ÜLFƏT

is. [ ər. ]
1. Qarşılıqlı, xoş, mehriban münasibət, yaxınlıq, əlaqə, ünsiyyət, dostluq.
[Nadir bəy:] İnsanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar. H.Cavid.

□ Ülfət etmək (bağlamaq) – birbiri ilə əlaqəsi olmaq, yaxınlıq etmək, əlaqə yaratmaq, ünsiyyətdə olmaq.
İnsan insan ilə həmişə ülfət bağlamağa mayildir, necə ki heyvan ilə. C.Məmmədquluzadə.

// Görüşmə, qaynayıb-qarışma.
2. Sevgi, məhəbbət.
Bağrıma basıram ana Vətəni; Bu ülfət ilhama çağırır məni! S.Vurğun.

Синонимы

  • ÜLFƏT ülfət bax hüsn-rəğbət
  • ÜLFƏT həmrəylik — yekdillik
  • ÜLFƏT uyuşma — yovuşma
  • ÜLFƏT dostluq — hüsn — rəğbət
ÜLƏMA
ÜLGÜ

Значение слова в других словарях