Şkala

1) müxtəlif ölçü cihazlarında dərəcələrə bölünmüş xətkeş və ya siferblat; 2) hər hansı bir kəmiyyəti müəyyənləşdirmək üçün qəbul olunmuş rəqəmlər sxemi (sistemi). Məsələn, vergi şkalası.
Şikayət
Şlüz
OBASTAN VİKİ
Boz şkala
Boz şkala - (ing.grayscale (gray scale), ru.оттенки серого) -boz rəngin qaradan ağa aralığında çalarlarının ardıcıllığı. Boz şkaladan kompüter qrafikasında qrafik görüntülərin detallaşdırılmasında istifadə olunur. Bozun çalarlarının sayı görüntünün hər bir pikselinin intensivliyini göstərmək üçün istifadə olunan bitlərin sayından asılı olur. Bozun çalarlarının kodlaşdırılmasında nə qədər çox bit iştirak edərsə, mümkün dərəcələmə sırası da bir o qədər çox alınır. Məsələn, ekranın hər bir pikseli üçün iki bitdən istifadə edilsə, bozun dörd unikal çaları alınacaq; bir pikselə altı bit boz şkalada 64, səkkiz bit isə 256 müxtəlif çalar verəcək. Kodlaşdırma bitlərinin sayı artdıqca bunun üçün gərəkli olan yaddaşın miqdarı da artır: bozun 256 çaları olan halda görüntünün hər bir pikseli üçün yaddaşın bir baytı tələb olunur, yəni eni və hündürlüyü 100 piksel olan kiçik görüntü üçün 10 000 bayt gərəkli olacaq. Buna görə də şəklin detallaşdırılmasını və yaddaşın tutumunu balanslaşdırmaq lazımdır ki, kiçik yaddaş sərfi hesabına yaxşı görüntü almaq mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Vizual analoji şkala
Vizual analoji şkala (VAŞ) — sorğu anketlərində istifadə edilən subyektiv şkaladır. Tibbdə ağrının intensivliyin qeyd edilməsi üçün istifadə olunur.
Apqar şkalası
Apqar şkalası - yenidoğulmuş uşağın klinik vəziyyətini tez bir zamanda qiymətləndirmək üçün tətbiq olunan bir sistemdir. Bu şkala ilk olaraq 1952 ci ildə ABŞ anesteziologu Virciniya Apqar tərəfindən tərtib edilmişdir. 1958 ci ildənisə geniş tətbiqini tapmışdır. Virciniya Apqar Is my Baby All Right? kitabında yazırdı: Appearance — xarici görünüşü (dərinin əngi); Pulse (Heart Rate) — Ürək döyünüləri (dəqiqəlik sayı); Grimace (Response to Stimulation) — qrimasa, qıcığa qarşı reaksiya; Activity (Muscle Tone) — hərəkət aktivliyi, əzələ tonusu; Respiration — tənəffüs hərəkətləri. Apqar şkalasına görə yenidoğulmuş uçun 9-10 bal normal, 5-8 bal təhlükəli, 5 dən az həyati təhlükəli göstərici hesab olunur. Virginia Apgar: A proposal for a new method of evaluation of the newborn infant. In: Curr. Res. Anesth.
Azərbaycan ixtiraları və kəşflərinin zaman şkalası
Azərbaycan ixtiraları və kəşflərinə Azərbaycanda tarixən və müasir dövrdə yaşamış xalqların və etnik azərbaycanlıların fəaliyyəti daxildir. Alban təqvimi. 352-ci ildən etibarən albanlar Misir sisteminə uyğun təqvim istifadə etməyə başlamışdılar. Bu alban hökmdarı Urnayrın dövründə (313–371) baş vermişdir. Alban əlifbası. Erməni tarixçisi Koryuna görə alban əlifbası erməni dilçisi Mesrop Maştots tərəfindən erməni yepiskopu Ananiya və alban tərcüməçi Benyaminin köməyi ilə 420-ci illərin əvvəlində yaradılıb (və ya yenilənib). Bu alban hökmdarı Yesuagenin dövründə (424–444) baş vermişdir. Qeyri-erməni ilkin mənbələr alban əlifbasının Mesrop tərəfindən yaradıldığını qeyd etmir. Qavaldaş. Qobustan dövlət tarixi-bədii qoruğunda qəbilə adamlarının maddi güzəranı üçün istifadə olunan daş musiqi qurğuları.
Bofort şkalası
Bofort şkalası – küləyin dənizin dalğalanmasına olan təsirinə görə gücünü (sürətini) təqribi müəyyən edən (bal ilə) şkala. 12 balla ifadə olunur. "0" (sıfır) – şələkət göstərir, 4 – mülayim kulək, 6 — güclü külək, 10 — tufan, 12 – fırtına. 1806-cı ildə ingilis admiral Frensis Bofort tərəfindən hazırlanmışdır və 1874-cü ildən beynəlxalq istifadəyə verilmişdir.
Farenheyt şkalası
Farenheyt –1724-cü ildə alman fiziki Daniel Qabriel Farenheyt (1686-1736) tərəfindən irəli sürülmüş istilik ölçü vahididir. XX əsrin 60-70-ci illərinə qədər ingilisdilli ölkələrdə geniş istifadə edilsə də, sonradan Selsi şkalasının populyarlıq qazanması ilə istifadədən çıxmışdır. Hazırda yalnız ABŞ, Kayman adaları və Belizdə geniş istifadə edilir. Farenheyt şkalasına görə normal atmosfer təzyiqində suyun donma temperaturu +32 °F, qaynama temperaturu isə +212 °F təşkil edir. Farenheyt şkalası üzrə 1 dərəcə bu iki temperatur göstəricisi arasındakı fərqin 1/180-ə bərabərdir. Bu şkalanın yaranmasının bir neçə versiyası var. Onlardan birinə görə Qabriel Farengeyt öz şkalasında 0-cı dərəcə kimi bərabər nisbətdə qarışdırılmış su və xörək duzunun donma temperaturunu, 100-cü dərəcə kimi isə insanın normal bədən temperaturunu götürmüşdür. Lakin burada Farengeyt səhvə yol verib. Belə ki, insanın normal bədən temperaturu 97,9 °F təşkil edir. Bunu isə başqa bir versiya ilə izah edirlər.
Fransız kateter şkalası
Fransız şkalası, Fransız ölçü şkalası qısa olaraq Fr ya F silindrik tibbi alətlərin , xüsusilə də kateterlərin xarici diametrini təyin etmək üçün farnsız şkalası. Fransız şkalasına görə ölçü, diametr mm-lə ölçülməklə və 3 ədədinə bölünməklə əldə edilir. 1 Fr = 0.33 mm D(mm) = F/3 və ya F = D(mm)x3 Fransız ölçü şkalasını "diametrin 3 missli" XIX əsrdə parisli tibbi alətlər istehsalçısı Jozef-Frederik-Benua Şarryer (fr. Joseph-Frédéric-Benoît Charrière) təklif etmişdir. Bəzən Fransız şkalası vahidi Jozef-Frederik-Benua Şarryerin şərəfinə Ch kimi də qeyd edilir.
Fransız ölçü şkalası
Fransız şkalası, Fransız ölçü şkalası qısa olaraq Fr ya F silindrik tibbi alətlərin , xüsusilə də kateterlərin xarici diametrini təyin etmək üçün farnsız şkalası. Fransız şkalasına görə ölçü, diametr mm-lə ölçülməklə və 3 ədədinə bölünməklə əldə edilir. 1 Fr = 0.33 mm D(mm) = F/3 və ya F = D(mm)x3 Fransız ölçü şkalasını "diametrin 3 missli" XIX əsrdə parisli tibbi alətlər istehsalçısı Jozef-Frederik-Benua Şarryer (fr. Joseph-Frédéric-Benoît Charrière) təklif etmişdir. Bəzən Fransız şkalası vahidi Jozef-Frederik-Benua Şarryerin şərəfinə Ch kimi də qeyd edilir.
Fransız şkalası
Fransız şkalası, Fransız ölçü şkalası qısa olaraq Fr ya F silindrik tibbi alətlərin , xüsusilə də kateterlərin xarici diametrini təyin etmək üçün farnsız şkalası. Fransız şkalasına görə ölçü, diametr mm-lə ölçülməklə və 3 ədədinə bölünməklə əldə edilir. 1 Fr = 0.33 mm D(mm) = F/3 və ya F = D(mm)x3 Fransız ölçü şkalasını "diametrin 3 missli" XIX əsrdə parisli tibbi alətlər istehsalçısı Jozef-Frederik-Benua Şarryer (fr. Joseph-Frédéric-Benoît Charrière) təklif etmişdir. Bəzən Fransız şkalası vahidi Jozef-Frederik-Benua Şarryerin şərəfinə Ch kimi də qeyd edilir.
Kardaşev şkalası
Kardaşev şkalası (rus. Шкала Кардашева) – sivilizasiyanın texnoloji inkişafını müəyyələnləşdirən şkala. Şkala 1964-cü ildə kosmik siqnallarda yadplanetli həyat işarələri axtaran rus astrofizik Nikolay Semyonoviç Kardaşev tərəfindən tərtib edilib. Şkala enerji istifadə miqdarına əsaslanmış 3 kateqoriyaya bölünür: I tip (10¹⁶W), II tip (10²⁶W) və III tip (10³⁶W). Digər astronomlar şkalaya IV (10⁴⁶W) və V (bu növ sivilizasiyanın əlinin çatdığı enerji tək bizim kainatdakı bütün enerjiyə yox, bütün kainatlardakı və bütün zaman anlarındakı enerjiyə bərabər olar) tipləri də əlavə ediblər. Bu əlavələr enerji istifadəsi ilə bərabər mədəniyyətlərin bilik səviyyəsini də nəzərə alır. İnsan irqi bu şkalada yer almır. İnsanlar Yer kürəsindəki ölü bitki və heyvanlar vasitəsi ilə enerji ehtiyaclarını təmin etdiyinə görə 0-ci tipə daxildir (və bir sonrakı tipdəki mədəniyyətə çatmaq üçün uzun bir yol var). Kalku inanır ki, hər şeyi nəzərə aldıqda bəşəriyyətin 1-ci tip mədəniyyət səviyyəsinə çatmağı üçün 100-200 il lazımdır. I tip sivilzasiya I tip mədəniyyətlər öz enerji ehtiyaclarını qarşılamaq üçün bütün enerjilərini qonşu ulduzlardan çəkib depolayacaqlar.
Medvedyev-Şponhoyer-Karnik şkalası
Medvedyev-Şponhoyer-Karnik şkalası (MSK və ya MSK-64 adları ilə də tanınır) — zəlzələnin baş verdiyi sahədə yer səthinin müşahidə edilən silkələnmələrini qiymətləndirmək üçün 12 ballıq makroseysmik intensivlik şkalası. Şkala Sergey Medvedyev (SSRİ), Vilhelm Şponhoyer (Şərqi Almaniya) və Vit Karnik (Çexoslovakiya) tərəfindən 1964-cü ildə yaradılmışdır. Bu şkala 1960-cı illərin əvvəllərindən istifadə edilən Modifikasiya olunmuş Merkalli şkalasının və 1953-cü ildə təklif edilmiş, GEOFİAN şkalası kimi də tanınan, Medvedyev şkalasının əsasında tərtib edilmişdir. Aşağıda MSK-64 seysmik intensivlik şkalası ətraflı şəkildə verilir.
Moment maqnitud şkalası
Moment maqnitud şkalası (ing. Moment magnitude scale) — zəlzələ əsnasında yaranan enerjini ölçməyə yarayan sistem. Bu şkala 1979-cu ildə Thomas C. Hanks və Hiroo Kanamori tərəfindən yaradılıb və Rixter şkalasının yerini alıb . Moment maqnitud ( M w {\displaystyle M_{\mathrm {w} }} ) ölçüsüz bir rəqəmdir və riyazi formulu aşağıdakı kimidir: M w = 2 3 ( log 10 ⁡ M 0 N ⋅ m − 9.1 ) = 2 3 ( log 10 ⁡ M 0 d y n ⋅ c m − 16.1 ) {\displaystyle M_{\mathrm {w} }={2 \over 3}\left(\log _{10}{\frac {M_{0}}{\mathrm {N} \cdot \mathrm {m} }}-9.1\right)={2 \over 3}\left(\log _{10}{\frac {M_{0}}{\mathrm {dyn} \cdot \mathrm {cm} }}-16.1\right)} Düsturdakı M 0 {\displaystyle M_{0}} seysmik momentdir və istinad moment olaraq nyuton metr ([N · m]) istifadə edilir. [mənbə göstərin] Loqarifm bir miqyas olan moment maqnitud şkalasında ​1 vahid artım, alınan enerjinin 101.5 = 31.6 dəfə artmasına bərabərdir. Eynilə, 2 vahid artım, alınan enerjinin 103 = 1000 qat artması deməkdir. Yuxarıda göstərilən düsturdakı sabitlər elə seçilmişdir ki moment maqnitud şkalasının Rixter şkalası (Richter), ML kimi digər şkalalarla yaxın dəyərlər verir.
Qlasqo-Koma şkalası
Qlazqo-Koma şkalası (ing. Glasgow Coma Scale (GCS)) — insanın huşunu müəyyən etmək və neyroloji çatışmazlığı qiymətləndirmək üçün təsis edilmiş şkaladır. Bu şkala xüsusən kəllə beyin tavmalı xəstələrdə, koma və ya şok altında olan xəstələrin huşunu qiymətləndirmək üçün tətbiq edilir. Bu şkala ilk olaraq 1974-cü ildə Qlazqo Universitetinin iki neyrocərrahı Qrem Tisdeyl və Brayan Ç. Cennett tərəfindən təsis edilmiş və təcili tibbi yardım xidmətində tətbiq edilmişdir.
Reomyur şkalası
Reomyur şkalası - suyun ərimə və qaynama temperaturunun arasındakı fərqin 1/80-na bərabər vahidi olan şkala. Vahidi dərəcə Reomyurdur. 1,25 dərəcə selsiyə bərabərdir.
Rixter şkalası
Rixter şkalası — zəlzələnin başlanğıc enerjisindən asılı olan və seysmoqramdakı zəlzələ yazılarının amplitudları əsasında təyin edilən maqnituda şkalası. 1935-ci ildə amerikan seysmoloqu Çarlz Fransis Rixter tərəfindən yaradılıb. XX əsrin əvvəllərinə qədər baş vermiş zəlzələləri episentr zonasında Rossi-Forel, Merkalli və digər analoji şkalalar üzrə təyin edilən intensivliklərinə görə bir-biri ilə müqayisə edirdilər. Alınan məlumatlar dəqiq olduqda belə tədqiqat zonasında qruntların müxtəlifliyi, ocağın dərinliyinin təsiri və digər nəzərə alınması çətin olan amillər metodun xətalara malik olmasını şərtləndirirdi. Bundan əlavə zəlzələ əhali yaşamayan ərazilərdə və ya dəniz və okeanlarda baş verdikdə şkalalar da rolunu itirir və zəlzələnin intensivliyini də qiymətləndirmək mümkün olmurdu. 1935-ci ildə Çarlz Fransis Rixter yalnız zəlzələnin başlanğıc enerjisindən asılı olan və seysmoqramdakı zəlzələ yazılarının amplitudları əsasında təyin edilən yeni bir maqnituda şkalası tərtib etdi. Müəllifin əsas məqsədi fərdi qiymətləndirmə və təsadüfi hallardan əmələ gələn xətalardan azad, bilavasitə seysmik cihazların göstəricilərinə əsaslanaraq güclü, orta güclü və zəif zəlzələləri fərqləndirmək olmuşdur. Cənubi Kaliforniya zəlzələlərini araşdıran müəllif metodun daha geniş imkanlara malik olduğunu müəyyənləşdirir və müşahidə etdiyi zəlzələləri bir-birindən aydın fərqlənən 15 dərəcəyə bölür. Çarlz Fransis Rixter standart qısa periodlu Vud-Anderson fırlanma seysmoqrafın (sərbəst rəqslərin periodu T0=0,8 s., böyütməsi V=2800) episentrdən 100 km məsafədə qeyd etdiyi zəlzələ yazısının maksimal amplitudunun loqarifmini (mikronlarla) həmin zəlzələnin maqnitudu adlandırır. Həmin episentral məsafədə (100 km) amplitudu 0,001 mm (1 mikron) olan zəlzələnin maqnitudu etalon M=0 qəbul edilir.
Selsi şkalası
Selsi şkalası (şərti işarəsi: °C) — Beynəlxalq Vahidlər Sistemində (BS) Kelvin şkalası ilə bərabər geniş istifadə olunan istilik ölçü vahidi. Selsi şkalası 1742-ci ildə bu temperatur ölçü sistemini ilk dəfə təklif etmiş İsveç alimi Anders Selsinin (1701-1744) şərəfinə adlandırılmışdır. Onun təklif etdiyi şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi. Lakin sonradan digər məşhur İsveç alimi Karl Linney (1707-1778) (bəzi mənbələrə görə isə Martin Ştremer) bu şkalanı bizim bu gün adət etdiyimiz şəklə salmışdır. Belə ki, o suyun donma temperaturunu 0°, qaynama temperaturunu isə 100° kimi təklif etmişdir. Bu şkalanın tətbiqi barədə ilk yazılı qeyd 1745-ci ildə Karl Linneyin öz tələbəsi Samuel Naklerə yazdığı məktub hesab edilir. Məktubda Linney Uppsala Universitetinin Botanika bağında qeydə aldığı temperatur fərqləri barədə tələbəsini məlumatlandırır. Əvvəllər Selsi şkalasında dərəcənin təyin olunması standart atmosfer təzyiqinin müəyyən edilməsindən asılı idi, çünki, suyun donma və qaynama temperaturları atmosfer təzyiqi ilə birbaşa bağlıdır. Bu hal hər hansı ölçü vahidinin standart olaraq qəbul edilməsi üçün əlverişli deyil. Buna görə də Kelvin şkalasının temperaturun ölçülməsi üçün əsas ölçü vasitəsi kimi qəbul edilməsindən sonra Selsi şkalasında 1 dərəcənin müəyyən edilməsi qaydası dəyişmişdir.
Temperatur şkalası
Mütləq temperatur şkalası-1848-ci il ingilis alimi Uilyam Kelvin Selsi şkalası -1742-ci il Anders Selsi Mütləq temperatur şkalasını ingilis alimi Uilyam Kelvin 1848-ci ildə ən aşağı temperaturu -273,15 C olan termometr şkalası təklif etmişdir.Bu temoeratur 0 K (sıfır Kelvin) ilə işarə olunur.Kelvin şkalasına mütləq temperatur şkalası deyilir.Bu şkalada mənfi temperatur yoxdur.0K-ya bərabər temperatur mütləq sıfır deyilir.0K-da atom və molekulların xaotik hərəkəti kəsilməlidir.Təcrübə göstərir ki, mütləq sıfır temperaturuna yaxınlaşmaq olar,ancaq ona çatmaq mümkün deyil. Selsi şkalasını 1742-ci ildə İsveç alimi Anders Selsinin şərəfinə adlandırılmışdır.Bu temoeratur °C (dərəcə selsi) ilə işarə olunur. İlk dəfə onun təklif etdiyi bu temperatur ölçü sistemininde-şkalada suyun donma temperaturu 0°, qaynama temperaturu isə 100° müəyyən edilmişdi.
Merkalli şkalası
Merkalli şkalası — zəlzələ nəticəsində yaranan Yer titrəyişlərinin intensivliyini qiymətləndirmək üçün istifadə edilən seysmik şkala. 1902-ci ildə amerikalı Cüzeppe Merkallinin "Merkalli intensivlik şkalası" əsasında hazırlanmış "Modifikasiya olunmuş Merkalli şkalası (MMİ)"adlanır. Zəlzələ - zəlzələ nəticəsində yaranan seysmik enerjidən qaynaqlansa da, enerjinin nə qədər seysmik dalğa kimi yayıldığına görə fərqlənir. XIX əsrin sonlarından başlayaraq İsveçrədə və İtaliyada tərtib olunmuş Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası geniş yayılmışdı. Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası italiyalı Mişel Stefano Konte de Rossi və isveçrəli Fransua-Alfons Forel tərəfindən hazırlanmışdır. Rossi-Forel (RF) şkalasına görə, seysmik titrəyişlər intensivliklərinə görə 10 dərəcəyə bölünürdülər Daha sonra İtalyan vulkanoloqu Cüzeppe Merkalli 1902-ci ildə "Rossi-Forel şkala"sını təkmilləşdirərək 12 ballıq-Modifikasiya edilmiş Merkalli intensivlik şkalasını tərtib edir. Merkalli intensivlik şkalası 10 ballıq "Rossi-Forel şkalası"nı qoruyub saxlayır, hər dərəcənin təsvirini genişləndirir. Merkalli şkalası İtaliyanın Meteorologiya və Geodinamika Mərkəzi İdarəsi tərəfindən qəbul edilir. 1931-ci ildə amerikalı alimlər Q.Vud və F.Nyumen, 1956-cı ildə isə Çarlz Fransis Rixter şkalaya müəyyən dəyişikliklər etmişlər və hazırda bu şkala «Modifikasiya olunmuş Merkallı şkalası (MMI)» adlanır. XX əsrin əvvəllərinə qədər baş vermiş zəlzələləri episentr zonasında "Rossi-Forel şkalası", "Merkalli şkalası" və digər analoji şkalalar üzrə təyin edilən intensivliklərinə görə bir-biri ilə müqayisə edirdilər.
Rossi-Forel şkalası
Rossi-Forel şkalası — zəlzələ intensivliyi şkalası. XIX əsrin ortalarında İsveçrədə və İtaliyada zəlzələlərin gücünü qiymətləndirmək üçün istifadə olunub. Hələ zəlzələlərin alət (instrumental) üsulu ilə müşahidəsi olmayan dövrlərdə müxtəlif zəlzələləri bir-biri ilə intensivliklərinə görə müqayisə etmək üçün onların Yer səthindəki təzahürlərini (dağıntıları, zədələri və s.) əsas götürürdülər. Əslində bu müqayisədə insan hissiyatına əsaslanan çox böyük subyektivlik və qeyri-müəyyənlik var idi. Məsələn, insanlar onların evlərini ciddi zədələyən zəlzələni, yüngül hiss olunan zəlzələdən güclü hesab edirdilər. Halbuki, daha güclü zəlzələ sadəcə uzaq olduğuna görə zəif hiss edilə bilərdi. Bütün bunlara baxmayaraq, hələ XIX əsrin ortalarından başlayaraq zəlzələləri insan hissiyatına, fiziki obyektlərə vurduğu ziyana, ətraf geoloji mühitə vizual təsirinə görə təsnifləşdirməyə cəhdlər edilirdi. Həmin əsrin sonlarında İsveçrədə və İtaliyada tərtib olunmuş Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası geniş yayılmışdı. Rossi-Forel (RF) zəlzələ intensivliyi şkalası italiyalı Mişel Stefano Konte de Rossi və isveçrəli Fransua-Alfons Forel tərəfindən hazırlanmışdır. Rossi-Forel (RF) şkalasına görə, seysmik titrəyişlər intensivliklərinə görə 10 dərəcəyə bölünürlər.

Значение слова в других словарях