İsmayıl bəy Şahmalıyev
Şahmalıyev İsmayıl bəy Nəsrullah bəy oğlu — Xüsusi Zaqafqaziya Komitəsinin komissarı.
1902-ci ildə Tiflis oğlanlar gimnaziyasını, 1908-ci ildə Novorossiyski
Universitetinin hüquq fakültəsini bitirmişdir, xidmətə 10 fevral
1909-cu ildə Tiflis Məhkəmə palatası yanında I cinayət departamentində
məhkəmə vəzifələrinə kiçik namizəd kimi başlamışdır, 1 fevral 1910-cu
il tarixdən Yelizavetpola keçirilmiş` və burada 1910-1911-ci illərdə quberniya
katibi, Yelizavetpol Dairə Məhkəməsində məhkəmə vəzifələrinə baş
namizəd vəzifələrində işləmiş, 4-cü istintaq şöbəsinə, Yelizavetpol qəzasının
Ləki istintaq sahəsinə rəhbərlik etmişdir. 1911-ci ilin sentyabrında istefaya
çıxmışdır. 1913-cü ilin iyulunda yenidən dövlət xidmətinə qayıtmış,
İrəvan Dövlət Palatasının xüsusi tapşırıqlar məmuru təyin edilmişdir. 16
fevral 1914-cü ildən – İrəvan quberniyasının Naxçıvan nahiyəsinin Vergi
Müfəttişinin köməkçisi, 1914-cü ilin aprel ayından 1915-ci ilədək Palatanın
mühasib köməkçisi, ödəniş şöbəsinin müdiri, Palatanın Katibi, xüsusi tapşırıqlar
məmuru, 1916-cı ildə – Palatanın I bölmə rəisi. 1916-cı ilin dekabrında
Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin baş köməkçisi,
1917-ci ilin yanvarında – Zaqatala əyalətinin Vergi Müfəttişi təyin edilmişdir. 26 avqust
1918-ci ildə Gəncə Dairə məhkəməsinin üzvü təyin olunub.
31 avqust
1918-ci il tarixində AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının
tərkibinə daxil edilmiş, Bakı quberniyasının Şamaxı və Göyçay
qəzalarının və Yelizavetpol quberniyalarının talan edilməsi haqqında cinayət
işlərini araşdıran istintaq qruplarında işləmişdir. 19 mart 1919-cu il
tarixində Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Müstəntiqi təyin edilmişdir.
1 may 1919-cu il tarixində işin azlığı səbəbindən FTK- üzvlüyündən
azad edilmişdir.