Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azim Müzəffərov
Müzəffərov Azim Ələkbər oğlu (1 yanvar 1960, Gərd, Qafan rayonu – 8 mart 1984, Əfqanıstan) — 1982-1984-cu illərdə SSRİ -nin Əfqanıstanda apardığı müharibənin iştirakçısı olmuş azərbaycanlıdır. Müzəffərov Azim Ələkbər oğlu 01.01.1960-cı ildə Qərbi Azərbaycanın (Ermənistan SSR ) Qafan rayonunun Gərd kəndində anadan olmuşdur. 1968-ci ildə Qafanda baş vermiş güclü zəlzələdən sonra ailəsi ilə birlikdə Abşeron rayonunun Saray qəsəbəsinə köçmüşdür. 1975-ci ildə Saray qəsəbəsinin hal-hazırda onun adını daşıdığı 2 №-li məktəbin 8-ci sinfini nümunəvi davranış, əla və yaxşı qiymətlərlə bitirmişdir. 1975-ci ildə Sovet İttifaqı Qəhrəmanı M. Ələkbərov adına Saray qəsəbə 1№-li orta məktəbin 9-cu sinfinə qəbul olunub, 1977-ci ildə müvəffəqiyyətlə bitirmişdir. Həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ( hal-hazırda Azərbaycan Dillər Universiteti ) qəbul olmuşdur. 1982-ci ildə universiteti İngilis və alman dilləri ixtisası üzrə tam kursu bitirmişdir. Qısa bir müddətdə təyinatla Qərbi Azərbaycanın Qafan rayonunda müəllim işlədikdən sonra könüllü olaraq Hərbi xidmətə getmişdir. 1984-cü il 8 mart tarixində hərbi xidmətinin bitməyinə 2 gün qalmış , ƏDR –da öz beynəlmilləl borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Orta məktəb illərində şeir yazmağa başlamışdır.
Sabrin Azim
Sabrin Azim — tibb üzrə fəlsəfə doktoru, ağız və üz çənə cərrahiyyəsi üzrə mütəxəssis, City University college of Ajman ağız və üz çənə cərrahiyyəsi kafedrasının assistenti, Fransada Tibbi Təhsil haqda Alim assosiyasının üzvü. Sabrin Azim 3 noyabr 1988-ci ildə Bakı şəhərində anadan olub. Ziyalı ailəsində böyüyüb. Atası dəri zöhrəvi üzrə professor Dr. Ali Mühəmməd oğlu Azim, anası telekomunikasiya üzrə mütəxəssis Cəmilə Cəlil qızı Azim və bacısı Ahdab Ali qızı Azim ginekologiya üzrə mütəxəssisdir. Azərbaycanda həm rus sektorunda, həm ərəb məktəbində orta təhsil alıb. 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirib. Elə həmin ildə təhsilin ordinatura pilləsinə qəbul olunub və 2012-ci ildə ordinatura təhsilini bitirərək ağız və üz çənə cərrahı ixtisasına yiyələnib. 2016-cı ildə isə elə Azərbaycan Tibb Universitetində ağız və üz çənə cərrahiyyəsi ixtisası üzrə tibb üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. Ağız və üz çənə cərrahiyyəsi üzrə mütəxəssis və tibb üzrə fəlsəfə doktorudur.
Ayzek Azimov
Ayzek Azimov (ing. Isaac Asimov; ilk adı İsaak Yudoviç Ozimov, rus. Исаак Юдович Озимов; 2 yanvar 1920, Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR — 6 aprel 1992, Nyu-York, ABŞ) — amerikalı yazıçı-fantast. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifi. Elmin kütləviləşməsi üçün çalışmış, ixtisasca biokimyaçı olmuşdur. "Kimyanın qısa tarixi" əsərinin müəllifidir. Fantastik əsər müəlliflərinə verilən Hyuqo və Nebyula mükafatlarının laureatıdır. Onun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olmuşdur. Məsələn, robotics (robotexnika, robotika), positronic (pozitron), psychohistory (psixotarix) və s. İngilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir.
Azimov qanunları
Robototexnikanın üç qanunu və ya Azimov qanunları – elmi fantastika yazıçısı Ayzek Azimov tərəfindən irəli sürülmüş qanunlar toplusu. Bu qanunlar robotların icbari davranışlarını müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur. Robotexnikanın üç qanunu ilk dəfə Ayzek Azimovun 1942-ci ildə yazdığı "Dövrə" əsərində öz əksini tapmışdır. Bu qanunlar aşağıdakılardır: Bir robot bir insanı incidə bilməz və ya bir insanın incinməsinə qarşı laqeyd qala bilməz. Birinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot bir insanın verdiyi bütün əmrləri yerinə yetirməlidir. Birinci və ikinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot öz mövcudluğunu qorumalıdır. Robototexnikanın üç qanunu Azimovun robototexnika hekayələrinin əsas prinsipi olmuş, əsərlərində bir çox formada tətbiq olunmuşdur. Buna baxmayaraq, bu qanunlar başqa elmi fantastik müəlliflər tərəfindən də modifikasiya olunaraq istifadə olunmuş, elmi fantastikanın mövzularından birinə çevrilmişdir. Azimovun Üç qanunda etdiyi ən böyük modifikasiya sıfırıncı qanunu əlavə etməsi olmuşdur. Bu qanun digər üç qanunu qabaqlayır: 0.
Azimut
Azimut (ərəb. السمت‎ əs-simt) — mənası "istiqamət" deməkdir. Şimala olan istiqamətlə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə ölçülən bucaqlara azimut deyilir. Azimutun dərəcə qiyməti 0°-360° arasında dəyişir. Azimutu kompasla, planda isə transportirlə ölçürlər. Planda cəhətləri təyin etmək üçün şimala olan istiqaməti bilmək lazımdır. Şimala olan istiqamət adətən planın kənarında ox vasitəsilə göstərilir. Ox verilmədikdə isə planın yuxarısı şimal, aşağısı cənub, sağı şərq, solu qərb hesab olunur. Tutqun havada kompas olmadıqda cəhətlər aşağıdakı yerli əlamətlərə görə təyin edilir. mamırlar və şibyələr əşyaların şimal tərəfində yaxşı inkişaf edir.
Azimutal proyeksiya
Azimutal proyeksiya — ən mühüm xəritə proyeksiyalarından biri. Azimutal proyeksiyada normal şəbəkənin paralelləri konsentrik dairələrə malikdir, meridianlar isə paralellərin ümumi mərkəzindən uzunluq fərqinə bərabər bucaqlarda ayrılan radiuslarıdır. Xəritədəki hər bir nöqtə orta meridianla eyni azimuta malikdir, eyni nöqtə kürədəki orta meridianla eynidir. Qütb ölkələrinin, Arktika və Antarktidanın xəritələrini tərtib etmək üçün normal azimutal proyeksiyalardan istifadə olunur.
Azimutal qeyri-uyğunluq
Rubail Azimov
Zohrab Azimov
Üçpər azimina
Üçpər azimina (lat. Asimina triloba) — annonakimilər fəsiləsinin asimina cinsinə aid bitki növü. Şimali Amerikadan Florida və Texasa qədər yayılmışdır. 15 m hündürlükdə koldur.Zoğları sıx tüklü,birillikləri çılpaq,qəhvəyi rəngdə,parıldayan,ikiillikləri isə boz,yaxşı gözə çarpan mərciməklərə malikdir.Tumurcuqlar qırmızımtıl-qəhvəyi rəngdə,tüklüdür.Yarpaqları tərs uzunsov-yumurtavari,uzunluğu 12-30 sm,eni 4,5-12 sm,uclardan qısa sivrləşmiş qaidəyə doğru getdikcə yastılaşmış,tamkənarlı,dərivari,xırda nöqtəvari vəzilərə malikdir.Çiçəkləri qəhvəyi və ya qırmızımtıl-qonurdur,1-3 sm uzunluqda,tüklərlə örtülü çiçək saplağı üzərində yerləşir.Çiçəkyanlığı 9 yarpaqcıqdan ibarətdir.Erkəkcikləri spiral şəklində düzülmüşdür.Dişicik 3-15 sərbəst,3-20 yumurtacığa malikdir.Kasa yarpaqları 3 ədəd,yumurtavarı iti,yaşılımtıl və tüklüdür.Ləçəklər enli yumurtavari,ucları dairəvi,arxaya əyilmiş olur.Aprel və may aylarında çiçəkləyir.Meyvəsi ellips formalı,5-7 sm uzunluqda,yaşılımtıl-sarı,sonradan qonurlaşandır.Toxumları 2-2,5 sm uzunluqdadır.Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Şaxtayadavamlıdır,rütubət,işıqsevəndir. Mərdəkan dendrarisində 2001-ci ildə introduksia olunmuşdur.Park və bağlarda çox az rast gəlinir. Yaşıllaşdırmada,tək və qrup əkinlərində istifadə olunur.Tərkibində asitogen,toxumunda insan üçün lazım olan mikroelementlər vardır. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
İsaak Azimov
Ayzek Azimov (ing. Isaac Asimov; ilk adı İsaak Yudoviç Ozimov, rus. Исаак Юдович Озимов; 2 yanvar 1920, Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR — 6 aprel 1992, Nyu-York, ABŞ) — amerikalı yazıçı-fantast. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifi. Elmin kütləviləşməsi üçün çalışmış, ixtisasca biokimyaçı olmuşdur. "Kimyanın qısa tarixi" əsərinin müəllifidir. Fantastik əsər müəlliflərinə verilən Hyuqo və Nebyula mükafatlarının laureatıdır. Onun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olmuşdur. Məsələn, robotics (robotexnika, robotika), positronic (pozitron), psychohistory (psixotarix) və s. İngilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir.
Nazim Ağayev (alim)
Ağayev Nazim Möhsün oğlu (24 dekabr 1937, Bakı – 25 avqust 2015) — azərbaycanlı alim, texnika üzrə elmlər doktoru. Ağayev Nazim Möhsün oğlu 1937-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1956-cı ildə Bakı şəhəri 18 saylı orta məktəbi bitirərək həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1961-ci ildə təhsilini başa çatdırmışdır. 1961–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış,1965-ci ildə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə etmişdir. Həmin ildən AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi, 1967-ci ildən böyük elmi işçi vəzifəsində çalışmışdır. 1975-ci ildən həmin institutda laboratoriya rəhbəri vəzifəsini icra etmişdir. 1976-cı ildən ömrünün sonunadək Sumqayıt şəhərində Neft-Kimya Prosesləri İnstitutunun filialında (indiki Polimer Materialları İnstitutu) "Metalların polimerlərlə mühafizəsi" laboratoriyanın müdiri vəzifəsində çalışmışdır. 1998-ci ildə Lvov şəhərində Ukrayna Elmlər Akademiyasının Fizika-Mexanika İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almışdır. N. M. Ağayevin 150-dən artıq elmi əsəri ölkəmizdə və xaricdə nəşr olunmuşdur. O, Qərbi Almaniyanın, İtaliyanın, İngiltərənin, Çexoslovakiyanın elmi mərkəzlərində uzunmüddətli ezamiyyətlərdə olmuş, Beynəlxalq simpoziumlarda və konfranslarda məruzələrlə çıxış etmişdir.
Nazim Babayev (alim)
Nazim Hüseynov (alim)
Nazim Hüseynov (17 iyul 1961, Behrud, Ordubad rayonu) — Hidrometeoroloq. Texnika elmləri doktoru, professor.[mənbə göstərin] Nazim Şəkər oğlu Hüseynov 17 iyul 1961-ci ildə Naxçıvan MR Ordubad rayonunda anadan olmuşdur. O, 1978-ci ildə orta məktəbi bitirərək, Sovetlər Birliyinin Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Hidrometeorologiya İnstitutuna daxil olmuş və 1983-cü ildə həmin İnstitutu mühəndis-meteoroloq ixtisası üzrə bitirmişdir. Nazim Hüseynov elmi fəaliyyətə 1985–1989-cu illərdə Moskva şəhərində SSRİ Hidrometeoroloji Elmi-Tədqiqat İnstitutunun aspirantı kimi başlamışdır. Aspiranturanı bitirərkən o, 1989-cu ildə elmi dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, coğrafiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Bundan sonra o, uzun illər hərbi və mülki aviasiya uçuşların meteoroloji təminatı sahəsində çalışaraq istehsalat karyerasında geniş təcrübə qazanmışdır. İstehsalatdan əldə olunuan təcrübədən elmi fəaliyyətində faydalanaraq, aviasiya və sinoptik meteorologiyada tətbiq olunan müasir texnoloji sistemlərə əsaslanan innovativ tədqiqat üsullarını elmi tədqiqatlarında səmərəli istifadə etmişdir. Nazim Hüseynov 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Nazim Hüseynovun Atmosfer termodinamikası, Sinoptik meteorologiya, Aviasiya meteorologiyası, İqlimşünaslıq və meteorologiya elminin digər tətbiqi sahələrini əhatə edən tədqiqat işlərinin nəticələri milli və beynəlxalq dərgilərdə çap olunmuş 90-dan çox elmi əsərlərində öz əksini tapmışdır. O, fundamental elmlər üzrə bir sıra Respublika və Beynəlxalq elmi proqram və qrantlar çərçivəsində, o cümlədən, "Azərbaycan Respublikası ərazisində təhlükəli atmosfer hadisələrinin fiziki-statistik təhlili və onların proqnoz metodları", "BMT-nin inkişaf proqramı üzrə Mülkü Aviasiyada emissiyaların inventarlaşdırılması, qiymətləndirilməsi və iqlim dəyişmələrinə təsiri", "Atmosferdə dayanıqsızlıq enerjisi və onun qiymətləndirilməsi" mövzularında elmi-tədqiqat işlərində iştirak etmişdir.
Nazim Məmmədov (alim)
Nazim Məmmədov (Nazim Timur oğlu Məmmədov; 5 noyabr 1953, Bakı) — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2017), AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi. Nazim Məmmədov noyabrın 5-i 1953-cü ildə Bakı şəhərində anadan olub. O, 1975-ci ildə Moskva Polad və Xəlitələr İnstitutunu yarımkeçiricilər və dielektriklər ixtisası üzrə bitirib. İnstitutu bitirdikdən sonra əsasən keçmiş SSRİ məkanında yerləşmiş, Fizika İnstitutu (Bakı), A.F. İoffe adına Fizika Texnika İnstitutu (Sankt-Peterburq) və SSRİ EA Sibir filialının Qeyri-üzvi Kimya İnstitutularında (Novosibirsk) işləyib. Nazim Məmmədov 1981-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. O, 2013-cü ildə fizika elmi sahəsindəki nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. 2014-cü il iyulun 1-də Nazim Məmmədov AMEA-nın müxbir üzvü seçilib. 2015-cil aprelin 30-da Nazim Məmmədov AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi vəzifəsin icra edib. Mayın 2-si 2017-ci ildə o, Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi seçilib. Elmi əsərlərinin sayı- 368 Xaricdə dərc olunan əsərlərinin sayı- 283.
Nazim Abbasov (alim)
Abbasov Nazim Tanrıverdi oğlu (1 aprel 1930, Marksovka, Ağstafa rayonu – 19 noyabr 2004) — Riyaziyyat elmlər doktoru, professor, Azərbaycan Dövlət Universitetinin "Həndəsə" kafedrasının müdiri (1972–2004). 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin 60 illiyinə həsr olunmuş xatirə medalı və nişanı, 2000-ci ildə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Abbasov Nazim Tanrıverdi oğlu 1930-cu il aprel ayının 1-də Azərbaycan SSR Ağstafa rayonunun Marksovka (indiki Xətai) kəndində anadan olmuşdur. Abbasov Nazim 1949-cu ildə S.M. Kirov adına 22 saylı Ağstafa dəmir yol orta məktəbini qızıl medalla bitirib. O, 1949-cu ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1954-cü ildə Universiteti bitirib riyaziyyatçı ixtisasına yiyələnmişdir. 1954–1957-ci illər ərzində S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin həndəsə ixtisası üzrə aspirantı olmuşdur. Abbasov Nazim Tanrıverdi oğlu 2004-cü il noyabr ayının 19-da vəfat etmişdir. Abbasov Nazim 1959-cu ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında professor B.A. Rozenfeldin elmi rəhbərliyi altında "Kvazi qeyri-evklid fəzaların hərəkətləri qrupunun spin təsviri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Nazim Abbasovun rəsmi opponentləri f-r.e.d., prof.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Asim
Asim — Azərbaycan adı. Asim Mollazadə — siyasətçi, Demokratik İslahatlar Partiyasının təsisçisi və sədri, Milli Məclisin deputatı. Asim Ərdəbili — şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindən Asim Qazıyev — Ədəbi Yazarlar Birliyinin rəhbəri. Asim Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin zabiti. Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Mehdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Nazim
Nazim — Azərbaycanda və Türkiyədə daha çox işlədilən kişi adı. Nazim Hikmət — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) Nazim Mahmudov — Azərbaycanlı professor. Nazim Mədətov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. Nazim Məmmədov Nazim Məmmədov (rejissor) — Azərbaycanlı rejissor, kino rəssamı, animator. Nazim Məmmədov (alim) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Nazim Məmmədov (professor) — professor. Nazim Məmmədov (iqtisadçı) — iqtisadçı. Nazim Məmmədov (general-leytenant) — general-leytenant. Nazim İmamverdiyev — Nazim Nağıyev — Səbail rayon polis idarəsi (1995–2003) və Binəqədi rayon polis idarəsinin (2003–2006) rəisi. Nazim Əlicanov — sərbəst güləş üzrə Avropa çempionu (2002), əməkdar idman ustası.
Dərviş Zaim
Dərviş Zaimağaoğlu (1964, Famaqusta) — Kiprli türk film rejissoru və prodüseri. Boğaziçi Universitetində Menecerlik fakültəsində oxumuş (1988), İngiltərə Warwick Universitetində mədəni çalışmalar fakültəsində master dərəcə almışdır (1994). Zaim İstanbulda yaşayır və müxtəlif universitetlərdə kinoşünaslıq dərsləri verir. Televiziya rejissorluğu və ssenaristliyi təcrübəsinə sahib olan Dərviş Zaimin bir romanı "Ares möcüzələr diyarında" (1995) çap olunmuşdur. İlk filmi "Tabutta rövaşata" (1996) ilə Türkiyədə və xarici ölkələrdə bir çox mükafat qazanmışdır. "Cənnəti gözləyərkən" rejissorun planlaşdırdığı bir trilogiyanın ilk filmidir. Ənənəvi ən işləmələri sənətinə əsaslanan trilogiyada Dərviş Zaim bu sənətlərin estetikasının film estetikası ilə harmoniya yaratmasına çalışmışdır. "Nöqtə" filmi isə trilogiyanın ikinci filmidir. Film işlərinə 1991-ci ildə təcrübi videosu "Hang the Camera" ilə başlayan Dərviş Zaim, sonra televiziya sənədli filmi olan "Məscidin ətrafındakı daş"a rejissorluq etmişdir. Bundan başqa, Dərviş Zaim, Londonda Hollivud Film İnstitutu tərəfindən idarə edilən müstəqil film prodüserliyi ilə əlaqəli bir kursa qatılmışdır.
Elşən Əzim
Elşən Əzim (Elşən Baxşeyiş oğlu Əzimov; 28 avqust 1975, Zülfüqarlı, Kəlbəcər rayonu) — Azərbaycan şairi, yazıçısı və pedaqoqu; Azərbaycan Yazıçılar Birliyi (2003) və Dünya Gənc Türk Yazarlar Birliyi məsləhət şurasının üzvü. "Söz odası" qəzetinin təsisçisi və baş redaktoru. Elşən Əzim 28 avqust 1975-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində müəllim ailəsində anadan olub. 2002-ci ildə Gəncə Dövlət Universitetinin filologiya, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Milli Qəhrəman Şahlar Şükürov adına Kəlbəcər rayon 35 nömrəli Zülfüqarlı kənd tam orta məktəbinin direktorudur. 2005-ci ildə Mingəçevir şəhərində "Sovqat" uşaq qəzetinin baş redaktoru işləmiş, 2011-ci ildə "Söz odası" ədəbi bədii qəzetini təsis etmişdir. Azərbaycan ədəbiyyatını Türkiyədə, Qırğızıstanda, Özbəkistanda müxtəlif tədbirlərdə təmsil etmişdir. Şeirləri rus, belarus, bolqar, türk, qırğız, qazax, özbək dillərinə tərcümə olunaraq həmin ölkələrin mətbuatında və şeir antologiyalarında çap olunmuşdur. Eyni zamanda Özbək, Qırğız, Qazax dillərindən Azərbaycan dilinə şeirlər poemalar tərcümə edərək Azərbaycan mətbuatında yayımlamışdır. 2013-cü ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində düzənlənən "Türkcənin Uluslararası Şeir Şöləni"nin iştirakçısı olub.
Faytonçu Nazim
Nazim Pişyari və ya Faytonçu Nazim olaraq da tanınır. (26 avqust 1968, Lənkəran) — Azərbaycan müğənnisi, aktyoru. 1968-ci il avqustun 26-da Lənkəranda anadan olub. 1985-cı ildə Bakı şəhəri 26 saylı orta musiqi məktəbinin klassik gitara və ümumi fortepiano şöbəsini bitirib. 1988-1991-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb. 1990-cı ildən peşəkar səhnədədir. 1994-cü ildə İsveç və Norveçdə qastrol səfərlərində olub. 1995-ci ildə "Kainat" qrupunu yaradıb. 1998-ci ildə "Kainat" qrupuyla Almanıyanın bir sıra şəhərlərində qastrolda olub.
Hidrogen azid
Əsas təhlükələr Yüksək zəhərli, partlayıcı, reaktiv Hidrogen azid və ya azoimid kimi tanınan, HN3 kimyəvi formulu olan birləşmədir.[3] Otaq temperaturunda rəngsiz, uçucu və partlayıcı mayedir. Azot və hidrogenin birləşməsidir və buna görə də pniktogen hidridi adlanır. İlk dəfə 1890-cı ildə Teodor Kurtius tərəfindən alınmışdır.[4] Turşunun az tətbiqi var, lakin onun konjugat əsası, azid ionu xüsusi proseslərdə faydalıdır. Hidrogen azid digər mineral turşular kimi suda həll olur. Durulaşdırılmamış hidrogen azid təhlükəli partlayıcıdır[5], standart əmələ gəlmə entalpiyası ΔsHo (l, 298K) = +264 kCmol-1. [6] Durulaşdıqda, qaz və sulu məhlullar (<10%) təhlükəsiz hazırlana bilər, lakin dərhal istifadə edilməlidir; aşağı qaynama nöqtəsinə görə hidrogen azid buxarlanma və kondensasiya zamanı qatılaşır ki, partlamayan durulaşdırılmış məhlullar konteynerin və ya reaktorun yuxarı hissəsində partlaya bilən damcılar əmələ gətirə bilər.[7] [8] Mündəricat Turşu adətən natrium azid kimi bir azid duzunun turşulaşdırılması nəticəsində əmələ gəlir. Natrium azidin suda məhlulları azid duzu ilə tarazlıqda olan az miqdarda hidrogen aziddən ibarət olur, lakin daha güclü bir turşunun tətbiqi məhluldakı əsas qrupları hidrogen azid turşusuna çevirə bilər. Saf turşu sonradan son dərəcə partlayıcı və rəngsiz maye kimi fraksiyalı distillə ilə əldə edilə bilər.[2] NaN3 + HCl → HN3 + NaCl Həmçinin onun sulu məhlulu həll olmayan barium sulfatın əlavə olunması ilə əldə olunmuş barium azid məhlulunu duru sulfat turşusu ilə reaksiyası ilə də hazırlana bilər.[9] Hidrogen azid əvvəlcə hidrazinin nitrit turşusu ilə reaksiyasından alınmışdır: N2H4 + HNO2 → HN3 + 2 H2O Hidrazinium kationu [N2H5]+ ilə bu reaksiya aşağıdakı kimi yazılır: [N2H5]+ + HNO2 → HN3 + H2O + [H3O]+ Hidrogen peroksid, nitrosilxlorid, trixloramin və ya nitrit turşusu kimi digər oksidləşdirici maddələr də hidrazindən hidrogen azid almaq üçün istifadə edilə bilər.[10] Utilizasiyadan əvvəl məhv edilməsi Hidogen azid turşusu nitrit turşusu ilə reaksiyaya daxil olur: HN3 + HNO2 → N2O + N2 + H2O Bu reaksiya qeyri-adidir, ona görə ki, o, dörd müxtəlif oksidləşmə vəziyyətində azotlu birləşmələri əhatə edir.[11] Öz xüsusiyyətlərinə görə hidrogen azid turşusu halogen turşulara bənzəyir, çünki o, zəif həll olan (suda) qurğuşun, gümüş və civə (I) duzlarını əmələ gətirir. Metal duzların hamısı susuz formada kristallaşır və qızdırıldıqda parçalanır və təmiz metalın qalığı qalır.[2] O, zəif turşudur (pKa = 4,75.[6]) Onun ağır metal duzları partlayıcıdır və alkil yodidlərlə asanlıqla qarşılıqlı təsirdə olur. Daha ağır qələvi metalların (litium istisna olmaqla) və ya qələvi torpaq metallarının azidləri partlayıcı deyil, lakin qızdırıldıqda daha idarə olunan şəkildə parçalanır və spektroskopik cəhətdən təmiz N2 qazı alınır.[12] Hidrogen azid turşusunun məhlulları hidrogenin ayrılması və azidlər (əvvəllər azoimidlər və ya hidrazoatlar) adlanan duzların əmələ gəlməsi ilə bir çox metalı (məsələn, sink, dəmir) həll edir.
Migel Aziz
Migel Adedayo Aziz (22 sentyabr 2002, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Arsenal" klubundan icarə əsasında "Portsmut" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. Aziz futbolçu karyerasına 5 yaşı olarkən "Arsenal" akademiyasında başlamışdır. 24 sentyabr 2019-cu ildə Aziz klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, peşəkar karyerasında debütünü 10 dekabr 2020-ci ildə İrlandiya təmsilçisi olan "Dandolk" klubuna qarşı Avropa Liqası görüşündə etmişdir. O, 83-cü dəqiqədə Co Villokun əvəzinə meydana daxil olmuş və komandası rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. 30 avqust 2021-ci ildə Aziz Birinci Liqa təmsilçilərindən olan "Portsmut" klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. O, klub ilə debütünü 18 sentyabr 2021-ci ildə "Kembric Yunayted" klubuna qarşı liqa görüşündə etmişdir. Həmin görüşdə komandası rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. Aziz İngiltərədə anadan olmuşdur. Atası Nigeriya, anası isə İspaniya vətəndaşıdır.
Məmməd Alim
Məmməd Alim (d. 1949 – ö. 28 avqust 2014) — Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi, Rəsul Rza mükafatı laureatı. Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı. Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb.
Nazim Abbas
Nazim Hüseynqulu oğlu Abbasov (14 dekabr 1938, Lənkəran – 16 sentyabr 2000) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Nazim Abbas 1938-ci ildə Lənkəran şəhərində anadan olub. 1961-ci ildə ADTİ-nin (indiki ADMİU) teatr və kino fakültəsini, 1972-ci ildə LDTM və Kİ-nin televiziya rejissorluğu fakültəsini bitirmişdir. 1961-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində rejissor köməkçisi, rejissor assistenti, rejissor, baş rejissor işləyib. 1979–1991-ci illərdə "Bakı" televiziya stansiyasının direktoru və baş rejissoru olmuşdur. 1993–2000-ci illərdə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru olmuşdur. Yüzdən artıq televiziya filminə rejissorluq edib. Onun çəkdiyi filmlər Azərbaycan Televiziyasının qızıl fondunda qorunub saxlanılır. Nazim Abbas işlədiyi 37 il ərzində 5 bədii, 17 musiqili və 127 sənədli filmlərin rejissoru və bəzilərinin ssenari müəllifidir. Nazim Abbasın çəkdiyi 12 film mükafat və prizlərə layiq görülüb.
Nazim Abbasov
Nazim Abbasov (alim)
Nazim Abdullayev
Abdullayev Nazim Abdulla oğlu (23 oktyabr 1938, Bakı – 2 aprel 2017, Şamaxı) — Şamaxı şəhərində Mərkəzi Rayon Xəstəxanasının Sinir xəstəlikləri şöbəsinin müdiri (1984–2017) işləmişdir. Ali dərəcəli həkim (1994), "Sosialist yarışmasının qalibi" (1976 və 1978), "SSRİ Səhiyyə əlaçısı" döş nişanı (1977), "Şərəf nişanı" ordeni (1981), Azərbaycan Respublikasının "Əməkdar həkim" fəxri adı (2006) ilə təltif edilmişdir. Ömrünün ikinci yarısını Şamaxı şəhərində yaşamışdır. Məşhur həkim və xeyriyyəçi kimi tanınmışdır. Nazim Abdullayev 23 oktyabr 1938-ci ildə Bakı şəhərində Abdulla Abdullayevin və Rəhilə xanım Atamalıbəyovanın ailəsində anadan olmuşdur. Atası jurnalist olub. Nazim Abdullayev orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Tibb İnstitutunun Mualicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1956-cı ildə sərbəst güləş üzrə Bakı şəhəri birinciliyində gənclər arasında I yerə layiq görülmüşdür. 1957-ci ildə sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında III yerə layiq görülmüşdür. 1958-ci ildə Bakı şəhərində keçirilən sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında I yerə layiq görülmüşdür.
Nazim Axundov
Nazim Axundov (tam adı: Nazim Fərrux oğlu Axundov; d. 20 iyun 1924, Şuşa, Azərbaycan SSR, SSRİ - ö. 10 mart 1994, Bakı, Azərbaycan) — biblioqraf, ədəbiyyatşünas, 1953-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Filologiya elmlər doktoru (1967), professor (1970). Nazim Fərrux oğlu Axundov 1924-cü il iyun ayının 20-də Şuşa şəhərində müəllim və həkim ailəsində anadan olmuşdur. İbtidai təhsilini Tərtər rayonunun Qazax kəndində aldıqdan sonra 1937-ci ildə Bakı Pedaqoji Məktəbinin Filologiya fakültəsinə daxil olan N.Axundov 1940-cı ildə oranı bitirir. N.Axundov 1940-1944-cü illərdə kənd məktəblərində müəllimlik etməklə yanaşı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində təhsilini davam etdirir. 1945-ci ildə isə həmin institutun Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturasına daxil olur. 1948-ci ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin elmi şurasında N.Axundov "Molla Nəsrəddin jurnalının nəşri tarixinə aid tədqiqlər" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmlər namizədi adını alır. N.Axundov 1966-cı ildə "Azərbaycan satira jurnalları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1994-cü il martın 10-da Bakıda vəfat etmişdir.
Nazim Ağayev
Nazim Ağayev (müğənni) (1939—2018) — azərbaycanlı müğənni. Nazim Ağayev (alim) (1937—2015) — azərbaycanlı alim, texnika üzrə elmlər doktoru.
Nazim Bababəyli
Nazim Bababəyli Səfərəli oğlu (28 may 1953, Naxçıvan – 18 noyabr 2022) — Coğrafiya üzrə fəlsəfə elmlər doktoru, dosent, Naxçıvan MR Ali Məclisinin deputatı. N. S. Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1971–1975-ci illərdə ADPU-nun Coğrafiya fakültəsində təhsil alıb. 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasınin "Kaspi" mərkəzində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. Xarici ölkələrdə Rusiya, Türkiyə, İran, Gürcüstanda beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. 1977–1978-ci illərdə Moskva şəhərində SSRİ EA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1978–1990-cı illərdə Kosmik Tədqiqatlar Elm və İstehsalat Birliyində mühəndis, kiçik elmi işçi, elmi işçi, laboratoriya rəisi, Elmi-Texniki Kompleksin rəhbərinin müavini vəzifəsində çalışıb. 1990-cı ildən Milli Aerokosmik Agentliyin Naxçıvan şöbəsində rəis vəzifəsində çalışıb. 2004-cü ildə "Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, eyni zamanda 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olub. 2010-cu ildə Coğrafiya kafedrası üzrə dosent diplomu almışdır.
Nazim Babayev
Nazim Babayev (mühəndis) (1937–2014) — azərbaycanlı mühəndis. Nazim Babayev (hərbçi) (1975–1995) — azərbaycanlı əsgər, Azərbaycanın Milli Qəhrəmanı. Nazim Babayev (atlet) (1997) — azərbaycanlı atlet.
Nazim Belxoca
Nazim Beydiyev
Axım
Yağış və qar sularının su hövzələrinə və relyefin çökək yerlərinə axması: yer səthi ilə-səthi axım, torpağın altı ilə — yeraltı axım; müəyyən vaxt ərzində çay məcrası ilə axan suyun miqdan. Axımın istənilən ərazidə paylanmasını səciyyələndirmək üçün axım modulu və ya axımın layı izoxətt xəritələrindən istifadə olunur. Bu xəritələr çay hövzəsinin iqlim, coğrafi şəraitindən asılı olaraq tərtib edilir. Xəritələri tərtib etmək üçün əvvəlcədən toplanmış faktiki məlumatlar əsasında ayrı-ayrı çay hövzələri və onların hissələrinə aid axım normalarının qiymətləri hesablamr. Alınmış qiymətlər xəritə üzərində həmin ərazilərin ağırlıq mərkəzlərində qeyd edilir. Axım normasına dair eyni qiymətli nöqtələr səlis əyri ilə- izoxətlərlə birləşdirilir. Çay hövzəsinin səthindən vahid zamandakı axımın orta miqdarı, L (san-kv km) ilə ifadə olunur. Eroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı materialların axım modulu) 1 kv km sutoplayıcı sahədən axan sülb axının tonla miqdarıdır.
Azıx
Azıx (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd. Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən mağara. Azıxantrop — Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov tərəfindən 1968-ci ildə Azıx mağarasında alt çənə sümüyü kəşf edilmiş hominidlər fəsiləsinə aid növ.
Kazım
Kazım — Kişi adı.
Mazım
Mazım — Azərbaycanın Balakən rayonu ərazisində və Gürcüstanın ərazisində çay. Qanıx (Alazan) çayının qoludur. Mənbəyini Mxol Rosso dağının yamacından (2300 m. yüksəklikdən) alır. Üzərində SES qurulmuşdur. Bu çayın adı qədim gürcü mənbələrində Matsis tsxalı formasında qeyd olunmuşdur. Udinlər bu çayı Matsixe adlandırırlar. Tədqiqatçıların fikrincə, yerli azərbaycanlılar bu hidronimi Mazım kimi tələffüz etmişlər. Hidronim udin dilindəki matsı (ağ) və xe (çay) sözlərindən ibarət olub, "ağ çay" mənasındadır.
Adil Bağırov (alim)
Adil Bağırov — "Tərəqqi" medalı ilə təltif olunmuş alim, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktoru. Adil Bağırov 1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Cənubi Kaliforniya Universitetini bitirərək, beynəlxalq munasibətlər və biznesin təşkili ixtisasına yiyələnib. 2002-ci il noyabr ayında “Beynəlxalq münasibətlərin və dünya siyasətinin qloballaşmasında internet faktoru” mövzusuna dair dissertasiya müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsi alıb. 2011-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Rusiya-Amerika münasibətlərində və dünya siyasətində neft-qaz faktoru” mövzusunda dissertasiya müdafiə edib və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb. 2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xüsusi müşaviri və ABŞ-nin Numayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətçi olub. 2004-cu ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq İşlər üzrə vitse-prezidentidir. 2009-cu ildən ABŞ-də qeyri-hökumət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsisçisidir. 2007-ci ildən ABŞ Azərbaycanlılar Şəbəkəsi(USAN) qeyri-hökumət təşkilatının direktorudur. 2008-ci ildə isə ABŞ-Türkiyə Şəbəkəsi(USTN) qeyri-hökumət təşkilatının baş direktoru və həmtəsisçisidir.
Adil Məmmədov (alim)
Adil Əli oğlu Məmmədov (2 dekabr 1929, Ağdam – 21 dekabr 2016, Bakı) — Tarix elmləri doktoru, professor. Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov Adil Məmmədovun atası Əli Məmmədovun dayısıdır. Anası Fizzəxanım Qaryağdı dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı idi.[mənbə göstərin] Adil Məmmədovun ailəsi 1930-cu ildə Bakıya köçmüşdür. O, birinci sinfə 1937-ci ildə Bakı şəhəri 3 nömrəli orta məktəbə getmişdir. Əli Mirzə Mehdi bəy oğlu Məmmədov 1942-1945 illərdə hərbi səfərbərlikdə olduğu müddətdə ailəsi yenidən Ağdamda yaşamışdır. Adil Məmmədov Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailəsi yenidən Bakıya qayıtmışdır. Adil Məmmədov 1945-1947 illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947-1952 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Adil Məmmədov ali təhsilini başa vurduqdan sonra Respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir.
Kazım Abdullayev
Kazım Abdullayev (6 aprel 1953, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). Kazım Abdullayev 1974-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirmişdir. 1976-cı ilin yanvar ayından H. Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunub 1996-cı ilin yanvar ayına qədər orada çalışmışdır. Sumqayıt Dövlət Dram Teatrında oynadığı rollar bunlardır: (Cəfər Cabbarlı "Oqtay Eloğlu") Oqtay, (Hüseyn Cavid "Afət") Ərtoğrul, (Rüstəm İbrahimbəyov "Park") Marat, (Anar "Təhminə və Zaur") Muxtar, (Nazim Hikmət "Bayramın birinci günü") Şadi, (Nəriman Həsənzadə "Bütün şərq bilsin") Əzizbəyov, (Əkrəm Əylisli "Vəzifə") Nazim, (Rəşad Nuri Güntəkin "Müvəqqəti ər") Şərif, (Ş. Arif "Qınamayın məni") Kəlbi Kəhər, (O. Altunbay "Mehrişah") Altundaş, (Cəlil Məmmədquluzadə "Ölülər") Məşədi Oruc, Hacı Kərim, (R. Əlizadə "Doğmalar") Mehman, (A. Abdulin "13-cü sədr") Vəli Zakirov, (Cəfər Cabbarlı "Almaz") Fuad, (K. Kərimov "Çahargah fantaziyası") Teymur, (Çingiz Aytmatov "Əsrə bərabər gün") Əbutalib, (Abdulla Şaiq "Bir saatlıq xəlifə") Harun Ər-Rəşid, (G. Xuqayev "Varlı ev") Beçir, (Hüseyn Cavid "Uçurum") Cəlal, (Anar "Adamın adamı")Fağır Bağır, (C. Yusifzadə "Səhər qatarı") Manaf, (G. Bokarev "Poladəridənlər") Usta Valeri, (Nəbi Xəzri "Dağlar və dalğalar") Xəzər, və sairə. 1996–2004-cü illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. Bu teatrında oynadığı rollar:(Nəriman Nərimanov "Nadir şah") Şah Təhmaz, (Altay Məmmədov "Dəli Domrul") Dəli Dondar, (J. Anuy "Medeya") Yazon, (O. Altunbay "Tomris") Kir, (Cəfər Cabbarlı "Dönüş") Mirzə Camal, (Cəlil Məmmədquluzadə "Ölülər") Şeyx Əhməd, (Nazim Hikmət "Domoklun qılıncı") Aptekçi, (Süleyman Rəşidi "Mənim Ərdəbilim") Nadir, (Ə. Pəhləvan "İnsan və İblis") Şair, (Nigar Rəfibəyli "Natəvan") Şair və s. 2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının artist heyətinə qəbul edilən Kazım Abdullayev aşağıdakı rollar oynayıb: Hacı Bəxşəli (Cəlil Məmmədquluzadə, "Ölülər"), Aleksas (Nazim Hikmət, Uilyam Şekspir, Məmməd Səid Ordubadi, "Misir gecələri"), Şəmistan ağa (İsmayıl Şıxlı, "Ölüləri qəbiristanlıqda basdırın"), Fətulla bəy (Əli Əmirli, "Mesenat"), Nostradamus (Ramiz Novruz, "Hələ sevirəm deməmişdilər"), İkinci Rəşad (Bəxtiyar Vahabzadə, "İkinci səs"), Sultanəli (Mir Cəlal, "Dirilən adam"), Əkbər (Abdulla Şaiq, "Eloğlu"), İbrahim xan (İlyas Əfəndiyev, "Hökmdar və qızı"), Murtuza Muxtarov (Əli Əmirli, "Mesenat"), şair Kirmani ("Əmir Teymur", Hüseyn Cavid), Aqostino ("Silindr", Eduardo de Filippo), Hacı Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), İbad ("Almaz", Cəfər Cabbarlı), Toğrul ("Qətibə İnanc", Məmməd Səid Ordubadi). Aktyor bir çox filmlərə də çəkilmişdir: "Arvadım mənim, uşaqlarım mənim" adlı filmdə Şamil, "İsmayıl bəyin mücrüsü"ndə Ata, "Qorxma, mən səninləyəm"də Məmməd, "Atları yəhərləyin"də Qurd Kərim, "Alman klinikasına şəxsi səfər"də Qafarov, "Yük"də aktyor, "Sonuncu döyüş"də Polis mayoru və sairə… 2002-ci ildə K. Abdullayev Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Kazım Ayvaz
Kazım Ayvaz (türk. Kazım Ayvaz; 10 mart 1938, Rizə, Rizə ili – 19 yanvar 2020, İsveç) — Türkiyə güləşçisi (yunan-roma güləşi), Olimpiya çempionu, iki qat dünya çempionu. Rizə yaxınlığındakı Çataldere kəndində anadan olub. 1953-cü ildə İstanbulda güləşlə məşğul olmağa başladı. 1957-ci ildə Adriatik Kubokunda "bürünc" qazanaraq beynəlxalq aləmdə ilk debütünü etdi. 1958-ci ildə dünya çempionu adını qazandı. 1959-cu ildə Balkanlar çempionatda "qızıl" qazandı, 1960-cı ildə isə ikinci oldu. 1960-cı ildə Romada keçirilən Yay Olimpiya Oyunlarında 79 kiloqram çəki dərəcəsində (orta çəki) mübarizə aparırdı. İlkin olaraq yarışda 24 nəfər güləşçi mübarizə aparırdı. Dördüncü turdan sonra Kazım Ayvaz digər iki iştirakçı ilə birinci yeri bölüşdürürdü.
Kazım Böyükkişiyev
Kazım Can
Kazım Daşı
Kazım Daşı adası — Urmiya gölünün şimal-qərb sahillərinə yaxın ərazidə yerləşən ada. İnzibati cəhətdən isə İrannın Qərbi Azərbaycan ostanı, Urmiya şəhristanı, Ənzəl bəxşı ərazisinə daxildir. Ada məskunlaşma yoxdur. Dəniz səviyyəsindən 1,449 m yüksəklikdə qərarlaşır. Son on illiklər ərzində Urmiya gölünün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Adada tarixi Göyərçinqala qəsri yerləşir. Bu qala tarixən xalqın əsas pənah yerlərindən olmuş və xalq hücumlar zamanı burada yerləşmişdir. Çingiz xanın (1206–1227) nəvəsi və Elxanilər dövlətinin qurucusu, Hülakü xan (1256–1265) 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədiylə qardaşı Mengü xan (1251–1259) tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edildi. 1258-ci ildə Hülakü xan (1256–1265) Bağdadı fəth edərək Abbasilər xilafətinə son qoydu. O Bağdadın fəthindən əldə edilən qənimətləri Azərbaycana gətirdi.
Kazım Dirik
Mehmet Kazım Dirik (dekabr 1881, Bitola – 3 iyul 1941, Ədirnə, Ədirnə ili) — türk əsgəri və siyasətçisi. Atası Salonikidən olan Mülazım Həsən Tahsin bəydir. Kiçik yaşlarında valideynlərini itirdi. 1897-ci ildə Manastır Hərbi Liseyinə daxil oldu. 1899-cu ildə Hərbi Akademiyanı bitirib Piyada leytenantı oldu. 1900-cü ildə Debre Valiliyi və Redif Kontinental Komandanlığında hərbi katib vəzifəsində çalışmağa başladı. 1904-cü ildə Şkodra Qubernatoru və Komandiri Filibəli Saleh Paşanın köməkçisi və Mühimmə katibi vəzifəsinə təyin edildi. 1906-cı ildə Osmanlı İmperatorluğunun qərb sərhədindəki son bölgə olan Şkodra vilayətinin Tuz bölgəsinə rayon valisi vəzifəsinə təyin edildi. 1912-ci ildə Hərbi Məktəbdən məzun oldu və heyət kapitanı oldu. Birinci Dünya Müharibəsində Çanaqqala və Suriya cəbhələrində vuruşdu.
Kazım Hüseynov
Hüseynov Kazım Yusif oğlu (15 may 1914, Bakı – 3 oktyabr 1993, Bakı) — Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (1944). Kazım Hüseynov 1914-cü il may ayının 15-də Bakıda anadan olub. Tetar fəaliyyətinə Azərbaycan Akademik Milli Dram Teatrında kiçik rollarla başlayıb. 1936-cı ildən həyatını Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə bağlayıb. Kazım Hüseynov Naxçıvan teatrının səhnəsində Şeyx Mərvan, Keykavus ("Şeyx Sənan", "Səyavuş" H. Cavid ), Şahbaz bəy ("Eşq və intiqam", S.S. Axundov), Pristav ("Qatır Məmməd" Z. Xəlil), Möhnət ("Məhsəti" K.Ağayeva), Dəmirçi ("Toy" S. Rəhman), Səlim bəy ("Qaçaq Nəbi", S. Rüstəm), Cavad ("Nadir şah", N. Nərimanov), Hacı Baxşəli ağa ("Ölülər", C.Məmmədquluzadə) və başqa uğurlu rollar yaradıb. K. Hüseynovun Səməd Vurğunun "Vaqif" dramında yaratdığı Qacar obrazı onu Azərbaycan teatr tarixində bu rolun bənzərsiz ifaçısı kimi tanıdıb. Onun Naxçıvan teatrının səhnəsində oynadığı rollar dolğunluğu, kamilliyi ilə yaddaşlarda yaşamaqdadır. 1944-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layıq görülüb. Bütün həyatını Naxçıvan teatrının inkişafına həsr edən Kazım Hüseynov 1993-cü il oktyabrın 3-də Bakı şəhərində vəfat edib.
Akif Rüstəmov (alim)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.