Muğan mahalı
Muğan mahalı — tarixi-coğrafi və inzibati ərazilərdən biri.
== Tarixi ==
İndiki Sabirabad və Saatlı rayonlarının ərazisində mövcud olmuşdur.
Mahalın naibi Həsən xan, sonra əmisi oğlu Mustafa bəy olub.
Bu tarixi-coğrafi ərazini Petropavlovka dairəsi əvəz etmişdir. 1921-1930-cu illər arası Petropavlovka dairəsi adlandırılmışdır.
== Əhalisi ==
1821-ci ildə 1 istehkam-qala (Qalaqayın) və 44 obada (onların bir hissəsinin adı məlumdur: Bildik, Ulucalı-Xəlfəli, Məmişli, Kürkəndi, Cəngən, Birinci Rəncbərlər, Müridlər, İkinci Rəncbərlər, Qarağlı, Minbaşı, Molla Vaizli, Dəymədağıldı, Əli Sultanlı, Şahatlı, Quştan, Məlday, Mustafabəyli, Haşımxanlı, Potular) 500 ailə yaşayırdı.
==== Muğan mahalı bəylərinin siyahısı (1820-ci il) ====
Qeyd: Cədvəl general Mədətov tərəfindən 1820-cü ildə həyata keçirilmiş Şirvan əyalətinin təsviri əsasında tərtib olunub.
==== Muğan mahalı əhalisinin kəndlər üzrə yerləşməsi ====
Qeyd: Cədvəl Ali Gürcüstan Hökumətinin Xəzinə Ekspedisiyasının kollegiya qeydiyyatçısı Suşko tərəfindən həyata keçirilmiş 1831-ci ildə Şirvan əyaləti əhalisinin kameral təsviri əsasında tərtib olunub.
== İqtisadiyyatı ==
Muğan mahalının sakinləri əkinçilik, maldarlıq və pambıqçılıqla məşğul olurdular.
== Hakimlər ==
Ramazan sultan (?-1727)
Əliqulu xan Şahsevən (1727-1734)
Məhəmməd xan (1734-?)
Səfiqulu xan
Qiyas xan (1742-1750)
Həsən xan (1750-1789)
Mustafa bəy
İbrahim xan (1789-1794)
Səfi xan Muğanlı (1794-1805)
== Mənbə ==
Дренякин И.Т. Описание Ширвана.