ŞƏLTƏ

is.
1. Qadın alt tumanı, dizlik.
2. dan. Cır-cındır, yıpranmış, üzülmüş, köhnə-kürüş şeylər (xalça, palaz, geyim, parça və s.).
Otaq kasıb döşənmiş, dörd-beş şəltədən ibarət idi. A.Şaiq.

◊ Şəltəsi işləməmək (keçməmək) – kələyi baş tutmamaq, hiyləsi keçməmək. …Dəni məqsədlilərin burada şəltəsi işləməz.
Onlar zərərdən savay heç bir xeyir yetirə bilməzlər. Ü.Hacıbəyov.
Qarı bu yerdə şəltəsini işlədə bilmədi. Mir Cəlal.

Синонимы

  • ŞƏLTƏ şəltə bax cır-cındır
  • ŞƏLTƏ darbalaq — dizlik
  • ŞƏLTƏ hiylə — fənd

Этимология

  • ŞƏLTƏ Qadının alt paltarıdır. Mənşəyi qaranlıq qalır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ŞƏLPƏ-ŞÜLPƏ
ŞƏLTƏ-ŞƏLTƏ

Значение слова в других словарях