Basit İdris oğlu Rüstəmov (3 iyun 1996, Xok, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Basit Rüstəmov | |
---|---|
Basit İdris oğlu Rüstəmov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xok, Kəngərli rayonu, Naxçıvan, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Xocavənd Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018—2020 |
Rütbə | Əsgər |
Təltifləri | 2020 2021 2020 |
Basit Rüstəmov 2 iyun 1996-ci ildə Kəngərli rayonunun,Xok kəndində anadan olub.[1]
Basit Rüstəmov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2019-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ'nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 19 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Səfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]