1. is. Mənasız tələb, iddia, arzu, istək.
Vəliqulu da başlayıb şıltağı və davamərəkəni. C.Məmmədquluzadə.
[Əlyarov:] Hər yoldan ötənin şıltağından ötrü biz adamlarımızı çölə tökə bilmirik ki? M.Hüseyn.
// sif. Daim şıltaqlıq edən, şıltaqçı.
Dürdanə xanımın qızı Sonanı da, o baş çıxarmadığı şıltaq qızı da indi Qadir görmək istəmirdi. Ə.Əbülhəsən.
// Ağlayıb-qışqırmaqla öz istəyindən əl çəkməyən; inadcıl, inad, tərs. Şıltaq uşaq.
// Kefsizlik, ağrı və s. səbəblər üzündən uşaqlarda ağlamaq və ya çığırmaq şəklində təzahür edən narahatlıq, əsəbiyyət halı.
[Atabala] bu çocuğun nazını çəkir, hər şıltağına dözür. A.Şaiq.
□ Şıltaq etmək (eləmək) –
1) ağlamaqla narahatlığını bildirmək.
Balaca uşaqlar gecə yatmayıb şıltaq eləyəndə, anaları istəməyiblər şirin yuxudan ayılıb uşağa süd versinlər. C.Məmmədquluzadə;
2) məc. Naz eləmək, özünü ərköyün kimi aparmaq.
Qız çox şıltaq edəndə Bülənd ona nəsihət edərdi. Ə.Əbülhəsən.
2. sif. məc. Dəyişkən, qərarsız, sabit halda olmayan, gözlənilmədən dəyişən. Şıltaq
dəniz. Şıltaq hava.
– Necə sakitcə, baxır gör, necə şıltaq Xəzərim; Başqa aylardasa hər dalğası bir dağ Xəzərim. S.Rüstəm.