ŞİZOFRENİ́YA

[ yun. schizophren] Səbəbi bəlli olmayan ruhi xəstəlik.
ŞİVLƏMƏK
ŞKAF
OBASTAN VİKİ
Şizofreniya
Şizofreniya (yun. σχίζω — yarmaq və φρήν - ağıl, düşüncə)— psixoz xarakterli bir psixi pozuntu növüdür. Şizofreniya sözünün mənşəyi iki yunan sözü — "parçalanma" və "fikir"ə dayanır, çünki şizofren xəstələrin beyinlərində və reallıqda baş verən hadisələr arasında parçalanma vardır. İnsanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Şizofreniya irsi xəstəliklərdən biridir. Şizofren şəxslərdə müxtəlif şəxsiyyət dəyişkənliyi müşahidə edilmir: onların sadəcə bir şəxsiyyəti vardır. İnsanlarda müxtəlif şəxsiyyət dəyişkənliyi olan hal əlaqəsiz şəxsiyyət pozğunluğu adlanır. Bir şəxsin şizofreniyadan əziyyət çəkdiyini müəyyənləşdirən xüsusi tibbi testlər yoxdur, beləliklə diaqnoz xəstədə özünü göstərən simptomlara uyğun olaraq qoyulur. Bu həmçinin xəstə ilə söhbət edən həkim yaxud psixoloqdan da asılıdır.

Значение слова в других словарях