Əfqan Rövşən oğlu Nuriyev (11 aprel 1997, Sarıqamış, Samux, Azərbaycan — 3 noyabr 2020, Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Əfqan Nuriyev | |
---|---|
Əfqan Rövşən oğlu Nuriyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sarıqamış, Samux, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Laçın, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Samux |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Laçın döyüşləri • Qubadlının azad edilməsi |
Təltifləri | 2020, 2020, 2020, 2020 |
Əfqan Nuriyev 11 aprel 1997-ci ildə Samux rayonu Sarıqamış kəndində anadan olub.[2] 2019-cu ildə əsgərliyə çağırılıb, Beyləqan rayonunda xidmət edib.[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əfqan Nuriyev Qubadlı və Laçın döyüşlərində savaşıb. 3 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə artilleriya atəşi nəticəsində şəhid olub. Əfqan Nuriyev Samuxda torpağa tapşırılmışdır.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[8]