ÖZBAŞINA

zərf Öz bildiyi kimi, heç kəsdən soruşmadan, icazə almadan.
Sabir … söz verdi ki, bir də özbaşına belə yerə çıxmaz. S.Rəhimov.
[Rəis:] Şahinin nə ixtiyarı var ki, ştatda yer olmaya-olmaya özbaşına adam götürür? S.Rəhman.

// Nəzarətsiz, baxımsız, başlı-başına. Uşaqları özbaşına qoymaq olmaz.
[Şəhrəbanu xanım:] Hələ bir de görüm, sən özbaşınasan, ya sənin atan yerində bir böyüyün var? M.F.Axundzadə.
Kərim babanın inəkləri özbaşına buraxması sahiblərinin xoşuna gəlməzdi. A.Şaiq.
İstəristəməz Züleyxa özbaşına buraxılmışdı. M.İbrahimov.

Синонимы

  • ÖZBAŞINA sərbəst — müstəqil — başlı-başına
  • ÖZBAŞINA azğın

Антонимы

  • ÖZBAŞINA ÖZBAŞINA – RƏSMİ Hələlik Kür dolaşır özbaşına (S.Rüstəm); Rəsmi evlənmək çox asan işdir (M.İbrahimov)
ÖZ
ÖZBAŞINALIQ

Значение слова в других словарях