Səməndər Vahid oğlu İsgəndərov (23 fevral 1996; Sərçuvar, Masallı rayonu, Azərbaycan — 12 noyabr 2020 (dəfn tarixi); Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Səməndər İsgəndərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sərçuvar, Masallı rayonu, Azərbaycan |
Vəfat tarixi | (dəfn tarixi) (24 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017—2018 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Səməndər İsgəndərov 23 fevral 1996-cı ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur.[1] Şəhid Səfəralı Məmmədov adına Masallı rayon Sərçuvar kənd tam orta məktəbdə təhsil almışdır. Həmçinin, skripka üzrə musiqi təhsili də almışdır. Nişanlı idi.
Səməndər İsgəndərov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi ixtisası topçu olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Səməndər İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səməndər İsgəndərov Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 12 noyabr 2020-ci ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndər İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməndər İsgəndərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməndər İsgəndərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməndər İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməndər İsgəndərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]