Şükrüllah Şirvani
Şükrüllah Şirvani — II Mehmedin şəxsi həkimi, Mahmud Şirvaninin oğludur.
Əslən Şamaxıdan olan bu həkim Qahirədə Şəmsəddin Səxavidən hədis dərsləri almışdı. Həmçinin II Mehmedin müəllimi mövlana Şəmsəddin Güranidən İstanbulda hədis dərsləri almışdı. O, xəstələri təmənnasız müalicə etdiyinə görə "Kasıbların həkimi" ləqəbini qazanmışdı.
Fütuhat fil-Cifr
Risalətüs-Sultaniyyə fit Tibb
Risalə fil-Qulunc vəl-İxtibas
Lətaifül-Cəlilə
Rəvzətül-İtr fit Tibb
Müxtəsəri-Tibb
İxtiyarati-Bədi
Mürşid fit-Tibb
əl-İlyasiyyə fit-Tibb
Kamalnamə
Riyazül-Ülum — II Bəyazidə həsr etmişdi.