alıb. Əfqan əla müvəffəqiyyətinə və nümunəvi davranışına görə 1 sentyabr 1980-ci ildə Respublika Təhsil Nazirliyinin 18 nömrəli tərifnaməsi ilə təltif edilib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə ordudan tərxis olunduqdan sonra Laçın rayonuna qayıdıb, rayondakı RTS-də sürücü işləyib. 1994-cü il yanvarın 1-də Laçın Rayon Polis Şöbəsində işə düzəlib. Füzuli rayonu ərazisində gedən döyüşlədə iştirak edir. Horadiz kəndi ətrafındagedən döyüşlərdə igidliklə vuruşub. Əfqanın qardaşı Qorçuyev Həbib Xanış oğlu 1990-1993-cü illərdə erməni təcavüzkarları ilə gedən döyüşlərdə iştirak edib.
Əfqan Soltanov
Əfqan Soltan oğlu Soltanov (1957, Mingəçevir) — Azərbaycanlı aktyor. == Həyatı == 1957–ci ildə Mingəçevir şəhərində fəhlə ailəsində anadan olub. Mehdi Hüseynzadə adına 3 saylı şəhər orta məktəbini bitirib. 1975–ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olaraq orada təhsilini davam etdirib. İnstitutda ilk dəfə "Zəng edin və gəlin" tamaşasında həkim rolunu oynayıb. 1979–cu ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra onu təyinatla Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına göndəriblər. Qeybulla Rəsulovun "Əlvida Hindistan" əsərində Ramo obrazını yaradıb. Sonralar C.Cabbarlının "Solğun çiçəklər"ində Bəhram, M.İbrahimovun "Kəndçi qızı" və "Don Juan" əsərlərində Vahid və Don Juan, İ.Əfəndiyevin "Unuda bilmirəm" pyesində Kamran, A.Şaiqin "Eloğlu"sunda Eloğlu və başqa rollarda çıxış etmişdir. 1993–cü ildə Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan Əfqan "Tomris" əsərində Arxalan rolu ilə ilk dəfə səhnəyə çıxır. Az sonra Əfqan Soltanov Süleyman Rəşidinin "Mənim Ərdəbilim" komediyasında Kərim, N.Nərimanovun "Nadir şah" faciəsində Xan, C.Cabbarlının "Dönüş"ündə Əli Muxtar, A.Məmmədovun "Dəli Domrul"unda Əzrayıl, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" əsərində Sarkis, C.Məmmədquluzadənin "Ölülər"ində Hacı Baxşəli və başqa rollarda teatr rəhbərliyinin və tamaşaçıların böyük rəğbətini qazanır.
Əfqan Səfərov
Əfqan Nadir oğlu Səfərov (8 mart 1997; Həsənsu, Ağstafa rayonu — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əfqan Səfərov 1997-ci il martın 8-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 2003–2014-cü illərdə A. Mustafayev adına Həsənsu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Əfqan Səfərov 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əfqan Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Əfqan Səfərov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Həsənsu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Səfərov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Əfqan Türkistanı
Əfqan Türküstanı, həmçinin Cənubi Türküstan və ya Çar-vilayət — XIX əsrin ikinci yarısında Əfqan dövlətinin bir vilayətini təşkil edən Murqab çayından Hindukuş dağlarına qədər olan ərazi Əfqan Türkistanı adlandırılmağa başlandı. Əfqanıstanın şimalında, Türkmənistan, Özbəkistan və Tacikistanla sərhəd bölgə. XIX əsrdə Əfqanıstanda mərkəzi Məzari-Şərifdə olan Türküstan vilayəti vardı. Vilayət Əfqanıstan əmiri Əbdürrəhman xanın tərəfindən ləğv edildi. Onun yerində müasir Bəlx, Künduz, Cövzcan, Səri-Pul və Fəryab vilayətləri yaradıldı. == Coğrafiyası == Tarixi mənbələrdə Əfqanıstan Türküstanı, Kokça çayının Amudərya ilə birləşməsindən şimal-şərqdən, cənub-qərbə Herat əyalətinə qədər olan uzunluğu təxminən 500 mil (800 km) olan ərazi daxil edilir. Əfqanıstanın şimal sərhədi olan Hindukuşa qədər 114 mil (183 km) də Cənubi Türküstan ərazisi sayılır. Beləliklə, bu əraziyə təxminən 57.000 kvadrat mil (150.000 km2) və ya müasir Əfqanıstan ərazisinin təxminən 2/9 hissəsi daxil edilir. Cənubi Türküstana keçmiş Özbək xanlıqlarının əraziləri də daxildir: Çar vilayəti Akçı xanlığı Andxoy xanlığı Sarı-pul xanlığı Şibirxan xanlığı Bədəxşan xanlığı Bəlx xanlığı Qurzivan xanlığı Darzab xanlığı Künduz xanlığı Meymen xanlığı Hulum xanlığı == Etnik tərkibi == Cənubi Türküstanın əhalisinin əsas hissəsini özbəklər və türkmənlər təşkil edir. 2018-ci il məlumatlarına görə Əfqanıstan ərazisində 3,843,000 min özbək,1,1 milyon türkmən vardır.
Əfsun Sucayev
Əfsun Rəzzaq oğlu Sucayev (14 noyabr 1979) — kimyaçı alim. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor. == Həyatı == Sucayev Əfsun Rəzzaq oğlu 1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. Orta təhsilini Züvüç kənd orta məktəbində, sonra Lerik qəsəbə 1 saylı kimya-biologiya təmayüllü liseydə almışdır. Orta məktəbi bitirdikdən sonra 1997-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 2008-ci ildə "Üzvi kimya" ixtisası üzrə "Mono-, di(2-hidroksilpropil)aminlərin və onların tiokarbamid törəmələrinin sintezi və xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2017-ci ildə isə dosent elmi adına layiq görülmüşdür. 2012-ci ildə Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunmuşdur, 2017-ci ildə təhsilini başa vurmuşdur. 2018-ci ildə "Üçkomponentli kondensləşmə reaksiyaları əsasında aminospritlərin tsiklik tiokarbamid törəmələrinin sintezi və çevrilmələri" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və kimya elmlər doktoru elmi dərəcəsinə, 2023-cü ildə professor elmi adına layiq görülmüşdür.
Əflan İbrahimov
Əflan Həsən oğlu İbrahimov (5 mart 1956, Nərimankənd, Mərəzə rayonu) — Müstəqil Xalq Partiyasının sədri, "El" Hərəkatı Ali Məclisinin sabiq sədr müavini, Müasir Müsavat Partiyasının sabiq sədr müavini, Qobustan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, siyasətçi. == Həyatı == Əflan Həsən oğlu İbrahimov 5 mart 1956-cı ildə Nərimankənd kəndində doğulub. O, 1973-cü ildə Şamaxı rayonunun Nərimankənd orta məktəbində, 1973–1977-ci illər Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsində təhsil alımışdır. 1977–1979-cu illərdə Sovet ordusunda xidmət etmişdir. Əflan İbrahimov 1981–1988-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İslah-Əmək Müəssisələri İdarəsində, 1988–1992-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyinin nəzdində olan idarələrdə usta-mexanik kimi çalışmışdır. O, 1992–1993-cü illərdə Milli Ordu sıralarında Qarabağın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Ehtiyatda olan zabit-kapitandır. Əflan İbrahimov 1994–1996-cı illərdə Qobustan rayon Səhmdar-Kommersiya Əmanət Bankının müdiri işləmişdir. 2002–2005-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi olmuş və 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 2008–2009-cu illərdə isə Loğman Tibb Məktəbində şöbə müdiri vəzifəsində işləmişdir.
Əfqan Xaşalov
Əfqan Xaşalov (7 iyun 1997, Qazax) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Əfqan Xaşalov 2014-cü ildə yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına, yeniyetmələr arasında Dünya Çempionatının isə gümüş medalına sahib olub. Daha sonra Əfqan Xaşalov 2016-cı ildə Fransada gənclər arasında Avropa Çempionatının və 2017-ci ildə Almaniyada gənclər arasında Dünya Çempionatının qalibi oldu. 2017-ci ildə Finlandiyada gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vuran Əfqan Xaşalov 2018-ci ildə İstanbul şəhərində U23 Dünya Çempionatının gümüş medalına sahib oldu. 2019-cu ildə Budapeşt şəhərində U23 Dünya Çempionatında bürünc medala sahib olan Əfqan Xaşalov bir il sonra, 2020-ci ildə İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turniri də bürünc medalla başa vurdu. Həmin ilin fevralında Roma şəhərində Avropa Çempionatlarında debüt edən Əfqan Xaşalov turniri yeddinci pillədə başa vurdu. Əfqan Xaşalov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən Əfqan Kamil oğlu Xaşalov "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Müharibə zamanı Əfqan Xaşalov sol gözündən yaralandı. Müharibədən sonra Əfqan Xaşalov 2021-ci ildə Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatında bürünc medalın sahibi oldu.
Əvsan padşahlığı
Əvsan padşahlığı (ərəb. مملكة أوسان‎) — Cənubi Ərəbistanda, indiki Yəməndə qədim dövlət. Bir vaxtlar Cənubi Ərəbistanın ən mühüm kiçik padşahlıqlarından biri idi. Şəhərin e.ə. VII əsrdə səbailər tərəfindən dağıdıldığı görünür. Qələbənin səbailər üçün əhəmiyyətini təsdiq edən terminlərlə xəbər verən mətn aşkar edilmişdir. == Xarici keçidlər == Télédetection archéologique dans la Wadi Markha (in French) Caravan Kingdoms: Yemen and the Ancient Incense Trade Freer Gallery, Washington, 2005. Exhibition of archeological objects from Yemen, setting Awsan in context. Catalogue.
Əfşar
Əfşar İmperiyası — Əfşar dili — Əfşar tayfası — Kəndlər Avşar (Vedibasar) — Vedibasar mahalında kənd. Əfşar (Culfa) — İranda kənd.
Xilə-əfşan xalçaları
Xilə–əfşan xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == "Xilə-əfşan" xalçaları öz adını Bakı şəhərindən 15 km-lik məsafədə yerləşən Abşeron yarımadasının inzibati ərazi vahidindəki Xilə indiki Əmircan kəndinin adından götürmüşdür. "Əfşan" sözünün lüğəti mənası – səpmək, xırdalamaq, rəngbərəng deməkdir. Bu xalçalar sonrakı dövrlərdə Bülbülə və Suraxanı xalçaçılıq məntəqələrində də istehsal edilməyə başlamışdır. Xalq arasında "Sacayağı" adı ilə daha çox tanınan bu xalçaları bəzi xarici müəlliflər öz əsərlərində bir çox halda "Şirvan", bəziləri isə səhvən "Dərbənd" adlandırırlar. == Bədii analiz == "Xilə-əfşan" xalçasının ara sahəsinin kompozisiyası "Qədim Əfşan" və "Güllü Əfşan" xalçaları adlanan iki növə ayrılır. "Qədim Əfşan" xalçaları — ara sahənin kompozisiyası enli şəbəkə prinsipi ilə qurulmuşdur. Bu şəbəkədə açıq fonlu xonçalar sxemyaradıcı funksiyanı yerinə yetirirlər. Xonçalar kontur və daxili tərtibat etibarilə nəbati mənşəlidir. Mərkəzin sərbəst yerləri də başqa formada və ölçüdə olan xonçalarla doldurulmuşdur.
Bəhram Əfşar
Bəhram Əfşar və ya Qasım Əfşar (5 noyabr 1951, Tehran – 16 may 2018, Tehran) — İran televiziyasının xəbər ankeri. == Həyatı == Tehran şəhərində dünyaya gəlib.
Ehsan Doğramacı
İhsan Doğramacı (3 aprel 1915, Ərbil – 25 fevral 2010[…], Ankara) — Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr. AMEA-nın fəxri üzvü olmuşdur. == Həyatı == İhsan Doğramacı 1915-ci il aprelin 24-də o vaxt Osmanlı imperiyasının tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Kökən olaraq İraq türkmanlarındandır. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib. == Karyerası == İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttərə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttərə Universitetinin yaranmasında böyük rol oynamışdır. İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963–1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965–1967), Hacəttərə Universitetinin rektoru (1967–1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.
Ehsan Hacsəfi
Ehsan Hacsəfi (Ərəb Əlifbası ilə: احسان حاج صفی) (25 fevral 1990[…], Kaşan, İsfahan ostanı) — İranlı futbol yarımmüdafiəçisidir. Hacsəfi 2011-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulubdur. O Traktor Sazi klubuna gələndən öncə Sipahan klubunda oynamışdır. Hacsəfi İran milli futbol komandasında da oynayır.
Ehsan Təbəri
Ehsan Təbəri (1917–1989) — İran siyasətçisi, şair. == Həyatı == Ehsan Təbəri 1917-ci ildə Mazandaran əyalətinin Sari şəhərində doğulmuşdu. İran Tudə partiyasının fəallarından idi. İranda marksizmin təbliği ilə məşğul olan tudəçi Ehsan Təbəri həbs olunan zaman İslama meyilli şəxslərdən idi. O ustad Mütəhhərinin terroru barədə demişdi: "Şəhid Mütəhhərinin terroru Fürqan kimi düşüncəsiz bir qrupun planı ola bilməz." Ehsan Təbərinin fikrincə, Mütəhhərinin terroru CİA VƏ MOSSAD kimi təşkilatlar tərəfindən planlaşdırılmış bir terror idi. Onların məqsədi İslam maarifi bulağını qurutmaq olub. Təbərinin fikrincə, Sovetlər Birliyi də ABŞ kimi şəhid Mütəhhərinin düşüncə istehsalından narahat olub. İran kommunistlərinin 1970-ci illərdə ən böyük ideoloqu hesab edilən Ehsan Təbəri 23 bəhmən inqilabından sonra ölkənin çoxpartiyalılıq rejiminə keçməsi nəticəsində digər xalqların milli hüquqlarının rəsmi şəkildə tanınmasına xəyanət edərək ruhanilərin tərəfinə keçmişdi. Ehsan Təbəri şair idi. Fars dilində zərif şeirlər yazırdı.
Ehsan Zahidov
Ehsan Əflan oğlu Zahidov (1 iyun 1963, Şamaxı) — Azərbaycan Respublikası DİN-in Mətbuat xidmətinin rəisi (2017–2023), ehtiyatda olan polis polkovniki. == Həyatı == Zahidov Ehsan Əflan oğlu 1963-cü il iyun ayının 1-də Şamaxı rayonunda anadan olub. 1970–1980-ci illərdə orta təhsilini Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə almışdır. 1982–1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika ixtisası üzrə ali təhsil almışdır. Ailəlidir, 3 qızı və 1 oğlu var. == Fəaliyyəti == 1983–1985-ci illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi veteranıdır. 1990–1991-ci illərdə Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən etibarən daxili işlər orqanlarında çalışır. 1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil almışdır.
Ersan Gülüm
Ersan Adem Gülüm (17 may 1987) — müdafiə mövqeyində çıxış edən türk futbolçudur.
Ersan İlyasova
Ərsan İlyasova (Əsl adı: Arsen İlyasov; 15 may 1987, Əskişəhər) — Türk Milli Basketbol Komandasının oyunçusudur. Türkiyənin Eskişehir şəhərində dünyaya gələn idmançı, 2003-cü ildə Türkiyə vətəndaşlığına keçirildi. Krımdan Özbəkistana sürgün edilən Krım Tatarı bir ailənin övladıdır. Atası Ənvər İlyasov və anası İraliyə İlyasova Krıma qayıdış yasaqının qalxmasından sonra sürgündən Krıma dönmüşdür. Gənc yaşda qabiliyyəti kəşf edilərək Ülkerspor infrastrukturu tərəfindən yetişdirilməyə başlandı və Türkiyə Vətəndaşlığına keçirildi. Əsl adı Arsen İlyasov olan Ərsan İlyasova 2004–2005 mövsümündə qısa müddətli də olsa Ülkersporda forma geymə şansı qazandıqdan sonra 2005 NBA seçmələrində Milwaukee Bucks tərəfindən otuz altıncı sıradan seçildi. Bir çoxları tərəfindən bir il daha Türkiyə Basketbol Liqasında təcrübə qazanması lazım olduğu şərhi edilmiş olsa da 23 avqust 2005 günü Milwaukee Bucks ilə iki illik müqavilə imzaladı. Ancaq mövsüm başlamadan, təcrübə qazanması məqsədiylə, NBA komandalarının daha çox, gənc oyunçularını yetişdirmək üçün istifadə etdiyi, National Basketball Development League (d-Liqa) komandası Tulsa 66ersə göndərildi. Bu komandada bir mövsümdə oynadığı 46 matçda 12,5 say və 7,0 ribaund ortalamayla oynadı.
Lili Əfşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran – 24 oktyabr 2023, Tonekabun, Mazandaran ostanı) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Tərzi Əfşar
Tərzi Avşar Azərbaycani – şair. == Həyatı == Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı məlumatına istinad etmişlər. Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. Həmid Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir. Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır.
İrəc Əfşar
İrəc Əfşar (8 oktyabr 1925, Tehran – 9 mart 2011, Tehran) — Tədqiqatçı, iranşünas və biblioqraf. Yəzddə dünyaya gəlmişdir.