OĞUZ

Dilimizdə “bacarmaq” mənasını verən u feili olub. Onun üzərinə z (s) artır­maqla “bacarıq” mənasını verən uz (us) kəlməsi düzəlib (indi də işlədilir): Dərviş olan baxmaz pusta, / Uslu olan olar usta. (Aşıq Murad) Qərb dialektlərində ustuf sözü var, bu elə uslu kəlməsinin təhrifidir, “ağıllı, ehtiyatlı” və s. mənalarında işlədilir. Oğuz sözünün hissəsi “ox” deməkdir. Uz hissəsi isə “usta”, “məharətli” anlamını verir. Oğuz –“ox ustası” deməkdir: oxu düzəltməkdə və atmaqda oğuza çatan olmayıb. Onların oxu slavyanlarınkından 150 m uzağı vururmuş. Səbəbi isə odur ki, oxun arxa tərəfində yelək hissəsi olurmuş. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

OĞURSAQ
OX
OBASTAN VİKİ
Oğuz
Oğuz (əvvəlki adı: Vartaşen) — Azərbaycanda şəhər, Oğuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vartaşen şəhəri Oğuz şəhəri adlandırılmışdır. == Tarixi == Vartaşenin çoxdan qurulduğu, Bejanov tərəfindən sübut edildiyi kimi, bir çoxu kəndin yanında olduğu kimi, qədim kurqan və qəbiristanlıqlardır. Vartaşen və Nic qəsəbələri, əfsanələrə görə, qədim dövrlərdə Kür çayının cənubundakı qədim erməni Utik vilayətində məskunlaşmış Utievlər və ya biri üçün doğma yerlər idi. 1722-ci ildə I Pyotrun Qafqaz ekspedisiyası zamanı ona ünvanladığı bir məktubda özlərini "Ağvanlar" adlandırdılar. 1807-ci ildə Şəki xanı Cəfər Kuli Xanın (azərbaycanlı) rus olduğu Vartaşen və Nici ermənilərə verəcəkdi, rus çarı I Alexander-a bir məktub yazdı: 1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Kərimli kəndində (indiki Oğuz şəhərində) 657 təsərrüfatda 3153 nəfər əhali yaşayırdı ki, onların da 1646 nəfərini kişilər, 1507 nəfərini isə qadınlar təşkil edirdi. == Əhalisi == 1 yanvar 2013-cü il tarixli məlumata əsasən əhalisi 6,891 nəfər olsa da.2019-cu ilin məlumatına görə 7,400 nəfərdən artıq şəhərdə yaşayır. 1819-cu il üçün Şəki vilayətinin təsviri Vartaşenin "Tatar" (Azərbaycan) kəndini göstərir. Vartaşen məktəbinin keçmiş müdiri Mixail Bejanov "Qafqazın yerlərini və tayfalarını təsvir etmək üçün materiallar toplusu" kitabında Udinlərin Vartaşen və Nic kəndlərində yaşadıqlarını və bir çox "tatar" (yəni Azərbaycan) sözlərini özündə cəmləşdirən Dağ dilində danışdıqlarını qeyd edir. 1908-ci il üçün "Qafqaz təqvimi" nə görə kənddə 1090 erməni, 629 rus və 35 azərbaycanlı (tatar) yaşayırdı.
Oğuz xaqan
Oğuz xan, Oğuz xaqan və ya Oğuz Kağan — yarı əfsanəvi, yarı həqiqi türk hökmdarı. Bəzi tarixçilər onu Zülqərneyn, bəziləri isə Mete xan hesab edir. Oğuz xan Oğuz türklərinin əcdadıdır. Həyatı haqqında Oğuz xaqan dastanı yazılmışdır. == Oğuz adının mənası və Oğuz Xanın qısa biyoqrafiyası == Oğuz sözünün anlamı ilə əlaqədar fərqli fikirlər irəli sürülüb. Bəzi iddialara görə oğuz — oxlar, boylar, soylar birliyidir. Qədim dövrlərdə qonşuları tərəfindən sıxışdırılan ayrı-ayrı boylar birləşib bir ittifaq yaradıblar. Bu birlik oğuz, doqquz oğuz, on oğuz və s.adlanıb. Adnan Menderes Kaya "Avşar türkmənləri" kitabında Oğuz adının anlamı haqqında yazır: "Qədim əsərlərdə Oğuz adının mənası haqqında məlumatlara rast gəlinmir. Elxanlılar zamanında uyğurca yazılmış Oğuz Kağan Dastanında ilk süd anlamına gələn ağız, oğuz kimi yazıldığı üçün Oğuzun bu anlama gəldiyini düşünənlər olmuşsa da, bunun bir imla xətası olduğu vurğulanmıştır.
Oğuz şəhəri
Oğuz (əvvəlki adı: Vartaşen) — Azərbaycanda şəhər, Oğuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vartaşen şəhəri Oğuz şəhəri adlandırılmışdır. == Tarixi == Vartaşenin çoxdan qurulduğu, Bejanov tərəfindən sübut edildiyi kimi, bir çoxu kəndin yanında olduğu kimi, qədim kurqan və qəbiristanlıqlardır. Vartaşen və Nic qəsəbələri, əfsanələrə görə, qədim dövrlərdə Kür çayının cənubundakı qədim erməni Utik vilayətində məskunlaşmış Utievlər və ya biri üçün doğma yerlər idi. 1722-ci ildə I Pyotrun Qafqaz ekspedisiyası zamanı ona ünvanladığı bir məktubda özlərini "Ağvanlar" adlandırdılar. 1807-ci ildə Şəki xanı Cəfər Kuli Xanın (azərbaycanlı) rus olduğu Vartaşen və Nici ermənilərə verəcəkdi, rus çarı I Alexander-a bir məktub yazdı: 1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Kərimli kəndində (indiki Oğuz şəhərində) 657 təsərrüfatda 3153 nəfər əhali yaşayırdı ki, onların da 1646 nəfərini kişilər, 1507 nəfərini isə qadınlar təşkil edirdi. == Əhalisi == 1 yanvar 2013-cü il tarixli məlumata əsasən əhalisi 6,891 nəfər olsa da.2019-cu ilin məlumatına görə 7,400 nəfərdən artıq şəhərdə yaşayır. 1819-cu il üçün Şəki vilayətinin təsviri Vartaşenin "Tatar" (Azərbaycan) kəndini göstərir. Vartaşen məktəbinin keçmiş müdiri Mixail Bejanov "Qafqazın yerlərini və tayfalarını təsvir etmək üçün materiallar toplusu" kitabında Udinlərin Vartaşen və Nic kəndlərində yaşadıqlarını və bir çox "tatar" (yəni Azərbaycan) sözlərini özündə cəmləşdirən Dağ dilində danışdıqlarını qeyd edir. 1908-ci il üçün "Qafqaz təqvimi" nə görə kənddə 1090 erməni, 629 rus və 35 azərbaycanlı (tatar) yaşayırdı.
Padar (Oğuz)
Padar — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin adı oğuz-səlcuq tayfalanndan biri olan padarların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın cənubunda yaşamış, Səfəvilər dövründə (XVI-XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şimal zonasına köçürülmüşdülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XVIII əsrdə Cavad qəzasında yaşayan padarların ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s. tirələrindən, ümumiyyətlə 20 tirə və 218 ailədən ibarət olması haqqında məlumat mövcuddur. Padar türk-Azərbaycan mənşəli etnotoponimidir. Padarlar Oğuz-Səlcuq tayfalarından biridir. Akademik İ.M.Meşşaninov Azərbaycanda Padar oykonominin çox qədim tarixə malik olub, Patari (şəhər adı) oykonomini ilə bağlı olduğunu göstərmişdir.
Oğuz Atay
Oğuz Atay (12 oktyabr 1934 – 13 dekabr 1977, İstanbul), Türk yazıçı. Türk romanının ən mahir ustalarından biridir. == Həyatı == Oğuz Atay 1934-cü ildə İnebolu, Kastamonuda anadan olmuşdur. Atası Kastamonu şəhərinin millət vəkili olmuş Cemil Ataydır. 5 yaşında ailəsi ilə birlikdə Ankaraya köçmüşdür. 1951-ci ildə bugünkü adı Ankara Kolleci olan Ankara Maarif Kollecini, 1957-ci ildə isə İstanbul Texniki Universitetinin İnşaat Fakültəsini bitirib. Üç il sonra isə İDMMA İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyasının (indiki Yıldız Teknik Üniversitesi) İnşaat Bölümündə işçi üzv olmuşdur. 1975-də dosent olan Oğuz Atay, Topoqrafiya adlı peşə kitabı yazmışdır. Bu müddət ərzində müxtəlif qəzet və dərgilərdə yazıları dərc olunmuşdur. Oskar Uaylddan, Maurice Leblanca, Maksim Qorkidən Kroninə və Pitigrillidən Stendala, Laclos, Eliot, Herman Mervil və Henri Ceymsə qədər bir çox yazarların əsərləri ilə tanış olmuş, ədəbiyyat dəryasına daxil olduqdan sonra bütün həyatı boyu kitablarla nəfəs almışdır.
Oğuz Boyları
Oğuzlar — "Oğuz Xaqan Dastanı"na görə 24 boydan, Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə isə 22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur. Oğuzlar Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Köçəri həyat tərzi yaşayan oğuzlar təxminən 7-ci əsrdən etibarən yer dəyişməyə başladılar və coğrafi baxımdan, Bizans imperiyasının qeydlərinə görə, əvvəlcə Balkanlara yayıldılar. Oğuzlar Türkiyə, Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Misir ve Balkanlarda (Bolgarıstan, Rumıniya, Yunanıstan, Kosova, Serbiya) yaşayan türklərin atası sayılır. == Tarix == Dastanlara görə oğuzlar Oğuz xanın altı oğlu və onların hər birinin 4 oğlundan meydana gəlmişdirlər. Meydana gələn bu 24 boyun hər birinin ayrı adı və ünvanı vardır. Bu boyların Bozoxlar və Üçoxlar olmaqla ikiyə bölünməsi isə daha sonra baş vermişdir. Bu iki ana qol arasında baş verən münaqişələr və anlaşmazlıqlar boyların bir qisminin qərbə köç etməsinə səbəb olmuşdur, qalanları isə Göytürk xaqanlığının hakimiyyəti altında qalmışdır. 630-cu ildə ilk Göytürk dövlətinin zəifləyib Çin tabeliyinə keçməsi ilə yenidən birləşməyə çalışsalar da, ikinci Şərqi Göytürk Xaqanlığının yaranması ilə yenidən hakimiyyət altına girdilər. 745-ci ildə Şərqi Göytürk Xaqanlığı da süqut etdikdən sonra qərbə və Çinə köçmüş bir çox Oğuz boyları Ötükənə geri dönərək Qutluq Bilgə Xaqanın qurduğu Uyğur Xaqanlığının bayrağı altında birləşdilər.
Oğuz Türkləri
Oğuzlar — "Oğuz Xaqan Dastanı"na görə 24 boydan, Mahmud Kaşğarinin Divanü Lüğati-it-Türk əsərinə görə isə 22 boydan ibarət Orta Asiya kökənli ən böyük və ən nüfuzlu türk boyudur. Oğuzlar Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər olan ərazidə yerləşmişdirlər. Köçəri həyat tərzi yaşayan oğuzlar təxminən 7-ci əsrdən etibarən yer dəyişməyə başladılar və coğrafi baxımdan, Bizans imperiyasının qeydlərinə görə, əvvəlcə Balkanlara yayıldılar. Oğuzlar Türkiyə, Azərbaycan, Türkmənistan, İran, İraq, Suriya, Misir ve Balkanlarda (Bolgarıstan, Rumıniya, Yunanıstan, Kosova, Serbiya) yaşayan türklərin atası sayılır. == Tarix == Dastanlara görə oğuzlar Oğuz xanın altı oğlu və onların hər birinin 4 oğlundan meydana gəlmişdirlər. Meydana gələn bu 24 boyun hər birinin ayrı adı və ünvanı vardır. Bu boyların Bozoxlar və Üçoxlar olmaqla ikiyə bölünməsi isə daha sonra baş vermişdir. Bu iki ana qol arasında baş verən münaqişələr və anlaşmazlıqlar boyların bir qisminin qərbə köç etməsinə səbəb olmuşdur, qalanları isə Göytürk xaqanlığının hakimiyyəti altında qalmışdır. 630-cu ildə ilk Göytürk dövlətinin zəifləyib Çin tabeliyinə keçməsi ilə yenidən birləşməyə çalışsalar da, ikinci Şərqi Göytürk Xaqanlığının yaranması ilə yenidən hakimiyyət altına girdilər. 745-ci ildə Şərqi Göytürk Xaqanlığı da süqut etdikdən sonra qərbə və Çinə köçmüş bir çox Oğuz boyları Ötükənə geri dönərək Qutluq Bilgə Xaqanın qurduğu Uyğur Xaqanlığının bayrağı altında birləşdilər.
Oğuz Xan
Oğuz xan, Oğuz xaqan və ya Oğuz Kağan — yarı əfsanəvi, yarı həqiqi türk hökmdarı. Bəzi tarixçilər onu Zülqərneyn, bəziləri isə Mete xan hesab edir. Oğuz xan Oğuz türklərinin əcdadıdır. Həyatı haqqında Oğuz xaqan dastanı yazılmışdır. == Oğuz adının mənası və Oğuz Xanın qısa biyoqrafiyası == Oğuz sözünün anlamı ilə əlaqədar fərqli fikirlər irəli sürülüb. Bəzi iddialara görə oğuz — oxlar, boylar, soylar birliyidir. Qədim dövrlərdə qonşuları tərəfindən sıxışdırılan ayrı-ayrı boylar birləşib bir ittifaq yaradıblar. Bu birlik oğuz, doqquz oğuz, on oğuz və s.adlanıb. Adnan Menderes Kaya "Avşar türkmənləri" kitabında Oğuz adının anlamı haqqında yazır: "Qədim əsərlərdə Oğuz adının mənası haqqında məlumatlara rast gəlinmir. Elxanlılar zamanında uyğurca yazılmış Oğuz Kağan Dastanında ilk süd anlamına gələn ağız, oğuz kimi yazıldığı üçün Oğuzun bu anlama gəldiyini düşünənlər olmuşsa da, bunun bir imla xətası olduğu vurğulanmıştır.
Oğuz bələdiyyələri
Oğuz bələdiyyələri — Oğuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Oğuz bələdiyyəsi
Oğuz bələdiyyələri — Oğuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Oğuz dilləri
Oğuz dil qrupu — türk dillərinin bir qolu. Oğuz dil qrupuna aid türk dillərində 140 milyona yaxın insan danışır. Qrupa aid edilən dillər arasında ən çox danışılanları Türkiyə türkcəsi və Azərbaycan türkcəsi dilidir.
Oğuz dövləti
Oğuz dövləti, Oğuz yabquluğu və ya Oğuz yabqu dövləti — Kiyev knyazlığı tərəfindən məğlubiyyətə uğradılan Xəzər xaqanlığının özünün əvvəlki gücünü itirməsi ilə əvvəllər xəzərlərə tabe olan və Xəzər dənizi ilə Aral gölü arasında yaşayan şamanist oğuzlar 950-ci illərdə müstəqil oldular. Oğuz dövləti 1050-ci illərə qədər var olmuş və daha sonra Böyük Səlcuq İmperiyasına qatılmışdır. Oğuz dövlətində subaşı vəzifəsində olan Səlcuq bəyin Oğuz dövlətinin rəhbəri olan Yabğu ilə münasibətləri pisləşmişdi. Münasibətlərin daha da pisləşməsindən sonra Səlcuq bəy öz boyu və ona tabe olan boylar ilə birlikdə cənuba hərəkət etdi. Bu dövrdə Oğuz dövlətinin ətrafındakı dövlətlər (peçeneqlər, qıpçaqlar və qarluqlar) ilə münasibətləri çox pis vəziyyətdə idi. Bəziləri tərəfindən, Oğuz-Qıpçaq müharibələrindən də bəhs edən "Dədə Qorqud dastanı"nın bu dövrdə baş verən hadisələrlə bağlı yazıldığı güman edilir. == Tarixi == İbn əl-Əsir oğuzların Xəlifə əl-Mehdi dövründə (775–785) Mavəraünnəhr bölgəsinə gəldiklərini bildirmişdir. Oğuzlar IX əsrin ikinci yarısından etibarən Seyhun çayının ətrafında yaşamaqda idilər. Oğuz dövləti isə oğuz türklərinin X əsrin ilk yarısında qışlıq mərkəzi Yenikənd olaraq qurduqları dövlət olmuşdur. Bu dövlətin başında Yabğu titulu daşıyan şəxs dayanırdı.
Oğuz məbədi
Müqəddəs Yelisey Kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen Gergeś, rus. Церковь Святого Елисея) — keçmişdə Şərqi Pravoslav kilsəsi və Erməni Apostol Kilsəsi kimi fəaliyyət göstərmiş, hazırda Oğuz Tarix-Diyarşünaslıq Muzeyinə ev sahibliyi edən tikili. Oğuz şəhərində yerləşir. == Tarixi == Kilsənin tikilməsi haqqında iki fərqli nəzəriyyə mövcuddur. Bir versiyaya görə, yepiskop Pyotr Silikov tərəfindən 1822-ci ildə tikilib, lakin yerli udi etnoqraf Mixail Bejanova görə kilsəni inşa edən əcdadı İosif Bejanov idi. Buna baxmayaraq iki nəzəriyyə də tarixi və kilsənin aidliyini Şərqi Pravoslav kilsəsi olaraq qəbul edir. Gürcü tədqiqatçı Roland Topçişvilinin araşdırmasına görə, sonradan kilsə erməni kilsəsinin tabeliyinə verildi və Silikovlar ailəsinin bəzi üzvləri erməniləşdi, ehtimal ki, fərqli nəzəriyyələrin üzə çıxmasına da bu səbəb olub. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra kilsə fəaliyyətini dayandırıb. == Muzey kimi == Oğuz Tarix-Diyarşünaslıq Muzeyi 19 fevral 1981-ci ildə kilsə binasında yaradılıb və hazırda 4441 eksponat saxlanılır. Fəaliyyətə başladığı ilk illərdə əsas fondda cəmi 200 eksponat vardı.
Oğuz rayonu
Oğuz rayonu (əvvəlki adı: Vartaşen rayonu) — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Oğuz şəhəridir. Şəki xanlığının mahallarından Xaçmaz mahalı və Padar mahalı Oğuz rayonu ərazisində olub. Oğuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963–1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur. Rayon mərkəzi Vartaşen (indiki Oğuz şəhəri) 1961-ci ilə qədər kənd olmuşdur. 1961–1968-ci illərdə ona şəhər tipli qəsəbə, 1969-cu ildə rayon tabeliyində şəhər statusu verilmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonu Oğuz rayonu adlandırılmışdır. == Tarixi == Oğuz rayonu Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Burada insanlar hələ neolit dövründə məskunlaşmışlar.
Qarabaldır (Oğuz)
Qarabaldır — Azərbaycan Respublikasının Oğuz rayonunun Kərimli kənd inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 16 km. cənubda, Kərimli kəndinin qərbində, Əlicançayın sol sahilində yerləşir. == Etimologiyası == Qarabaldır etnik toponimdir. Azərbaycan xalqının etnogenizində iştirak etmiş qədim türk tayfalarından birinin adı q a r a b a l d ı r olmuşdur. “Qarabaldır” toponimi – iki hissədən ibarətdir: “qara” və “baldır”. “Qara”–böyük, güclü, qüvvətli, “Baldır” – "çıxıntı" sözlərindən yaranıb "böyük çıxıntı" deməkdir. Ümumiyyətlə, hələ qədimdən bədən üzvləri ilə oxşarlığı nəzərə alınaraq coğrafi obyektləri burun, bel, barmaq, daban, dil və sair kimi, sözlərlə adlandırmaq qanunauyğun hal olmuşdur. == Tarixi == Kəndin ərazisində ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmiş Nekropol (e.ə IV-I əsrlər), Molla qoruğu (e. I-IV əsrləri) var.
Qarabulaq (Oğuz)
Qarabulaq — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin ərazisi qədim yaşayış yeridir və keçmiş adı Xoşkaşen olmuşdur. Xoşken (Koçken, Koşken, Xoşken) V əsrdə Alban xristian ruhanisinin adı olub, türkcə "qartal" sözündəndir. "Şen" isə "oba, yer, kənd" anlamındadır. "Xoşkaşen" — "Xoşkenin" (qartal kimi igidin) kəndi, obası, yeri" deməkdir. Kəndin indiki adı isə XIX əsrdə Şəki rayonunun Oxud kəndindən çıxmış ailələrin Filfilli kəndi yaxınlığında Qarabulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Keçmiş adı Molla Qarabulaq olmuşdur. Kəndin əsasını bir nəfər molla qoyduğuna görə Molla Qarabulaq adlanmış, sonralar molla sözü düşmüşdür. Sonralar əhali Filfilli kəndinin şimalındakı eyni adlı kənddən köçüb indiki kəndin ərazisində məskunlaşmış, həmin adı da özləri ilə buraya gətirmişlər. "Qarabulaq" sözünün mənası "daim çağlayan, güclü, bol sulu bulaq" kimi yazmaq daha düzgündür.
Qarasuçay (Oğuz)
Qarasuçay — Oğuz rayonu ərazisində çay. == Haqqında == Əlicançayın sağ qoludur. Başlıca olaraq Həftəran vadisində üzə çıxan yeraltı sulardan qidalanır.
Qumlaq (Oğuz)
Qumlaq — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qumlaq Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Hətta belə ehtimal olunur ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsli şairin şeirlərindən məlum olduğu kimi məhz həmin Qumlaq (QUM) kəndindəndir. Qumlaq lap qədim zamanlardan əvvəl Qum adı ilə tanınarmış və Əlican çayının sahillərində yerləşərmiş. Çayın sahilləri də daim qumluq olduğundan buraya Qum, Qumluq, Qumlaq adları verilmişdir. Lakin təbii fəlakət nəticəsində Əlican çayının dəfələrlə daşması və ətrafı su basması əlaqədar ilə əhali zaman-zaman Əlican çayının sahillərindən bir qədər kənar yerlərə köçərək özlərinə yeni yaşayış məskənləri salmışlar. Hətta,Qumlaq kəndinin qədim yaşayış məskəninin adına yerli əhalinin dilində "Qumlu Örənələr" deyilir. “Qumlaq” toponimi türk-qıpcaq məşəli qumuq xalqının adı ilə bağlıdır, onun “qumlu yer, qumlu torpaq” yozulması yanlışlıqdır. “Qumlaq”da “qum” – (kum, qom) – “birlik, qüvvətlilik” (“hun” sözündə olduğu kimi), “aq” isə–“çoxluq”, ya da “yer, məkan” (yat-aq, bat-aq, ot-l-aq, çay-l-aq) bildirir. Deməli, “Qumlaq” – “g ü c l ü l ə r, q ü v v ə t l i l ə r ”, yaxud, “ b i r l i k d ə o l a n l a r ” anlamındadır.
Sincan (Oğuz)
Sincan — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Ehalisi-1673 == Toponimikası == Oykonim qədim türk dillərindəki sin (düşərgə, ordugah) və qan (yer, məkan) sözlərindən düzəlib, "düşərgə yeri" mənasındadır. Orta əsrlrdə Azərbaycan ərazisində Səncan adlı bir neçə yaşayış məntəqəsi olmuşdur. Hazırda Cənubi Azərbaycanda da eyniadlı kənd var. Sincan eyni zamanda qambatı da adlanan çoxillik ot və kol bitkisinin adıdır. "Sincan" — türk Azərbaycan mənşəli etnotoponimdir. Dəvəçi rayonunda Sincan-Boyat adlı kənd var. Köçəri türkmənlər içərisində sencan adlı tayfa olmuşdur. "Sincan" — iki sözün birləşməsindən yaranmışdır: "sin" və "can". "Sin" — türk dillərində "kimi, sanki" mənalarını daşıyır.
Tofiq Oğuz
Tofiq Oğuz (tam adı: Tofiq Qafar oğlu Rzayev; 19 yanvar 1945, Yaqublu, Vartaşen rayonu – 8 may 1992, Şuşa rayonu) — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Qarabağı batalyonunun komandiri. == Haqqında == Tofiq Rzayev 19 yanvar 1945-ci ildə Oğuz rayonunun Yaqublu kəndində anadan olub. Yaqublu kənd orta məktəbini bitirdikdən sonra 2 il Sumqayıt Texnologiya Texnikumunda oxuyub, daha sonra Rusiyanın Sankt-Peterburq şəhərində hərbi xidmət keçmişdir. Xidmətini başa vurduqdan sonra Bakı Ali İdman məktəbində ali təhsil alıb və sambo üzrə idman ustası adını qazanıb. Hələ gənc yaşlarında idmana olan böyük marağı onu Azərbaycanda sambonun banisi İsmayıl Əhmədovun sinfinə gətirib çıxardıb. 1961-1962-ci illərdə Azərbaycanda gənclər arasında keçirilən yarışlarda birinci yerin sahibi olub. Bununla kifayətlənməyən Tofiq Oğuz ölkə hüdudlarında da sambo üzrə nailiyyətlər əldə edib. SSRİ idman ustası adını alan, beynəlxalq dərəcəli hakim kimi Ümumittifaq yarışlarında, turnir və çempionatlarda Azərbaycanı təmsil edib. Uzun illər Bakı və Sumqayıtda müəllim işləyib, daha sonra öz elinə, obasına qayıdaraq burada rayon rəhbərliyinin diqqətini cəlb edib və Oğuz Rayon İdman Komitəsinin sədri vəzifəsinə təyin olunub. Vətənini azad və müstəqil görmək istəyən Tofiq Oğuz 1988-ci ildə başlayan milli azadlıq hərəkatının fəallarından biri olub, siyasi meydana atılıb, ətrafına hərəkat tərəfdarlarını toplamağı bacarıb və AXC-nin Oğuz Rayon Şöbəsinin liderinə çevrilib.
Top (Oğuz)
Top — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Top oyk., sadə. Oğuz r-nunun Yaqublu i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl mövcud olmuş Köhnə Ağalıq kənd əhalisinin Sovet hakimiyyətinin ilk illərində Top adlı indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı ilə bağlı olan oykonim Azərbaycan dilinin dialektlərindəki top (meşə sahəsi) sözündən ibarət olub, “meşəlik” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 356 nəfər əhali yaşayır.
Vladimirovka (Oğuz)
Çayqovuşan (əvvəlki adı: Vladimirovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Çayqovuşan kəndi adlandırılmışdır. == Tarixi == Rayon mərkəzindən 45 km cənubda, Türyançayın sağ sahilində, Astraxanovka kəndinin şərqində yerləşir. Böyük Söyüdlü İnzibati Ərazi Dairəsinə daxildir. Kəndi Rusiyanın Vladimir vilayətindən köçürülmüş rus kəndliləri 1891-ci ildə salmışlar. "Vladimir" – rus şəxs adı (knyaz Vladimir və s), " o v – k – a" rus dilində mənsubiyyət bildirən şəkilçidir. "Vladimirovka"– " V l a d i m i r ə m ə x s u s" anlamındadır. Zaman keçdikcə, rus millətinə mənsub olanlar kənddən köçüb getmiş, ad qalmışdır. Kəndin əhalisi (167 nəfər) heyvandarlıq və taxılçılıqla məşğul olur. Kənddə 1 telefon var.
Xalxal (Oğuz)
Xalxal — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Ərmənət kəndinin qərbində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Xalxal İnzibati Ərazi Dairəsinin mərkəzidir. Kəndin əhalisi (808 nəfər) heyvandarlıq, əkinçilik və bağçılıqla məşğuldur. Kənddə orta məktəb, uşaq bağçası, klub, kitabxana, poçt, 100 yerlik ATS, tibb məntəqəsi, ticarət və iaşə obyektləri var. Məşhur Kordərə mineral istisu bulağı kəndin şimalında yerləşir. Kəndin dəniz səviyyəsindən yüksəkliyi 810 metrdir. == Etimologiyası == “Xalxal” toponimi həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda geniş yayılmışdır. Qafqaz Albaniyasının (Azərbaycan) ən böyük şəhərlərindən biri Xalxal şəhəri olmuşdur. Cənubi Azərbaycanın (İran) vilayətlərindən birinin adı Xalxaldır.
Xaçmaz (Oğuz)
Xaçmaz — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 40 km şərqdə, Filfili kəndindən 10 km cənubda, Nəzərçayın sağında, Qalaçayın solunda yerləşir. Xaçmaz inzibati ərazi dairəsinin mərkəzidir. Tarixi Xaçmaz keçidi Xaçmaz kəndinin şimalından başlayaraq Fiy və Malqamud aşırımlarınadək gedir. Kəndin dəniz səviyyəsindən yüksəkliyi 760 metrdir. == Tarixi == Xaçmaz Oğuz rayonunda ən böyük kənddir. Əhalisi (6234 nəfər) əkinçilik, heyvandarlıq, bağçılıq, tərəvəzçiliklə məşğuldur. Kənddə 2 orta, 1 ümumi orta məktəb, 3 uşaq bağçası, mədəniyyət evi, klub, 3 kitabxana, 1 poçt, 815 yerli elektron ATS, xəstəxana və aptek var. Kənddə ticarət, iaşə və məişət xidməti obyektlərinin geniş şəbəkəsi fəaliyyət göstərir. Xaçmaz kəndinin 2 km şimal-qərbində, Qalaçayın zirvəsində Xaçmaz Gavurqalası (VII əsr), 5 km şimal-şərgində Balaşum yaşayış yeri (XI–XII əsrlər), kəndin özündə 2 məscid (XIX əsr), kəndə məxsus ərazidə 2 qədim körpü – Adıl və Daşüz körpüləri var.
Yaqublu (Oğuz)
Yaqublu — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Azərbaycan Respublikasında "Yaqublu" toponiminə hazırda Oğuz və Gədəbəy rayonlarında rast gəlirik, lakin tarixi mənbələr göstərir ki, vaxtı ilə İrəvan quberniyasının Zəngəzur və Eçmədzin qəzalarında, Tiflis quberniyasının Dmanisi rayonunda, digər regionlarda da həmin adda kəndlər olmuşdur. Haqqında bəhs edilən Yaqublu kəndi isə ölkəmizin Oğuz (keçmiş Vartaşen) rayonunun cənubunda Oğuz – Mingəçevir – Yevlax – Gəncə şose yolunun kənarında; Oğuz rayonunun mərkəzindən təxminən 20 km. məsafədə Alazan- Əyriçay çökəkliyində yerləşir. Folklor nümunələrində də təsadüf etdiyimiz bu toponimlə yazılı mənbələrdə "Yakublu" formasında, hələlik, Quba rayonunun Xınalıq kəndində anadan olmuş, XIV–XV əsrlərdə yaşamış məşhur tarixçi Mahmud Xınaluqinin "XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri" adlı əlyazmasında rastlaşırıq. Toponimin etimologiyası barədə müxtəlif maraqlı və ziddiyyətli fikirlər vardır. Bəzi tədqiqat əsərlərində "Yaqublu" toponiminin tərkibindəki "Yaqub" sözü yəhudi adı olan Yakovun (İakovun) ərəb forması hesab edilir. Mənası "ardınca, dabanbasdı, izi ilə gələn" kimi izah olunur. Bəzən isə Yaqublu toponimi Yakov adlı udi adı ilə də əlaqələndirilir. Bunların heç bir əsası yoxdur, fərziyyədir və ancaq iddia sayıla bilər.
Oğuz-Həzbani münaqişəsi
Oğuz-Həzbani münaqişəsi Rəvvadilər dövləti ərazisində yerləşdirilən, Boğa, Göy Daş, Mənsur və Dana rəhbərliyindəki oğuz türkləri ilə bölgədə yerləşən Həzbanilər arasında baş vermişdir. == Erkən dövr == Oğuzların Azərbaycana gəlişi Rəvvadi hökmdarı Vəhsudanın (1025–1058) dəvəti ilə olmuşdur. Vəhsudan, ərazidəki digər dövlətləri öz təsiri altına almaq üçün oğuzlarla ittifaq qurmuşdur. Ancaq qısa müddət sonra Vəhsudanla oğuzların ittifaqı dağıldı. Vəhsudanın onlara qarşı hazırladığı xəyanət planı ortaya çıxınca, oğuzlar dostluqlarını pozdular və Rəvvadi mülklərini talan etməyə başladılar. Oğuzlar narazılıqlarını büruzə vermək üçün Marağada bir məscidi də yandırdılar. Bundan başqa, oğuzlar Həzbaniyye oymağından və xalqından çoxlu insanı qılıncdan keçirdilər. Bu hadisənin əslində Vəhsudanın istəyi ilə meydana gəldiyi haqqında məlumatlar vardır. Zira, Vəhsudan ilə Həzbaniyye oymağı başçısı Əbul-Heyca ibn Rəbibüddövlə bir-birlərinə düşmən idilər. Ancaq Vəhsudan köhnə düşmənlərini zəiflətdikdən sonra oğuzların böyük bir siyasi və əsgəri güc kimi ortaya çıxmasından narazıydı.
Oğuz səsi (qəzet)
Oğuz səsi — Şahbuz rayonunda nəşr olunan qəzet. == Tarixi == Qəzet 1936-cı ildə "Sosializm maldarlığı" adı ilə nəşr olunmağa başlayıb. Yarandığı ilk günlərdən rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə bağlı olub. Qəzet o dövrkü sovet cəmiyyətində sosializm ideyalarının təbliğinə, sosialist iqtisadiyyatının yaranmasına, yeni mənəvi-əxlaqi dəyərlərin meydana gəlməsinə xidmət edib. 1963-cü ildə Şahbuzun bir rayon kimi ləğv edilməsinə qədər "Sosializm maldarlığı" adı ilə nəşr olunan qəzet 3 il sonra – rayon yenidən yaradılanda "Qabaqcıl" adı ilə nəşr olunmağa başlayıb. 1991-ci ilin sentyabrından isə yeni ictimai-siyasi vəziyyətlə – yəni sovet quruluşunun ləğv olunması ilə qəzetin adı dəyişdirilərək "Oğuz yurdu" qoyulmuşdur, 1992-ci ildə isə qəzetin adı müəyyən səbəblərdən yenidən dəyişdirilmiş və "Oğuz səsi" adı ilə nəşrinə başlanılmışdır. Qəzetin ilk redaktoru Rəzzak Babayev, sonrakı redaktorları Abbas Rəcəbli, Müseyib Mehdiyev, Mənaf Xudiyev, Bayram Qurbanov, Əsəd Quliyev, Əhməd Əhmədov, Aslan Bağırov, Elşən Məmmədov, Tahir Fərzəliyev, İmran Məmişov olmuşdur. Bir vaxtlar rayonda savadsızlığın ləğv olunması uğrunda ciddi mübarizə aparan qəzetin sonradan böyük müəlliflər ordusunun yaranmasında, alimlərin, şairlərin, yazıçıların yetişməsində özünəməxsus rolu olmuşdur. Allahverdi Həziyev, Güllü Məmmədova, Xeyrulla Abbasov, Əhməd Məmmədov, Xanlar Səfərəliyev, Çərkəz Məhərrəmov, Şirzad Quliyev, Şəhla Nəbiyeva, Bağdagül Əsgərova, Minayə Abdullayeva və başqaları qəzetin ən tanınmış yazarlarıdır. Uzun illər qəzetin tərkibində "Qönçə", hazırda isə "Məmməd Araz" adı ilə fəaliyyət göstərən ədəbi birlikdə onlarla şair yetişmiş, onların şeirləri xüsusi almanaxlarda dərc edilmişdir.
Oğuz xan adına Türkmənistan Mühəndislik Texnologiyaları Universiteti
Oğuz xan adına Türkmənistan mühəndis texnologiyaları universiteti və ya Oğuz xan adına mühəndis-texnoloji universitet (türkm. Türkmenistanyň Oguz han adyndaky Inžener-tehnologiýalar uniwersitetii) — Türkmənistanda mühəndis və yüksək texnologiyalar üzrə mütəxəssis hazırlığında ixtisaslaşmış ali təhsil müəssisəsi. == Tarixi == 15 iyul 2016-cı il tarixində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun fərmanı ilə təşkilati və hüquqi formasını dəyişdirərək Beynəlxalq Türkmən-Türk Universiteti əvəzinə Oğuz Xan adına Türkmənistanın Mühəndislik Texnologiyaları Universiteti yaradıldı. Həmçinin fərmanla Oğuz xan adına Türkmənistan Mühəndislik Texnologiyaları Universiteti Beynəlxalq Türkmən-Türk Universitetinin qanuni varisi oldu. Yeni yaradılan universitet Türkmənistan Elmlər Akademiyasının tabeliyinə verildi. Universitet üç min nəfərin təhsil alması üçün nəzərdə tutulmuşdur. 2016-2017-ci tədris ilinə universitetdə təxminən 280 tələbə təhsil alırdı. 2019-cu ilin əvvəlində Oğuz xan adına Türkmənistan Mühəndislik Texnologiyaları Universitetində keçirilən elm adamları, universitet müəllimləri və tələbələrinin konfransında, ölkə rəhbərliyinin bütün Türkmənistan elmi institutlarını və universitetlərini tədricən özünü maliyyələşdirməyə keçirmək qərarına gəldiyi açıqlandı. Bu dövlətin elm və təhsil sahəsindəki yeni siyasəti çərçivəsində dövlət büdcəsindən maliyyələşdirilməsini istisna edən sistemə keçilməsi proqramının elanı idi. == Tədris prosesi == Ali təhsil göstərilən peşə sahələri üzrə verilir: materialların öyrənilməsi və yeni materialların texnologiyası; nanomateriallar; kimyəvi texnologiya; biotexnologiya; informasiya sistemləri və texnologiyaları; avtomatlaşdırma və idarəetmə; mekatronika və robototexnika; yenilik, metallurgiya; təbiət elmləri; elektronika, radio mühəndisliyi və rabitə sistemləri.
Oğuz xaqan dastanı
Oğuz xaqan dastanı — Türk dastanlarının Hun-Oğuz dastanları qrupundandır. Dastanın 4 ayrı əlyazma forması məlumdur. Çağatayca, Farsca və Uyğurca olan bu dastanın əlyazmaları, Oğuz boyları, Türk dili, ədəbiyyatı, folkloru, tarixi və mədəniyyəti haqqında bilgi verir. Əsas sujet xətti isə Oğuz Türklərinin atası sayılan Oğuz xanın həyatınından bəhs edir. == Paris əlyazması == Oğuz Xan dastanının Uyğur əlyazması Paris Milli Kitabxanasındadır. Uyğurca forması e.ə 201-126-cı illər arasında mövcud olmuş köçəri Hunlarla əlaqəlidir və Oğuz xanın bu dövləti quran Mete olduğu bildirilir. Zəki Validi Toğana görə isə dastanın kökü e.ə VII əsrdə Mərkəzi Asiyada olan Saklar və İskitlərlə bağlıdır. Paris əlyazması 1891-ci ildə Radlov tərəfindən Kutadqu Bilik nəşrinin içində nəşr olunmuşdur. == Rza Nur Oğuznaməsi == Rza Nur Osmanlı-türk siyasətçi, yazar və türkoloqudur. O, Oğuz xan dastanını başqa dastanlardan hissələrlə zənginləşdirərək Oğuznamə adlı təxminən 6100 misralıq əsər yaradmışdır.
Oğuz yurdu (qəzet)
"Oğuz yurdu" — Oğuz rayonunda çıxan qəzet. Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir. 1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı A. Əlihüseynov 30 aprel 2009-cu il tarixində "Rayonda çıxan "Oğuz yurdu" qəzetinin ilk sayının çapdan çıxmasının 75 illiyinin qeyd olunması haqqında" sərəncam vermişdir. 2014-cü il iyunun 12-də Oğuz rayonunda "Oğuz yurdu" qəzetinin 80 illik yubileyi keçirilib.
Oğuz zəlzələsi (1953)
Oğuz zəlzələsi — 1953-cü il sentyabrın 2-də baş vermiş 7 ballıq zəlzələ. 1953-cü il sentyabrın 2-də Vartaşen (indiki Oğuz rayonu) rayonununda 7 ball gücündə zəlzələ olmuşdur. Bu zəlzələdən sonra yenə hiss edilən təkanlar içərisində ən güclüləri sentyabrın 5-də və 11-də olmuşdur (6 ball gücündə). Əsas zəlzələnin təsiri ən çox Vartaşen, Muxas və Cumat kəndlərində hiss edilmişdir. Əksər evlərin künc və divarlarında yarıqlar əmələ gəlmişdir. Bəzi yerlərdə divarlar bir-birindən aralanmış, pəncərə və qapıların üstləri uçmuşdur. Çiy kərpicdən tikilmiş yerli tipli binalara hamıdan çox ziyan dəymişdir. Antiseysmik qaydalara riayət edilməklə tikilən evlərə heç bir zərər toxunmamışdır. Həmçinin 10–12 kənddə evlərin barılarında yüngül yarıqlar əmələ gəlmişdir. Sincan kəndinin yaxınlığında 208 metr dərinlikdəki artezian quyusundan zəlzələ vaxtı 10 metrə qədər hündürlükdə su fəvvarə vurmuşdur.
Oğuz Şəhidlər Xiyabanı
Oğuz Şəhidlər Xiyabanı — Oğuz şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. Xiyaban 1992-ci ildə Oğuz şəhərində yaradılıb. == A == Abdullayev Emin Novruz oğlu (1975 – 1994) Ağakişiyev Qüdrət Mikayıl oğlu (1965 – 1994) == B == Babayev Elman Telman oğlu (1994 – 2020) Babayev Elşad Saməddin oğlu (1960 – 1993) Babayev Tale Eynulla oğlu (1964 – 1992) == E == Abdullayev Emin Novruz oğlu (1975 – 1994) == Ə == Əhmədli Elşən Elbrus oğlu (1997 – 2020) Əliyev Anar Talıb oğlu (1991 – 2020) == X == Xudumov Vidadi İmanqulu oğlu (1969 – 1994) == İ == İbrahimov Vüqar Rauf oğlu (1973 – 1992) == M == Məmmədov Elvin Yaşar oğlu (1987 – 2006) == P == Paşayev Məhəbbət Vaqif oğlu (1999 – 2020) == R == Ramazanov Süleyman Nəriman oğlu (1977 – 1995) == Y == Yunusov Xanqara Allahverdi oğlu (1970 – 1993) == Z == Zaməddinov Fərid İmran oğlu (1986 – 2020) == Şəhidlərin barelyefi == Şəhidlər Xiyabanının qarşısında Oğuz rayonunda doğulmuş, yaşamış və itkin düşmüş 76 şəhidin barelyefi yerləşdirilmişdir: == Təmirdən sonra == 2021-ci ildə Oğuz şəhərində yerləşən "Şəhidlər xiyabanı" abidə kompleksində Oğuz rayon İcra hakimiyyətinin təşkilatçılığı və sahibkar Hafiz Mustafayevin maddi dəstəyi ilə əsaslı yenidənqurma və abadlıq işləri aparılmışdır. Xiyabanın girişində sol divarında Oğuz rayonunda və kəndlərində doğulmuş, yaşamış şəhidlərin şərəfinə xatirə lövhəsi yerləşdirilib. Sağ tərəfdə isə işğaldan azad olunmuş rayonlar haqqında qısa məlumat lövhəsi yerləşdirilmişdir.
Oğuzhan Koç
Oğuzhan Koç (13 may 1985, Rəfahiyə, Ərzincan ili) — türkiyəli aktyor və müğənni. == Həyatı və karyerası == 13 may 1985-də Ərzincanın Refahiye kəndində dünyaya gəldi. Bursa Dövlət Konservatoriyasında Musiqi Şöbəsində oxudu. 2013-cü ildə "Ben Hala rüyada"adlı albom buraxmışdır. Balaca yaşlarından etibarən səhnə sənətlərinə maraq göstərən Oğuzhan Koç 2007-ci ildə BKM Atelye aktyorlarının arasına qatılıb. 2009-cu ildə rejissoru Yılmaz Ərdoğan olan Xoşbəxt həyat filmində oynayıb. "Gül ki Sevgilim" adlı mahnını Ferhat Göçərə vermiş, Gülbən Ərgəni "Uzun yol şarkıları" albomunda söz və musiqisi özünə aid olan "Giden günlerim oldu" mahnısı ilə albomda və klipdə müşayiət etmişdir. 2009-cu il dekabrın 31-i Kanal D-də yayımlanan Çok güzel hareketler bunlar adlı tyatral komediyada oxuduğu "Donuz qripi ol inşallah" adlı mahnıyla çox insan tərəfindən bəyənilmişdir. 2010-cu ildə də BKM Mutfak aktyorlarının yazıb çəkdiyi Çox filim hərəkətlər bunlar adlı filmdə oynamış və 17. Kral Tv Video və Musiqi Mükafatlarında filmin musiqiləri ilə "ən yaxşı film musiqisi' mükafatına layiq görülmüşdür.
Oğuznamə-1
Oğuznamə-2
Oğuznamə-3
Oğuznamə-4
Oğuznamə-5
Oğuznamə-6
Oğuznamə-7
Oğuznamə-8
Oğuznamə (balet)
Oğuznamə — Cavanşir Quliyevin 2007-ci ildə eyniadlı türk dastanı əsasında yazdığı balet. == Mənbə == Cavanşir Quliyev qalan ömrünü yeni baletinə həsr edəcək. Kaspi.- 2007.- 7 mart.- S. 17.
Oğuznamələr
Oğuznamə — oğuzların ictimai-siyasi, tarixi-mifoloji, dini-fəlsəfi görüşlərini, epik-bədii təfəkkürünü əks etdirən nümunələr. == Oğuzlar haqqında qiymətli mənbələr == Oğuzların ictimai-siyasi, tarixi-mifoloji, dini-fəlsəfi görüşlərini, epik-bədii təfəkkürünü əks etdirən nümunələrə elmi ədəbiyyatda "Oğuznamə" deyilir. Oğuznamə geniş anlayış olub, özündə oğuzların kosmoetnoqonik və təqvim miflərini, dastanlarını, rəvayətlərini, atalar sözlərini, şəcərə dəbini, məsəllərini, şeir parçalarını birləşdirir. Bir sözlə, oğuzlar haqqında hər hansı bədii, tarixi, təsviri məlumat oğuznamə adlandırılmışdı. Oğuznamələr həm köçəri, həm də yarımoturaq əhali arasında passionar ruhu qaldırmaqda böyük rol oynayıb. Kökü mifik oğuz şəcərəsi ilə bağlı olan nümunələr ilk vaxtlarda oğuzların yazılmamış qanunları olubdur. Bunu tarixi-xronoloji oğuznamə yazanlar da (Rəşidəddin, Əbül Qazi və b.) dönə-dönə qeyd etmişlər. Bu mənada Oğuznamələr uzun müddət xalqın qəhrəmanlıq tarixi kimi canlı şəkildə yaşayıb, oğuz birliyinin dağılması, köçəriliyin oturaqlıqla əvəzlənməsi ilə unudulmuşdur. Bu gün Oğuz motivlərinin ayrı-ayrı folklor janrlarında, ədəbi əsərlərdə canlanması tarixi yaddaşa qayıdışın başlanğıcıdır. Bizə qədər Oğuz kağanı və onun övladlarından bəhs edən iki yazılı dastan ("Oğuz kağan" və "Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-Oğuzan"), atalar sözləri ("Hazihir-risaləti min kəlimatı oğuznamə əl məşhur biatalar sözü" və "Əmsali-Məhəmmədiyyə"), Oğuz şeirləri, Oğuznamənin Uzunkörpü variantı, Dana Ata və Əndəlibin əsərləri, həmçinin iyirmidən çox Oğuz salnaməsi gəlib çatmışdır.
Oğuzqışlaq
Oğuzqışlaq — Azərbaycan Respublikasının Oğuz rayonunun Oğuz şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Oğuz rayonunun Oğuz şəhər inzibati-ərazi vahidi tərkibindəki Oğuzqışlaq kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Oğuzyeri
Ərmənət (keçmiş adı Oğuzyeri) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə, Xalxal kəndinin şərqində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Xalxal inzibati ərazi dairəsinə daxildir. Kəndin əhalisi (749 nəfər) taxılçılıq, heyvandarlıq və bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, 50 yerlik ATS, tibb məntəqəsi var. Qədim tarixi olan məşhur Qovurqala (Xaçmaz Qovurqalası) kəndin şimalındakı Qaladağın zirvəsindədir. Kənddə ticarət və iaşə obyektləri var. Ərmənətə Oğuz-Xalxal avtobus marşrutu ilə getmək olur. == Toponimikası == Ərmənət oyk, düz. Oğuz rayonunun Xalxal i.ə.v.-də kənd.
Oğuzyeri kəndi
Ərmənət (keçmiş adı Oğuzyeri) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə, Xalxal kəndinin şərqində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Xalxal inzibati ərazi dairəsinə daxildir. Kəndin əhalisi (749 nəfər) taxılçılıq, heyvandarlıq və bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, 50 yerlik ATS, tibb məntəqəsi var. Qədim tarixi olan məşhur Qovurqala (Xaçmaz Qovurqalası) kəndin şimalındakı Qaladağın zirvəsindədir. Kənddə ticarət və iaşə obyektləri var. Ərmənətə Oğuz-Xalxal avtobus marşrutu ilə getmək olur. == Toponimikası == Ərmənət oyk, düz. Oğuz rayonunun Xalxal i.ə.v.-də kənd.

Значение слова в других словарях