Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səmən (Baymak)
Səmən (başq. Һәмән, rus. Семёново) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 68 km, kənd sovetliyindən (Bilal): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 109 km. Sakmara çayınınn sahilində yerləşir.
Səməni
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. == Tərif və məna == Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır.
Səməni (rəqs)
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Səməni halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. == Faydası == Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası "jenşen"dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. == Hazırlanma texnologiyası == Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
Səməni rəqsi
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Firudin Səməndərov
Firudin Səməndərov (tam adı: Firudin Yusif oğlu Səməndərov; 12 yanvar 1939, Molday, Saatlı rayonu – 24 oktyabr 2019, Bakı) — azərbaycanlı hüquqşünas, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı (1985-1989), Bakı Dövlət Universitetinin rektoru (1992-1993). == Həyatı == Firudin Səməndərov 1939-cu il aprelin 12-də Saatlı rayonunda Molday kəndində əkinçi ailəsində anadan olmuşdur. 1948-1958-ci illərdə S.Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxumuş, oranı medalla bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, Lenin təqaüdü ilə oxumuşdur. 1966-cı ildə təhsilini başa vurduqdan sonra həmin universitetin Cinayət hüququ kafedrasında aspirant saxlanılmışdır. 1970-ci ildə "Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri" mövzusunda namizədlik dissertasiyasını, 1995-ci ildə isə "Cinayət hüquqi şüur və cinayət hüquq yaradıcılığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Görkəmli hüquqşünas 1988-1992-ci illərdə Azərbaycan Respublikasının müstəqilliyi uğrunda gedən milli istiqlal hərəkatında fəal iştirak edib. 1990-1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətində təmsil olunub. 21 aprel 2014-cü ildə Bakı Dövlət Universitetində Firudin Səməndərovun anadan olmasının 75, əmək fəaliyyətinin 45 illiyinin tamam olması münasibətilə tədbir keçirilib. Hüquqşünas-alim 2019-cu il oktyabrın 24-də Bakı şəhərində 80 yaşında dünyasını dəyişib.
Rafiq Səməndər
Rafiq Səməndər — yazıçı-dramaturq, Əməkdar jurnalist, ssenarist. == Həyatı == Rafiq Səməndər 1950-ci ilin 10 yanvarında Qubada doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alsa da, birinci kursda Azərbaycan Dövlət Radiosunda, sonra isə Azərbaycan Dövlət Televiziyasında baş redaktor, Birlik rəhbəri kimi fəaliyyət göstərib. 1993-cü ildə Dövlət Televiziya Şirkətindən uzaqlaşdırılıb. "BMTİ" Telekanalında Baş redaktor, "Yurd" jurnalında redaktorlar şöbəsinin müdiri işləyib. 2000-ci ildən 2002-ci ilə qədər "Lider" televiziyasında qrup rəhbəri işləyib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru, "Xüsusi layihələr üzrə departament"in direktoru və "Carçı" film yaradıcılıq birliyinin baş redaktoru işləyib. Eyni zamanda, Azərbaycan Beynəlxalq Universitetində baş müəllim vəzifəsində çalışıb. İctimai Televiziyada "Ədəbiyyat və İncəsənət departamenti"nin rəhbəri olub. 20 bədii əsərin və 25 pyesin müəllifidir.
Rəşid Səməndər
Rzayev Rəşid Səməndər oğlu (5 mart 1975, Bakı – 20 noyabr 2020, Bakı) Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Rəşid Səməndər 8 oktyabr 1975-ci ildə aktyor Səməndər Rzayevin ailəsində anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyorluq karyerasına başlayıb. N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A.Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi obrazları canlandırmışdır. Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Rəşid Səməndər 20 noyabr 2020-ci ildə intihar etmişdir. == Ailəsi == Aktyor Səməndər Rzayevin oğludur. Teatrşünas Rübabə Rzayeva nın qardaşıdır == Filmoqrafiya == Qatil (film, 1994) Hacı Qara (film, 2002) Dəvətnamə (film, 2003) Tarixin şahidləri (film, 2003) Yumurta (film, 2003) Cavad xan (film, 2009) Dolu (film, 2012) - film səsləndirən: Drakon (Rza Rzayev ) 8.
Səməndar İsmayılzadə
Səməndər Vahid oğlu İsmayılzadə (25 avqust 1990; Yevlax, Azərbaycan SSR — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməndar İsmayılzadə 1990-cı il avqustun 25-də Yevlax şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Səməndər İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səməndar İsmayılzadə oktyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Cəbrayılın azadlığı uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməndirə qalası
Səməndirə qalası (serb. Смедеревска тврђава) - Dunay çayı sahilində, XV əsrin əvvəllərinə aid qaladır. Corc Brankoviç Serbiya despotluğunu buradan idarə etmişdir. Zamanla qalanın ətrafında Səməndirə şəhəri yaranmışdır. 1459-cu ildə qalanın türklər tərəfindən alınması orta əsr Serb dövlətçiliyini tamamilə süquta uğradır. == Tarixi == Brankoviçlər qalanın tikintisini 1428-ci ildə başlatmışlar. Belqrad macarların əlində olduğundan Səməndirə Serbiyanın yeni paytaxtına çevrildi. 1430-cu ildə qalanın Kiçik şəhərinin, o cümlədən sarayın və digər binaların inşası başa çatdırıldı. 1430-1439-cu illərdə ümumi sahəsi 11 hektar olan, konturları üçbucaqlı formaya malik Böyük şəhər ucaldıldı, bunun sayəsində Səməndirə qalası Avropanın ən böyük düzənlik qalalarından birinə çevrildi. Kiçik şəhərin içərisində, Dunaya ən yaxın divarında, orta əsr saray həyatının keçdiyi qəbul zalı var idi.
Səməndər
Səməndər - Xəzərlərin ilk paytaxtıdır. Ənuşirvan tərəfindən tikilmişdir. Sonralar paytaxt ərəblərin tələbi ilə Volqa çayının mənsəbinə yaxın - İtilə köçürülmüşdür İndiki Mahaçqala şəhərinin yerində olamsı ehtimal edilən şəhər. == Tarixi == M.İ.Artamonov yazır ki, xəzərlərin əzəmətli paytaxtı Varaçan – Bələncər, yaxıd Bulker-Bolqar kimi əraziləri əhatə edirdi və onun əhalisinin əksəriyyəti barsil-bersullardan ibarət idi. Varaçan şəhəri dağıldıqdan sonra paytaxt hunlar ölkəsinin digər hissəsinə – Səməndər şəhərinə köçürüldü . Xəzər xaqanlığının paytaxtı 723-cü ilə kimi Səməndər şəhəri olmuşdu. İslam və erməni müəllifləri Xəzər xaqanlığının paytaxtı Səməndər şəhərinin olduğunu qeyd edirlər.Svetlana Pletnyova Səməndərin Farsсa "ən uzaq qapı" anlamına geldiyini və dolayısıyla şəhərin VI yüzildə İranlılar tərəfindən qurulduğunu yazmıdtır. Halbuki dünyanın bütün nüfuzlu xəzərşünasları bu şəhərin türklər tərəfindən salındığını qeyd edirlər. Səməndər şəhəri Xəzər-ərəb müharibələrinə səhnə olmuşdu. 732-733-cü illərdə Qazaxda dislokasiya olunan ərəb ordusu xəzərlərə qarşı iki tərəfdən – Dəryal dərəsindən və Dərbənddən hücuma keçdi.
Səməndər Axundzadə
Səməndər Axundzadə (tam adı: Səməndər Axund Zəki oğlu Axundzadə; 1898, Quba – 1933, Azərbaycan SSR) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Repressiya qurbanı. == Həyatı == Səməndər Axund Zəki oğlu 1898-ci ildə Quba şəhərində anadan olmuşdur. Axundzadə 1918-ci ildə Bakı realnı məktəbini bitirmişdir. Parlamentin 1919-cu il bir sentyabr qərarına əsasən, təhsilini dağ mədən mühəndisliyi sahəsində davam etdirmək üçün Almaniyanın Frayberq Akademiyasına göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında Axundzadənin təhsilinin bitməsinə bir il qaldığı göstərilirdi. O, 24 oktyabr 1924-cü ildə ali təhsilini burada başa vuraraq Dağ-mədən mühəndisi üzrə diplom almışdır. Təhsilini başa vurduqdan sonra vətənə dönmüş, Azərbaycan SSR Dövlət Plan Komitəsində ağır sənaye bölməsində işləmişdir. Repressiya olunmuşdur. == Ailəsi == Atası Axund Zəki Ərşi Hacızadə — 1850-ci ildə Xızıda doğulub.
Səməndər Dadaşov
Səməndər Kərimov
Səməndər Fazil oğlu Kərimov — 1994-cü il, Füzuli rayonu, Azərbaycan — 15 iyun 2014-cü il) Tərtər rayonu Azərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, şəhid. == Həyatı == Səməndər Fazil oğlu Kərimov — 1994 ve ildə Füzuli rayonunun Araz Yağlıvənd kəndində anadan olub. 2000-ci ildə Araz Yağlıvənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş. 2001-ci ildə Araz Yağlıvənd kənd orta məktəbini bitirmiş.
Səməndər Kərimov (şəhid)
Səməndər Fazil oğlu Kərimov — 1994-cü il, Füzuli rayonu, Azərbaycan — 15 iyun 2014-cü il) Tərtər rayonu Azərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, şəhid. == Həyatı == Səməndər Fazil oğlu Kərimov — 1994 ve ildə Füzuli rayonunun Araz Yağlıvənd kəndində anadan olub. 2000-ci ildə Araz Yağlıvənd kənd orta məktəbinin birinci sinfinə daxil olmuş. 2001-ci ildə Araz Yağlıvənd kənd orta məktəbini bitirmiş.
Səməndər Rzayev
Səməndər Mənsim oğlu Rzayev (2 yanvar 1945, Ağsu – 27 mart 1986, Bakı) — Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR əməkdar artisti (1974), Azərbaycan SSR dövlət mükafatı laureatı (1980). == Həyatı == Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə, institutun son kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub. Aktyor Rəşid Səməndər in və teatrşünas Rübabə Rzayeva nın atasıdır Aktyor 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı – 1 iyun 1974 Azərbaycan SSR dövlət mükafatı – 1980 == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Səməndər quşu
Səməndər quşu — əfsanəyə görə qarlı-buzlu ölkələrdə yaşayan qar quşu. Quşun dimdiyi polad, caynaqları çaxmaqdaşı, tükü isə qov olur. Bir dəfə balalarının pərvazlanıb uçduğunu görən Səməndər quşu sevincindən dimdiyini caynağına vurur. Beləliklə bu toqquşmadan od saçır, onun qov tükü alışır və quş yanıb kül olur. Eyni motiv əsasında rəvayət şəklində formalaşan örnəkdə isə quşun adını daşıyan Səməndər və onun istəklisi Qönçə obrazlaşdırılmışdır. Bu dəfə oda atılan oğlan Səməndər quşu kimi alovdan çıxıb sevgilisi Qönçə-pərvanə ilə qoşalaşır. Onlar ölməzlik, əbədilik keyfiyyəti qazanıb alovun ətrafında dolanırlar.
Səməndər İmanov
Səməndər İsaxan oğlu İmanov (23 mart 1998, Kürsəngi, Salyan, Azərbaycan — 21 oktyabr 2020, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməndər İmanov 1998-ci il martın 20-də Salyanın Kürsəngi kəndində dünyaya göz açıb. Atası İsaxan kişi Birinci Qarabağ müharibəsinin iştirakçısı olub Gəncə Dövlət Universitetinin ekologiya mühəndisliyi fakültəsini bitirib hərbi xidmətə yollanmışdı. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səməndər İmanov Cəbrayıl, Şuşanın azad edilməsində savaşıb. Səməndər İmanov 28 oktyabr 2020-ci ildə Cəbrayılda Xudafərin uğrunda gedən döyüşlərdə zamanı şəhid olub. Salyanda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndər İmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməndər İmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Səməndər İmanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Səməndər İsgəndərov
Səməndər Vahid oğlu İsgəndərov (23 fevral 1996; Sərçuvar, Masallı rayonu, Azərbaycan — 12 noyabr 2020 (dəfn tarixi); Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməndər İsgəndərov 23 fevral 1996-cı ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. Şəhid Səfəralı Məmmədov adına Masallı rayon Sərçuvar kənd tam orta məktəbdə təhsil almışdır. Həmçinin, skripka üzrə musiqi təhsili də almışdır. Nişanlı idi. == Hərbi xidməti == Səməndər İsgəndərov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi ixtisası topçu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Səməndər İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səməndər İsgəndərov Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Səməndər İsmayılov
Səməndər Vahid oğlu İsgəndərov (23 fevral 1996; Sərçuvar, Masallı rayonu, Azərbaycan — 12 noyabr 2020 (dəfn tarixi); Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməndər İsgəndərov 23 fevral 1996-cı ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. Şəhid Səfəralı Məmmədov adına Masallı rayon Sərçuvar kənd tam orta məktəbdə təhsil almışdır. Həmçinin, skripka üzrə musiqi təhsili də almışdır. Nişanlı idi. == Hərbi xidməti == Səməndər İsgəndərov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi ixtisası topçu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Səməndər İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səməndər İsgəndərov Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Səməndər İsmayılzadə
Səməndər Vahid oğlu İsmayılzadə (25 avqust 1990; Yevlax, Azərbaycan SSR — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməndar İsmayılzadə 1990-cı il avqustun 25-də Yevlax şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Səməndər İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səməndar İsmayılzadə oktyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Cəbrayılın azadlığı uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməngan
Səməngan vilayəti (dəri سمنگان, puşt. سمنګان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 11.262 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 350.4 min nəfər, inzibati mərkəzi Aybək şəhəridir . Əhalisinin etnik tərkibi əsasən özbəklərdən və həzaralardan, həmçinin az sayda puştunlardan, ərəblərdən və tatarlardan ibarətdir. Əhalisinin 72,5%-i daricə, 22,1%-i isə özbəkcə danışır.
Səməngan vilayəti
Səməngan vilayəti (dəri سمنگان, puşt. سمنګان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 11.262 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 350.4 min nəfər, inzibati mərkəzi Aybək şəhəridir . Əhalisinin etnik tərkibi əsasən özbəklərdən və həzaralardan, həmçinin az sayda puştunlardan, ərəblərdən və tatarlardan ibarətdir. Əhalisinin 72,5%-i daricə, 22,1%-i isə özbəkcə danışır.
Ömür payı. Səməndər Rzayev (film, 2015)
Ömür payı. Səməndər Rzayev — rejissor Tahirə Hüseynovanın 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Səməndər Rzayevin 70 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Həyatın dibində", "Sizə deyib gəlmişəm", "Közərən ocaqlar", "Evləri köndələn yar", "Yollar görüşəndə...", "Dəli yığıncaqı", "İblis", "Kreysr sonatası" teatr və televiziya tamaşalarının, "Uşaqlığın son gecəsi", "Nəsimi", "Tütək səsi", "Od içində", səsləndirdiyi "İstintaq", "Babək", "Babamızın babasının babası", "Qara gölün cəngavərləri", "Bəyin oğurlanması", "Bağ mövsümü" filmlərinin kadrlarından eləcə də "Bulağ" radioverilişindəki səsdən istifadə edilmişdir. Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından, eləcə də Siyavuş Kərimi, Faiq Sücəddinov, Aygün Səmədzadə və xarici bəstəkarların musiqilərindən istifadə edilmişdir. == Səhvlər == Orfoqrafik: Titrlərdə "Sizə deyib gəlmişəm", "Yollar görüşəndə...", "Dəli yığıncağı" teatr və televiziya tamaşalarının adları səhvən "Sizi deyib gəlmişəm", "Yollar görüşəndə", "Dəli yıgıncagı" kimi yazılmışdır. Orfoqrafik: Titrlərdə "Od içində", "Uşaqlığın son gecəsi" filmlərinin adları səhvən "Od içində vahə", "Uşaqlıgın son gecesi" kimi yazılmışdır. Orfoqrafik: Titrlərdə "Babamızın babasının babası" filmində Babamızın ədatından sonra səhvən vergül qoyulmuşdur.
Səmənd Siyabəndov
Səmənd Əliyeviç Siyabəndov (rus. Саманд Алиевич Сиабандов; 20 noyabr 1909, Qars vilayəti, Qafqaz diyarı – 14 noyabr 1989, İrəvan) — kürd əsilli SSRİ hərbçisi. O, 1-ci Belarus Cəbhəsinin 48-ci Ordusunun 217-ci Uneç atıcı diviziyasının 755-ci atıcı alayının komandirinin siyasi məsələlər üzrə müavini, polkovnik-leytenant kimi xidmət etmişdir. Siyabəndov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == Səmənd Əliyeviç Siyabəndov 20 noyabr 1909-cu ildə Rusiya imperiyasında, Qars vilayətinin Asancan kəndində (indiki Türkiyə) kəndli ailəsində anadan olmuşdur. Milliyyətcə yezidi kürdlərindən idi. Leninqrad Sovet Şərqşünaslıq İnstitutunu bitirmişdir. 1931-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. Ermənistan Kommunist Partiyası Alagöz rayon komitəsinin 1-ci katibi kimi xidmət etmişdir. Böyük Vətən müharibəsinin əvvəlində Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Lenin kurslarının tələbəsi olmuşdur.
Səkmən
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.
Yəmən
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. == Dini vəziyyət == Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Akif Səməd
Akif Səməd (22 iyul 1959, Qazax rayonu – 6 iyul 2004, Bakı) — Azərbaycanlı şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). == Həyatı == Məmmədov Akif Səməd oğlu 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Qaymaqlı kəndində torpağa tapşırılmışdır. == Yaradıcılığı == "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şeirləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur. === Əsərləri === "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Ömrü özünə yaşasan" (1996) "Özümə yol" (2004) == Mənbə == XX əsr Azərbaycan yazıçıları,Ensiklopedik məlumat kitabı. Bakı, 2011.
Cənubi Yəmən
Cənubi Yəmən (ərəb. جنوب اليمن‎, translit. Cənub əl-Yəmən, ing. South Yemen) və ya rəsmi olaraq Yəmən Xalq Demokratik Respublikası (ərəb. جمهورية اليمن الديمقراطية الشعبية‎‎, translit. Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya) — Ərəbistan yarımadasının cənubundə yerləşən indiki Yəmən Respublikasının cənubunu, şərqini və Sokotra adasını əhatə edən tarixi sosialist dövlət. Cənubi Yəmən 30 noyabr 1967-ci ildən 22 may 1990-cı ilə qədər mövcud olmuşdur. Cənubi Yəmən 1874-cü ildə Böyük Britaniyanın Ədən Müstəmləkəsi və Ədən Protektoratının yaradılması ilə başlamışdır. Buna baxmayaraq, 1937-ci ildə Ədən Britaniya Hindistanının bir vilayəti olmuşdur. 1963-cü ildə Ədən protektoratının süqutundan sonra, regionda fövqəladə hal elan edilmişdir.
Səmin Bağçaban
Səmin Bağçaban (fars. ثمین باغچه‌بان‎), (24 sentyabr 1923, Təbriz – 19 mart 2008, İstanbul) İran azərbaycanlısı olan musiqiçi, bəstəkar, yazıçı və tərcüməçi. == Həyatı == 1925-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Səmin Bağçaban, İranda ilk dəfə olaraq uşaq bağçası və karlar üçün məktəb təsis edən Cabbar Bağçabanın oğludur. Atasının işlərinə görə Şiraz və Tehran şəhərlərində böyümüşdür. Yazıçı, bəstəkar, tərcüməçi və musiqiçi olmuşdur. 1984-cü ildə Türkiyəyə köçmüş və burada yaşamağa başlamışdır. Türkiyəyə gəldikdən sonra Ankaradakı təhsil illərindən tanıdığı türk opera müğənnisi və musiqiçisi Evelin Bağçaban ilə ailə həyatı qurmuşdur.Türkiyə dövründə bir çox əsərlər yazmış və tərcümələr etmişdir. Bəstələdiyi musiqilərdən bir qismi İsveçrədə Mənuçöhr Şahbay tərəfindən ifa edilmişdir. 2008-ci ilin 19 martında İstanbulda vəfat etmişdir.
Səməd Abdullayev
Səməd Abdullayev (Sovet İttifaqı Qəhrəmanı) — Sovet İttifaqı Qəhrəmanı (17.11.1943). Səməd Abdullayev (leytenant) — I Qarabağ müharibəsi şəhidi. Səməd Abdullayev (əsgər) — əsgər, Vətən müharibəsi şəhidi.
Səməd Ağaoğlu
Ağaoğlu Səməd Əhməd bəy oğlu (1909, Bakı – 6 avqust 1982, İstanbul) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur. == Həyatı və siyasi fəaliyyəti == Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlmiş, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. Ankarada hüquq fakultəsini bitirdikdən sonra bir müddət Strasburqda işləmişdir. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdir. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, millət vəkili] seçilmiş, nazir vəzifəsi tutmuşdur. Siyasi baxışlarına görə bir müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur. 1960-cı ildə Calal Bayar — Adnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunmuş, 1964-cü ildə amnistiyaya buraxılmışdır. Ağaoğlu Səməd Əhmədbəy oğlu 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət etmişdir.
Səməd ağa
Səməd ağa Vəli ağa oğlu Nəsibbəyov və ya Səməd ağa Kəsəmənli (1868, Zod, Yeni Bəyazid qəzası – 2 may 1918, Basarkeçər) — Göyçənin varlı bəylərindən, xeyriyyəçi. == Həyatı == Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadaan təsərrüfat işlərini öyrənmiş böyük var dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış ta Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında olmuşdur. Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir. O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdur. Daşnak generalı Sulikovun öldürülməsi tədbirinin təşkilatçısı olmuşdur. 2 may 1918-ci ildə Daşnak generalı Sulikovun başçılıq etdiyi terror qrupu zodlu (Göyçə mahalı) Səməd ağanı qətlə yetirirlər.
Səməd Əliyev
Səməd Əliyev — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, dosent. == Həyatı == Səməd Əliyev 1959-cu il noyabrın 7-də Ermənistan Respublikası Amasiya rayonunda anadan olub. 1966-1976-cı illərdə Amasiya rayon orta məktəbində təhsil alıb. 1976-1981-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1983-1987-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin aspiranturasında təhsil alıb. 1987-ci ildə «Bir sinif üçüncü tərtib xüsusi törəməli qeyri-xətti diferensial tənliklər üçün qoyulmuş çoxölçülü qarışıq məsələnin tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1986-cı ildən BDU-da çalışır. BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat və onun tədrisi metodikası kafedrasında laboratorant (1986-1988), assisent (1988-1991), baş müəllim (1991-1998), dosent (1998-2000), Türkiyə Respublikasında (Afyon, İsparta) müəllim (2000-2007) və yenidən BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat və onun tədrisi metodikası kafedrasında dosent (2007-ci ildən) vəzifəsində çalışır. Səməd Əliyev “Məktəb riyaziyyat kursunun elmi əsasları”, “Çoxluqlar nəzəriyyəsi və riyazi məntiqin əsas elementləri”, “Riyaziyyat (Hazırlq şöbəsində təhsil alan xarici tələbələrə)” dərslərini aparır. Elmi tədqiqat sahəsinə “Qeyri-xətti xüsusi törəməli diferensial tənliklər” və “Riyaziyyatın tədrisi metodikası” sahələri daxildir.
Səməd Behrəngi
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1967 və ya 31 avqust 1968, Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. == Həyatı və təhsili == Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Səməd Bəşirli
Səməd Əlövsət oğlu Bəşirli (1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. == Həyatı == 1976-cı ildə anadan olub. 1994–1998-ci illərdə Türkiyənin Qazi Universitetinin iqtisadiyyat və idaretmə elmləri fakültəsində bakalavr təhsili alıb. 1998–2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb. 2000–2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2007–2008-ci illərdə Böyük Britaniyanın Birminhem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib. === Əmək fəaliyyəti === 1999–2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye və iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2016–2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu beynəlxalq təşkilatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2020–2022-ci illərdə İqtisadiyyat Naziriyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Səməd Canbaxşiyev
Səməd Canbağış oğlu Canbaxşiyev (19 mart 1972, Külüs, Şahbuz rayonu) — telejurnalist və aktyor. == Həyatı == 1972-ci il mart ayının 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. 1990-cı ildə yaranan Naxçıvan Dövlət Kukla teatrının ilk aktyorlarındandır. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissoru və eyni zamanda Bakı Dövlət Universitetinin jurnalistika fakültələrinə (qiyabi təhsil) daxil olub.1997-ci ildə ADMİU-nu və 1998-ci ildə BDU-nu bitirib. 1993-cü ildə Naxçıvanda yaranan və Zabitlər Evində fəaliyyət göstərən "Meloman şou" qrupu və "7 ULDUZ" Şən və Hazırcavablar klubunun yaradıcılarındandır.1996-cı ildən Naxçıvan Dövlət Musiqili Dram teatrında aktyor və rejissor assistenti kimi çalışıb. Kukla teatrında 20-yə qədər, Dram teatrda isə 15-ə qədər rol oynayıb. 2000-ci il dekabrın 30-da Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə Naxçıvan MR-nın Əməkdar artisti fəxri adına layiq görülüb. 2001-ci ildən Naxçıvan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor və baş redaktor vəzifəsində çalışıb. 2003-cü ildən Lider tv-nin Naxçıvan üzrə xüsusi müxbiri olub. 2009-cu ildə Kukla teatrında "Cik-cik xanım" adlı nağıl pyesi səhnələşdirilib.
Səməd Hüseynzadə
Səməd Sətdar oğlu Hüseynzadə (18 oktyabr 1998; Talıstan, İsmayıllı Azərbaycan — 2 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməd Hüseynzadə 1998-ci il oktyabrın 18-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. == Hərbi xidməti == 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edən Səməd Hüseynzadə Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin atdığı top atəşi nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməd Kərimli
Səməd İkram oğlu Kərimli (d. 16 dekabr 2000; Əliabad, Biləsuvar rayonu – ö. 8 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Səməd Kərimli 16 dekabr 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Kənd tam orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == Səməd Kərimli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində orduya qoşularaq Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Səməd Kərimli 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səməd Mövləvi
Əbdülsəməd Mirzə Məhəmməd oğlu Mövləvi-Rzalı (20 fevral 1900, Təbriz, Cənubi Azərbaycan – 3 fevral 1962, Naxçıvan) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1960). == Həyatı == Əbdülsəməd Rzalı 20 fevral 1900-cü ildə Təbriz şəhərində yoxsul bir ailədə dünyaya göz açmışdır. Atası Mirzə Məmməd Mövləvi Təbrizdə xalçaçılıq karxanasında işləmişdir. Səməd Mövləvi 8 yaşında ikən atasını itirmiş və böyük qardaşı Əhməd ağanın himayəsində yaşamışdır. O, ilk təhsilini molla məktəbində almış və 1916-cı ildə buranı bitirmişdir. 1921-ci ildə Cənubi Azərbaycanda baş verən siyasi proseslərə görə Naxçıvana köçməyə məcbur olmuşdur. Həmin ildən etibarən Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinski tərəfindən səhnəyə cəlb edilmişdir. SSRİ Xalq artisti Sidqi Ruhulla öz xatirələrində belə yazır: "Mən qastrola gedərkən Təbrizdə Nəriman Nərimanovun "Nadir Şah" faciəsini tamaşaya qoyduğumuz zaman qadın surəti Gülcahanı ifa edən tapılmadı. Mən həmin rolu "Rüşdiyyə" məktəbində təhsil alan gənc tələbə Səməd Mövləviyə tapşırdım. O, heç nədən çəkinmədən çox böyük bir cəsarətlə Gülcahan rolunu ifa etdi".
Səməd Mənsur
Səməd Mənsur (tam adı: Səməd Hacı Əhməd oğlu Kazımov; 31 yanvar 1879, Bakı – 3 yanvar 1927, Bakı) — XX əsrin əvvəllərində yazıb yaratmış şair, publisist, dramaturq, aktyor. XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Milli təəssübkeşliyi, maarif işığını, azad düşüncə tərzini təbliğ edən Səməd Mənsur yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri vardır == Həyatı == Səməd Mənsur Hacı Əhməd oğlu Kazımov (Kazımzadə) 1879-cu ildə Bakıda anadan olmuşdur. 10 yaşında ikən balaca İçərişəhərin Hamamçılar Məscidində Molla Səttar və Molla Ağababanın yanında ərəb əlifbasını, Quran surələrini öyrənməyə başlamışdır . İlk təhsilini 1891-ci ildə rus-müsəlman məktəbində almışdır. 1897-ci ildə Səməd Mənsur xəzinədar vəzifəsində çalışmış, 1911-ci ildən Balabəy Aşurovun idarəsində mühasib kimi çalışaraq 1917-ci ilə kimi burada xidmət etmişdir. Şair iki dəfə evlənmiş, birinci nikahı uğursuz nəticələnsə də, ikinci dəfə taleyi üzünə gülmüş, yaxşı ailə qurmağa müvəffəq olmuşdur, həyatının son günlərində Səməd Mənsur "Övladlarıma vəsiyyətim" adlı məktub qoyub getmişdir. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir. == Fəaliyyəti == O, 1910-cu ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Bütün bu illərdə S. Mənsur cəmiyyətin xeyriyyəçilik işlərində yaxından iştirak etmiş, yazdığı və tərcümə etdiyi səhnə əsərləri ilə tamaşalar hazırlamış, müxtəlif mədəni tədbirlərin həyata keçirilməsinə köməklik göstərmişdir.
Səməd Mərdanov
Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis – 6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı == 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Sovet kino rejissoru Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılmışdır) tarixi-inqilabi bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. == Əlavələr == Aktyor Mustafa Mərdanovun qardaşıdır. == Filmoqrafiya == Köçərilər (film, 1933) Mavi dənizin sahilində (film, 1935) Kəndlilər (film, 1939) == İstinadlar == == Mənbə == Səməd Mərdanov Arxivləşdirilib 2007-05-17 at the Wayback Machine Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Səməd Qurbanov
Səməd Qurbanov — XX əsrin 70-80-ci illərin tanınmış futbolçularından biridir. "Neftçi"nin tarixində xüsusi iz buraxıb. "Jiquli" ləqəbiylə tanınıb. Səməd Qurbanov 1953-cü il iyulun 10-da Qazaxda anadan olub. SSRİ-nin idman ustasıdır. Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib. Futbol oynamağa 1965-ci ildə Qazaxda UGİM-də məşqçi F. İsmayılovun rəhbərliyi altında başlayıb. 1971-ci ildə Azərbaycanın gənclər yığmasının heyətində ümumittifaq "Ümid" kubokunun qalibi olub. 1971-ci ildə Bakının "Neftçi" komandasına qəbul olunub və 19 yaşından karyerasını bitirənədək bu komandanın əsas heyətində çıxış edib. "Neftçi"də, əsasən, 10 nömrəli formanı geyinib və 80-ci illərin əvvəllərində komandanın kapitanı olub.
Səməd Rzayev
Səməd Fizuli oğlu Rzayev (19 aprel 1995; Goranboy rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səməd Rzayev 1995-ci il aprelin 19-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Səməd Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Səməd Rzayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Goranboy rayonunun Səfikürd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Rzayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Femen
FEMEN (Ukraynca: Фемен) 2008-ci ildə Anna Hutsol tərəfindən təsis edilib. Anna Hutsol qrupu təsis etdikdən sonra, Femen təşkilatını yaratmasının səbəbini onların ölkələrində fəal qadınların olmaması və kişi yönümlü Ukrayna cəmiyyətinə olan reaksiyası ilə izah edir. Qrupun beynəlxalq nikah agentlikləri, gender ayrı-seçkiliyi və digər beynəlxalq və milli sosial problemlərlə bağlı keçirmiş olduğu etiraz aksiyaları mövcuddur. Qrup dünyada xüsusilə seks turizminə qarşı həyata keçirmiş olduğu yarıçılpaq nümayişləri ilə tanınır. Qrupun məqsədi Ukraynada yaşayan qadınların mədəni və mənəvi dəyərlərini, eləcə də onların liderliyini inkişaf etdirməkdir. Bununla da Ukrayna dünya miqyasında həm imicini yaxşılaşdırmış, həm də öz şəhərinin qadınlarına yeni və daha yaxşı imkanlar vermişdir. 8 Mart Beynəlxalq Qadınlar Günündə İstanbula etiraz aksiyası keçirməyə gələn FEMEN üzvləri keçirmiş olduqları etiraz aksiyasından sonra saxlanılaraq deportasiya edilmişdirlər.
Samen
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Seben
Seben (türk. Seben) — Bolu ilinin ilçəsi.
Selen
Selen (Se) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 34-cü element. Fotokeçirici xüsusiyyəti səbəbiylə fotokopiya aparatlarında istifadə edilir. Şüşə sənayesində, xüsusilə yaqut rəngli şüşə və mina istehsalında istifadə edilir. Həmçinin, foto tonik, fotoelektrik gözələr, televiziya kameraları və işıq ölçərlərin istehsalında; günəş gözələrində yarımkeçirici və polad istehsalında da qatqı maddəsi olaraq istifadə olunur. Bitkilərdə selenin miqdarı 0.000001% (kütlə ilə) təşkil edir.Bəzi bitkilər seleni torpaqdan mənimsəyərək toplamaq qabiliyyətinə malikdir, onların arasında payız astra çiçəyi də var. Selenin miqdarı sarımsaqda, zeytunda, dəniz yosunlarında, paxlalılarda , hind qozunda, püstədə və keşdə daha cox olur. Spirulin yosunu, dərman evkalipti, ural biyanı, səhra efedrası çöl qatırquyruğu selen ilə zəngindir. Lakin son yüz ildə torpaqda selenin azlığı müşahidə olunur və nəticədə tərəvəzdə də onun miqdarı az olur.Selen gübrələri lazımı səmərə vermir. Buna səbəb odur ki, nitratlar, xloridlər və fosfatlar seleni əlaqələndirərək həll olmayan birləşmələrə çevirirlər. Otuz dərman bitkisi seleni toplayır.Belə bitkilərə demirotu, meşə çiyələyi, yunlu üskükotu, aptek çobanyastığı, itburnu, çılpaq biyan, ağacabənzər aloe, qanqırmızı yemişan aiddir.
Semeni
Sement
Sement (lat. caementum – ovulmuş daş) və ya ağ sement — süni qeyri-orqanik bərkidici tikinti materialı. Əsas inşaat materiallarından biri. Su, su məhlulları və başqa maye ilə qarışdırıldıqda, tədricən bərkiyib daşa dönən elastik kütlə əmələ gətirir. Əsasən beton istehsalı və tikinti məhlullarında istifadə olunur. Sementin xüsusiyətlərindən biri rutubətdə daha da bərkiməsidir. Bu onu prinsipial olaraq başqa, ancaq havada bərkiyən mineral bərkidici maddələrdən (gips, əhəng) fərqləndirir.
Semey
Semey (qaz. Семей; 2007-ci ilə qədər rəsmi adı — Semipalatinsk) — İrtış çayının hər iki sahilində yerləşən Şərqi Qazaxıstan vilayətində Qazaxıstanda regional əhəmiyyətli şəhər. Birbaşa Semey şəhəri, tabe kənd bölgələri olmadan 210 km² ərazini tutur. Qazaxıstanın ən böyük şəhəridir, bir bölgənin və ya respublika əhəmiyyətli bir şəhərin mərkəzi deyil, baxmayaraq ki 1782–1997-ci illərdə bir ilçe (okrug) və vilayət (vilayət) mərkəzi olmuşdur. Qazaxıstanda şəhər mədəni paytaxt hesab olunur, çünki onun nəsillərindən çoxu qazax mədəniyyətinin və yaradıcılığının baniləridir. == Tarixi == Yeddi kameralı qala, Çar voivodu Vasili Çeredov və dəstəsi tərəfindən 1718-ci ildə, I Pyotrun şərq torpaqlarının qorunması və inşası haqqında fərmanı ilə əlaqədar olaraq şəhərin indiki mövqeyindən İrtışdan 18 km aşağıda qurulmuşdur. İrtış istehkamları. Qala 1718-ci ilin payızında Polkovnik Stupinin nəzarəti altında möhkəmləndirilmiş və tam silahlanmışdır. Hal-hazırda Semipalatnaya qalasının yeri "Köhnə qala" adlanır və şəhər sakinlərinin istirahət yeridir. Sərhəd və hərbi baza olaraq qurulan qala böyüdükcə Rusiya ilə Türküstan, daha sonra Rusiya, Orta Asiya və Qərbi Çin arasında əhəmiyyətli bir ticarət nöqtəsinə çevrildi.
Sesen
Sesen (fr. Seyssins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38486. Kommunanın 2007-ci il üçün əhalisi 6908 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 1 897 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 5 km cənub-qərbdə yerləşir.
Camuqa-seçen
Camuqa-seçen (1154-1205)— Çingiz xanın andası və silahdaşı. == Həyatı == Temuçinin digər andası Borçu tərəfindən, Çingiz xanın əmri ilə öldürülmüşdür. Camuqa da əvvəllər Çingiz xanın rəqibiydi. Amma Camuqanı digərlərindən ayıran ən önəmli səbən, Çingiz xan ilə olan qan qardaşlığıydı… === Çingiz xan və Camuqa-seçen === Camuqa Çingiz xan ilə eyni yaşlardadır. Camuqa, gəncliyində, mənsub olduğu Cacirat (Cadaran) ulusunun başçısı olmuşdu. Seçen ünvanı daşıyırdı. Hətta, istənildiyində 20 min əsgər dəxi çıxara bilirdi. Çingiz xanla olan münasibətlərinin korlayan səbəblər məchul,ayrılışlarının necə olduğu da qəti olaraq bilinmir. Tanışmalarının, ikisininde 11 yaşlarında oluğu zamanlarda gerçekleştiği rəvayət edilmekdedir. Onan çayı kenarında oyun oynuyurdılar.
Melis Sezen
Melis Sezen (d. 2 yanvar 1997, İstanbul) — Türk aktrisa. == Həyatı == Melis Sezen, 2 yanvar 1997-ci ildə İstanbulda anadan olmuşdur. Qoç Universiteti məzunudur.
Sedən Gürəl
Sedən (Kutlubayan) Gürəl (d. 12 sentyabr 1965, Ankara), Türk pop musiqisi sənətçisi. == Həyatı == Sedən Gürəlin Səbəbim Eşq adlı mahnısı və klipi erməni camaatı içərisində də əhəmiyyətli bir müzakirə mövzusu olanmışdır. Sedən Gürəl albomda mahnının bir Erməni melodiyası olduğunu ifadə etmiş olsa da Səbəbim Eşq, Adanayi Voghperke(Adana Ağıdı) olaraq bilinən və 20. əsr. başında Adanada Ermənilərin məruz qaldığı sözdə krımı izah edən ənənəvi bir Erməni melodiyasıdır.Türk xalqına bir erməni təbliğat mahnısının niyə pop musiqi olaraq verilmək istəndiyi müzakirə edilməmişdir. Orijinal mahnının sözləri Türkləri alçaltmaqdadır. Mahnıda keçən qisimlər: Yazıq Ermənilər bir dəqiqədə, Düşdülər vicdansız qılınc altına. Kilsə və məktəb alovlar içində, Minlərlə Erməni öldü vəhşicəsinə. Qanunsuz duyğusuzlar, yetim buraxdı, Övladı anasından, gəlini kürəkənindən, Alçaq ədalətli ilə duyğusuz Cavit, Doydular içib Erməni qanı.
Sehen xan
Sehen xan — türk, monqol və altay mifologiyasında müdriklik ilahı. Müdrikliyi və öyrətməyi təmsil edir. İnsanlara nəsihət edər verər və keçmişdə yaşanan hadisələri izah edir. == Etimologiya == (Çeç/Çes/Seh/Ses) kökündən törəmişdir. Yakutcada izah edən deməkdir. Çeçen sözü digər Türk dillərində natiq mənasını verər. Monqolcada Sehe (köhnə monqol Sekege) sözü zəka, anlayış, Çeçen/Sesen/Sise/Titen isə müdrik mənası daşıyır.
Selen Soyder
Selen Soyder (türk. Selen Soyder, 26 dekabr 1986, İzmir) — Türkiyə modeli, Miss-Türkiyə 2007. == Həyatı == 26 dekabr 1986-cı ildə İzmirin Alsancak qəsəbəsində anadan olmuşdur. Məktəbi qurtarandan sonra Selen Soyder liseyi İzmirdə bitirmişdir. 2006-cı ildə Miss Model Of Turkey yarışmasında Türkiyənin ən yaxşı modeli seçildi ve Miss Bikini Of The Universe yarışmasında Çin Xalq Respublikasında Türkiyəni təmsil etdi. İlk beşliyə daxil olan Soyder, Türkiyəyə "Ən yaxşı milli geyim" mükafatını qazandırdı. 2007-ci ildə Star TV-nin yayımladığı və 1200 nəfərin qatıldığı Türkiyə Gözəllik Yarışması Miss Turkey-də "Türkiyə Gözəli" seçildi və Türkiyəni Miss World 2007-də 106 ölkənin içində Çinin Sanya adasında təmsil etdi. İlk beşliyə daxil ola bilmədi. 2007-ci ildə Vakkonun modeli olmuşdur. Daha sonra dil təhsili üçün Kanadaya gedən Selen Soyder 2009-cu ildə Türkiyəyə geri döndü.