şeyda

sif. amoureu//x, -se (à la folie) ; fou (f folle) ; ~ bül-bül rossignol m amoureux

şey-şüy
şeyx
OBASTAN VİKİ
Şeyda
Şeyda — Azərbaycanda və İranda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Fazil xan Şeyda — XIX əsr Azərbaycan şairi. Nəcəfqulu bəy Şeyda — XIX əsr Azərbaycan şairi. Qəmər bəyim Şeyda — XIX əsr Azərbaycan şairi. Mirzə Yəhya bəy Şeyda — XIX əsr-XX əsr Azərbaycan şairi. Mirzə Abbas xan Şeyda — XIX əsr-XX əsr İran şairi. Mirzə Ələkbər Şeyda — XIX əsr-XX əsr İran şairi. Yəhya Şeyda — XX əsr Azərbaycan şairi. Şeyda Əziz — Azərbaycan şairi. Əsərlər Şeyda (əsər) — Azərbaycan şairi Hüseyn Cavidin əsəri.
Simax Şeyda
Simax Şeyda (20 iyun 1936, Vartaşen – 13 fevral 2024, Münxen) — Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri, Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, şair-dramaturq. SSRİ "Əmək veteranı" medalı laureatı Simax Şeyda 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüb. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib. Simax Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965–1990) və "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. Dağ yəhudisi olmasına baxmayaraq, Simax Şeyda həmişə Azərbaycan dilində yazıb, yaradıb. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub.
Yəhya Şeyda
Şeyda Yəhya Həsən oğlu — Azərbaycan şairi, ədəbiyyatşünas, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Yəhya Şeyda 1924-cü ilin may ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub. Onun atası Səttarxan hərəkatının iştirakçılarından, Təbrizin məşrutə mücahidlərindən olan "Yüzbaşı" ləqəbli Həsən Çərəndabidir. Şeyda, Firdovsi mədrəsəsinin ədəbiyyat bölümünü bitirmiş, fars və ərəb dillərini mükəmməl şəkildə mənimsəmiş, ilahiyyat, fəlsəfə və psixologiya elmlərinə yiyələnmişdir. Ədəbi fəaliyyətə gənclik dövründən başlamışdır (1940). Əli Fitrət, Cəfər Xəndan və Mövlana Yetim kimi şairlərdən ədəbiyyat dərsləri almış, mətbuatla çıxış etmişdir. 1948–51-ci illərdə Tehranda təhsilini davam etdirmiş, həmin müddətdə müxtəlif ədəbi məclislərin toplantılarına qatılmışdır. Tehranda təhsilini başa vurduqdan sonra Təbrizə dönmüş, burada jurnalist kimi mətbuatda fəaliyyət göstərmiş, eyni zamanda ədəbi məclislərdə fəal iştirak etmiş, Səhənd, Həbib Sahər, Həsən Qazı, Əhməd Tərcanizadə, Vaiz Çərəndabi, Ədib Tusi, Mənuçöhr Mürtəzavi, Ustad Şəhriyar və b. kimi şairlərlə dostlaşmışdır. Pəhləvi rejimi dövründə siyasi səbəblər üzündən daim təqib olunmuş, dəfələrlə həbs edilmişdir.
Comaqlı Şeyda (Qürvə)
Comaqlı Şeyda (fars. چمقلوشيدا‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 173 nəfər yaşayır (42 ailə). Əhalisini kürdlər təşkil edir.
Fazil xan Şeyda
Fazil xan Şeyda (1784, Bicar, Kürdüstan ostanı – 1852, Tiflis) — şair, diplomat, pedaqoq. == Həyatı == Fazil xan 1783-cü ildə Təbrizdə mühəndis ailəsində doğulmuşdur. Əsl adı Molla Fətulladır, Təbrizdə mükəmməl ruhani təhsili almışdır. O əvvəlcə öz atası Məhəmmədhüseynin, sonra Təbrizin məşhur müctəhidi Mirzə Əhmədin yanında təhsil almışdır. İlahiyyat üzrə mükəmməl biliyə yiyələnmiş Fazil xan poeziyaya daha çox həvəs göstərmişdir. 1827-ci ildə Təbrizin rus qoşunları tərəfindən işğalı ilə bağlı bir sıra ruhanilərin və İran əyanlarının çoxunun Abbas mirzəyə xəyanət etmələri Fazil xanı qəzəbləndirmişdi. O, belələrinə həcv yazmışdır. Fazil xanın professor M. Mustafayevin qeyd etdiyimiz kitabına daxil edilmiş satirik şeirində riyakar ruhanilərin əmmaməsini "şeytan yuvasına", əbasını "riyakarlıq donuna", xınalı saqqalını "nəcasətə bulanmış ayaqyolu süpürgəsinə" oxşadan şair belələrini "qoca zinakar, nəfsin qulu və şərarət törəməsi" adlandırır və deyir ki, "bu həcvlərlə təbrizlilərin fəxr etmələri təəccüblü deyil. Ona görə ki, Təbrizdə sakin olan haramzadələri həcv etmək Təbriz əhalisi üçün fəxarət və nəcabət işi sayılır. Onun həcvləri xalq arasında çox böyük uğur qazanmışsa da, müəllifinə qarşı düşmənlərinin hücumlarına səbəb olmuşdur.
Mirzə Lütfulla Şeyda
[mənbə göstərin] Mirzə Lütfulla Şeyda — XIX əsr Azərbaycan şairlərindən biri.
Nəcəfqulu bəy Şeyda
Nəcəfqulu bəy Şeyda (tam adı: Nəcəfqulu bəy Mirzə Məhəmmədhəsən bəy oğlu Vəliyev; 22 mart 1858, Şuşa – 1936, Bakı) — azərbaycanlı şair. Nəcəfqulu bəy Şeyda 1858-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gecə kursunda təhsilini davam etdirib. Quberniya idarəsində iyirmi beş ilə yaxın tərcüməçi işləmişdir. Balaxanı kəndində neft quyuları almışdı. Nəcəfqulu bəy İmarət xanımla ailə həyatı qurmuşdur. Onun Züleyxa xanım, Səltənət xanım adlı iki qızı, Məhəmmədhəsən bəy, Cavad bəy adlı iki oğlu olmuşdur. Nəcəfqulu bəy şair idi. Şeyda təxəllüsü ilə şeir yazırdı.
Qəmər bəyim Şeyda
Qəmər bəyim Şeyda (1881 Şuşa — 1933 Bakı) — azərbaycanlı şairə və dramaturq. Qəmərnisə bəyim Ata xan qızı 1881-ci ildə Şuşa şəhərində Qəmərnisə adı ilə Ata xan Abraxanov və Böyük Xanım Cavanşirin ailəsində xanadan olmuşdur. İbrahimxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir. Ata xan vəfat edən zaman Qəmər bəyim hələ gənc idi. Atasının ölümündən sonra qardaşı Məhəmmədin himayəsində olmuşdur. Məhəmməd onun üçün evdə dərs verəcək müəllimlər tutmuş, onu ikinci pillə təhsil almaq üçün Şuşa Məktəbinə getməyə həvəsləndirmişdir. Yeniyetmə kimi, öz dövrünün məşhur şairəsi Natavana "Məclisi-Üns"də təqdim edilmiş, Natavan da öz növbəsində Qəmər bəyimin istedadını təsdiqləməklə birlikdə, ona Şeyda təxəllüsünü vermişdir. Qəmər bəyim Şeydanın yaradıcılığında Xurşidbanu Natəvanın güclü təsiri olmuşdur. Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.
Mirzə Yəhya bəy Şeyda
Yəhya bəy Həsən bəy oğlu Hacıbəyov (1874–1938) — pedaqoq, şair, əməkdar müəllim. Yəhya bəy Həsən bəy oğlu 1874-cü il yanvar ayının 12-də Şuşa şəhərində ziyalı ailəsində doğulmuşdur. Atası Həsən bəy və babası "Məriz" təxəllüslü şair Mirzə Məhərrəm Hacıbəyov XIX əsr Şuşasının görkəmli tarixi şəxsiyyətlərindən olmuş, Qarabağ mədəniyyəti və maarifi tarixində silinməz izlər qoyub getmişlər. Belə bir ocaqda böyüyən Yəhya da kiçik yaşlarından elmə, sənətə, poeziyaya xüsusi bir maraq və həvəs oyanmış, o, klassik Azərbaycan və Şərq şairlərinin əsərlərini daim mütaliə edərək öz intellektual ədəbi səviyyəsini artərmağa çalışmışdır. Şuşa şəhər məktəbini bitirəndən sonra o, pedaqoji təhsil də almış və XX yüzilliyin əvvəllərindən maarifçilik fəaliyyəti ilə ciddi məşğul olmuşdur. Az müddət içərisində Yəhya bəy maarif cəbhəsində xeyli işlər görmüş, xalqın balalarının təhsil almasında xüsusi xidmət göstərmişdir. Görkəmli pedaqoq 1905-ci ildən başlayaraq ömrünün sonuna kimi Qarabağın bir çox kəndlərində maarif məşəli yandırmış, Ağdamda, Şıxbabalı və Əfətli kənd məktəblərində rus dili və ədəbiyyatından dərs demişdir. Həmin illərdə gənc müəllim bütün bacarığı ilə çalışır, uşaqları çətinliklə məktəbə cəlb edir və xüsusilə, kəndli balalarını oxumağa həvəsləndirirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Yəhya bəy Hacıbəyov yeni istiqamətdə qurulmuş xalq maarifi sistemində fədakarcasına çalışmağa başladı. "Mirzə" kimi hörmətli və ləyaqətli bir adla çağırılan Yəhya bəyə 1934-cü ildə respublika əhəmiyyətli fərdi təqaüd kəsildi, Ağdam rayonunun Əfətli kəndindəki məktəbə onun adı verildi və altmış illik yubileyi miqyasda keçirildi, Fəxri fərmanla təltif olundu.
Elman Şeydayev
Elman Dadaş oğlu Şeydayev — Azərbaycan rejissoru və aktyoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018). == Həyatı == == Mükafatları == 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == === Bədii filmlər === Arzular (film, 2005) (İran) Bəxt üzüyü (film, 1991) Bəyin oğurlanması (film, 1985) Bomba (film, 2005) Cansıxıcı əhvalat (film, 1988) Cin mikrorayonda (film, 1985) Çölçü (film, 2012) Dəvətnamə (film, 1989) Əlvida, cənub şəhəri (film, 2006) Hücum (film, 1989) İlahi məxluq (film, 2011) Kuklalar (film, 2009) Qağayı (film, 2012) Qanlı zəmi (film, 1985) Qara gölün cəngavərləri (film, 1984) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Qəm pəncərəsi (film, 1986) Qəzəlxan (film, 1991) Laçın dəhlizi (film, 1993) Payız görüşü (film, 1999) Sirr (teleserial, 2012) Şeytan göz qabağında (film, 1987) (aktyor) Ümid (film, 1995) (ssenari müəllifi) Yaramaz (film, 1988) Yük (film, 1995) İçəri şəhər 2014 === Sənədli filmlər === 130-cu mövsüm (film, 2002) (sənədli film) (Lider TV) Ağ rəngin simfoniyası (film, 2003) Aləmdə qalan səs (film, 2001) Ali sevgi (film, 2002) Ali sevgi-II film (film, 2003) And (film, 2002) Axırıncı aşırıma qədər (film, 2002) Azərbaycana xoş gəlmisiniz! (film, 2004) (qısametrajlı sənədli film) (Lider TV) Bahar ömürlü insan (film, 2003) Bəyaz tarlanın balladası (film, 2002) Bir haqq bayrağı var əlimdə (film, 2003) Bizi oyatmayın (film, 2002) Bütün qadağaların fövqündə (film, 2002) Çarpaz bucaqlar arasında (film, 2002) Çətin sınaqlar (film, 2002) Dan qızartısından qürub şəfəqlərinədək (film, 2003) Dar günün dostu (film, 2003) Dəmir atlı cəngavər (film, 2003) Dənizin prelüdiyası (film, 2003) Dövlətin vizit vərəqi. II film (film, 2004) Düma ömrünün qırx günü (film, 2002) Dünənə ehtiramla, sabaha ümidlə (film, 2003) Dünəni yaşadan sənət (film, 2004) "Edelveys" və dəmir biləklər (film, 2001) Gecə zəngi (film, 2003) Göy rəngin melodiyası (film, 2003) Gündoğar ölkəyə sevgilərlə (film, 2002) Günorta qatarı (film, 2003) Hərb tariximizdən. Atropat (film, 2003) Həsrətli gözlərin rəsmi (film, 2003) Hikmət xəzinəsi (film, 2003) "İldırım"lı yolun yolçuları (film, 2003) İlham Əliyev. Diplomatiyada uğur rəmzi (film, 2002) İlham Əliyev. "Olimp"in fəthinə doğru (film, 2002) İlham Əliyev. Ümidlərin gerçəklik məqamı (film, 2003) İlham Əliyev. Yeni neftin strategiyası (film, 2002) İnanc yerlərimiz.
Ramil Şeydayev
Ramil Şeydayev (doğum 15.3.1996, Sankt-Peterburq, Rusiya) — Azərbaycan Milli Futbol Komandasının üzvü. Hücumçu mövqeyində çıxış edir. Ramil "Zenit" futbol akademiyasının yetirməsidir. İlk məşqçisi Yuri Aleksandrov olub. 2013-cü ilin may ayında "Zenit" ilə 3 illik peşəkar müqavilə imzalayıb. 26 oktyabr 2014-cü ildə "Zenit" ilə "Mordoviya" komandaları arasında oynanılan görüşün 80-ci dəqiqəsində meydana çıxaraq əsas heyətdə debüt etmiş olub. Əsas komandadan savayı Ramil klubun ikinci komandasının heyətində də çıxış edib. 2014-15 Milli Futbol liqa birinciliyində 16 qol vuraraq komandasının ikinci ən məhsuldar futbolçusu olub. 7 avqust 2015-ci ildə Kazanın "Rubin" komandasına icarəyə verilib. 5 iyul 2016-cı ildə "Zenit" ilə olan müqaviləsinin müddəti başa çatıb.
Rəfail Şeydayev
Zibeydə Şeydayeva
Zibeydə Mikayıl qızı Şeydayeva (1 aprel 1860, Quba – 1981) — Peşəkar Azərbaycan xalça ustası, "Əmək veteranı" medalı laureatı, Quba Şəhər Sovetinin deputatı Zibeydə Şeydayeva 1860-cı il aprel ayının 1-də Quba qəzasının Hil kəndində anadan olmuşdur. Zibeydə Mikayıl qızı Şeydayeva əmək fəaliyyətinə 1874-cü ildə başlamışdır. Çar Rusiyası dövründə manifakturaya üzv olmuş, evdə palaz, xalça və sumaq toxumuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə o, Qusardakı "Sumaq " xalça emalatxanasının üzvü olmuşdur. 1974-cü ildən etibarən ömrünün sonunadək Quba xalça emalatxanasında çalışmışdır. Z. M. Şeydayeva 1975-ci ildən etibarən Quba Şəhər Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. Zibeydə Şeydayevanın 100 illik əmək fəaliyyəti dövrün partiya və hökumətləri tərəfindən yüksək qiymətləndirilmişdir. 1974-cü ildə əmək fəaliyyətinin 100 illiyi ilə əlaqədar olaraq və əl ilə yüksək keyfiyyətli xalçalar toxunmasında böyük müvəffəqiyyətlərinə, gənclərə xalça toxumaq ustalığının öyrədilməsi sahəsində xidmətlərinə görə Azərbaycan SSRİ Yerli Sənaye Nazirliyi Quba xalça emalatxanasının xalçaçısı olan Zibeydə Şeydayeva "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmiş, 1975-ci ildə isə "Əmək veteranı" medalına layiq görülmüşdür. Zibeydə Şeydayeva 8 yaşından xalça toxumağa başlamış, ömrünün 100 ildən çoxunu xalça dəzgahı arxasında keçirmişdir. Toxuduğu incə və nazik xovlu Quba xalçaları, nəfis sumax nümunələri Azərbaycan tətbiqi sənət əsərləri ilə birgə London, Paris, Nyu-York və Monrealda keçirilmiş ümumdünya sərgi və yarmarkalarında nümayiş etdirilmişdir.
Şeydan (Salmas)
Şeydan (fars. ‎شيدان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 479 nəfər yaşayır (78 ailə).
Şeydanur Kaplan
Şeydanur Kaplan (23 mart 2000, Dənizli) ― görmə məhdudiyyətli türk paralimpiya qolbolçusu. O, 2020 və 2024 Yay Paralimpiya Oyunlarında iştirak edən milli komandanın üzvü olub. Kaplan 2017-ci ildə Finlandiyanın Lahti şəhərində keçirilmiş Avropa Qolbol Çempionatında gümüş medal, 2018-ci ildə İsveçin Malmö şəhərində keçirilən Qolbol üzrə Dünya Çempionatında isə başqa bir gümüş medal daha qazanıb.

Значение слова в других словарях