Fariz Bədəlov və Aygün Şahmalıyevanın ölümü

Fariz Bədəlovun və Aygün Şahmalıyevanın ölümü — 2011-ci ildə dörd ay ərzində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqlar.[1] Əvvəl martın 8-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşən bölmələrindən açılan snayper atəşi nəticəsində 8 yaşlı Fariz Bədəlov Ağdam rayonunun Orta Qərvənd qəsəbəsində yaşadığı evin həyətində öldürülmüşdür.[1] Dörd ay sonra, iyulun 14-də isə Ermənistan silahlı qüvvələrinin Əlibəyli yaşayış məntəqəsinə daxil olan Tovuz çayına içində partlayıcı qurğu olan oyuncağı buraxması nəticəsində həmin oyuncağı tataparaq evinə aparan və onunla oynayan zaman baş verən partlayış nəticəsində 12 yaşlı Aygün Şahmalıyeva həyatını itirmişdir.[1]

Fariz Bədəlov və Aygün Şahmalıyevanın ölümü
Əsas münaqişə: Qarabağ münaqişəsi
4 ay intervalla öldürülən Fariz Bədəlov və Aygün Şahmalıyeva
4 ay intervalla öldürülən Fariz Bədəlov və Aygün Şahmalıyeva
Ümumi məlumatlar
Yeri Orta Qərvənd, Ağdam rayonu, Azərbaycan
Əlibəyli, Tovuz rayonu, Azərbaycan
Tarix
  • 8 mart 2011
    14 iyul 2011
Silah(lar) snayperdən açılan atəş
əldə hazırlanma partlayıcı
Ölü sayı Fariz Bədəlov (mart)
Aygün Şahmalıyeva (iyul)
Yaralı sayı Elnarə Şahmalıyeva (iyul)
Törədən(lər) Ermənistan silahlı qüvvələri

1980-ci illərin sonlarında başlamış AzərbaycanErmənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur.[2][3] Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir.[3] İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itkin düşmüşdür.[3]

1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2011-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttindəAzərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.[3]

Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşıda hücumlar olsa da, uşaqlar arasında ölüm halları baş verməmişdir.[3] 2011-ci ilin martında 8 yaşlı Fariz Bədəlovun ölümü birinci belə hal idi.[4] Növbəti dövrlərdə — 2011-ci ilin iyulunda 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində[5], 2017-ci ilin iyulunda isə 2 yaşlı Zəhra Quliyeva Alxanlı hücumu nəticəsində öldürülmüşdür.

Fariz Bədəlovun ölümü

[redaktə | mənbəni redaktə et]

2011-ci il martın 8-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində yerləşən bölmələrindən açılan atəş nəticəsində 2003-cü il təvəllüdlü Fariz Bədəlov Ağdam rayonunun Orta Qərvənd qəsəbəsində yaşadığı evin həyətində öldürülmüşdür.

Aygün Şahmalıyevanın ölümü

[redaktə | mənbəni redaktə et]

2011-ci il iyulun 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd Əlibəyli yaşayış məntəqəsində evdə partlayış halı baş vermişdir.[6] Partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həyatını itirmiş, onun anası, 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır yaralanmışdır.[5] Məlumata görə, partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli yaşayış məntəqəsinə daxil olan Tovuz çayına buraxılmışdır.[7] Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətirmişdir.[6] Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurmuş və nəticədə partlayış baş vermişdir.[6]

Münasibətlər

[redaktə | mənbəni redaktə et]
Milli Məclisin sədr müavini Bahar Muradova Aygün Şahmalıyevanın ölümünü Ermənistanın günahsız uşaqların qətlə yetirilməsinə yönələn iyrənc siyasəti adlandırmışdır

Azərbaycanın İnsan hüquqları üzrə Ombudsmanı Elmira Süleymanova "Fariz Bədəlovu qətlə yetirməsinin bir daha bütün dünyaya müharibənin hələ də davam etdiyini, günahsız insanların, uşaqların, ahılların, dinc insanların erməni hərbçiləri tərəfindən öldürüldüyünü göstərdiyini" bildirmişdir.[8] Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva isə Fariz Bədəlovun, başqa cəbhəyanı yaşayış məntəqələrində digər azyaşlıların erməni hərbçiləri tərəfindən hədəfə alınmasının ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin bir hissəsi adlandırmışdır.[9]

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Fariz Bədəlovun öldürülməsi ilə bağlı BMT Baş Katibi Pan Gi Muna müraciət ünvanlamışdır.[10] Müraciətdə azərbaycanlı uşağın Rusiya prezidentinin təşəbbüsü ilə AzərbaycanErmənistan prezidentlərinin martın 5-də Soçidə tərəflər arasında dialoqun davam etdirilməsi məqsədilə baş tutan görüşündən üç gün sonra öldürüldüyü qeyd edilmişdir və bu hadisənin işğalçı Ermənistan ordusu tərəfindən müdafiəsiz insanlara qarşı törədilmiş qanlı hadisə olduğunu vurğulanmışdır.[10]

İyulda Azərbaycan Milli Məclisinin sədr müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Aygün Şahmalıyevanın ölümü ilə bağlı ATƏT PA-nın sədri Petros Eftimiuya və onun Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşə müraciət ünvanlamışdır.[11] Müraciətdə danışıqlar prosesinin intensivləşdiyi, həmsədrlərin regiona səfəri, AzərbaycanErmənistan xalqları arasında etimadın yaradılması istiqamətində səylərin danışılmalı olunduğu bir vaxtda, partlayıcı maddə ilə doldurulmuş uşaq oyuncağını çay vasitəsilə Azərbaycan tərəfinə göndərən Ermənistanın günahsız uşaqların qətlə yetirilməsinə yönələn iyrənc siyasətini aparmaqda davam elədiyi vurğulanmışdır.[12]

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva isə baş verən hadisənin Ermənistanın günahsız uşaqların, azyaşlı uşaqların qətlə yetirilməsinə yönələn yeni məqsədyönlü siyasət aparmasının bariz nümunəsi olduğunu bildirmişdir.[13]

Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Aygün Şahmalıyevanın ölümü ilə bağlı BMT Baş Katibi Pan Gi Muna müraciət ünvanlamışdır.[14] Müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı qərəzli hücumlarının son aylarda daha da intensivləşdiyi, beynəlxalq hüququn normalarına zidd olan bu addımlar nəticəsində cəbhə xətti boyunca yaşayan dinc insanların ölüm hallarının olduğu qeyd edilmişdir.[14] Müraciətdə həmçinin Ermənistanın dinc azərbaycanlılara qarşı son hücumları, o cümlədən, uşaqların öldürülməsinin təsadüfi əməllər olmadığı vurğulanmışdır.[14]

BMT Uşaq Fondunun (UNICEF) Azərbaycanda fəaliyyət göstərən nümayəndəsi M. Hervord son vaxtlar ermənilər tərəfindən 2 azərbaycanlı azyaşlı uşağın öldürülməsini pisləmişdir.[15] Müraciətdə "UNICEF-in Azərbaycan nümayəndəliyi olaraq bu cür ölüm hallarının qəti formada pisləndiyi" bildirimişdir.[15]

Sentyabrın 6-da Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva azyaşlı azərbaycanlı qızın ermənilər tərəfindən qətlə yetirilməsini pisləyən sənəd hazırlamışdır.[16] Bəyanata AŞPA-da təmsil olunan müxtəlif dövlətlərin deputatları da imza atmışlar.[16] Sənəd qurumun yazılı bəyanatı olaraq qəbul edilmişdir.[16]

Xaricdə yaşayan azərbaycanlıların Fariz Bədəlovun öldürülməsi ilə bağlı martın 16-da Fransanın Strasburq şəhərində[17], martın 18-də Almaniyanın BerlinMaqdeburq şəhərlərində[18][19], martın 31-də isə Brüssel şəhərində[20] etiraz yürüşləri olmuşdur.

  1. 1 2 3 Azərbaycanın Xarici İşlər Nazirliyi. "ERMƏNİ TERRORİZMİ" (PDF). www.mfa.gov.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  2. Prezident Kitabxanası. "Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası // Xronoligiya – 20 YANVARA APARAN YOL" (PDF). www.files.preslib.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 4 5 Prezident Kitabxanası. "Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası // Xronoligiya – Ermənistan-Azərbaycan münaqişəsi" (PDF). www.files.preslib.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.08.2022.
  4. Modern.az İnformasiya Agentliyi. "Düşmən gülləsinin öldürdüyü uşaqlarımız - FOTOLAR". www.modern.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  5. 1 2 Trend İnformasiya Agentliyi. "13 yaşlı azərbaycanlı uşaq ermənilərin çaya buraxdığı oyuncağın partlaması nəticəsində həyatını itirib". www.trend.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  6. 1 2 3 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Ermənilər 13 yaşlı qızın ölümünə səbəb oldular". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  7. Yeni Azərbaycan qəzeti. "Ermənilər 13 yaşlı qızın ölümünə səbəb olublar". www.yeniazerbaycan.com (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  8. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Ombudsman Elmira Süleymanova və Milli Məclisin deputatı Qənirə Paşayeva Ağdamda erməni snayperinin qətlə yetirdiyi uşağın ailəsi ilə görüşmüşlər". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  9. Trend İnformasiya Agentliyi. "Azərbaycan Ombudsmanı Elmira Süleymanova və deputat Qənirə Paşayeva ermənilər tərəfindən qətlə yetirilmiş uşağın ailə üzvləri ilə görüşüblər". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  10. 1 2 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycanlı uşağın ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı məsələ BMT-də qaldırılmışdır". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  11. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT PA-nın sədri Petros Eftimiuya müraciət etmişdir". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  12. Azərbaycan Milli Kitabxanası. "Milli Məclis Sədrinin müavini Bahar Muradova ATƏT PA-nın sədri Petros Eftimiuya müraciət etmişdir". www.anl.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  13. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd Əlibəyli qəsəbəsində baş vermiş dəhşətli hadisə ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaqdır". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  14. 1 2 3 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "On üç yaşlı azərbaycanlı qızın erməni terrorunun qurbanı olması məsələsi BMT-də qaldırılmışdır". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  15. 1 2 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "YUNİSEF-in Azərbaycanda fəaliyyət göstərən nümayəndəsi azərbaycanlı azyaşlı uşaqların ermənilər tərəfindən öldürülməsini pisləmişdir". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  16. 1 2 3 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "AŞPA azyaşlı azərbaycanlı qızın ermənilər tərəfindən qətlə yetirilməsini pisləyən sənəd qəbul etmişdir". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  17. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycanlı uşağın öldürülməsi ilə bağlı Strasburqda etiraz baş tutmuşdur". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  18. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan diasporu Berlində etiraz eləmişdir". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  19. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Almaniyanda fəaliyyət göstərən Azərbaycan diasporu Maqdeburq şəhərində etiraz eləmişdir". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  20. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Brüsseldə azərbaycanlı uşağın erməni snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı etirazı baş tutmuşdur". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.