ÇOVDAR

I
сущ. рожь:
1. хлебный злак, из молотых зерен которого выпекают чёрный хлеб. Sahəyə çovdar səpmək засеять поле (участок) рожью, çovdar cücərib рожь проросла, çovdar çiçəkləyib рожь зацвела, bir araba çovdarı döyməyə apardılar один воз ржи отвезли на молотилку
2. зёрна этого злака. Bir pud çovdar пуд ржи, bol çovdar məhsulu götürmək (yığmaq) собрать богатый урожай ржи, hər hektardan … ton çovdar uğrunda за … тонн (тонны) ржи с гектара
3. мн. ч. ржи (ржаное поле, всходы ржи). Yol çovdarın (çovdar zəmisinin) içindən keçirdi дорога шла средь сплошных ржей
II
прил. ржаной:
1. относящийся к ржи как злаку. Çovdar sünbülü ржаной колос, çovdar dəni ржаное зерно
2. засеянный рожью. Çovdar sahəsi (zəmisi) ржаное поле
3. полученный из ржаных зёрен. Çovdar unu ржаная мука
4. полученный, приготовленный, выпеченный из ржаной муки. Çovdar çörəyi ржаной хлеб
ÇOTURLUQ
ÇOVDARLIQ
OBASTAN VİKİ
Çovdar
Çovdar (bitki) — buğdakimilər (Gramineae) ailəsindən Secale cereale növünə verilmiş addır. Çovdar (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çovdar (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd.
Çovdar (Bitki)
Çovdar (Daşkəsən)
Çovdar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. "Çovdar" etnotoponimdir. Adını ərazidəki eyniadlı dağdan almışdır. Kəndin 1869-cu ildə yaranması haqqında məlumatlar mövcuddur. Çovdar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Çovdar dağının şimal yamacında yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Çovdar kənd kitabxana filialı, Çovdar kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə 1869-cu ilə aid kilsə, 1891-ci ilə aid qala mövcuddur. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Çovdar (Kəlbəcər)
Çovdar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Kəlbəcər rayonunun Başlıbel inzibati ərazi vahidində kənd. Covdar çayının (Tərtər çayının qolu) sahilindədir. Etnotoponimdir. Digər bir yerli məlumata görə- Çovdar və Kərəm adlı iki varlı çovdar məskunlaşmaq üçün Çovdar və Şahkərəm kəndlərinin ərazisinə gəliblər. Çovdar kişi Çovdar kəndinin bünövrəsini qoyub və kənd onun adı ilə bağlıdır. Kəlbəcər r-nunun Başlıbel i.ə.v.-də kənd. Çovdar çayının (Tərtər çayının qolu) sahilindədir.
Çovdar bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çovdar mahmızı
Çovdar mahmızı (lat. Claviceps purpurea) — fungi aləminin ascomycota şöbəsinin sordariomycetes sinfinin hypocreales dəstəsinin clavicipitaceae fəsiləsinin claviceps cinsinə aid göbələk növü. Sıranın nümayəndələrində cinsi çoxalma məlumdur. Onların hamısı homotallikdir. Klavisepslərin inkişaf tsiklində konidilərlə çoxalama da müşahidə olunur. Çovdar mahmızının böyük təcrübi əhəmiyyəti vardır. O bir tərəfdən taxıl bitkilərində parazitlik edərək məhsuldarlığı azaldır, digər tərəfdən isə tərkibindəki zəhərli maddələrdən tibdə geniş istifadə olunur. Onların təsirindən əzələlər büzüşür və nəticədə qanaxma dayanır. Həmin maddələr şiddətli zəhərlənmələr verir. Çovdar mahnuzı mühüm praktiki əhəmiyyət kəsb edir.
Çovdar çörəyi
Çovdar çörəyi — çovdar taxılından edilmiş unla bişirilmiş çörək növüdür.
Çovdar qızıl yatağı
Çovdar qızıl yatağı — Daşkəsən rayonu ərazisində yerləşir. Qızıl filizləşməsi üst bayos yaşlı törəmə kvarsitlərdə təşəkkül tapmışdır. Yataq sahəsində bu tip törəmə kvarsitlərin bir-neçə çıxışı müəyyən olunmuşdur. Yatağın geoloji quruluşunun xüsusiyyətləri – hidrotermal-dəyişmə süxurlarının geniş yayılması, barit-polimetal damarlarının, polimetal və mis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə sahələrinin mövcudluğu onun yüksək perspektivliyə malik olduğunu göstərir. Hüdudlandırılmış və qismən (150 m-ə qədər) dərində öyrənilmiş «Mərkəz» filiz cismində qızılın miqdarı böyük amplitudada dəyişməklə (1 q/t- dan – 100 q/t-a qədər və daha çox), orta hesabla 8-10 q/t təşkil edir.
Adi çovdarçı
Adi çovdarçı (lat. Charadrius morinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Akif Çovdarov
Çovdarov Akif Teymurxan oğlu (28 avqust 1952, Marneuli rayonu) — keçmiş MTN-nin general-mayoru. == Həyatı == Akif Çovdarov 1952-ci ilin 28 avqustunda Gürcüstanın Marneuli rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu, 1986-cı ildə isə SSRİ DİN Akademiyasını bitirib. == Fəaliyyəti == Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır. == Həbsi == Akif Çovdarov 6 aprel 2020-ci ildə Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin əfv haqqındakı sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib. Sözügedən sərəncama əsasən Akif Çovdarov general rütbəsindən birbaşa əsgər rütbəsinə endirilib.
Ağ çovdarçı
Chionis albus (lat. Chionis alba) — Ağ çovdarçılar cinsinə daxil olan iki növdən biri. == Görünüşü == Bədəninin uzunluğu 34–41 sm, çəkisi 460–780 q təşkil edir. Qanadlar arasında məsafə 74–84 sm-dir. Erkəklər dişilərdən iri olur. Qanadları balacadır. Ayaqları kiçikdir. Torpaq üzərində daha yaxşı hərəkət edirlər. == Yayılması == Antarktidanın endemik (Cənubi Georgiya, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Antarktik yarımadası) quşudur. Quşlar əsasən pinqvinlərin koloniyarını qurduğu yerdə yuva qururlar.
Ağ çovdarçı (cins)
Ağ çovdarçılar (lat. Chionidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Ağ çovdarçılar
Ağ çovdarçılar (lat. Chionidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Böyükdimdik çovdarçı
Böyükdimdik çovdarçı (lat. Charadrius leschenaultii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (DD). Zəif öyrənilib. Məhdud ərazidə qalıb. Sayı məlum deyil. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 5 növündən biridir. == Qısa təsviri == Dimdiyi cinsin başqa növlərinə nisbətən uzun və yoğundur. Bel tərəfi qum kimi boz, qarın tərəfi açıq rənglidir, amma döşünün yanlarında və çinədanı üzərindəki kürən köndələn zolaq enlidir, qanadlarının altı ağdır.
Dəniz çovdarçısı
Dəniz çovdarçısı (lat. Charadrius alexandrinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Halqalı kiçik çovdarçı
Halqalı kiçik çovdarçı (lat. Charadrius dubius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü. Yekələrin bir boz-qonur geri və qanadları,ağ qarın və bir qara boyun bandı ilə ağ sinəsi var.Onların boz papağı, ağ alnı, gözləri ətrafında bir qara ilə yuxarıda ağ maska ​​və qısa tutqun dimdikləri var.
Magellan çovdarçıları
Magellan çovdarçıları (lat. Pluvianellidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Təsviri == Magellan çovdarçısının kürək və döşü açıq boz rəngdə, digər yerləri isə ağ rəngdə olur. Qısa qırmızı ayaqları və qırmızı gözləri var. Cavan fərdlərdə göz və ayaqlar sarımtıl rəngdə olur. Quşların çağırışları göyərçinlərin çağırışına bənzəyir. == Çoxalması == Magellan çovdarçısı suya yaxın yerdə yuvalayır və yerə 2 iri yumurta qoyur. Adətən bir cücəsi sağ qalır. == Qidalanması == Magellan çovdarçısı xırda onurğasızlarla qidalanır.
Xərçəngəoxşar çovdarçılar
Xərçəngəoxşar çovdarçılar (lat. Dromadidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Xəzər çovdarçısı
Xəzər çovdarçısı (lat. Charadrius asiaticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü. Orta Asiyanın açıq otlaqlarında, xüsusilə Xəzər dənizinin şimal və şərqində becərir.
Yaxalıqlı çovdarçı
Yaxalıqlı çovdarçı (lat. Charadrius hiaticula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinin çovdarçı cinsinə aid heyvan növü.
Çovdarlıqda uçurumdan qoruyan
Çovdarlıqda uçurumdan qoruyan — ABŞ yazıçısı Cerom Selincer tərəfindən 1951-ci ildə yazılmış roman. Əsərdə on altı yaşlı Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən söhbət açılır. Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanıb və XX əsrin ikinci yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərib. Selincer "Çovdarlıqda uçurumdan qoruyan" romanı üzərində doqquz il işləyib. Müəllifin 1951-ci ildə yazılmış yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" olub. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılıb. Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz dövrünün Amerikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı "mənfi" təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir.
Çovdarçı
Çovdarçı (lat. Charadrius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin çovdarçılar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda Bozca cinsinə 5 növ daxildir: Yaxalıqlı çovdarçı (Charadrius hiaticula Linn., 1758) Halqalı kiçik çovdarçı (Charadrius dubius Scop., 1786) Böyükdimdik çovdarçı (Charadrius leschenaultii Les., 1826) Xəzər çovdarçısı (Charadrius asiaticus Pall., 1773) Dəniz çovdarçısı (Charadrius alexandrinus Linn., 1758) Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Çovdarçıkimilər
Çovdarçıkimilər (lat. Charadriiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Pərttəgözlər (Burhinidae) Avstraliya səyyahları (Pedionomidae)? Tənbəlcüllütlər (Scolopacidae) Ağ çovdarçılar (Chionidae) Sukəsənlər (Rhynchopidae) Buxaqlı qaçağanlar (Thinocoridae) Susüpürənlər (Sternidae) Alacüllütlər (Haematopodidae) Magellan çovdarçıları (Pluvianellidae) Sahilqağayıları (Stercorariidae) Xərçəngəoxşar çovdarçılar (Dromadidae) Çovdarçılar (Charadriidae) Oraqdimdiklər (Ibidorhynchidae) Haçaquyruqlar (Glareolidae) Üçbarmaqlar (Turnicidae) Rəngbərəng tənbəlcüllütlər (Rostratulidae)?
Çovdarçılar
Çovdarçılar (lat. Charadriidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Əkin çovdarı
Əkin çovdarı (lat. Secale cereale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çovdar cinsinə aid bitki növü. Çovdarın ilk dəfə E.ə.6500 illərində Asiyanın cənub-qərbində yetişdirildiyi sanılmaqdadır. Soyuğa ən dayanıqlı taxıl olan çovdar yüksək yerləri, qumlu və zəif torpaqları sevər. Rusiya, İskandinav ölkələri kimi qışları çox sərt keçən bölgələrdə belə yetişdirilər və payızda əkilib ertəsi il yay başlarında biçilər. Üstəlik buğda, arpa, qarğıdalı və düyü əkinçiliyinə əlverişli olmayan ən səmərəsiz torpaqlarda belə o biri taxıllardan daha yaxşı məhsul verər. Ümumiyyətlə 1-2 metr yüksəkliyə çatan çovdarın görünüşü arpaya çox bənzər. Dənələri buğdaya görə daha incə uzundur. Daha çox çörəklik un və heyvan yemi olaraq qiymətləndirilən çovdarın içində karbonhidrat, zülal, kalium və B vitamini tapılar. Secale cereale var.

Значение слова в других словарях