ÇALMALI

sif.
1. Başında çalma olan (bax çalma3 1-ci mənada).
Çalmalı seyidin son sözləri eşidildi. Mir Cəlal.

2. Kiçik kəlağayı, ləçək və s.-ni çalma kimi başına sarımış (bax çalma 2-ci mənada).
Bu əyri çalmalı, xumar gözlünün; Zülfünü dağıdan ellər sevinsin. Qurbani.
Hamı dikib gözünü ağ çalmalı həkimə; Həkim xəcalətindən baxa bilmir heç kimə. B.Vahabzadə.

Синонимы

  • ÇALMALI sarıqlı — əmmaməli
  • ÇALMALI çalmalı bax əmmaməli
ÇALMAQ₁
ÇALOV
OBASTAN VİKİ
Çalmalı
Çalmalı (Şaran) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Çalmalı (dağ) — Kəlbəcərlə Basarkeçər arasında dağ.
Çalmalı (Şaran)
Çalmalı (başq. Салмалы, rus. Чалмалы) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Çalmalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 8 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 33 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (68%), tatarlar (29%) üstünlük təşkil edir.

Значение слова в других словарях