Beynəlxalq hesablaşmalar bankı
Beynəlxalq hesablaşmalar bankı (BHB) (ing. Bank for International Settlements (BIS)) — funksiyalarına mərkəzi banklar arasında əməkdaşlığı təşviq etmək və beynəlxalq maliyyə hesablaşmalarını asanlaşdırmaq daxil olan beynəlxalq maliyyə təşkilatı; Bundan əlavə, o, iqtisadi və monetar tədqiqatlar mərkəzidir.
Aparıcı ticarət dövlətlərinin mərkəzi bankları onun təsisçiləridir, hər biri direktorlar şurasına öz nümayəndəsini təyin edir; şura ildə ən azı on dəfə toplanır. BIS-in baş ofisi Bazeldə yerləşir.
Bankın məqsədi:
…mərkəzi banklar arasında əməkdaşlığı təşviq etmək, beynəlxalq maliyyə əməliyyatları üçün yeni imkanlar yaratmaq və iştirakçı tərəflərlə müqavilələr əsasında ona həvalə edilmiş beynəlxalq ödəniş əməliyyatları üçün qəyyum və ya agent kimi çıxış etmək.
BIS-in funksiyasının bir hissəsi əsasən Beynəlxalq Valyuta Fondu tərəfindən öz üzərinə götürülmüşdür. Bu gün onun fəaliyyətinin əsasını mərkəzi banklar arasında əməkdaşlıq təşkil edir. Bundan əlavə, BIS üzv ölkələrin mərkəzi banklarına geniş çeşiddə maliyyə xidmətləri göstərir (kreditlər verir, depozitləri qəbul edir, vasitəçi və ya zamin kimi çıxış edir).
Bank nəzarəti üzrə Bazel Komitəsi 1974-cü ildə Beynəlxalq Hesablaşmalar Bankında yaradılmışdır ki, bu komitə bank tənzimlənməsini təkmilləşdirməyə yönəlmiş direktivlər və tövsiyələr hazırlayır və müxtəlif ölkələrdə maliyyə tənzimlənməsinə dair tələblərin unifikasiyası üzərində işləyir. Həmçinin BIS-in himayəsi altında Ödəniş Sistemləri Komissiyası, Qlobal Maliyyə Sabitliyi Komitəsi, Saxtakarlığa Qarşı Mübarizə Qrupu və bir sıra digər strukturlar fəaliyyət göstərir.