Rüstəm Turabov

Rüstəm Fərman oğlu Turabov (22 sentyabr 1998; Güzdək, Abşeron rayonu, Azərbaycan15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

Rüstəm Turabov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Güzdək, Abşeron rayonu, Azərbaycan
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Abşeron rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Fərman Turabov
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Rüstəm Turabov 22 sentyabr 1998-ci ildə Abşeron rayonunun Güzdək qəsəbəsində Fərman Turabovun ailəsində anadan olmuşdur.[1] 2004-2015-ci illərdə orta təhsil almışdır.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Rüstəm Turabov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir.

27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Rüstəm Turabov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Rüstəm Turabov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, XocavəndinFüzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rüstəm Turabov 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonunda dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Turabov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Turabov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 25.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.