Səfi xan Muğanlı (fars. صفی خان موگانلی) — Şahsevən elinə mənsub olan Cavad xanlığının dördüncü xanı, sərkərdə.
Səfi xan Muğanlı | |
---|---|
Səfi xan İbrahim xan oğlu Şahsevən | |
![]() Səfi xan Muğanlı | |
Cavad xanlığının IV xanı[1] | |
1794 – 1805 | |
Əvvəlki | İbrahim xan Muğanlı |
Muğan mahalının hakimi[1] | |
1794 – 1805 | |
Əvvəlki | İbrahim xan Muğanlı |
Şəxsi məlumatlar | |
Doğum yeri | Qalaqayın, Muğan mahalı, Cavad xanlığı |
Vəfat yeri | Qalaqayın |
Dəfn yeri | Qalaqayın |
Atası | İbrahim xan |
Dini | Şiə İslam |
![]() |
Rus hərb tarixçisi P.Butkov isə 1796-cı ilə dair məlumatlarında yazırdı ki, indi - 1796-cı ildə Cavad bölgəsində əksəriyyəti tərəkəmələrdən ibarət olan 470 ailə və ya 1410 nəfərdən ibarət kişi cinsli əhali yaşayır. Buranı Cavad qəsəbəsində əyləşən Səfi xan idarə edir.[2] Kişi əhalinin sayı qədər qadın olduğunu qəbul etsək, onda təqribən Cavadda həmin dövrdə 2820 nəfərin yaşadığı bəlli olar. P. Butkovun məlumatı Cavad xanlığı Muğan mahalı əhalisinin ümumi sayına uyğun gəlir.