ÇAĞLA

сущ. диал. о съедобных косточковых зелёных фруктах (о миндале, абрикосе, сливе и т.п. ). Çağla badamı зелёный молодой миндаль
ÇAĞIRTOĞAN
ÇAĞLAMA
OBASTAN VİKİ
Çağla Böyükakçay
Çağla Böyükakçay 1989-cu ilin sentyabr ayının 28-də Adanada anadan olmuşdur. Böyükakçay Grand Slam turlarında iştirak edən və qalib olan yeganə qadın türk tennisçisidir. 2010-cu ildə Amerikada Açıq tennis turunda iştirak etmiş və Grand Slam uğrunda mübarizə aparmışdır. 2011-ci ildə Fransada Açıq, Vimbledon və Avstraliya Açıq turlarında iştirak etmiş və yer tutmuşdur. 2016-cı ildə Fransa açıq tennis turlarında iştirak etmiş və layiqli yerlərdən birini tutmuşdur. O bu tabloya adını yazdıran ilk qadın tennisçidir. Böyükakçay Reskarada keçirilən 2009 Ağdəniz oyunlarında gümüş medala sahib olmuşdur. 2013-cü ildə ölkəsinin ev sahibliyi etdiyi Ağ dəniz oyunlarında həm tək, həm də cüt (Pemra Özgən ilə) qızıl medalı qazanmışdır. Çağla Böyükakçay Qadınlar turnirinin ikinci turunda dünya çempionu Şarapovanı 2-0 hesabı ilə qalib gəlmiş və 3-cü tura keçmişdir. Rio de janero şəhərində 2016-cı ildə Olimpiya oyunlarında iştirak etmiş və türkiyəni təmsil edən ilk tennisçi qadın olmuşdur.
Çağla Şikel
Çağla Şikel — Aktrisa, model. == Həyatı == Çağla Şikel 1979-cü ildə İstanbulda Qarslı bir azərbaycanlının ailəsində dünyaya gəlib. Anası Adanalı olduğundan o ərazilərdə o qədər də yaşamayıblar. Sənətçi hazırda türk kino və serial biznesinin uğurlu simalarından sayılır.
Oğulcan Çağlayan
Oğulcan Çağlayan (22 mart 1996, Altındağ ilçəsi, Ankara ili) — Türkiyə futbolçusu. "Qalatasaray PFK" klubunun hücumçusudur. 14 fevral 2014-cü ildə Super Liqada debüt etdi.
Behçət Kamal Çağlar
Behçət Kamal Çağlar (türk. Behçet Kemal Çağlar; 23 iyul 1908, Ərzincan, Ərzurum vilayəti – 24 oktyabr 1969, İstanbul) — türk şairi və siyasətçisi. O, Faruq Nafiz Çamlıbel ilə birlikdə 1933-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 10-cu ildönümü münasibətilə yazılmış "Onuncu il" marşının müəllifidir. == Həyatı == Cümhuriyyət dövrünün məşhur şairlərindən olan Behçət Kamal Çağlar Ərzincanda varlı ailədə anadan olub. O, Kayserinin Şabanbəyzadələr kimi tanınan məşhur ailəsindən Şaban Həmdi bəyin oğludur. 1908-ci ildə atasının məmur olduğu Ərzincanın Təpəcik kəndində anadan olub. Atası Kayserinin Bünyan şəlaləsi sahilində məskunlaşan Burunquz adlı türkmən tayfasından, anası isə Balıkəsirdə Çepni köçərilərindən Kolağası Əhməd Ağanın qızıdır. Behçət adı ona atasının əmisinin adı kimi, Kamal isə azadlıq qəhrəmanı Namiq Kamalın şərəfinə qoyulub. 1913-cü ildə Behçət Kamal Boluda İmaret İbtidai məktəbində təhsil almağa başlayıb. Hələ ibtidai məktəb illərində babasından miras qalan istedadı ilə şeir əzbərləməyə, oxumağa həvəs göstərən Behçət Kamalı müəllimləri məktəb bağçasında hündür yerə qaldırır, atasının əzbərlədiyi şeirləri oxutdururdular.
Səmra Çağlar Gökalp
Səmra Çağlar Gökalp (1988, Bitlis ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Səmra Çağlar Gökalp 1988-ci ildə Bitlis ilində anadan olub. Van Yüzüncü İl Universiteti İngilis dili və Ədəbiyyatı Bölməsindən məzun olub. Mübadilə proqramı çərçivəsində Birləşmiş Ştatların Texas Universitetində təlimlərdə olub. Merilend Qadınlar Komissiyasında (Maryland Commission for Women) müşahidəçi olub. Van Şəhər Bələdiyyəsində Avropa İttifaqı və Xarici əlaqələr şöbəsində çalışıb. 2019-cu ildə bələdiyyə sədrinin vəzifəsindən uzaqlaşdırılmasından sonra tutduğu vəzifədən azad edilib. İnsan Hüquqları Dərnəyində İdarə Heyətinin üzvü olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Bitlis ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Müraciətlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Çağlayan (Qars)
Çağlayan — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 181 nəfərdir (2022).

Digər lüğətlərdə