Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azər
Azər (ay)
Alpay Azər
Alpay Azər oğlu Əhmədov və ya Alpay Azər (6 oktyabr 1974, Bakı) — Azərbaycanlı yazıçı. == Həyatı == Alpay Azər 6 oktyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə 159 saylı Bakı şəhər tam orta məktəbində və H. Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər liseyində təhsil alıb. 1993–1999-cu illərdə Sankt-Peterburq Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsində oxuyub. 1999–2001-ci illərdə həmin universitetin "Beynəlxalq münasibətlər" fakültəsinin aspirantı olub. Tarix üzrə fəlsəfə doktorudur. Hazırda Bakı Slavyan Universitetində dosent kimi pedaqoji fəaliyyətini davam etdirir. Mərhum yazıçı Azər Abdullanın oğludur. Evlidir, iki övladı var. == Fəaliyyəti == 2010-cu ildən Alpay Azər imzası ilə mətbuatda dərc olunmağa başlayıb.
Azər Qasımov
Azər Qasımov (siyasətçi) — Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi. Azər Qasımov (kimyaçı) — Azərbaycan alimi. Azər Qasımov (hərbçi) — Azərbaycan zabiti. Azər Qasımov (şəhid) — Azərbaycanlı şəhid.
Azər Qasımzadə
Azər Qasımzadə (siyasətçi) — Azərbaycan Dirçəliş Partiyasının yaradıcısı. Azər Qasımzadə (mühəndis) — Texnika elmləri doktoru, professor.
Azər Qocayev
Azər Bəhlul oğlu Qocayev (7 sentyabr 1985, Sumqayıt) — Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı (13.05.2020), Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Azər Qocayev 7 sentyabr 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir. 2007–2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 2009-cu ildə "Azərenerji" ASC-nin "Sumqayıt elektrik şəbəkə" ASC-də nəzarətçi kimi başlayıb. 2010–2015-ci illər ərzində "Azərenerji" ASC"-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb. 2015–2017-ci illər ərzində "Azərişıq" ASC-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb. 2017–2018-ci illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin rəis müavini kimi fəaliyyət göstərib. 2018–2019-cu illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb.
Azər Quliyev
Azər Barat oğlu Quliyev (d. 12 yanvar 1960) — Azərbaycan kino prodüseri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2008) == Həyatı == Azər Quliyev 12 yanvar 1960-cı ildə Bakı şəhərində anadan olub. 1981–1985-ci illərdə Moskvanın kinematoqrafiya İnstitutunun kino istehsalının təşkilatı fakültəsini bitirib. == Fəaliyyəti == 1985-ci ildən 2002-ci ilə qədər "Azərbaycanfilm" kinostudiyasında baş iqtisadçı, 2002-ci ildən isə kinostudiyanın istehsalat və maliyyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Bu illər ərzində "Qəzəlxan" (1993), "Qəm pəncərəsi" (1986) və "Cavad xan" (2009) mürəkkəb quruluşlu tarixi filmlərdə, xarici ölkələrlə müştərək istehsalı olan "Üç qız" (2006), "Salandar"(1995) və "Ondan yaxşı qardaş yox idi" (2010), dərin psixoloji xarakterli "Başqa dünya" (1992) "Ata" (1988) və "Süd dişinin ağrısı" (1987) və müasir problemlərə həsr olunmuş "Qala" (2008), "Buta" (2010) və "Çölçü" (2011) filmlərində icraçı prodüser kimi fəaliyyət göstərmişdir. Azər Quliyev bir çox filmlərin prodüseri, bəzi film layihələrinin müəllifi və rəhbəridir. Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş və o, 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == İnzibatçı kimi Qəm pəncərəsi (film, 1986) (tammetrajlı bədii film) Qardaşımdan yaxşısı yox idi (film, 2010) (tammetrajlı bədii film) Film direktoru kimi Süd dişinin ağrısı (film, 1987) (tammetrajlı bədii film) Qətl günü (film, 1990) (tammetrajlı bədii film) Qəzəlxan (film, 1991) (tammetrajlı bədii film) Ləqəbi "İKA"dır (tammetrajlı bədii film) İcraçı prodüser kimi Dağıdılmış körpülər (film, 1996) (tammetrajlı bədii film) Güllələnmə təxirə salınır!...
Azər Qurbanov
Azər Qurbanov (1955, Balakən – dekabr 2023, ABŞ) — Azərbaycan aktyoru. == Həyatı == Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Əslən Gəncə şəhərindən idi. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində alıb. Daha sonra Konservatoriyanın Vokal fakültəsini bitirib. O, 7 yaşında "Bir məhəllədən iki nəfər" filmində debüt edib. Daha sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb. Ona ən böyük uğuru "Sehrli xalat" filmindəki Pioner Rəşid obrazı gətirib. Azər Qurbanov "Odessa" kinostudiyasının istehsalı olan "Göy quş", "Hakim", "Əcnəbi Qadın", "Külək" filmlərində də çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.
Azər Qəribov
Azər Qəribov və ya Azər Qərib — Azərbaycan jurnalisti, blogger, səyyah. == Həyatı == 22 may 1961-ci il tarixində, Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhər 134 saylı orta məktəbində təhsilinə başlamış, 1978-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. 1983–1986 illərdə "Azneft" şirkətinin xarici əlaqələr departamentində çalışmış, 1986–1988 illərdə hərbi xidmətdə olmuşdur. 1988–1990 illərdə Daxili İşlər Nazirliyində işləmiş, lakin sovet ordusunun 20 yanvar təcavüzünə qarşı çıxdığına görə DİN-nin o vaxtki rəhbərliyinin göstərişi ilə bu strukturdan xaric edilmişdir. 1990-cı ildən bizneslə məşqul olmuş, 1999–2003 illərdə Böyük Britaniyanın "Inter Logistic" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur. 2003-cü ildə biznes sahəsini tərk etmiş və televiziya fəaliyəti ilə məşqul olmuşdur.Azərbaycanın bir çox tanınmış telekanalları ilə əməkdaşlıq etmişdir. Onun hazırladığı "Qərib Azər" adlı səyahət verilişi ilk dəfə 9 mart 2003-cü ildə efirə çıxmış, bu gün isə "Oralar" adı ilə AzTV kanalında hər bazar günü yayımlanmaqdadır. Azər Qəribov 2020-di ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvi, H.B. Zərdabı Mükafatının laureatıdır.
Azər Rzayev
Azər Hüseyn oğlu Rzayev (15 iyul 1930, Bakı – 14 dekabr 2015, Bakı) — Azərbaycan bəstəkarı, professor (1977), Azərbaycan SSR xalq artisti (1990), "Şöhrət" ordeni (2000), "Humay" mükafatı (2002) laureatı. == Həyatı == Azər Rzayev 15 iyul 1930-cu ildə Bakı şəhərində Hüseyn Rzayevin və Azərbaycanda Ərəbzəngi rolunun ilk qadın ifaçısı, məşhur opera müğənnisi Həqiqət Rzayevanın ailəsində dünyaya göz açıb. İlk təhsilini Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor Semyon Bretanitskinin sinfində və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində almışdır. Daha sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək 1953-cü ildə oranı 2 ixtisas üzrə — bəstəkarlıq üzrə professor B. Zeydmanın və skripka üzrə professor A. Amitonun sinfini bitirmişdir. 1953-cü ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster – müşayətçi kimi fəaliyyətə başlayıb. Azər Rzayev 14 dekabr 2015-ci ildə Bakı şəhərində dünyasını dəyişib. == Yaradıcılığı == A. Rzayev bir bəstəkar kimi ilk dəfə skripka ilə simfonik orkestr üçün 1 saylı Konserti ilə tanınmışdır. Bəstəkar bu əsərə görə 1955-ci ildə Varşavada keçirilən bəstəkarların Beynəlxalq Müsabiqəsində laureat adına layiq görülmüşdür. 1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuş, həmçinin 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim və nəhayət professor kimi fəaliyyət göstərmiş, Radio və Televiziya komitəsində səs rejissoru (1958–1960), M. Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər (1965), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru (1972–1987) olmuşdur. Yaradıcılıq fəaliyyətində Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gənclərinin I və II festivallarında həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görülüb.
Azər Rzazadə
Azər Rzazadə, bəzən Azər Zadə kimi qeyd olunur — Azərbaycan opera müğənnisi. O, La Skala Vokal Akademiyasına qəbul olunan ilk azərbaycanlıdır. Müğənni Zaur Rzayevin oğludur. == Xatirəsi == 2014-cü ildə İctimai televiziyada istehsal edilmiş Azər Rzazadə. Zirvəyə aparan yol adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
Azər Salahlı
Azər Salahlı (11 aprel 1994, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın və Azərbaycan milli futbol komandasının müdafiəçisi və yarımmüdafiəçisi. == Karyerası == Azərbaycan Premyer Liqasında "Keşlə"nin heyətində 17 may 2014-cü ildə "Şüvəlan"la oyunda debüt edib. [mənbə göstərin] == Milli komanda karyerası == Milli komandada debütünü 10 oktyabr 2020-ci ildə Millətlər Liqasının Monteneqro ilə oyununda edib.
Azər Salmanov
Azər Vəfadar oğlu Salmanov (29 aprel 1991; Saray, Abşeron rayonu, Azərbaycan — 28 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Azər Salmanov 29 aprel 1991-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində Vəfadar Salmanovun və Zahidə Salmanovanın ailəsində anadan olmuşdur. Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbdə natamam orta təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra sürücü olaraq çalışmışdır. Ailəli idi. == Hərbi xidməti == Azər Salmanov 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azər Salmanov səfərbər olunmuşdur. 5 oktyabr 2020-ci ildə Qubadlıya döyüşlərdə iştirak etmək üçün göndərilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Azər Salmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir.
Azər Zahid
Azər Zahid (16 dekabr 1980, Bakı) — televiziya aparıcısı ve media rəhbəri. == Həyatı == Azər Zahid İsmayilov 1980 ci ildə dekabr ayının 16 – da anadan olub. Binəqədi rayonunda yerləşən 244 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra , 1997 ci ildə Azərbaycan Texniki Universitetinin Rabitə və Telekommunikasiya fakultəsinə daxil olub. 2001 ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 1 ay müddətində hərbi təlimləri mənimsəyərək uğurla imtahandan keçərək Hərbi Leytenant rütbəsinə yiyələnmişdir . 2001 ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətə çağırılmışdır. 2001 ci ildən 2004 ci ilə kimi Zabit rütbəsi vəsifəsində çalışmışdır. Ailəlidir, bir qız övladı var. == Fəaliyyəti == 2004 cü ildə özəl telekanallardan birində ANS televiziyasında radioda fəaliyyətə balamış , 2005 ci ildən isə adı çəkilən telekanalda tv proqramda canlı yayıma çıxmaqla gənclər üçün proqram hazırlayır. X-missiya , X-dans , X-xəbər proqramlarının müəllifi və rəhbəri olur. 2006 ci ildə Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə keçirilən Var gücü ilə adlı telelayihədə 1- ci yerə layiq görülüb.
Azər Zeynalov
Azər Zeynalov (müğənni) — opera müğənnisi, professor, Azərbaycan Respublikasının və Dağıstan Respublikasının xalq artisti. Azər Zeynalov (siyasətçi) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvəqqəti sədri, sədrin birinci müavini və deputatı.
Azər İmaməliyev
Məşədi Azər Hacı Məcid oğlu İmaməliyev — şair, qəzəlxan. == Həyatı == XX əsrin əvvəllərindən ədəbiyyatımızda qəzəl janrını inkişaf etdirən şairlərdən biri də Məşədi Azər Hacı Məcid oğlu İmaməliyevdir. 1870-ci ildə təsis olunmuş, Bakı ədəbi mühitinin görkəmli şeir ustadlarını öz ətrafında toplayan "Məcməüş-şüəra" ədəbi məclisinin nüfuzlu üzvlərindən olan Məşədi Azərin əsl adı Xosrov olub. 15 yaşında ikən "Azər" təxəllüsü ilə şeirlər yazmağa başlayan Xosrov İmaməliyev elə o vaxtlardan ədəbi dairələrin diqqətini cəlb etməyə başlayıb. Şərq ədəbiyyatı ilə bərabər, Şərq dillərinin də gözəl bilicisi olan A.Buzovnalı ana dili ilə yanaşı, mükəmməl bildiyi fars, özbək dillərində də şeirlər yazıb. Tədqiqatçı Ağarəfi Zeynalov qeyd edir ki, "şair azəri türkcəsindəki qəzəllərində "Azər", farsca qəzəllərində "Rüfət", satiralarında "Azər-Əyyar", mərsiyələrində isə "Xosrov" təxəllüsləri ilə çıxış edib ki, sonuncu təxəllüs özünün adıdır. Bakı şairlərini bir araya gətirən "Məcməüş-şüəra"da tez-tez çıxış edən A.Buzovnalı sonralar onun rəhbəri də olub, bu müddət ərzində bir çox gənc şairin yetişməsində, ədəbi aləmdə tanınmasında böyük rol oynayıb. İlk dəfə Azər Buzovnalını ədəbi aləmə tanıdan məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub. Məhz onun göstərişi və maddi köməyi ilə Məhəmməd Əmin Rəsulzadə "Açıq söz" qəzetinin mətbəəsində şairin "Həmvətənlərimə" adlı 800 beytlik mənzuməsini nəşr etdirib. 1970-ci ildə görkəmli Azərbaycan şairi, xalqını, vətənini sevən R.Rza redaktoru olduğu "Azərbaycan Sovet Ensiklopediyası"nın I cildində şairin tərcümeyi-halını dərc etdirməklə onu elmi ədəbiyyata yenidən təqdim edib.
Azər İsayev
Azər Şabanov
Azər Şabanov (23 fevral 1973, Qax) — azərbaycanlı aktyor, televiziya aparıcısı. == Həyatı == Şabanov Azər Abdusalam oğlu 1973-cü ildə Qax şəhərində anadan olub. Uşaqlıqdan aktyorluğa meyl göstərən Azər, ailədə bu sənəti seçən yeganə adam olduğunu bildirir. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Aktyor 2 dəfə ailə həyatı qurub. Uğursuz olan birinci evliliyindən, Cavidan adlı gənc oğlu var. İkinci evliliyindəndə Ərcan adlı oğlu var. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Televiziya fəaliyyəti == Lider TV-də Teletime verilişi ilə məşhurlaşan aktyor Milyonçu verlişində aparıcılığını etmişdi. Azər Axşam həmçinin ATV və Xəzər TV-də də işləyib.
Azər Şükürov
Azər Cahid oğlu Şükürov (11 fevral 1994; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Şükürov 11 fevral 1994-cu ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2002-ci ildə Əli Rüstəmov adına Birinci Şahsevən kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə həmin məktəbdən məzun olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyət göstərmiş, Beyləqanda yerləşən “CTS AQRO” MMC pambıq istehsalı və emalı zavodunda traktorçu kimi çalışmışdır. Ailəlidi 2 oğlu var. == Hərbi xidməti == Azər Şükürov 2014-cü ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmət etmişdir. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azər Şükürov səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəyə çağırılmışdır.
Azər Şəmilov
Azər Elyas oğlu Şəmilov (13 avqust 1971, Qapanlı, Mirbəşir rayonu – 14 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı və hərbi tibb qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1978–1986-cı illərdə Soyulan kənd tam orta məktəbində, 1986–1988-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə təhsil alıb. 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) müalicə işi ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == 1988–1990-cı illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşıb. Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Azər Şəmilov oktyabrın 14-də Madagizin azad edilməsi zamanı şəhid olub.
Azər Əfəndiyev
Azər Əfəndiyev (Əfəndiyev Azər Həmid oğlu; d. 16 may 1947. Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya alimi, Fəlsəfə elmləri doktoru, professor. MTU AİM‑in ordinar professoru. MTU AİM‑in menecment fakültəsinin şirkətin sosial təşkili araşdırmalar Mərkəzinin direktoru. == Həyatı == Əfəndiyev Azər Həmid oğlu 1947-ci il mayın 16-da Bakıda anadan olub. 1969-cu ildə V.İ.Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. SSRİ EA-nın Fəlsəfə İnstitutunda namizədlik dissertasiyasını, 1992-ci ildə isə “Şəxsiyyətin formalaşması: sosiologiya nəzəriyyəsinin əsas prinsipləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1999-cu ildən A.Əfəndiyev Milli Tədqiqat Universitetinin “Ali İqtisad Məktəbi”nin (MTU AİM) menecment fakültəsində çalışır. 2003-2009-cu illərdə həmin fakültənin dekanı olub.
Azər Əhmədov
Azər Əhmədov (riyaziyyatçı) —
Azər Əliyev
Azər Əliyev (futbolçu) — Azərbaycanlı futbolçu. Azər Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Vətən müharibəsi şəhidi. Azər Əliyev (əsgər, 2001) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Azər Əliyev (rəssam) — Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti.
Azər Ələkbərov
Azər Ələkbərov (tam adı: Azər Nəsib oğlu Ələkbərov; 9 avqust 1967, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1967-ci il avqustun 8-i Bakıda anadan olmuşdur. 172 nömrəli orta məktəbi bitirmiş, daha sonra isə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuşdur. Şəhidlik ərəfəsində III kurs tələbəsi idi. Azər bədii fəaliyyətlə də məşğul olmuşdur. Qısa heykələrindən Bahar sevinci və Yol ayrıcında hekayələri məlumdur. Subay idi. Ailənin yeganə oğlu idi. == Qanlı Yanvar faciəsi == Boynundan aldığı küt güllə yarasından həlak olmuşdur. Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azər Əmiraslanov
Azər Kamal oğlu Əmiraslanov (19 iyul 1971, Bakı) – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri, 1-ci dərəcə dövlət müşaviri == Həyatı == Azər Əmiraslanov 19 iyul 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Borçalı mahalındandır. 1978–1988-ci illərdə Bakı şəhəri 158 saylı tam orta məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olmuş, 1993-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına qəbul edilmişdir. == Əmək fəaliyyəti == 1993–1994-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında və Səhmdar-Kommersiya Aqrar-Sənaye Bankında aparıcı iqtisadçı, 1994–1998-ci illərdə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində böyük məsləhətçi, 1998–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İqtisadi siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır. 2001–2003-cü illərdə İqtisadi Təhlil və Konsaltinq Mərkəzinin direktoru, 2003–2004-cü illərdə Almaniya Texniki Əməkdaşlıq Agentliyində (GTZ) makroiqtisadi məsələlər üzrə baş iqtisadçı, 2004–2005-ci illərdə "Ata Holdinq" Şirkətlər Qrupunda İdarə heyətinin üzvü, Strategiya və Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışmışdır. 2005–2008-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvü təyin edilmiş və 2007–2008-ci illərdə Şuranın üzvü kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə, 2017-ci il 31 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi — şöbə müdiri vəzifəsinə təyin edilmiş, 29 noyabr 2019-cu il tarixədək bu vəzifədə çalışmışdır. Azərbaycan Respublikasının Baş Nazirinin 2019-cu il 4 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Azər Əsgərov
Azər Əhməd oğlu Əsgərov (29 fevral 1984, Bakı) — Azərbaycanlı bəstəkar və səs rejissoru == Həyatı == Azər Əhməd oğlu Əsgərov (Hacıəsgərli) 1984-cü il fevralın 29-da Bakı şəhərində anadan olub. 1990–2000-ci illər orta məktəbdə oxuyub. 1996–2005-ci illərdə 21 saylı Rastropoviçlər adına musiqi məktəbinin skripka sinfində təhsil alıb. 2000–2004-cü illərdə Bakı Mühəndislik Universitetinin "İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi" fakültəsini bitirib. 2005-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə (Xəyyam Mirzəzadənin sinfi) daxil olub. 2009-cu ildə təhsilini Ceyhun Allahverdiyevin sinfində bitirib. Aydın Əzimovun sinfində bəstəkarlıq fakültəsinin magistr pilləsində təhsil alıb (2009–2012). 2010–2011-ci illərdə Rusiyada Sankt-Peterburq Kino və Televiziya Akademiyasında(ГуКиТ.С.П) ixtisas artırma institutunda səs rejissorluğu fakültəsində təhsil alıb. Şair, nasir, mərhum Tofiq Mahmudun nəvəsi, şair İbrahim Göyçaylının qardaşı oğludur. == Fəaliyyəti == Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında filmlərə musiqi yazmışdır.
Lazer
Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil.
Mazer
Mazer — kvant generatorları. Lazerdən fərqli olaraq, mazer sözünün birinci hərfi microwave, yəni mikrodalğa sözünün birinci hərfidir. (NH3) ammiak molekullarından təşkil olunmuş fəal mühitdə işləyən kvant generatorlarını ilk dəfə 1954‐cü ildə rus alimləri N.Q.Basov, A.M.Proxorov və onlardan asılı olmayaraq ABŞ alimi Ç.Tauns ixtira etmişdi. Ammiak əsasında mazerlər hal‐hazırda da istifadə edilir. Mazerlərin iş prinsipi lazerlərə oxşardır. Əsas proses – həyəcanlanmış molekulların məcburi şüalanmasıdır.
Paper
Paper (azərb. Kağız‎) — İslandiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnını ifa edən müğənni Svala eyni zamanda mahnının island dilində olan versiyasını da ("Ég veit það") təqdim etmişdir. Mahnı Svala, Svalanın həyat yoldaşı Einar Eqilsson və eyni zamanda Lester Mendes, Lili Elise tərəfindən bəstələnmişdir.
Panzer IX/Panzer X
Panzerkampfwagen IX və Panzerkampfwagen X, Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Panzerkampfwagen Zirehli sinfində müasir tanklar hazırlamağı hədəfləyən lakin yalnız nəzəri olaraq qalan, bir layihədir. 1946-1947-ci illərdə istismara verilməsi planlaşdırılan texnikalar müharibəyə çatdırıla bilinmədi. Texnikalar yalnız proyekt kimi qalmışdır. İki layihə ilə də əlaqədar olan heç bir layihə tapılmamışdır. PzKpfw X Maus tankından daha geniş, lakin daha balaca idi. Tankın əsas silahı kimi 88mm-lik və ya 128 mm-lik top nəzərdə tutulmuşdur. Hər iki dizaynda da çox böyük dəyişikliklər həyata keçirilmişdir. Bu dəyişikliklər bu gün belə istifadə olunur.
Panzer I
Panzerkampfwagen (qısaldılmış: Pz. Kpfw. I) və ya Panzer I — 1930-cu illərdə alman yüngül tankı. == Tarixi == Birinci Dünya müharibəsi başa çatdıqdan sonra ilk alman seriyalı tankı olan Pz. Kpfw. I 1930–1934-cü illərdə Krupp və Daimler-Benz şirkətləri tərəfindən hazırlanmışdır. 1934-cü ildən 1937-ci ilədək ümumilikdə bu tip 1574 tank istehsal edilmişdir. 1930-cu illərin ikinci yarısında Pz. Kpfw. I yeni yaradılmış alman zirehli qüvvələrin əsasını təşkil etmiş və 1937-ci ilə qədər daha qabaqcıl tankların kütləvi istehsalı başlandıqda da bu rolda qalmışdır.
Panzer II
Panzerkampfwagen II (Zirehli döyüş tankı), alman istehsalı, II Dünya Müharibəsində istifadə olunan yüngül tank. 1934-cü ildə hazırlanmışdır. 1943-cü ilə qədər müxtəlif modifikasiyalarda istehsal edilmişdir. II Dünya Müharibəsinin əvvəllərində bu cür tanklar Vermaxt-ın tank donanmasının yüzdə 38-ni təşkil edirdi. == İnkişafı == 1934-cü ildə Panzer III və Panzer IV orta tanklarının dizaynında və istehsalında gecikmələr özünü göstərməyə başladı. Panzer I-nin zirehləri məğlub edəcək bir silahı yox idi və bu səbəbdən düşmən tanklarına qarşı uğur qazanma şansı yox idi. Dayanacaqlı bir tankın dizaynı Krupp, MAN, Henschel və Daimler-Benz-dən istənildi. Panzer II-də dizayn işləri 27 yanvar 1934-cü ildə başlad. İlk eksperimental model 1935-ci ilin fevralında hazır oldu. Son dizayn Panzer I-yə əsaslanırdı, lakin daha böyük və 20 mm-lik bir tank əleyhinə silahı quraşdıran bir qüllə ilə.
Panzer III
Panzerkampfwagen III, ümumiyyətlə Panzer III olaraq bilinir, 1930-cu illərdə Almaniya tərəfindən inkişaf etdirilən orta tank idi və II Dünya Müharibəsində geniş istifadə edilmişdir. Rəsmi Alman ordu təyinatı - Sd.Kfz141 idi. Digər zirehli döyüş maşınlarına qarşı döyüşmək, piyadalara dəstək və oxşar Panzer IV-lə yanaşı xidmət etmək üçün nəzərdə tutulmuşdu. Bununla birlikdə, Almanlar qorxunc T-34 ilə qarşılaşdıqları üçün daha güclü tank əleyhinə silahlara ehtiyac duyulurdu və Panzer IV daha böyük bir taret halqası ilə daha çox inkişaf potensialına sahib olduğundan, uzun lüləli 7,5 sm KwK 40 silahını quraşdırmaq üçün yenidən dizayn edilmişdi . Panzer III, 1942-ci ildən etibarən Panzer III-ün son versiyasında piyada dəstəyi üçün daha uyğun olan 7,5 sm KwK 37 L / 24'ü quraşdırdığından Panzer IV ilə təsirli bir şəkildə rol dəyişdirdi. Panzer III-in istehsalı 1943-cü ildə dayandırıldı. Buna baxmayaraq, Panzer III-ün bacarıqlı şassisi müharibənin sonuna qədər Sturmgeschütz III hücum silahı üçün gövdələr təmin etdi. == İnkişafı tarixi == === Arxa plan === Daimler-Benz, Krupp, MAN və Rheinmetall şirkətləri prototipləri istehsal etdilər. Bunların sınağı 1936 və 1937-ci illərdə baş verdi və nəticədə istehsal üçün Daimler-Benz dizaynı seçildi. Panzer III-in ilk modeli Ausführung A. (Ausf.
Panzer IV
Panzerkampfwagen IV, kimi tanınan tank, Nasist Almaniyası tərəfindən 1930-cu ilin sonlarında düzəldilməyə başlandı. İkinci dünya müharibəsində ən çox istifadə olunan tanklardan biridir. Əvvəllər Piyadaya dəstək məqsədi ilə istehsal olunan tank, sonralar Panzer III tankının şərq cəbhəsində T-34 tanklarına qarşı heç bir şansı olmamasından Panzer IV tankına daha böyük toplar taxılaraq, Şərq cəbhəsində tanklara qarşı istifadə olundu. Amma bu müvəqqəti olduğundan Almanlar Panther tankını istehsal etməyə başladılar. == Dizayn == Panzer IV tankını 1936-cı ildə tanınmış alman general Heinz-Guderian dizayn etmişdir. Piyadalara dəstək məqsədi ilə dizayn olunan tank, digər tanklara qarşı çox effektiv idi. 1941-də qarşısına ilk dəfə çıxan T-34 tankına qarşı effektivliyi azaldı. MAN, Krupp və Rheinmetall-Borsig şirkətləri öz konstruksiyalarını iləri sürdü. Ancaq istehsalın daha effektiv olması üçün Krupp dizaynı seçildi. Nəticədə, Krupp şirkətinə istehsal üçün tapşırıq verildi.
Lazer diodu
Lazer diodu — Lazer İngilis dilində ing. Light amplification by stimulated Emission of Radiation (stimullaşdırılmış şua emissiyası ilə işıq gücləndirilməsi) cümləsindəki sözlərin baş hərflərinin alınmasından törədilmiş bir kəlmədir. Normal işıq, dalğa boyları müxtəlif, rəngarəng, yəni fərqli faza və tezliyə sahib dalğalardan meydana gəlir. == İşləmə mexanizmi == Lazer işığı isə yüksək amplitudlu, eyni fazda, bir-birinə paralel, tək rəngli (monochromatic), uzun müddətli eyni tezlikli dalğalardan ibarətdir. Optik tezlik bölgəsi təxminən olaraq 1x109 Hs ilə 3x1012 Hs arasında yer alır. Bu bölgə, qırmızı sonrakı şuaları, görülə bilən şuaları və elektromaqnit spektrin ultra bənövşəyi şualarını əhatə edir. Lazer diodu çox yüksək tezliklərdə işləyir. Lazer diodunun istehsalı üçün fərqli üsullar və materiallar istifadə edilməkdədir. Yarımkeçirici materiallardan əldə edilən kristallardan əldə edilən lazerlərə, "lazer diod" adı verilmektedir. Galium arseni kristalı yarımkeçirici lazerə nümunədir.
Lazer epilyasiyası
Lazer epilasiyası, vücuddakı arzuolunmaz tüklərin köklərinin lazer işıqları vasitəsilə uix edilməsi prosesidir. Təxmini olaraq 20 il ərzində bu sahədə tədqiqatlar aparılmış, 1990-cı illərın axırlarına doğru isə ticarət məqsədilə geniş bir şəkildə istifadəsinə başlanılmışdır. Lazer epilyasiyası ilə əlaqədar olan ilk məqalələrdən biri 1998-ci ildə Massachusetts General Hospital tərəfindən nəşr edilmişdir. Lazer epilyasiyasının mümkün təsirləri dermatologiya dərnəkləri tərəfindən qəbul edilmiş və bu məqsədlə istehsal edilmiş olan aparatlar klinikalarda, hətta bəzən evlərdə belə istifadə edilmişdir. Lazer epilyasiya və üsulları ilə əlaqədar bir çox məqalə dermatologiya ədəbiyyatına daxil olmuşdur. Uyğun cihazlar tərəfindən əks olunan lazer şüası bədəndə arzuolunmaz tüklərdən azad olmanın ən təsirli üsullarından biridir. Əks olunan lazer şüası dəriyə, ətraf hüceyrələrə zərər vermədən tükün kökünü və soğanaq hüceyrəsini məhv edir. Beləcə zədələnmiş tük kökündən bir daha yeni tük inkişaf etmir. Lazer epilyasiyasında istifadə olunan bir neçə üsul vardır. Bu üsullar lazer şüasının dalğasının uzunluğuna görə fərqlənir.
Lazer şüası
Lazer şüası və ya işıq şüası — işığın nazik bir şüa formasında bir mənbədən çıxaraq şüalanmasına verilən addır. Buna misal olaraq günəş işığının ona maneə törədən hər hansısa obyektin (məsələn, bulud) ortasındakı dəlikdən nazik şüa şəklində parlamasını göstərmək mümkündür. İşıq şüasını süni şəkildə istehsal etmək üçün lampa və parabolik reflektordan istifadə olunur. Bu texnologiya LED-lər, işıqforlar kimi bir çox cihazlarda istifadə olunur. Lazerlər şüanın mümkün qədər az əyilməsini təmin edirlər və beləliklə də, demək olar ki, paralel şüalar əldə edilir.
Pater familias
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Pauer metal
Power metal — Almaniya və Skandinaviya ölkələrində yaranıb. Məlum olan ən köhnə Power metal mahnısı, Rainbow qrupunun “Stargazer” mahnısıdır. Power metal 1980-ci illərin əvvəllərində Alman qrup Helloween ilə məşhurlaşdı. Bu tərz, 70-ci illərdəki rock qruplardan gələn bir tərzdir. Power metal`da vokallar adətən normal olur. Yəni death, black və ya digər vokallar kimi ağır deyil. Amma çox güclü səs tələb edən bir tərzdir. Bu tərz qruplarda adətən alətlərin paylanması bu cürdür: 2 gitara, 1 bass gitara, bateri və vokal.. Bəzi qruplar keyboard`da işlədir. İtalyan olan Rhapsody qrupu isə hətta sinfonik alətlərdən də istifadə etmişdi.
Payer adası
Payer adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ziçi adaları qruupuna daxildir. Cekson adasından 6 km şimalda yerləşir və ondan İtalyan boğazı ilə ayrılır. Amerikan boğazı ilə ilə isə Qrili adasından ayrılır. Qrili adası ondan 5.5 km cənubdadır. == Təsviri == Uzunsov formaya malikdir. Uzunluğu 20 km, eni 12.5 km-dir. Sahil xəttinin uzunluğu 26 km-dir.
Qlen Pauer
Qlen Yozef Pauer (ing. Glen Joseph Power; 5 iyul 1974 və ya iyul 1974, Dublin)- İrland bəstəkar. Pauer 1978-ci il İyulun 5-də İrlandiyanın paytaxtı Dublində anadan olub. Özünün də dediyinə görə uşaq vaxtlarında The Beatles , The Who , U2 kimi rok qruplarının mahnılarını dinləyər və oradakı zərb ritmlərinə böyük diqqət yetirərmiş və bu böyük sevgisi onu 2001-də The Script rok qrupunun zərbçisi edir. Danny O'Donoghue və Mark Sheehan ilə tanış olan Glen qrupun əsasını qoyur. Bu qrupla onlar 3 studiya albomuna müvəffəq olurlar. 2012-ci ildə Avropanın ən yaxşı rok qrupu adını da alırlar. Facebookda 6 milyondan çox fanatı olan The Script bu gün ən sayılıb seçilən rok qruplarındandır..
Romina Pauer
Romina Pauer (2 oktyabr 1951[…], Los-Anceles, Kaliforniya) — dünyaca məşhur ABŞ-italyan müğənni, aktrisa və rəssamı,aparıcı. == Həyatı == Romina Pauer 2 oktyabr 1951-ci ildə Hollivudda zəngin ailədə doğulub. Onun atası məşhur Hollivud aktyoru Tayron Pauer, anası isə aktrisa Linda Kristian idi. Romina uşaqlıqdan qeyri-adi vokal istedadı olan çox gözəl bir qız idi.[kimə görə?] Onu şahzadə kimi böyütmüş, hər istəyini yerinə yetirmişdilər. Anası inanırdı ki, Romina aktrisa olacaq və onun özünə müyəssər olmayan bir karyera quracaq. 1956-cı ildə valideynləri boşandıqdan sonra, o və kiçik bacısı Taryn anası ilə müxtəlif yerlərdə, əsasən Meksikada və İtaliyada yaşayırdı, Romina Pauer ilk təhsilini İngiltərədəki kollecini bitirir. Musiqiyə marağı 1950-ci illərdən etibarən Amerikalı musiqiçilərə, 1960-cı illərdən Meksikanın Mariachi qruplarına və İtalyan musiqilərini daha çox sevən Romina Paueri Pauer Beatles və Bob Dylan'ı kəşf etdi və Doğum günü hədiyyəsi olaraq bir gitara hədiyyə etdilər, Romina həmin gitaranı öyrədikdən sonra məhz ilk mahnılarınıda həmin gitarada yazdı.O, 14 yaşından etibarən əsasən italyan dilində bir neçə filmdə, o cümlədən 1968-ci ildə Marquis de Sade'nin eyniadlı romanı əsasında çəkilən rejissor İsa Frankonun "Justine" filimdə Justine obrazı ona daha çox uğur gətirdi.1960-cı illərdəki filmlərdə çıxış edən müğənni və aktrisa Romina Pauer Al Bano Karrizi ilə tanış oldu.1970-ci ildə təkcə İtaliya üçün deyil, bütün dünya üçün ən gözəl və istedadlı cütlük olan Al Bano Karrizi ilə Romina Pauer evlənirlər. Romina Pauer iki qızını təklkdə böyüdən və bütün kişilərə nifrət edən anasının təsiri altına düşməməyi bacarır,Amerika stereotiplərindən də imtina etməyi və qadının tamamilə ərinə, ailə başçısına tabe olduğu möhkəm katolik ailəsi qura bilir. Və İtaliyada Rominanı "özümüzünkü" adlandıraraq ona çəp baxmaqdan əl çəkirlər. Axı onlar ideal cütlük idilər.Xanım şeirlər yazır, əri isə mahnı bəstələyirdi.1975-ci ildə onlar İtaliya, Almaniya, Avstriya, İspaniya, Fransa, Yunanıstan, Latın Amerikası, Şərqi Avropa və SSRİ-də tanındılar və sevildilər , müxtəlif dillərdə bir çox albomları çıxdı.Onların ən böyük hitləri "Felicità", "Sharazan", "Tu soltanto tu", "Ci sarà", "Sempre sempre" və "Libertà" mahıları oldu.Romina Puaer və həyat yoldaşının musiqilərinin motivləri əsasında 7 film çəkilib.Filmlərin əksəriyyərində o, və əri baş rollarda çəkilib.1970-ci ildə onların ilk övladları – qızları İleniya, üç ildən sonra oğlu Yari, sonra qızları Kristel və sonbeşikləri Romina dünyaya gəlir.
Vazeh Əsgərov
Vazeh Eldəniz oğlu Əskərov (15 oktyabr 1978, Bakı) — Strasburq Universitetinin doktoru, dosent, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru. Azərbaycan-Fransız Universitetinin icraçı direktoru (2016-2023). Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru (2014–2015). Azərbaycan Dillər Universitetinin rektor müşaviri (2013–2014). Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilib (5 mart 2021-ci il). Azərbaycan Fransa Məzunlar Assosiyasiyasının presidenti və təsisçisi - AAAF (2020) Azərbaycan Savat Döyüş Sənətləri Federasiyasinın vitse-prezidenti (2019) Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasıyasının prezidenti - ASEAF (2005-2012) 13 iyul 2023-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi həvalə olunub. == Həyatı == Vazeh Əskərov 1978-ci ilin 15 oktyabr tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1985–1995-ci illərdə orta məktəbdə təhsil almışdır. 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Bakı şəhəri 89 saylı və 101 saylı məktəbdə təhsil almışdır.
Vazeh Əskərov
Vazeh Eldəniz oğlu Əskərov (15 oktyabr 1978, Bakı) — Strasburq Universitetinin doktoru, dosent, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru. Azərbaycan-Fransız Universitetinin icraçı direktoru (2016-2023). Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru (2014–2015). Azərbaycan Dillər Universitetinin rektor müşaviri (2013–2014). Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilib (5 mart 2021-ci il). Azərbaycan Fransa Məzunlar Assosiyasiyasının presidenti və təsisçisi - AAAF (2020) Azərbaycan Savat Döyüş Sənətləri Federasiyasinın vitse-prezidenti (2019) Fransadakı Azərbaycanlı Tələbələr Assosiyasıyasının prezidenti - ASEAF (2005-2012) 13 iyul 2023-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi həvalə olunub. == Həyatı == Vazeh Əskərov 1978-ci ilin 15 oktyabr tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1985–1995-ci illərdə orta məktəbdə təhsil almışdır. 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Bakı şəhəri 89 saylı və 101 saylı məktəbdə təhsil almışdır.
Şəbnəm Paker
Şəbnəm Paker (türk. Şebnem Paker; 4 sentyabr 1977, İstanbul) — türk müğənni, gitaraçı və musiqi müəllimi. == Həyatı == 1992–1996-cı illərdə İstanbul Universiteti Konservatoriyasının klassik gitara bölməsində təhsil alıb. Daha sonra Mərmərə Universitetinin musiqi fakültəsində vokal təhsili alıb. Paker 1996 və 1997-ci illərdə Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və müvafiq olaraq 12-ci və 3-cü yerləri tutmuşdur. 1997-ci ilin avqust ayında "Dinle" adlı ilk və yeganə albomunu buraxıb. Hazırda Türkiyənin İstanbul şəhərində orta məktəb müəllimidir. O, həmçinin hazırda Türkiyənin incəsənət universitetlərində istifadə olunan dərsliyin həmmüəllifidir.
Lazer əməliyyatı
Lazer əməliyyatı — cərrahi əməliyyatların yerinə yetirilməsi üsulu, ətrafdakı toxumalara minimal ziyan vurmaqla kiçik toxuma sahələrinin çıxarılmasını və ya koterizasiyasını nəzərdə tutur. Lazer cərrahiyyəsi görmə korreksiyası, arterial tıxanmaların aradan qaldırılması, dəridə müəyyən növ piqmentli formasiyaların aradan qaldırılması, stomatologiya və şişlərin, xüsusən də müxtəlif etiologiyalı qliomaların çıxarılması üçün istifadə olunur. Lazerlərin spektral xüsusiyyətləri müxtəlif xəstəliklər üçün radiasiyanın istənilən növünü və gücünü seçməyə imkan verir. Məsələn, arqon lazeri tor qişa xəstəliklərinin (məsələn, diabetik retinopatiya), karbon dioksid lazeri servikal intraepitelial neoplaziyanın müalicəsində, Nd:YAG lazeri isə uşaqlığın endometrial təbəqəsinin çıxarılması üçün istifadə olunur. == Ədəbiyyat == Шахно Е. А. Физические основы применения лазеров в медицине (PDF). СПб.: НИУ ИТМО. 2012. Давид Кочиев, Иван Щербаков. Лазеры вместо скальпеля («Природа»). 2014.
Samirə Patzer İsmayılova
Samirə Patzer İsmayılova — Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin prezidenti, == Həyatı == Samirə Patzer-İsmailova 1963-cu il fevralın 26-da Bakı şəhərində dunyaya gəlib. O, 1970-ci ildə Bakı şəhərində Bulbul adına orta ixtisas musiqi məktəbinə qəbul olub Samirə Patzer-İsmailova 1981-ci ildə həmin məktəbi qızıl medalla bitirib. O, 1981-ci ildə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasına daxil olub, 1986-cı ildə isə konservatoriyanı fərqlənmə diplomu ilə bitirib. 1986-1990-cı illərdə Bakı Mədəniyyət Texnikumunda fortepiano ixtisası uzrə muəllim işləyib. 1989-1991-ci illərdə Samirə Patzer-İsmailova Muslum Maqomayev adına Azərbaycan Dovlət Filarmoniyasında musiqi redaktoru kimi calışıb, Azərbaycan Dovlət Televiziyasında klassik musiqi proqramlarının muəllifi və aparıcısı olub. O, 1990-1995-ci illərdə Uzeyir Hacıbəyov adına Azərbaycan Dovlət Konservatoriyasında muəllim vəzifəsində işləyib və mədəni- ictimai fəaliyyət gostərib. S.İsmailova 1995-ci ildə Almaniyanın Koln Universitetində musiqişunaslıq kursu keçib. 1998-2007-ci illərdə Koln şəhərində Koln Musiqi məktəbində fortepiano və musiqi uzrə muəllim işləyib və pedaqoji fəaliyyətindəki peşəkarlığa gorə Avropa Fortepiano Muəllimləri Cəmiyyətinin uzvu seçilib. 2008-ci ildən etibarən Samirə Patzer-İsmailova Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktorudur. O, 2009-cu ildə Avropa Azərbaycan Konqresinin vitse-prezidenti seçilib..2009- cu ildən bu gunə qədər isə Samirə Patzer-İsmailova “Xocalıya Ədalət” kampaniyasının Almaniya uzrə koordinatorudur.
Panzer VIII Maus
Panzerkampfwagen VIII "Maus" (Zirehli Döyüş Maşını VIII "Siçan") Porsche şirkəti tərəfindən istehsal olunan super ağır tankdır. Tankın istehsalına 1944-cü ildə başlanılmış və 141 ədəd istehsalı planlaşdırılırmışdır, lakin Kral Hərbi Hava Qüvvələrinin davamlı bombardmanı ilə bu plan yarımçıq qalmışdır. Nəticədə 8 ay ərzində Maus tankının istehsalı mümkün olmamışdır. Obyektlər bərpa edildikdən sonra isə sifarişlər də azaldılmış, 141 tank əvəzinə cəmi 2 tank və 1 qüllə istehsal edilmişdir. Kral Hərbi Hava Qüvvələri tərəfindən Alman hərbi obyektlərinin davamlı surətdə bombardmanı istehsalı dayanma səviyyəsində saxlamasaydı, çox sayda Maus tanklarının istehsalı və bu da öz növbəsində bu tankların İkinci Dünya Müharibəsində istifadə olunmasına yol aça bilərdi. Tankın hal-hazırda dünyada olan yeganə orijinal modeli Rusiyadakı Kubinka Tank Muzeyində sərgilənir. Tankın əsas silahı 12.8 sm-lik top olmuşdur. Maksimal sürəti isə 20 km/saat təşkil etmişdir.
Panzer VII Löwe
Panzerkampfwagen VII Löwe (Aslan) Bu tank, İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasının ordusu olan Wehrmacht üçün Krupp şirkəti tərəfindən hazırlanmış super ağır tank sinifli zirehli döyüş maşını idi. Bu layihə təkcə proyekt kimi qalmamışdır. 1942-ci ildə Panzer VIII Maus kimi istehsal edilmişdir. Löwe dizaynının iki modeli mövcud idi : Leichter Löwe — Onun 5 nəfərlik heyəti, 1000 at gücündə olan mühərriki və 76 ton çəkisi var idi. Ön tərəfdəki zirehinin qalınlığı 100 mm təşkil edib, arxaya quraşdırılmış olan qülləsinin üzərində isə, 105 mm-lik L/70 yüksək lülə sürətinə malik olan top və koaksial pulemyotla təchiz edilmişdir. Onun maksimal sürəti 27 km/s -dir. Schwerer Löwe – Onun 5 nəfərlik ekipajı, 1000 at gücündə olan mühərriki və 90 ton çəkisi var idi. Onun ön tərəfindəki zirehinin qalınlığı 120 mm təşkil edirdi. Onun qülləsi gövdəsinin mərkəzində yerləşirdi. Tank 105 mm-lik L/70 yüksək lülə sürətinə malik olan top və koaksial pulemyotla təchiz edilmişdir.
Janna Vilprö-Pauer
Janna Vilprö-Pauer (fr. Jeanne Villepreux-Power) — fransız alimi. == Həyatı == Janna Vilprö adi bir ayaqqabı ustasının ən böyük qızı idi. O, 25 sentyabr 1794-cü ildə Fransanın Julliak kəndində anadan olub. Doğulduğu günlərdə Fransa inqilabın ən qarışıq günlərini yaşayırdı və Robespyerin idarəsi minlərcə insanı qilyotinə göndərirdi. Bununla yanaşı, Janna Vilprö ölkənin və inqilabın mərkəzindən uzaqda sakit bir uşaqlıq keçirmişdi. Oxumaq və yazmaqdan sadəcə bir az daha çox təməl təhsil ala bilmişdi. Janna 18 yaşına çatdıqda evi tərk edərək kənddən 400 km məsafədə olan Parisə gəlir. Fransanın mərkəzində bir qadın dərzinin köməkçisi olur. 1816-cı ildə Fransa kralının qardaşı oğluna ərə getməyə hazırlaşan Siciliya şahzadəsinə xüsusi toy qıyafəti hazırlamaqla diqqətləri özünə çəkməyi bacarır.