ÇARPAŞIQ


1. sif. Dolaşıq, dolanbac, qarışıq.
Qudurğan qasırğa, çarpaşıq yollar; Yolumda zülmət var, uçurumlar var. Ə.Cavad.
Bu çarpaşıq dalğalarda özün göstər mənə yol. S.Vurğun.

2. is. məc. Anlaşılmazlıq, dolaşıqlıq, keşməkeş.
Ah! Ölən məhəbbət! Ah! Ölən istək! Nədir həyatdakı bu çarpaşıqlar?! S.Vurğun.
Təbiətin məğrur xilqəti olan insan nə qədər də çarpaşıqlar, nə qədər də döyüşkən duyğular, nə qədər də tufanlı-boranlı hallar keçirir? S.Rəhimov.

ÇARPARA
ÇARPAYI

Значение слова в других словарях