Əfsun Mətləb oğlu Hüseynov (23 iyun 1999, Sabirabad rayonu – 21 oktyabr 2020, Balasoltanlı, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Əfsun Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 iyun 1999(1999-06-23) |
Doğum yeri | |
Vəfat tarixi | 21 oktyabr 2020(2020-10-21) (21 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Qaraağac kənd Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017-? / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi • Zəngilanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Əfsun Hüseynov 23 iyun 1999-cu ildə Sabirabad rayonu Yaxabeşdəli kəndində anadan olub. 2006-2017-ci illərdə I Qarabağ Müharibəsi şəhidi Əlif Xanlarov adına tam orta məktəbdə orta təhsilini almışdır.
Əfsun Hüseynov 2017-ci ildə hərbi xidmətə yollanır və Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini başa vurur. Hərbi xidmətdə olarkən atası Hüseynov Mətləb Zöhrab oğlu dünyasını dəyişir. Şəhidin atası Mətləb Hüseynov I Qarabağ müharibəsi könüllülərindən olmuşdur.
Əfsun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsinə oktyabr ayının 1-də könüllü olaraq cəbhəyə yollanır. Füzulinin, Cəbrayılın, Qubadlının Xanlıq, Balasoltanlı kəndləri və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdə PK (kalaşnikov pulemyotu) silahından istifadə edib. Oktyabr ayının 21-də Qubadlı rayonunun Balasoltanlı kəndində gecə vaxtı düşmən pusqusuna düşür və şəhidlik zirvəsinə ucalır. Düşmən qüvvələrini zərərsizləşdirən əsgərlərimiz şəhidin nəşini 14 gün sonra döyüş meydanından çıxara bilir. Şəhid Əfsun Hüseynov 5 noyabr tarixində Sabirabad rayonun Qarağac kəndindəki Şəhidlər Xiyabanında dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfsun Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfsun Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfsun Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.