RÜXSARƏ
RÜŞVƏT
OBASTAN VİKİ
Rüstəm
Rüstəm və ya Rüstəm Zal (pəhl. Rodastahm, Rostahm; fars. رستم‎) — Fars xalq dastanının əfsanəvi qəhrəmanı, Firdovsinin "Şahnamə"sinin əsas personajlarından biri. == Ənənə == Firdovsinin "Şahnamə"sində pəhləvan Rüstəm (və onun oğlu Zöhrab) haqqında şeir ümumi həcmin üçdə birindən çoxunu tutur. Rüstəm Siyavuş və İsfəndiyarla birlikdə "Şahnamə"nin əsas epik qəhrəmanlarıdır. Rüstəm obrazını yaradarkən Firdovsi üçün əsas material sak və soqdların qəhrəmanlar haqqında əfsanələr silsiləsi olmuşdur. Rüstəm və Zöhrab haqqında əfsanənin osetin (Nart), alman və kelt qəhrəmanlıq əfsanə və mifləri ilə çox oxşar cəhətləri var. Rus folklorunun personajı Yeruslan Lazareviçin adı və iştirak etdiyi bəzi süjetlər Zalın oğlu Rüstəmə gedib çıxır. == İstinadlar == == Əlavə ədəbiyyat == Фирдоуси А., «Шах-Наме. Критический текст», т.т.1-9, Москва 1960-71 Бертельс Е. Э. «История персидско-таджикской литературы.
Bəni-Rüstəm
Bəni-Rüstəm — Rüstəm övladı sülaləsi Bəni-Rüstəm Əlcəzairdə hakimiyyət qurmuş kiçik bir sülalə olmuşdur. Bəni-Rüstəm dövləti 755-ci ildə Abbasilərin valisi Rüstəm tərəfindən təsis edilmiş və 909-cu ilədək davam etmişdir.
Can Rüstəm
Can Rüstəm (erm. Յան Ռուստամ) — erməni rəssamı. Can Rüstəmin yunan və ya osmanlı mənşəyli olması barədə də bəzi ehtimallar vardır. Rüstəm həyatının əsas illərini Reç Pospolita dövlətində yaşayıb, yaratmışdır. Vilna və Vilnüs universitetlərində dərs demiş və sonuncu universitetin professoru seçilmişdir. Can Rüstəm 1762-ci ildə Osmanlı imperiyasının mərkəzi hesab olunan İstanbul şəhərində anadan olmuşdur. Uşaq yaşlarından kimsəsiz böyüməyə başlamışdır və bir gün Adam Kazimersk tərəfindən kəşf edilmiş, onun himayəsinə alınmışdır. Kazimersk öz şagirdini Varşava şəhərinə gətirmiş və burada dönəmin mühüm rəssamlarından dərs almasını təmin etmişdir. Can Rüstəm 1788–1790-cı illərdə Almaniyaya səfər edir və bu səfərləri zamanı masonluğu qəbul edir. İki ildən sonra isə o, Reç Pospolitanın siyasi mərkəzi olan Varşava şəhərinə daha sonra isə Vilnaya köçür.
Hafiz Rüstəm
Hafiz Rüstəm (tam adı: Mir Hafiz Mir Əşrəf oğlu Rüstəmov); 8 yanvar 1951 – şair-publisist, şərqşünas-tərcüməçi == Həyatı == 1951-ci ildə Salyan rayonunun Şorsulu kəndində anadan olub. Əslən Yardımlı rayonunun Bərcan kəndindəndir. 1958-ci ildə Quba şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Yardımlı rayonunun Bərcan kəndində 8 illik məktəbi (1966), Telavar kəndində orta məktəbi (1968) bitirib. Bakı Dövlət Universiteti-nin Şərqşünaslıq fakültəsində təhsil alıb (1970 – 1975). Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif”də kiçik redaktor (1978), redaktor (1983), Xarici dillər redaksiyasının müdiri (1994), baş redaktor (2002 - 2004) vəzifəsində işləyib. 2006-cı ildən “Kövsər” nəşriyyatının baş redaktorudur. Uzun illər boyu yüzlərlə dərslik, dərs vəsaitlərinin, elmi-pedaqoji ədəbiyyatların rəyçisi, redaktoru olmuş, onların ideya-məzmun, dil-üslub, orfoqrafik və s. cəhətdən qüsursuz çıxmasında öz yaradıcı əməyini əsirgəməyib. Moskva və Lvov şəhərlərinin siyasi-hərbi məktəblərində (1976 – 1980), İİR-nin Bakıdakı səfirliyində (1995 – 2000) əsas iş yerindən ayrılmamaqla tərcüməçi işləyib.
I Rüstəm
I Rüstəm — Kartli-Kaxetiya kralı. == Həyatı == 1565-ci ildə XI Davidin kiçik oğlu olaraq dünyaya gəlmişdi. 1618-ci ildə İsfahan darğası olaraq fəaliyyət göstərmişdi. Marabda döyüşündə Georgi Saakadzenin ordusunun sağ cinahını idarə edirdi. 1630-cu ildə Səfəvi ordusuna komandanlıq edərək Bağdadı ələ keçirmişdi. 1633-cü ildə Kartli kralı təyin olunmuşdu. 1648-ci ildə I Teymurazı ağır məğlubiyyətə uğradaraq həm də Kaxeti kralı olmuşdu. Övladı olmadığı üçün 1653-cü V Vaxtanqı vəliəhd təyin etmiş, özü isə 1658-ci ildə vəfat etmişdi.
Rüstəm Muradov
Rüstəm Usmanoviç Muradov (21 mart 1973, Çinar, Dərbənd rayonu, Dağıstan MSSR, RSFSR, SSRİ) — rusiyalı hərbi xadim. 25 dekabr 2018-ci ildən 9 saylı Cənub Hərbi Dairə Komandirinin müavini, general-polkovnik (2023). Rusiya Federasiyasının Qəhrəmanı (28.12.2017). == Həyatı == Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dərbənd rayonunun Çinar kəndində anadan olub. Əslən Dağıstanın Tabasaran rayonunun Xanak kəndindəndir. Milliyətcə tabasarandır. Atası Usman, anası Umijatdır. Atası 1966-cı ildə Cənubi Dağıstanda zəlzələdən sonra Tabasaran rayonundan Çinara köçmüşdür. Burada ailə qurmuşdur. Ailənin üç oğlu var.
Rüstəm Mustafayev
Rüstəm Məmməd oğlu Mustafayev (12 (25) fevral 1910, Bakı – 19 iyul 1940, Bakı) — Azərbaycan rəssamı, Azərbaycanda realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri. == Həyatı == Rüstəm Mustafayev 25 fevral 1910-cu ildə Bakıda anadan olub. 1926-cı ildə Azərbaycan Ali Rəssamlıq Məktəbindən məzun olmuşdur. 1928-ci ildə Moskvada təcrübə keçdikdən sonra Bakıya qayıtmış, bir müddət Bakı Azad Tənqid-Təbliğ Teatrında tərtibatçı rəssam kimi çalışmışdır. Eyni zamanda Azərbaycan Opera və Balet Teatrı və Azərbaycan Dövlət Dram Teatrında da səhnə tərtibatları vermişdir. 1937-ci ildən 1940-cı ilə qədər Azərbaycan abidələrini mühafizə edən Mərkəzi Dövlət İdarəsinin direktoru vəzifəsində çalışıb. R. Mustafayev 19 iyul 1940-cı ildə Bakıda vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan Dövlət İncəsənət Muzeyi 1943-cü ildən Rüstəm Mustafayevin adını daşıyır. == Yaradıcılığı == R. Mustafayev 1933–1938-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında baş rəssam kimi fəaliyyət göstərmişdir. Mirzə Cəlil, Cəfər Cabbarlı, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinə, "Şah İsmayıl" (Müslüm Maqomayev), "Leyli və Məcnun" (Üzeyir Hacıbəyov), "Koroğlu" (Üzeyir Hacıbəyov), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov) operalarına, "Qu gölü" (Pyotr Çaykovski) baletinə tərtibat verib.
Rüstəm Məmmədov
Rüstəm Məmmədov (futbolçu) (d. 1984) — Azərbaycan futbolçusu. Rüstəm Məmmədov (əsgər, 1998) (1998—2020) — Vətən müharibəsi şəhidi. Rüstəm Məmmədov (əsgər, 2001) (2001—2020) — Vətən müharibəsi şəhidi.
Rüstəm Mərdanov
Радий Фәрит улы Хәбиров (başq. ; Başqırdıstan Respublikası Hökumətinin sədri (8 sentyabr 2019-ci ildən). == Təhsili == Ufa Dövlət Aviasiya Texniki Universitetinin (əvvəllər Ufa Aviasiya İnstitutu) mühəndis-iqtisadçı ixtisasını bitirib. İqtisadiyyat elmləri namizədi, dosentdir. == Karyera == 1986 - İqtisadiyyat və Makina Tikinti Təşkilatı İdarəsinin mühəndisi, AİM; 1986-1992 - SSRİ Elmlər Akademiyasının Başqırdıstan şöbəsinin İqtisadiyyat İnstitutunda aspirant, tədqiqatçı; 1992-1995 - baş müəllim, BDU-nun İstehsalat İdarəsi; 1995-1998 - kafedra müdiri. bölmə rəhbəri, Başqırstan Respublikası Milli Bankının sədr müavini - şöbə müdiri; 1998-2000-ci illər - Başqırdıstan Respublikasının İqtisadiyyat və Monopoliya Siyasəti nazirinin birinci müavini; 2000-2001-ci illər - Başqırdıstan Respublikasında Milli Bankın sədrinin müavini, birinci müavini; 2002-2013 -Başqırdıstan Respublikası Milli Bankının sədri; 2013-2015-ci illərdə - Başqırdıstan Respublikası Hökumətinin sədrinin birinci müavini; 2015-ci ildən - Başqırdıstan Respublikası Hökumətinin sədri.
Rüstəm Nəbibəyov
Nəbibəyov Rüstəm Hüseyn bəy oğlu (26 yanvar 1923 - 1 avqust 1987) — Azərbaycan pedaqoqu, tanınmış rus dili və fizika-riyaziyyat müəllimi, Azərbaycan "Bilik" Cəmiyyətinin üzvü, Azərbaycan SSR-in əməkdar səmərələşdiricisi. Məşhur Nəbibəyovlar nəslinin nümayəndəsi. == Həyatı == Rüstəm Hüseyn bəy oğlu Nəbibəyov 1923-cü il yanvarın 26-da Şəkidə anadan olmuşdur. Atası podpolkovnik (1920-ci ildə qırmızı ordunun Azərbaycanı işğal etdiyinə qədər polkovnik) Hüseyn bəy Nəbibəyov və əmiləri polkovnik Bəhram bəy Nəbibəyov, kapitan Vahid bəy və kapitan Zahid bəy 1930-cu ilin aprelində sovet quruluşuna qarşı aparılan mübarizənin fəal iştirakçıları olduqlarından bolşeviklər tərəfindən repressiyaya məruz qalmışlar. Polkovnik Bəhram bəy 1930-cu ildə Şəkidə sovet quruluşuna qarşı baş vermiş silahlı üsyanın rəhbərlərindən biri olmuşdur. Böyük qardaşı Tamerlanın da hökumətə qarşı etdiyi çıxışlara görə qırmızılar tərəfindən öldürüldüyü bildirilir. Üç uşaqla tənha qalan anası Göyçək xanım Tahirbəyova ailənin dolanacağını təmin etmək üçün Şəkidəki uşaq evində tərbiyyəçi-müəllim işinə düzəlir. Sonralar təhsili və savadı imkan verdiyindən onu həmin müəssisəyə müdir vəzifəsinə irəli çəkirlər. == Təhsili == 1940-1942, Nuxa Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsi; 1948-1953, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsi; 1963-1969, M.F.Axundov ad. Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsi.
Rüstəm Orucov
Rüstəm Fəzail oğlu Orucov (d. 4 oktyabr 1991, İrkutsk, Rusiya Federasiyası) — Azərbaycanlı cüdoçu. Rüstəm Orucov 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Rüstəm Orucov Avropa Çempionatında; 2016-cı ildə qızıl medala (komanda yarışlarında bürünc medal) layiq görülüb. Rüstəm Orucov 2016-cı ildə "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. == Həyatı == Rüstəm Orucov 1991-ci ilin 4 oktyabr tarixində Rusiya Federasiyasının İrkutsk vilayətinin Ust-İlimsk şəhərində Azərbaycan ailəsində anadan olub. Rüstəm Orucov hələ 7 yaşından cüdonun sirrlərinə yiyələnməyə başladı. O, 16 yaşına gədər İrkutsk vilayətində yaşadı və burada yeniyetmələr arasında bir-sıra yarışlarda mübarizə apardı. Daha sonra Rüstəm Orucov ailəsi ilə birgə doğma vətəninə, Azərbaycana köçdü və burada "Atilla" klubunda məşq etməyə başladı. Rüstəm Orucov 2014-cü ilin 28 sentyabr tarixində Elnarə Orucova ilə ailə həyatı qurdu.
Rüstəm Paşa
Kürəkən Rüstəm Paşa (20 may 1500, Skradin[d], Osmanlı imperiyası – 10 iyul 1561, Konstantinopol) — Sultan I Süleyman dönəmində 2 dəfə — ümumilikdə 14 il 7 ay 19 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Həyatı == === İlk illəri === Rüstəm Paşa təqribən 1500-cü ildə xorvat əsilli xristian bir ailədə Sarayevo yaxınlığındakı Butomir kəndində dünyaya gəlmişdir. Atasının Mustafa bəy olduğu, Sənan adlı qardaşı və Nəfisə adlı bir bacısı olduğu bilinməkdədir. === Siyasi fəaliyyəti === Gənc yaşda İstanbula gətirilərək dəvşirilən Rüstəm Paşa Əndərunda təhsil aldı. Riqab ağalığı ilə saraydan ayrıldı. 1526 tarixli Moxac Müharibəsinə silahdar olaraq qatıldı. Səfərdən döndükdən sonra birinci miraxur olaraq vəzifələndirildi. Əvvəlcə 1533-cü ildə Təkə sancaqbəyi, ardından Diyarbəkir bəylərbəyi, daha sonra isə Anadolu Bəylərbəyi təyin olundu. 1539-cu ildə vəzir-i salis (üçüncü vəzir) olaraq divana daxil oldu. Bu vəzifədə ikən 4 dekabr 1539 tarixində Şahzadə Cahangir və Şahzadə Bəyazidin sünnət mərasimində Qanuni Sultan Süleymanın qızı Mihrimah Sultanla evləndi.
Rüstəm Qasparyan
Rüstəm Qasparyan (erm. Ռուստամ Ռաֆիկի Գասպարյան; 11 aprel 1961, Canfida, Sərdarabad rayonu – 17 oktyabr 2020, Hadrut, Hadrut rayonu[d], Dağlıq Qarabağ Respublikası) — Xocalı soyqırımının qatillərindən biri olan erməni terrorçu. "Çiçəklənən Ermənistan" partiyasından iki dəfə parlamentə seçilmişdir. 2020-ci ilin 27 sentyabr tarixindən etibarən başlamış İkinci Qarabağ müharibəsi zamanı ""Qara Pantera" batalyonunun komandiri olub. Müharibənin üçüncü həftəsində oğlu ilə birlikdə Hadrut şəhərində aparılan döyüşlər zamanı həlak olub.
Rüstəm Səfərəliyev
Sərəfəliyev Rüstəm Qasım oğlu (1909, Qoçəhmədli, Qaryagin qəzası – 1991, Bakı) — partiya və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Sərəfəliyev Rüstəm Qasım oğlu 1909-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Sosialist Əmək Qəhrəmanı (1949). 1929–1974-cü illərdə müəllim, Pedaqoji texnikumun direktoru, Bakıda məktəb direktoru, Keşlə rayonunun Xalq Maarif şöbəsinin müdiri, AKR MK aparatında təlimatçı, Şəki RK-nın katibi, Azərbaycan KP Balakən, Zaqatala, Bərdə, Göyçay Rayon Komitələrinin birinci katibi və s. vəzifələrdə işləmişdir. 1948-ci ildə dövlətə kənd təsərrüfatı məhsulların istehsalı və satışının yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Sov.İKP 19, 25, 26 və AKP 18–30-cu qurultayların nümayəndəsi olmuş, 1951-ci ildən AKP MK üzvü idi. Azərbaycan SSR Ali Sovetinin (1, 5, 7–10-cu çağırış) deputatı idi. 4 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. == Haqqında == Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuş "Bizim katib" adlı film çəkilmişdir.
Rüstəm Turabov
Rüstəm Fərman oğlu Turabov (22 sentyabr 1998; Güzdək, Abşeron rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rüstəm Turabov 22 sentyabr 1998-ci ildə Abşeron rayonunun Güzdək qəsəbəsində Fərman Turabovun ailəsində anadan olmuşdur. 2004-2015-ci illərdə orta təhsil almışdır. == Hərbi xidməti == Rüstəm Turabov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Rüstəm Turabov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rüstəm Turabov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rüstəm Turabov 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonunda dəfn olunmuşdur.
Rüstəm Tərxan
Rüstəm Tərxan (tam adı : Rüstəm ibn Tərxan) — Qaraqoyunlu sərkərdəsi. Qızılbaşlar tarixi əsərinə görə Rüstəm Tərxan Qaraqoyunlu Sultan Cahanşahın yaxın adamlarından idi. == Həyatı == Rüstəm Tərxan Qara Yusifin oğlu Əmir İsfahanın əmirlərindən olmuşdur. O, Qara İsgəndər dövründən başlayaraq Bağdatda müstəqil hakimiyyət sürürdü. 1446-cı ildə Əmir İsfahanın ölümündən sonra Rüstəm Tərxan da daxil olmaqla Qaraqoyunluların Bağdat əmirlərindən olan bir neçə əyan və Ağqoyunlulardan bir neçə əyanın məşvərəti ilə onun oğlu Məzidi hakimiyyətə gətirdilər. Bu dövrdə Sultan Cahanşah ordu toplayaraq Bağdada yürüş təşkil etdi. Qala uğrunda döyüşlərin getdiyi əsnada Ağqoyunlulardan Mahmud bəy və Ömər Şeyx Rüstəm Tərxan ilə razışlaşaraq qalanı Cahanşaha təslim etdilər. Cahanşah Bağdadın "Ağca qapu"sundan şəhərə daxil oldu. O, oğlu Məhəmməd mirzəni şəhərə vali təyin etdi. Həmçinin Mosulun idarəsini qardaşı oğlu Əlvəndə, Rüstəm Tərxana, və digər əyanlara tapşıraraq yaylağa (qeyd) doğru hərəkət etdi.
Rüstəm Usubov
Rüstəm Sabir oğlu Usubov — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, ll dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == 1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olmusdur. 1982-ci ildə Tomsk Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunun boyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq idarəsinin prokuroru, Bas prokurorun yanında xüsusilə mühüm işlər uzrə müstəntiqi, boyük müstəntiqi, Respublika Prokurorluğu İstintaq idarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi prokurorluğun İstintaq idarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2005-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib. 21 may 2020-ci ildə prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. ll dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Baş Prokurorluğun Ali Attestasiya Komissiyasinin sədridir. Ailəlidir, üç övladı var.
Rüstəm Xamitov
Rüstəm Zəki oğlu Həmidov (rus. Рустэм Заки́евич Хами́тов; başq. Рөстəм Зəки улы Хəмитов, Röstäm Zäki ulı Xämitow) — Rusiyalı dövlət xadimi, 1954-cü il avqustun 18-də Kemerovo vilayətinin Draşenino kəndində anadan olmuşdur. Vahid Rusiya siyasi partiyasının Ali Şurasının üzvüdür və 14 sentyabr 2014-cü il tarixdə ikinci dəfə seçilmişdir. == Bioqrafiya == Rüstəm Həmidov 1954-cü il avqustun 18-də Kemerovo vilayətində anadan olmuşdur. O, etnik olaraq Başqırddır, Başqırd dili onun ana dilidir. O, həmçinin rus dili və ingilis dili də danışır. Onun atası Zəki Səlim oğlu Həmidov (1930-cu ildə başqıstanın Baltaç rayonunda anadan olub, 1993-cü ildə dünyasını dəyişib) texnika elmləri doktoru idi. Başqırdıstanın Əməkdar mühəndis unvanı ilə mükafatlandırılıb. 1973–1980-ci illərdə Başqırdıstan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı mexanizasiyası fakültəsinin dekanı vəzifəsində çalışıb.
Rüstəm Xəlilov
Rüstəm Xəlilov (azərb. Rüstəm Gülabba oğlu Xəlilov‎; 1958, Azərbaycan SSR) — Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı; Azərbaycan Respublikasının Milli Məclisinin 3–5-ci çağırışlarının deputatı. == Həyatı == Rüstəm Xəlilov 1958-ci ildə anadan olub. == Fəaliyyəti == 2005-ci ildən 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib. Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimi çoxsaylı təkliflərin müəllifidir. Rüstəm Gülabba oğlu Xəlilov Prezident İlham Əliyevin sərəncamı ilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.. == Mükafatları == "Şöhrət" ordeni (05.07.2018).
Rüstəm Zülalov
Rüstəm Qəmbər oğlu Zülalov (3 yanvar 1946, Bakı – 15 fevral 2011, Bakı) — Azərbaycan operatoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Rüstəm Zülalov 1946-cı ilin yanvarın 3-də Azərbaycanın Bakı şəhərində doğulmuşdur. Görkəmli musiqiçi, Azərbaycan respublikasının əməkdar artisti Qəmbər Zülalovun oğludur. Anası Mariya Zülalova. 1963-cü ildə orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsinin işıq sexində əmək fəaliyyətinə başlamışdır. Əvvəlcə işıqçı, sonra kinooperator assistenti vəzifələrində çalışmışdır. 1976-cı ildən isə ali dərəcəli kinooperator vəzifəsində işləyib. Bu dövr ərzində bir sıra məsul dövlət və hökumət çəkilişlərində və televiziya filmlərində aparıcı operator kimi iştirak etmişdir. Müxtəlif janrda bir sıra filmlər çəkmişdir. "Lider" və "Mir" televiziya şirkətində çalışmışdır.
Rüstəm İbrahimbəyov
Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov (5 fevral 1939, Bakı – 10 mart 2022, Moskva) — Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (1998). Rüstəm İbrahimbəyov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında, həm də bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi tanınır. Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyovun qardaşıdır. Demokratik Qüvvələrin Milli Şurasının əvvəlcə sədri, ardınca da fəxri sədri (2013); Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi. == Həyatı == Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir. 1989-cu ildə əsası qoyulan "İbrus" (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub.
Rüstəm İnayətov
Rüstəm Rəsuloviç İnayətov (22 iyun 1944, Şirabad, Özbəkistan SSR) — Özbəkistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sədri (1995-ci ildən). == Tərcümeyi-halı == Özbəkistan SSR Surxandərya vilayətinin Şərabad şəhərində, nüfuzlu DTK polkovniki Rəsul İnayətovun ailəsində anadan olub. 1968-ci ildə Daşkənd Dövlət Universitetinin İran filologiyası fakültəsini bitirib. Universitetdən sonra ordu sıralarında qulluq edib, orada DTK xidmətinə qəbul olunub. Özbəkistan SSR DTK-sında, SSRİ DTK Baş Sərhəd İdarəsində müxtəlif vəzifələrdə qulluq edib. 1976—1981-ci illərdə SSRİ-nin Əfqanıstandakı rezidenturasında diplomatik vəzifə altında xidmət edib. 27 iyun 1995-ci ildən Özbəkistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sədridir. 1996-cı ildə general-leytenant, 1999-cu ildən general-polkovnikdir.
Rüstəm İsmayılov
İsmayılov Rüstəm Hacıəli oğlu (1 iyul 1909, Bakı – 1 iyun 1972, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1962) və prezidenti (1967–1970), Azərbaycan SSR Ali Sovetinin deputatı (2, 3, 6 və 7-ci çağırışlar), Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR əməkdar elm xadimi (1964). == Həyatı == Rüstəm İsmayılov 1 iyul 1909-cu ildə Bakı şəhərində dünyaya gəlmişdir. Azərbaycan Neft İnstitutunu mühəndis texnoloq ixtisası üzrə bitirmişdir (1933). R. İsmayılov 1945-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1961-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1958-ci ildə professor elmi adını almışdır. 1959-cu ildə AEA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, 1954–1959-cu illərdə "AzərNeftzavodları" Birliyinin baş mühəndisi olmuşdur. 1970–1972-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1 iyun 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Elmi fəaliyyəti == R. İsmayılov respublika neft-kimyəvi sintez proseslərinin, o cümlədən Sumqayıt sənaye rayonunda böyük kimyanın inkişafının təşəbbüsçülərindəndir. Onun rəhbərliyi altında Bakı termiki krekinq qurğularının rekonstruksiyası, aşağı oktan ədədli benzin-liqroin fraksiyalarının katalitik aromatikləşməsi üzrə tədqiqatlar, neft xammalının pirolizi texnologiyasının təkmilləşməsi üzrə mühüm işlər aparılmışdır.
Rüstəm Şıxlinski
Rüstəm Şıxlinski (1878, Aşağı Salahlı, Qazax qəzası – 1920, Gəncə) — hərbçi. "Müqəddəs georgi" və "Müqəddəs Vladimir" ordenləri ilə təltif edilmişdir. General Əliağa Şıxlinskinin qardaşı oğlu, Cavad bəy Şıxlinskinin qardaşı, Hüseyn Əfəndi Qayıbovun nəvəsi, yazıçı İsmayıl Şıxlının dayısıdır. İkinci Şıxlı kəndindəndir, Aşağı Salahlı kəndində anadan olub. == Həyatı == Şıxlinski Rüstəm bəy Məmməd ağa oğlu 1878-ci ildə Qazax qəzasının Qazaxlı kəndində dünyaya gəlmişdir. General-mayor Cavad bəy Şıxlinskinin qardaşı, general-leytenant Əli ağa Şıxlinskinin qardaşı oğludur. Qardaşı ilə birlikdə Tiflisdə zadəganlar üçün kadet korpusunda, sonra isə Peterburqda Mixaylov Topçuluq Məktəbində oxumuşdur. == Kareyerası == === Rusiya İmperator Ordusunda === Hərbi təhsilini bitirdikdən sonra I Qafqaz Ordu Korpusunun 39-cu artilleriya briqadasında podporuçik rütbəsində xidmət etməyə başlamışdır. 1 yanvar 1909-cu ildə ştabs-kapitan olmuş, 1910-cu ildən I Qafqaz Ordu Koprpusunun atıcı-artilleriya bölməsində xidmət etməyə başlamışdır. Birinci Dünya müharibəsində Qafqaz korpusunun artilleriya bölməsinin zabiti və tatar polkunun tərkibində iştirak etmişdir.
Rüstəm şəhristanı
Rüstəm şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Məsiri şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 45,377 nəfər və 9,134 ailədən ibarət idi.
Adil Rüstəmov
Adil Əliağa oğlu Rüstəmov (11 mart 1943, Bakı – 22 mart 2018, Ruan, Fransa) — Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002). == Həyatı == Adil Əliağa oğlu Rüstəmov 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq Universitetini bitirmişdir. 1975-ci ildə Rəssamlar İttifaqına qəbul edilmişdir. 1981-ci ildə 3 qrafik rəssam ilə birgə sərgi keçirmişdir. 1985-ci ildə Arktika adlı fərdi sərgisini keçirmişdir. 1991-ci ildə Lirika və Poeziya adlı fərdi sərgisini keçirmişdir. 1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı adına layiq görülmüşdür. 1994-cü ildə "Əliağa Vahid — 100" adlı fərdi sərgisini keçirmişdir.
Adil Rüstəmov (kəşfiyyatçı)
Afaq Rüstəmova
Afaq Rüstəmova — fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru. Afaq Baloğlan qızı Rüstəmova 1 avqust 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1971-ci ildə M.F.Axundov adına APRDƏİ- ni (indiki Bakı Slavyan Universiteti) bitirmişdir. M.F.Axundov adına APRDƏİ-nin nəzdində aspiranturanın qiyabi şöbəsini bitirmiş, 1995-ci ildə “Tərz kateqoriyasının rus dilində məna və formaları, onların Azərbaycan dilində müvafiq ifadə üsulları” (10.02.01 - Rus dili, 10.02.02 - Azərbaycan dili) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə “Sosial linqvistika və etnodil prosesləri: fəlsəfi təhlil” (09.00.11 - Sosial fəlsəfə) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun “rus və xarici dillər” kafedrasında müəllim, sonra isə baş müəllim vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərb. SSRİ Xalqlar Dostluğu Respublika Sarayında kiçik elmi işçi, 1992- ci ilin mart ayında 2002-ci ilədək EA-nın Milli Münasibətlər institutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Hazırda Fəlsəfə və Hüquq İnstitutu Sosial fəlsəfə şöbəsinin baş elmi işçisidir. Ailəlidir, iki övladı var.
Akif Rüstəmov
Akif Rüstəmov (rejissor) — Azərbaycan rejissoru. Akif Rüstəmov (alpinist) — Azərbaycan alpinisti. Akif Rüstəmov (jurnalist) — filologiya üzrə fəlsəfə doktoru, professor.
Akif Rüstəmov (alim)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Akif Rüstəmov (alpinist)
Akif Rüstəmov — məşhur azərbaycanlı alpinist. == Həyatı == Keçmiş SSRİ-nin yeddi min metrlik beş zirvəsindən dörüdünü - İsmayıl Somoni - (7495 m), Korjenev (7135 m), Xantenqri (7010 m) və İbn-Sina zirvələrini (7130 m) fəth etmiş yeganə azərbaycanlıdır. 2003-cü ildə Tyan-Şanda 4700 metr hündürlüyü olan adsız zirvəyə ilk dəfə qalxan Azərbaycan alpinistlərinin kapitanı olub. 19 avqust 2009-cu ildə vəfat etmişdir.
Akif Rüstəmov (jurnalist)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Akif Rüstəmov (rejissor)
Rüstəmov Akif Zəbi oğlu — Azərbaycan rejissoru, ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Akif Rüstəmov 27 oktyabr 1945-ci ildə Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib (1968). "Azərbaycanfilm" kinostudiyasında çəkilən bir çox filmlərin II rejissorudur. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Uşaqlığın son gecəsi (film, 1968) Sevil (film, 1970) Gün keçdi (film, 1971) Qızıl qaz (film, 1972) Nəsimi (film, 1973) Dədə Qorqud (film, 1975) Dərviş Parisi partladır (film, 1976) Şir evdən getdi (film, 1977) Babək (film, 1979) Birisigün, gecəyarısı... (film, 1981) Nizami (film, 1982) Gümüşgöl əfsanəsi (film, 1984) Bağ mövsümü (film, 1985) Burulğan (film, 1986) Təxribat (film, 1989) Qonaq-qaralı ev (film, 1992) O dünyadan salam (film, 1991) Ölüm növbəsi (film, 2009) Mənim ağ şəhərim (film, 1993) Nə gözəldir bu dünya... (film, 1999) Güllələnmə təxirə salınır!...
Aliyə Rüstəmbəyova
Rüstəmbəyova Aliyə Fətulla qızı (1907; Şuşa, Rusiya imperiyası – 1942 iyun; Rusiya SSFR, SSRİ) — İkinci dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim. == Erkən həyatı == Aliyə 1907-ci ildə Şuşa şəhərində doğulmuş, hələ kiçik ikən ailəsi ilə birlikdə Bakıya köçmüşdü. === Ailəsi === Atası Fətulla bəy Rüstəmbəyov Salyanın məşhur bəy nəsli olan Rüstəmbəyovlar nəslindəndir. Fətulla Rüstəmbəyov ilk azərbaycanlı mühəndis-texnoloq, Azərbaycanda neft sənayesinin bərpası və texniki cəhətdən yenidən qurulmasının təşkilatçılarından biri olmuşdur. O, Azərneftin Dəniz Komitəsinə başçılıq edərək, sualtı neft sahələrinin işlənilməsində, dəniz neft mədənlərinin inkişafında böyük əmək sərf etmişdir. Qardaşı Əsəd bəy Rüstəmbəyov alim, neft və qaz quyu qazıması sahəsində mütəxəssis olmuş, 1960-cı ildə Azərbaycan SSR əməkdar mühəndisi, 1971-ci ildə SSRİ-nin fəxri neftçisi, 1972-ci ildə texnika elmləri namizədi olmuşdur. Anası Turan xanım Mehmandarova Şuşanın məşhur Mehmandarovlar ailəsindən olan, həkim Kərim bəy Mehmandarovun qızı olmuşdur. Turan xanımın anası Qacar şahzadələrindən olan Bəhmən Mirzə Qocanlı Qacarın qızı Zəri xanım idi. === Təhsili === Aliyə Bakıdakı 3 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olur və az sonra təhsilini 1-ci Leninqrad Tibb İnstitutunda davam etdirir. Həmin institutu fərqlənmə diplomu ilə bitirən Aliyə Rüstəmbəyovanı rektorluq Moskvaya göndərməyi nəzərdə tutmuşdu.
Amil Rüstəmov
Amil Bədrəddin oğlu Rüstəmov (10 dekabr 1994, Tovuz – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amil Rüstəmov 1994-cü il dekabrın 10-da Tovuz rayonunun Tovuz şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amil Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Rüstəmov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Rüstəmov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amil Rüstəmov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Rüstəmov
Anar Canməmməd oğlu Rüstəmov (1977, Şamaxı) — fizika elmləri doktoru, Almaniyanın ilk azərbaycanlı fizik-alimi. AMEA Fizika İnstitutunun icraçı direktoru (22.01.2021). == Həyatı == Anar Rüstəmov 1977-ci ildə Şamaxı rayonunda ziyalı ailəsində anadan olmuşdur. === Təhsili === 1994-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə nəzəri fizika kafedrasına daxil olmuş və 1998-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. BDU-nin fizika fakültəsində nəzəri və riyazi fizika ixtisası üzrə magistraturaya daxil olmuş, 2000-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 2000-ci ildən başlayan Anar Rüstəmov Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Zərrəciklər Fizikası Laboratoriyasında elmi işçi kimi çalışmışdır. 2002-ci ildə Almaniya Federativ Respublikasının Darmştadt şəhərində yerləşən Ağır İonların Elmi Tədqiqatları Mərkəzinə elmi iş aparmağa dəvət olunmuş və orada yerləşən HADES təcrübəsində çalışmağa başlamışdır. 2003-cü ildə Almaniyanın Darmştadt Texniki Universitetinin doktoranturasına daxil olmuş, 2006-cı ildə Almaniyada təcrübi nüvə fizikası və proqramlaşdırma sahəsində müdafiə edərək atom və nüvə fizikası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2006–2011-ci illərdə Almaniyanın Ağır İonların Elmi Tədqiqatları Mərkəzində çalışmış, 2011-ci ildə Almaniyanın Höte adına Frankfurt Universitetində, Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) NA61/SHINE və ALICE təcrübələrində tədqiqatlarını davam etdirmiş, Frankfurt Universitetində Subatom Fizikası, Nüvə Fizikası, Statistik Fizika fənlərindən mahazirələr oxumuşdur. Eyni zamanda Almaniya, Polşa, Misir, İtaliya və Türkiyədən olan tələbələrin elmi işlərinə rəhbərlik etmişdir.
Arif Rüstəmov
Rüstəmov Arif Sədi oğlu (5 sentyabr 1959, Yuxarı Salahlı, Qazax rayonu) — fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Qazax filialinin direktoru. == Həyatı == 1959-cu il sentyabrın 5-də Azərbaycan Respublikası Qazax rayonu, Yuxarı Salahlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1977-ci ildə Ağstafa rayonu 1 №li orta məktəbini qızıl medalla bitirmişdir. 1977-ci ildə indiki Bakı Dövlət Universitetinə qəbul olmuş, 1982-ci ildə isə oranı müvəffəqiyyətlə bitirmişdir. 1982–1985-ci illərdə Şamaxı rayonu Ərəbşalbaş kənd orta məktəbində tarix müəllimi və direktor müavini vəzifələrində işləmişdir. 1985-ci ilin iyun ayından BDU-nun indiki politologiya və sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 2008–2013-cü illərdə BDU sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləmişdir. Politologiya və sosiologiya kafedrasının dosentidir. 4 mart 2019-cu ildən etibarən Bakı Dövlət Universitetinin Qazax filialinin direktorudur. 1990-cı ildən fəlsəfə üzrə fəlsəfə doktorudur.
Arif Rüstəmov (əsgər)
Arif Rüstəmov (11 oktyabr 2001, Salyan, Salyan rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Arif Rüstəmov 11 oktyabr 2001-ci ildə Salyan şəhərində anadan olmuşdur 2018-ci ildə orta təhsilini bitirdikdən sonra Bakı Turizm və Menecment kollecinə daxil olmuşdur == Hərbi xidməti == Arif Rüstəmov 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb və orada rabitəçi kimi xidmət edib. Qazax rayonu N sayılı hərbi hissədə qulluq edən şəhidimiz 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsinə qatılıb. == İkinci Qarabağ müharibəsində iştirakı == Arif Rüstəmov Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Arif Rüstmov 27 oktyabr tarixində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25. dekabr 2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (18.
Asif Rüstəmli
Asif Rüstəmli (16 fevral 1954, Qiyaməddinli, Ağcabədi rayonu) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (2012), professor (2018), AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri (2014–2018), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri (2018, 12 sentyabr), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), AYB tərkibində Cəfər Cabbarlı komissiyasının sədri (2015), Prezident təqaüdçüsü (2014–2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003–2018), Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü (2013–2018). == Həyatı == 16 fevral 1954-cü il Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub, 1982-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. Asif Rüstəmli 1988-ci ilin yanvar ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müsabiqə yolu ilə daxil olmuş, baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlmiş, "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin (indiki AMEA Folklor İnstitutunun) direktoru (1991–1995), Elmi nəşrlər bölməsinin (1995–1999) və Mətbuat tarixi və publisistika şöbəsinin (2014–2018) müdiri vəzifələrində işləmişdir. 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, ictimai elmlər və sənətşünaslıq, 2020-ci ilin mart ayından isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvüdür. Asif Rüstəmlinin elmi fəaliyyətinin əsas istiqamətini cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, ərəb qrafikasından transliterasiya və tərtib edib, ön söz, qeydlər və şərhlər yazaraq "Ədirnə fəthi" adı ilə 1996-cı ildə "Elm" nəşriyyatında çap etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik "Əsərləri"nin də tərtibi, ön sözü və şərhləri Asif Rüstəmliyə məxsusdur. O, bu nəşrə "Bədii həqiqətlər ustası" sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazmış, sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa etmiş, bir sıra nümunələr ilk dəfə çoxcildlikdə işıq üzü görmüşdür. Təhsil Nazirliyinin qərarı ilə "Azərbaycan ədəbiyyatı" seriyasından buraxılan Cəfər Cabbarlının "Seçilmiş əsərləri"ni (Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2004, 45.8 ç.v.) də Asif Rüstəmli tərtib etmiş, nəşrə geniş ön söz, qeyd və şərhlər yazmışdı. O son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur.
Asif Rüstəmov
Asif Rüstəmov (rejissor)
Asif Rüstəmov (rejissor)
Rüstəmov Asif Tofiq oğlu (20 oktyabr 1975) — Azərbaycan rejissoru. == Həyatı == Asif Rüstəmov 20 oktyabr 1975-ci ildə anadan olub. İqtisad Universitetində (1992-1995), ADMİU-da (2000-2004), AVANTİ kurslarında təhsil alıb (2003-2004). Azərbaycanfilm kinostudiyasında (2002-2004), Lider TV-də (2004-2005), ButaFilm-də (2005), İctimai TV-də (2005-2006) çalışıb. Kinoatelye 24K studiyasının təsisçisidir. Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi ABŞ-nin Los-Anceles şəhərində keçirilən SEEfest Film Festivalında "Ən yaxşı tammetrajlı debüt film" mükafatına layiq görülmüşdür.
Asif Rüstəmov (şəhid)
== Siyahı ==
Aslan Rüstəmov
Aslan Mahmud oğlu Rüstəmov (23 sentyabr 1932, Bakı) — Azərbaycanlı rəssam, Azərbaycan Respublikasının əməkdar rəssamı (2021), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Aslan Rüstəmov 23 sentyabr 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Ə. Əzimzadə adına Rəssamlıq məktəbini, Stroqonov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Aslan Rüstəmov 1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Heykəltaraşın iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Aslan Rüstəmov Azərbaycanda medal incəsənətinin banilərindən biridir. O, 1979-cu ildə Macarıstanda medal simpoziumunun iştirakçısıdır. Aslan Rüstəmov 1958-ci ildən etibarən Albert Mustafayev və Qorxmaz Sücəddinovla birlikdə "Əjdahanı öldürən Bəhram Gur" fəvvarəsinin layihəsini hazırlamışdır. Heykəltaraş Şamaxıda Seyid Əzim Şirvaninin qranit monumenti, Ulyanovsk və Almaniyada Nəriman Nərimanovun abidəsinin (1977) Bakıda Ukrayna dairəsində yerləşən Heydər Əliyevin abidəsi, Xocalı qurbanlarına ucaldılmış monument, bəstəkar Vasif Adıgözəlovun abidəsinin müəllifidir. Aslan Rüstəmov 1963-cü ildən Beynəlxalq Byennal, simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır.
Aydın Rüstəmov
Rüstəmov Aydın Elxan oğlu (17 avqust 1997, Gəncə – 7 oktyabr 2020, Xocavənd rayonu) — Vətən Müharibəsi şəhidi. == Həyatı == Rüstəmov Aydın Elxan oğlu 17 avqust 1997-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhərində yerləşən 32 saylı orta məktəbi bitirib. == Təhsili == Aydın, 2015-ci ildə Universitetə qəbul olub. 2019-cu ildə, 4 kursda oxuyurkən təhsili dondurub və əsgərliyə getmək qərarına gəlib. == Hərbi xidməti == Aydın 1 il 4 ay əsgərliyini çəkərkən 27 sentyabr 2020 ildə Beylaqana ezam olunub. Rabitəçi olarkən, Füzuli rayonu uğrunda gedən döyüşlərdə travma alıb. Birinci tibbi yardım alıb və sonra yenidən döyüşlərə qatılıb. Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub. 7 noyabr tarixində Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Ağa bəy Rüstəmbəyov
Ağa bəy Gülməmməd bəy oğlu Rüstəmbəyov (1812, Şuşa – 1873, Şuşa) — Qarabağ bəyi, poruçik. == Həyatı == Ağa bəy Gülməmməd bəy oğlu 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa qəza məktəbində oxumuşdu. Qarabağ atlı alayının sultanı vəzifəsində xidmət etmişdi. Bir çox savaşlara qatılmışdı. Podporuçik, poruçik rütbələri daşımışdı. == Ailəsi == Atası Gülməmməd bəy Qasım bəy oğlu Rüstəmbəyov — 1770-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.Sonra mədrəsədə oxumuşdu. İbrahimxəlil xan Cavanşirə, sonra Mehdiqulu xana xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra ruslara qulluq göstərmişdi.
Ağbulaq-Rüstəmxan (Ərdəbil)
Ağbulaq-Rüstəmxan (fars. اقبلاغ رستم خاني‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Kəlxoran kəndistanında, Ərdəbil şəhərindən 9 km şərqdə, Xalxal-Ərdəbil avtomobil yolunun 6 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,837 nəfər yaşayır (372 ailə).
Aşıq İsfəndiyar Rüstəmov
İsfəndiyar Rüstəmov (1 iyul 1937, Gərgər, Gədəbəy rayonu – 9 fevral 2018, Bakı) — Azərbaycanlı ustad aşıq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü. == Həyatı == İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayır. 1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibətilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibətilə Moskvada keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.
Aşıq Əhməd Rüstəmov
Aşıq Əhməd Rüstəmov (1920, Kürdəmir rayonu – 12 avqust 2008, Kürdəmir) — Azərbaycan aşığı, "Azərbaycan SSR-in Əməkdar mədəniyyət işçisi", Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyat və yaradıcılığı == Aşıq Əhməd Rüstəmov 1920-cü ildə Kürdəmir rayonunun Carlı kəndinda doğulub. Daha balaca uşaqkən anasından bir sıra şerlər öyrənmişdir , öz dili ilə desək anamda elə bir hafizə var idi ki, Ərəbxana kəndindən Aşıq Zeynalabdinin bizim kənddə keçirdiyi toy məclislərində çalıb-oxuyanda dediyi sözləri, oxuduğu havaları dərhal əzbərləyirdi. «Seydi və Kərəm» dastanını da mən anamdan öyənmişəm. 1930-cu ildə ibtidai məktəbə qəbul edilib. 1936-cı ildən başlayaraq taxtadan bir saz qondarıb, qonumqonşuda, bayramda, çilə çıxaran qızların məclisində çalıb oxuyarmış. Aşıq öz ömür yolu haqqında bunları da bildirir: «1941-ci ildə müharibəyə getdim, 1942-ci il noyabr ayında xəsarət alıb, arxa cəbhəyə qaytarıldım. Gələn gündən bəri Kürdəmir mədəniyyət şöbəsində aşıqlar ansanblına rəhbərlik etmişəm. Çoxlu şagirdim olub. İlk şeirlər kitabım 1965-ci ildə Azərnəşr»də nəşr olunub – «Sazımın telləri».
Basit Rüstəmov
Basit İdris oğlu Rüstəmov (3 iyun 1996, Xok, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Basit Rüstəmov 2 iyun 1996-ci ildə Kəngərli rayonunun,Xok kəndində anadan olub. == Hərbi xidməti == Basit Rüstəmov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2019-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ'nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 19 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Səfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Baxış bəy Rüstəmbəyov
Baxış bəy Əsəd bəy oğlu Rüstəmbəyov (1870, Salyan, Cavad qəzası – 1942, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Cavad qəzasının rəisi (1918). == Həyatı == Baxış bəy Rüstəmbəyov 1870-ci ildə Salyan şəhərində anadan olub. 1890-cı ildə Bakı realnı məktəbini bitirmiş, Moskva Texniki Məktəbinə daxil olmuşdur. Oradakı təhsilini yarımçıq qoyaraq 1893-cü ildə isə Sankt-Peterburq Texnoloji İnstitutunun mexanika şöbəsinə qəbul olmuşdu. Məzun olmağa yaxın tələbə hərəkatında iştirak etdiyi üçün institutdan qovulsa da daha sonra bəroa olunmuşdur. İnstitutu bitirəndən sonra 1906-cı ilədək Şəmsi Əsədullayevin yanında müdir müavini olmuşdur. Sonra Ağa Musa Nağıyevin yanında eyni vəzifədə işləyən Baxış bəy daha sonra balıqçılıq sahəsində, 1910-1917-ci illərdə neft mədənlərində işləmişdir. === Sovet dövrü === Aprel işğalından sonra yüngül sənaye sistemində rəhbər vəzifələrdə çalışmış, balıqçılıq institutundan və texinkumunda, xalq yüngül sənaye komissarlığı yanında ixtisasartırma institutunda müəllim olaraq dərs demişdir. 1929-cu ildə həbs olunmuşdur. 1942-ci ildə azad olunmuşdur.

Digər lüğətlərdə